Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g14 aprel s. 6
  • Yaşamağa dəyərmi?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yaşamağa dəyərmi?
  • Oyanın! 2014
  • Oxşar material
  • Niyə özümü kəsib yaralayıram?
    Gənclərin sualları
  • «Saleh insanın sevinci Yehova olacaq»
    Gözətçi qülləsi 2018
  • Ölmək istəyirəm. Bu hisslərlə mübarizədə Müqəddəs Kitab mənə kömək edə bilər?
    Müqəddəs Kitaba aid suallara cavab
Oyanın! 2014
g14 aprel s. 6
Pərişan halda olan və intihar haqda düşünən insan

ÜZ QABIĞINDA

Yaşamağa dəyərmi?

ƏGƏR Aydanıa tanısaydınız, onun necə ağıllı, mehriban, ünsiyyətcil bir qız olduğunu görərdiniz. Amma bu gözəl simanın arxasında günlərlə, həftələrlə, hətta aylarla dəyərsizlik hissinin ucbatından bitib-tükənən bir insan durur. O deyir: «Ölüm haqda fikirləşmədiyim bir gün belə olmur. İnanıram ki, mən olmasam, dünya daha yaxşı olar».

«Bəzi araşdırmalar göstərir ki, intihar edən hər insana 200 nəfər intihara cəhd göstərən və [bundan başqa] 400 nəfər bunu ağlından keçirən düşür» («THE GAZETTE», MONREAL, KANADA).

Aydan deyir ki, heç vaxt özünü öldürməyəcək. Amma vaxtaşırı olaraq onda belə bir fikir yaranır ki, yaşamaq mənasızdır. O deyir: «Bircə onu istəyirəm ki, ölüm özü gəlib məni tapsın. Ölüm mənim gözümdə düşmən yox, sanki, can dostumdur».

Çox insan Aydanın keçirdiyi hisslərə yaxşı bələddir. Onların arasında ağlından özünə qəsd etmək fikri keçənlər də var, buna cəhd göstərənlər də. Mütəxəssislər diqqət yetirmişlər ki, özünə qəsd etmək istəyən insanların əksəriyyəti yaşamaq istəmədiyi üçün yox, sadəcə çəkdikləri əzaba son qoymaq istədikləri üçün bu işə əl atır. Qısaca desək, onlar inanırlar ki, ölmək üçün əsasları var, yaşamaq üçün isə heç bir səbəb görmürlər; onlara onları yaşadacaq səbəb lazımdır.

Yaşamağa dəyərmi? Həyata davam etməyə əsas verən 3 səbəbə baxın.

SƏHV: intihar haqda danışmaq, hətta bu sözü dilə gətirmək bu işi görməyi insanın ağlına salır.

DÜZ: bu haqda açıq və ətraflı şəkildə danışmaq əksər vaxtlarda özünə qəsd etmək istəyən insanı ayaq saxlayıb yaxşıca düşünməyə təşviq edir.

a Ad dəyişdirilib.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş