Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwyp məqalə 19
  • Niyə özümü kəsib yaralayıram?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Niyə özümü kəsib yaralayıram?
  • Gənclərin sualları
  • Başlıqlar
  • Oxşar material
  • Kəsmək deyiləndə nə nəzərdə tutulur?
  • İnsanlar nəyə görə belə edirlər?
  • Sənin də belə problemin varsa, buna necə son qoya bilərsən?
  • Yaşamağa dəyərmi?
    Oyanın! 2014
  • Səhhətimdə problem varsa — III hissə
    Gənclərin sualları
  • «Saleh insanın sevinci Yehova olacaq»
    Gözətçi qülləsi 2018
  • Yaşamaq istəmirəm. Hisslərimlə necə bacarım?
    Gənclərin sualları
Əlavə
Gənclərin sualları
ijwyp məqalə 19

GƏNCLƏRİN SUALLARI

Niyə özümü kəsib yaralayıram?

  • Kəsmək deyiləndə nə nəzərdə tutulur?

  • İnsanlar nəyə görə belə edirlər?

  • Sənin də belə problemin varsa, buna necə son qoya bilərsən?

  • Müsahibə

  • Düşünmək üçün suallar

  • Ayə dəftərçəm

Kəsmək deyiləndə nə nəzərdə tutulur?

Kəsmək deyiləndə kəsici alətlə özünü yaralamaq nəzərdə tutulur. Asılılıq halını alan bu vərdiş özünü yaralamağın üsullarından yalnız biridir. Özünə xətər yetirməyin digər üsulları isə bədənin müxtəlif nahiyələrini yandırmaq və ya vuraraq göyərtməkdir. Bu məqalədə insanın özünə kəsici alətlərlə xətər yetirməsindən söz açılır, amma buradakı prinsiplər digər hallara da aid edilə bilər.

Biliyini yoxla: düzdür, yoxsa səhv?

  1. Yalnız qızlar özlərini kəsirlər.

  2. Özünü kəsici alətlərlə yaralamaq Müqəddəs Kitabın Levililər 19:28 ayəsindəki əmri pozur. Orada deyilir: «Bədəninizə yara vurmayın».

Düzgün cavablar:

  1. Səhv. Bu problem daha çox qızlar arasında yayılsa da, oğlanlar da kəsici alətlərlə və digər üsullarla özlərinə xətər yetirirlər.

  2. Səhv. Levililər 19:28 ayəsində qədim bütpərəst xalqların dini ayinindən söhbət gedir və bu məqalə ilə əlaqəsi yoxdur. Lakin buradan belə nəticəyə gəlmək olar ki, sevən Yaradanımız bədənimizə zərər vurmağımızı istəmir (1 Korinflilərə 6:12; 2 Korinflilərə 7:1; 1 Yəhya 4:8).

İnsanlar nəyə görə belə edirlər?

Biliyini yoxla: səncə, hansı fikir daha düzdür?

İnsanlar özlərini ona görə kəsirlər ki...

  1. mənəvi əzablarına son qoymaq istəyirlər.

  2. intihara cəhd göstərirlər.

Düzgün cavab: A. Bu addımı atanların əksəriyyəti bunu özünü öldürmək məqsədilə etmir. Onlar sadəcə çarəsizlik hissindən azad olmaq istəyirlər.

Görək nəyə görə gənclər bədənlərinə xətər yetirirlər.

Silia: «Bu, məni sakitləşdirirdi».

Tamara: «Belə edəndə, sanki, canım mənəvi ağrıdan qurtulurdu. Fiziki ağrı mənəvi əzabdan yaxşı idi».

Kerri: «Qəm dəryasına batmaqdan zəhləm gedirdi. Özümü kəsəndə bütün fikrim fiziki ağrıda olurdu və kədərimi unudurdum».

Cerrin: «Hər dəfə özümü kəsəndə, demək olar ki, ətrafda baş verənlərdən bixəbər olurdum və problemlərimi həll etməli olmurdum. Bu da mənim xoşuma gəlirdi».

Sənin də belə problemin varsa, buna necə son qoya bilərsən?

Yehova Allaha dua etmək emosional vəziyyətinin yaxşılaşmasında vacib addım ola bilər. Müqəddəs Kitabda deyilir: «Bütün qayğılarınızı Onun üzərinə qoyun, çünki O, sizin qeydinizə qalır» (1 Peter 5:7).

Məsləhət. Əvvəl-əvvəl qısa dualar edə bilərsən. Məsələn, belə demək olar: «Yehova, mənə kömək elə». Vaxt keçdikcə açılışacaqsan və «hər cür təsəlli Allahı» Yehovaya ürəyini boşalda biləcəksən (2 Korinflilərə 1:3, 4).

Dua psixoterapiya üsulu deyil. Bu, səmavi Atanla əsil ünsiyyətdir. O söz verir: «Səni qüvvətləndirəcəyəm, sənə kömək edəcəyəm. Sadiq sağ əlimlə sənə dayaq olacağam» (Yeşaya 41:10).

Belə problemi olan gənclərin bir çoxu hisslərini valideynləri ilə və ya digər yetkin insanla bölüşməklə rahatlıq tapmışlar. Gəlin belə edən üç gəncin sözlərinə nəzər yetirək.

Müsahibə

  • Diana, 21 yaş

  • Keti, 15 yaş

  • Lorena, 17 yaş

Özünü kəsməyə başlayanda neçə yaşın var idi?

Lorena: Haradasa 14.

Diana: 18 yaşım var idi. Hərdən həftə ərzində hər gün və ya iki dəfə özümü kəsirdim və sonra bir ay ara verirdim.

Keti: 14 yaşımdan başlamışdım. İndi də nadir hallarda özümü kəsirəm.

Səni özünə xəsarət yetirməyə nə vadar edirdi?

Keti: Özümdən zəhləm gedirdi. Mənə elə gəlirdi ki, heç kim mənimlə dostluq etmək istəmir.

Diana: Bəzən kədər ruh düşkünlüyü ilə, ruh düşkünlüyü isə çarəsizlik hissi ilə əvəz olunurdu. Çarəsizlik o dərəcəyə gəlib çatırdı ki, artıq onunla bacara bilmirdim. Sanki, daxilimdə nəhəng vəhşi heyvan var idi və mənə elə gəlirdi ki, onu açıb buraxmaq üçün özümü kəsməliyəm.

Lorena: Mən, həqiqətən də, depressiyaya düşürdüm, qəzəblənirdim, özüm haqda bədbin fikirlərə qapılırdım. Özümü murdar hiss edirdim və bütün bu dəhşətli, qarmaqarışıq hisslərdən azad olmaq istəyirdim. Bəzən fikirləşirdim ki, çəkdiyim bu fiziki ağrılara layiqəm.

Belə edəndə özünü yaxşı hiss edirdin?

Diana: Hə. Xeyli yüngülləşirdim, elə bil, çiyinlərimdən ağır yük götürülürdü.

Keti: Bu, ağlamaq kimidir. Necə ki bəziləri ağlayıb ürəyini boşaldanda özlərini yaxşı hiss edirlər, mən də özümü kəsəndə yaxşı olurdum.

Lorena: Özümü kəsəndə, elə bil, daxilimdəki mənfi hisslərlə dolmuş şarda kiçik deşik açırdım. O partlamırdı, sadəcə bütün mənfi hisslər o deşikdən yavaş-yavaş çıxırdı.

Özünə xəsarət yetirdiyini kiməsə deməyə çəkinirdin?

Lorena: Hə. Mənə qəribə insan kimi baxacaqlarından qorxurdum. Bundan əlavə, başqalarının şəxsi həyatım haqda bilməsini istəmirdim.

Diana: Ətrafımdakılar həmişə mənə deyirdilər ki, mən güclü insanam. Mən onların bu fikirdə qalmalarını istəyirdim. Kiməsə kömək üçün ağız açmağı məğlubiyyət hesab edirdim.

Keti: Mən qorxurdum ki, insanlar emosional problemlərim olduğunu düşünəcəklər, əgər onlar bundan xəbər tutsaydılar, özüm barədə daha pis fikirdə olacaqdım. Üstəlik, fikirləşirdim ki, özümü düçar etdiyim əzablara layiqəm.

Sənin üçün dönüş nöqtəsi nə oldu?

Lorena: Özümə xəsarət yetirdiyimi anama dedim. Həmçinin həkimə müraciət etdim və o, mənə mənfi hisslərimi nəzarət altında saxlamaqla əlaqədar məsləhətlər verdi. Dözməyib bir neçə dəfə yenə özümü kəsdim, amma şəxsi Müqəddəs Kitab öyrənməmi qaydaya salmağımın mənə köməyi dəydi. Həmçinin çalışıram, Allaha xidmətdə fəal olum. Ola bilsin, vaxtaşırı özümü lazımsız hiss edəcəyəm, amma bu hisslər məndə baş qaldıranda çalışacağam ki, onların mənə ağalıq etməsinə yol verməyim.

Keti: Təxminən 10 yaş məndən böyük olan bir bacı problemim olduğunu sezdi, mən də cəsarətimi toplayıb onunla danışdım. O, mənə deyəndə ki, onun da belə problemi olub, təəccübləndim. Buna görə də ondan çəkinmirdim, rahat danışırdım. Həmçinin həkimə getməyimin də xeyri oldu. O, valideynlərimə və mənə vəziyyətimi başa saldı.

Diana: Bir axşam etibar etdiyim bir ailədə qonaq olanda evin kişisi hiss elədi ki, nəsə qaydasında deyil. O, məni mehribancasına problemim haqda danışmağa təşviq etdi. Onun arvadı məni qucaqlayıb yırğaladı. Mən balaca olanda anam da belə edərdi. Özümü saxlaya bilməyib ağladım, o da ağladı. Çətin də olsa, özümə etdiklərim haqda birtəhər onlara danışdım. Yaxşı ki, danışdım.

Müqəddəs Kitab sənə necə kömək etdi?

Diana: Müqəddəs Kitabın sayəsində başa düşdüm ki, bu problemlə təkbaşına mübarizə apara bilmərəm. Mənə Yehova Allahın köməyi lazımdır (Süleymanın məsəlləri 3:5, 6).

Keti: Müqəddəs Kitabı oxumaq və onun Allahdan olduğunu bilmək mənim üçün böyük təsəllidir (2 Timoteyə 3:16).

Lorena: Ürəyimə təsir edən ayəyə rast gələndə onu qeyd dəftərçəmə yazıram ki, sonra üzərində düşünüm (1 Timoteyə 4:15).

Hansı ayə sənə daha çox təsir edib?

Diana: Süleymanın məsəlləri 18:1 ayəsində deyilir: «Tənhalığı sevən niyyətinin ardınca düşür, sağlam şüura zidd gedir». Bəzən insanların içində olanda sıxılıram, amma bu ayənin sayəsində başa düşdüm ki, başqalarından yan gəzmək təhlükəlidir.

Keti: Ən çox sevdiyim Müqəddəs Kitab ayələri Matta 10:29 və 31 ayələridir. Orada İsa peyğəmbər deyir ki, hətta sərçələrin ölümü belə Yehovanın gözündən yayınmır və sonra əlavə edir: «Qorxmayın. Siz sərçələrdən qat-qat qiymətlisiniz». Hər dəfə bu sözləri oxuyanda Yehovanın gözündə dəyərli olduğumu xatırlayıram.

Lorena: Mənim Yeşaya 41:9, 10 ayələri çox xoşuma gəlir. Orada Yehova Öz xalqına demişdi: «Səni... rədd etmədim... Qorxma, çünki Mən səninləyəm... Səni qüvvətləndirəcəyəm». Qüvvətləndirilmiş bir şey haqda fikirləşəndə gözümün qarşısında möhkəm daş divarla əhatə olunmuş tikili canlanır. Bu ayə, eləcə də Yehovanın məni sevdiyini və həmişə tərəfimdə olduğunu bilmək mənə güc verir.

Düşünmək üçün suallar

  • Kömək almağa özünü hazır hiss edəndə kimə yaxınlaşacaqsan?

  • Problemin haqda duada Yehovaya nə deyə bilərsən?

  • Sənə stressdən və narahatçılıqdan azad olmağa kömək edəcək hansı iki üsulun adını çəkə bilərsən? (Özünə xətər yetirmək olmasın.)

Ayə dəftərçəm

Məsləhət. Səni Yehovanın məhəbbətinə əmin edən, eləcə də özünə və səhvlərinə qarşı tarazlı yanaşmağa kömək edən ayəyə rast gələndə onu bir dəftərçəyə qeyd et. Bu ayənin nəyə görə sənin xoşuna gəldiyini bir-iki cümlə ilə yaz. Başlanğıc üçün Diananın, Ketinin və Lorenanın xoşuna gələn ayələrə baxa bilərsən.

  • Romalılara 8:38, 39

    «Bu ayələr məni əmin edir ki, ən ağır vəziyyətdə olduğumu düşündüyüm anlarda belə Yehova məni sevir» (Diana).

  • Məzmur 73:23

    «Bu kimi ayələri oxuyanda başa düşürəm ki, mən tək deyiləm, Yehova həmişə yanımdadır» (Keti).

  • 1 Peter 5:10

    «Ola bilsin, dərhal sakitləşməyək, “qısa müddət” əziyyət çəkək. Amma sonda Yehova bizə kifayət qədər güc verəcək ki, hər şeyə dözə bilək» (Lorena).

Digər ayələr:

  • Məzmur 34:18

  • Məzmur 54:4

  • Məzmur 55:22

  • Yeşaya 57:15

  • Matta 11:28, 29

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş