Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • hdu məqalə 5
  • Bolluq əskikliyi doldurur

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bolluq əskikliyi doldurur
  • İanələriniz hara xərclənir?
  • Oxşar material
  • Məhəbbətinizdən ötrü Yehovaya şükür edirik
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2021
  • Yehovaya verdiyimiz bəxşiş
    Məsihi həyatı və ibadəti iş dəftəri 2018
  • Hər şeyin Sahibinə nə verə bilərik?
    Gözətçi qülləsi 2018
  • Biz necə kömək edə bilərik?
    Müqəddəs ibadətimiz 2005
Əlavə
İanələriniz hara xərclənir?
hdu məqalə 5
Kollaj: Yehovanın Şahidlərinin ümumdünya fəaliyyəti. 1. Gənc qardaş iki oğlana nəşrimizdən bir parça oxuyur. 2. Müxtəlif nəşrlər. 3. Cütlük bir nəfərə təbliğ edir. 4. Qardaş bir nəfərə ayə oxuyur.

İANƏLƏRİNİZ HARA XƏRCLƏNİR?

Bolluq əskikliyi doldurur

1 OKTYABR 2020

Yehovanın Şahidləri dini və humanitar fəaliyyətlərini 200-dən çox ölkə və ərazidə keçirir. Lakin bu ölkə və ərazilərdən yalnız 35-i öz xərclərini yerli könüllü ianələr hesabına qarşılayır. Bəs maddi imkanları məhdud olan digər yerlərdə xərclər necə qarşılanır?

Rəhbərlik Şurası bütün dünyada Yehovanın Şahidlərinin ruhani tələbatlarını və fəaliyyətini təhlil edir. Büdcə tərtib olunur və vəsaitlər ona uyğun istifadə edilir. Əgər filial fəaliyyəti üçün lazım olandan artıq vəsait alırsa, onları vəsaiti çatmayan ölkə və ərazilərə ötürür. Birinci əsrdə də məsihilər vəsaitlərini elə bölüşdürürdülər ki, «bərabərlik olsun» (2 Korinflilərə 8:14). Erkən məsihilərin artıq vəsaitləri dindaşlarının əskikliyini doldururdu. Müasir məsihilər onların nümunəsini izləyir.

Vəsaitlərin bu cür bölüşdürülməsi hansı faydanı gətirir? Məsələn, Tanzaniyada əhalinin yarıdan çoxu günə iki ABŞ dollarından az məbləğlə dolanır. Digər filialların artıq qalan vəsaitləri hesabına Mafinqa yığıncağının istifadə etdiyi ibadət evi təmir edildi. Yığıncaq yazır: «Təmirdən sonra görüşlərdə iştirak edənlərin sayı xeyli artıb! Yehovanın təşkilatının və ümumdünya qardaşlığın əliaçıqlığı sayəsində indi bizim gözəl ibadət yerimiz var. Onlara ürəkdən minnətdarıq».

Şri-Lankada COVID-19 pandemiyası ucbatından bəzi bacı-qardaşlar qida qıtlığı ilə üzləşmişdi. Onlardan biri bacımız İmara Fernando və onun azyaşlı oğlu Enoş idi. Digər ölkələrdən gələn ianələr sayəsində onlar lazımi maddi yardım aldılar. Onlar öz əlləriylə düzəltdikləri açıqcada yazıb: «Bu çətin günlərdə bizə məhəbbət göstərən bacı-qardaşlara səmimi-qəlbdən minnətdarıq. Çox xoşbəxtik ki, bu ailənin üzvüyük. Dua edirik ki, Yehova bu son günlərdə heç bir xidmətçisindən öz köməyini əsirgəməsin».

İmara və oğlu Enoş. Enoş əlində «çox sağ olun» yazısını tutur.

İmara Fernando və oğlu Enoş

Harada yaşamalarından asılı olmayaraq, bacı-qardaşlar böyük məmnuniyyətlə ianə edirlər. Məsələn, Enoş özü üçün kiçik ianə qutusu düzəldib ki, ehtiyacı olan ailələrə kömək etmək üçün ora pul atsın. Qvadelupe Alvares bacı da bu cür səxavət göstərir. O, Meksikanın elə bir ştatında yaşayır ki, orada çox az adam minimal əmək haqqı alır və ya ümumiyyətlə hansısa müntəzəm gəlir mənbəyi var. Amma o, imkanı daxilində ianə edir. O yazır: «Yehovaya xeyirxahlığına və məhəbbətinə görə minnətdaram. Mən bilirəm ki, ianələrim başqalarının ianələrinə əlavə olunacaq və ehtiyacı olan bacı-qardaşlar üçün xərclənəcək».

Artıq vəsaitləri olan filiallar onları ehtiyacı olan ölkə və ərazilərə sevinclə göndərir. Braziliya filial komitəsinin üzvü Entoni Karvalyo deyir: «Fəaliyyətimizi həyata keçirmək üçün illərlə digər ölkələrin maddi yardımına ehtiyacımız olub. Bunun sayəsində Braziliyada böyük artım oldu. İndi maddi vəziyyətimiz dəyişib və bizə başqalarına kömək etmək xoşbəxtliyi nəsib olub. Buradakı qardaşlar təbliğ işinə dünya miqyasında baxır və İsanın fədakar şagirdləri kimi, onların öhdəsinə düşən vəzifəni görürlər».

Ehtiyacı olan bacı-qardaşlara kömək etməyin ən yaxşı yolu hansıdır? Pulu birbaşa xarici filiallara göndərmək yox, ümumdünya işinə ianə etməkdir. Bunu ibadət evlərində üzərində «Ümumdünya işi» yazılan qutuya pul atmaqla və ya donate.jw.org saytı vasitəsilə ianə göndərməklə etmək olar. Bütün ianələrə görə sizə ürəkdən minnətdarıq.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş