Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwbq məqalə 143
  • Siqaret çəkmək günahdır?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Siqaret çəkmək günahdır?
  • Müqəddəs Kitaba aid suallara cavab
  • Başlıqlar
  • Oxşar material
  • Müqəddəs Kitabın cavabı
  • Müqəddəs Kitabda əylənmək məqsədilə marixuana və digər narkotik maddələrdən istifadə etməklə bağlı nə isə yazılıb?
  • Siqaret nə dərəcədə zərərlidir?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
Müqəddəs Kitaba aid suallara cavab
ijwbq məqalə 143
Siqaret çəkmək

Siqaret çəkmək günahdır?

Müqəddəs Kitabın cavabı

Müqəddəs Kitabda siqaret çəkməka və ya tütünün müxtəlif cür istifadəsi barədə heç nə yazılmayıb. Amma oradakı prinsiplər göstərir ki, Allah sağlamlığa ziyan vuran və natəmiz vərdişlərə nifrət edir. Deməli, siqaret çəkmək Onun gözündə günahdır.

  • Həyata hörmət etmək. «[Allah] hamıya həyat, nəfəs... verir» (Həvarilərin işləri 17:24, 25). Həyat Allahın hədiyyəsi olduğu üçün biz bu həyatı qısaldacaq hər şeydən çəkinməliyik, məsələn, siqaret çəkməməliyik. Siqaret və tütün istifadəsi dünyada qarşısı alına bilən ölümün əsas səbəblərindən biridir.

  • Başqalarını sevmək. «Başqasını özünü sevdiyin kimi sev» (Mətta 22:39). Başqalarının yanında siqaret çəkmək sevgi göstəricisi deyil. Müntəzəm olaraq siqaret tüstüsünə məruz qalan insanlarda siqaret çəkənlərin tutulduğu bəzi xəstəliklərə tutulmaq riski daha yüksəkdir.

  • Müqəddəs olmaq. «Bədəninizi diri, müqəddəs və məqbul qurban kimi Allaha təqdim edin» (Romalılara 12:1). «Gəlin cismi və ruhu murdarlayan hər şeydən özümüzü təmizləyək və Allah qorxusu ilə tam müqəddəsliyə yetişək» (2 Korinflilərə 7:1). Siqaret çəkmək normal hal deyil və müqəddəs, yəni təmiz və pak olmaqla uyğunlaşmır. Çünki tütün istifadəçiləri bədənə ciddi ziyan vuran toksinləri qəsdən qəbul edir.

Müqəddəs Kitabda əylənmək məqsədilə marixuana və digər narkotik maddələrdən istifadə etməklə bağlı nə isə yazılıb?

Müqəddəs Kitabda marixuana (həmçinin ot və ya həşiş kimi tanınır) və ya digər narkotik maddələrin adı çəkilmir. Amma oradakı prinsiplər göstərir ki, asılılıq yaradan bu kimi maddələrdən əyləncə məqsədilə istifadə etmək düzgün deyil. Gəlin bununla bağlı bir neçə prinsipə də nəzər salaq:

  • Ağlı idarə etmək. «Allahın Yehovanı... bütün ağlınla sev» (Mətta 22:37, 38). «Hər vaxt ayıq olun» (1 Butrus 1:13). İnsan narkotikdən istifadə edəndə ağlını tam idarə edə bilmir və hətta çoxları onun aludəçisinə çevrilir. Yaxşı şeylər düşünmək əvəzinə, onların fikri-zikri ancaq narkotik maddələri əldə etmək və onları istifadə etməkdədir (Filippililərə 4:8).

  • Qanunlara tabe olmaq. «Hakimiyyətə və hökumətə tabe [olun]» (Titusa 3:1). Bir çox ölkələrdə bəzi narkotik maddələrin istifadəsinə ciddi nəzarət edilir. Əgər Allahı razı salmaq istəyiriksə, onda hökumətə tabe olmalıyıq (Romalılara 13:1).

Tütün və sağlamlığınız

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, hər il altı milyon insan tütün istifadəsi nəticəsində yaranan xəstəliklərdən həyatını itirir. Onlardan 600000-i sadəcə tütün tüstüsünə məruz qalan insanlardır. Gəlin görək tütünün ondan istifadə edənlərə və onların ətrafındakı insanlara hansı zərəri var.

Xərçəng. Tütünün tüstüsünə 50-dən çox kanserojen maddə daxildir. «Britaniya ensiklopediyası»nda deyilir ki, «ağciyər xərçənginin yaranma səbəbinin 90 faizini» tütün tüstüsü təşkil edir. Həmçinin tütün tüstüsü başqa orqanlarda, məsələn, ağız boşluğu, nəfəs yolu, qırtlaq, boğaz, qaraciyər, mədəaltı vəzi, sidik kisəsi xərçənglərinə də yol aça bilər.

Tənəffüs sistemi xəstəlikləri. Tütün tüstüsü pnevmoniya və qrip kimi tənəffüs sistemi xəstəliklərinə yoluxma riskini artırır. Müntəzəm olaraq tütün tüstüsünə məruz qalan uşaqlar astma, xroniki öskürək xəstəliklərinə tutulmağa daha çox meyilli olur, həmçinin onlarda ağciyərin inkişafı və funksiyası zəifləyir.

Ürək xəstəlikləri. Siqaret çəkən insanda insult keçirmək və ürək xəstəliyinə tutulmaq riski daha yüksəkdir. Tütün tüstüsündə olan karbon monooksid asanlıqla ağciyərlərdən qana keçir və beləcə, oksigenin yerini tutur. Qanda oksigenin miqdarı azaldığından ürək oksigeni orqanizmə ötürmək üçün daha intensiv işləməyə məcbur olur.

Hamiləliyə təsiri. Hamiləlik zamanı siqaret çəkmək erkən doğuş riskini və azçəkili uşaqların doğulması ehtimalını artırır. Həmçinin doğulan uşaqlarda yarıq dodaq kimi, anadangəlmə qüsurlar aşkar oluna bilər. Belə uşaqlarda tənəffüs yolu problemləri və ya ani ölüm sindromu yarana bilər.

a Burada siqaret çəkmək ifadəsi altında tütün tüstüsünü siqaret, siqar və ya qəlyan vasitəsilə qəsdən içinə çəkmək nəzərdə tutulur. Bununla yanaşı, Müqəddəs Kitabdakı prinsiplər tütün çeynəməyə, iyləməyə, nikotin tərkibli elektron siqaret və sair bu kimi şeylərin istifadəsinə də aid edilir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş