Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwbq məqalə 87
  • Məsihin əleyhdarı kimdir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Məsihin əleyhdarı kimdir?
  • Müqəddəs Kitaba aid suallara cavab
  • Başlıqlar
  • Müqəddəs Yazıların cavabı
  • Məsihin əleyhdarlarını necə müəyyən etmək olar?
Müqəddəs Kitaba aid suallara cavab
ijwbq məqalə 87
A televangelist preaching

Məsihin əleyhdarı kimdir?

Müqəddəs Yazıların cavabı

Məsihin əleyhdarı hansısa bir insan, varlıq və ya təşkilat deyil. Müqəddəs Kitabda deyilir ki, «Məsihin əleyhdarları» çoxdur (1 Yəhya 2:18). Aşağıda sadalananları edənlər Məsihin əleyhdarı hesab olunur:

  • İsanın Məsih və yaxud Allahın Oğlu olduğunu inkar edənlər (1 Yəhya 2:22).

  • Məsihə, Allahın məsh olunmuşuna qarşı çıxanlar (Zəbur 2:1, 2; Luka 11:23).

  • Özünü Məsih kimi qələmə verənlər (Mətta 24:24).

  • Məsihin davamçılarını təqib edənlər. İsanın nəzərində onun şagirdlərini təqib etməklə onu təqib etmiş olurlar (Həvarilərin işləri 9:5).

  • Yalan və qanunsuzluq pərdəsi altında özlərinin məsihi olduğunu saxtakarcasına iddia edənlər (Mətta 7:22, 23; 2 Korinflilərə 11:13).

Müqəddəs Kitab bu işləri edənləri həm fərd olaraq, həm də ümumilikdə «Məsihin əleyhdarı» adlandırır (2 Yəhya 7). Məsihin əleyhdarı ilk dəfə həvarilərin vaxtında peyda olub, indiyə qədər də fəaldırlar. Bunun belə olacağı Müqəddəs Kitabda əvvəlcədən peyğəmbərlik edilmişdi (1 Yəhya 4:3).

Məsihin əleyhdarlarını necə müəyyən etmək olar?

  • İsa ilə əlaqədar səhv fikirlər yayırlar (Mətta 24:9, 11). Misal üçün, üç üqnum və ya İsanın Külli-İxtiyar Allah olduğunu öyrədənlər İsanın öyrətdiklərinə zidd gedir. Çünki İsa deyir: «Ata məndən üstündür» (Yəhya 14:28).

  • Məsihin əleyhdarları Allahın Padşahlığının necə fəaliyyət göstərməsi haqda İsanın dediklərini inkar edirlər. Misal üçün, bəzi din xadimləri deyir ki, Məsih insan hökumətləri vasitəsilə iş görür. Lakin bu təlim İsanın dediklərinə ziddir. O demişdi: «Mənim Padşahlığım bu dünyadan deyil» (Yəhya 18:36).

  • Onlar deyirlər ki, İsa onların Rəhbəridir. Lakin Padşahlıq haqqında xoş xəbərin təbliğ etmək əmri də daxil olmaqla, onun əmrlərinə riayət etmirlər (Mətta 28:19, 20; Luka 6:46; Həvarilərin işləri 10:42).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş