Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g25 №  1 s. 10—11
  • Qane olun

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Qane olun
  • Oyanın! 2025
  • Başlıqlar
  • Oxşar material
  • NƏYƏ GÖRƏ VACİBDİR?
  • NƏ EDƏ BİLƏRSİNİZ?
  • Qane olmağın sirrini öyrənmisiniz?
    Gözətçi qülləsi 2025
  • Həyatdan məmnunluq duymağın sirləri
    Oyanın! 2021
  • Pul problemi və borc — Müqəddəs Kitab kömək edə bilərmi?
    Müqəddəs Kitaba aid suallara cavab
  • «Hər şeyə görə təşəkkür edin»
    Gözətçi qülləsi 2019
Əlavə
Oyanın! 2025
g25 №  1 s. 10—11
Şəkillər: 1) İş vaxtı bitən ata tikinti ərazisini tərk edərkən gülümsəyir. 2) Sonra o, iki övladı və itləri ilə birgə sadə evlərinin həyətində oyun oynayır, yoldaşı onları maraqla izləyir.

DOLANMAQ ÜÇÜN NƏ EDƏK?

Qane olun

Qane olmağı bacaran insanlar həyatdan məmnunluq duyurlar. Onların vəziyyəti dəyişəndə əllərində olan pul ilə dolana bilmək üçün həyatlarında dəyişiklik edirlər.

NƏYƏ GÖRƏ VACİBDİR?

Psixoloq Cesika Köhler müşahidə edib ki, qane olmağı bacaran insanlar müsbət əhval-ruhiyyədə olurlar. O həmçinin diqqət yetirib ki, onlar başqalarına paxıllıq etmirlər. Buna görə də təəccüblü deyil ki, qane olmağı bacaran insanlar adətən daha xoşbəxt olurlar və daha az stres keçirirlər. Əslində, ən xoşbəxt insanların bəziləri elə də imkanlı deyillər. Bu, xüsusilə də pul ilə satın alınmayan şeylərə dəyər verən insanlara aiddir. Onlar üçün ən vacib şeylərdən biri ailələri və dostları ilə vaxt keçirməkdən duyduqları məmnunluqdur.

«Yeməyimiz, paltarımız varsa, bunlara qane olacağıq» (1 Timutiyə 6:8).

NƏ EDƏ BİLƏRSİNİZ?

Özünüzü başqaları ilə müqayisə etməyin. Öz sadə həyatınızı bahalı həyat yaşayan biri ilə müqayisə etsəniz, narazı, paxıl insan ola bilərsiniz. Üstəlik, hər şey göründüyü kimi olmaya bilər. Bəzi insanlar bahalı əşyalara sahib olduğu üçün imkanlı görünsələr də, əslində borc içində üzə bilərlər. Seneqalda yaşayan Nikol deyir: «Xoşbəxt olmaq üçün mənə çox şey lazım deyil. Qane olmağı bacarsam, başqaları məndən daha çox şeyə sahib olsa da, xoşbəxt ola bilərəm».

Məsləhət. İnsanların zənginliyini, yaxud prestijli həyatını nümayiş etdirən reklamlara və ya sosial şəbəkələrdəki paylaşımlara baxmayın.

«İnsanın var-dövləti başından aşıb-daşsa da, həyatı bundan asılı deyil» (Luka 12:15).


Şükür edən olun. Adətən şükür edən insanlar qane olmağı bacarırlar və sahib olduqlarından daha artığına ehtiyac duyduqlarını və ya layiq olduqlarını düşünmürlər. Haitidən olan Roberton deyir: «Mən vaxt ayırıb özümə və ailəmə göstərilən xeyirxah əməllər üzərində düşünürəm. Sonra etdikləri yaxşılıqlara görə həmin insanlara minnətdarlığımı bildirirəm. Həmçinin səkkiz yaşlı oğluma ona verilən hər şeyə görə “çox sağ ol” deməyi öyrədirəm».

Məsləhət. Hər gün nələrə görə minnətdar olduğunuzu qeyd edin. Bura yaxşı sağlamlıq, mehriban ailə, əsl dostlar, hətta gözəl gün batımı da aid ola bilər.

«Könlü şad olan üçün həmişə bayramdır» (Məsəllər 15:15).

Hərdən hamımız üçün əlimizdə olana qane olmaq heç də asan olmur. Amma buna cəhd etməyə dəyər! Qane olmağı seçiriksə, deməli, xoşbəxt olmağı da seçirik. Xoşbəxtliyi isə pul ilə satın almaq mümkün deyil.

Erik.

«Ailəmiz qane olmağı öyrəndi və bu bizim üçün böyük bir nemət oldu. Beləcə, əvvəlki qədər başımız qarışıq olmadığı üçün bir-birimiz ilə daha çox vaxt keçiririk və sahib olduğumuz şeylərdən zövq alırıq» (Erik, ABŞ).

    Azərbaycan nəşrləri (1992-2026)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş