Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • dg h. 9 s. 19—22
  • “Axır günlərdə” yaşadığımızı haradan bilirik?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • “Axır günlərdə” yaşadığımızı haradan bilirik?
  • Allah həqiqətən də bizim qeydimizə qalırmı?
  • Başlıqlar
  • Oxşar material
  • Dünya müharibələri
  • Digər sübutlar
  • Başqa bir amil
  • İnsan və Şeytan rəhbərliyin sonu yaxındır
  • Kimlər sağ qalacaq? Kimlər həlak olacaq?
  • Allahın niyyəti tezliklə yerinə yetəcək
    Həyatın mənası nədədir? Onu necə tapmaq olar?
  • «Axır günlərdə»mi yaşayırıq?
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Dünyanın sonu
    Müqəddəs Kitab təlimləri
  • Axırzamanda yaşayırıq?
    Müqəddəs Kitaba aid suallara cavab
Əlavə
Allah həqiqətən də bizim qeydimizə qalırmı?
dg h. 9 s. 19—22

Hissə 9

“Axır günlərdə” yaşadığımızı haradan bilirik?

ALLAHIN PADŞAHLIĞININ, insan rəhbərliyinin idarə etdiyi indiki sistemə qarşı tədbir görəcəyi bir vaxtda yaşadığımıza necə əmin ola bilərik? Allahın pisliklərə və iztirablara son qoyacağı zamanın çox yaxın olduğunu haradan öyrənə bilərik?

2 Bunu İsa Məsihin şagirdləri də bilmək istəyirdilər. Onlar İsadan, onun Padşahlıq qüdrətində iştirakı və “dövrün sonuna” işarə edəcək “əlamət” barədə soruşdular (Matta 24:3). İsa cavab verərək, bütün dünyanı sarsıdacaq və şəraitlərlə birlikdə bəşəriyyətin ‘sonun vaxtına’, yə’ni indiki dünya sisteminin ‘axır günlərinə’ daxil olduğunu göstərəcək hadisələri ətraflı təsvir etdi (Daniel 11:40; 2 Timoteyə 3:1). Biz bu gün bu əlamətin tərkib hissəsini görürükmü? Bəli, artıqlaması ilə görürük!

Dünya müharibələri

3 İsa qabaqcadan bildirdi ki, “xalq xalqa, dövlət dövlətə qarşı qalxacaq” (Matta 24:7). 1914-cü ildə bütün dünya, əvvəlki müharibələrdən xalqların və padşahlıqların səfərbərliyi ilə fərqlənən bir müharibəyə cəlb olundu. Bu faktı e’tiraf edərək, tarixçilər bir zaman onu “Böyük müharibə” adlandırırdılar. Bu cür müharibə tarixdə heç vaxt olmamışdı; bu, Birinci Dünya müharibəsi idi. Həmin müharibədə 20 000 000-a yaxın əsgər və dinc əhali həyatını itirdi; bu isə əvvəlki müharibələrdəki itkilərdən olduqca çoxdur.

4 Birinci Dünya müharibəsi axır günlərin başlanğıcına bir əlamət idi. İsa dedi ki, bu və digər hadisələr ‘ağrıların başlanğıcı’ olacaq (Matta 24:8). Bu sözlər doğru çıxdı, belə ki, İkinci Dünya müharibəsi əvvəlkindən daha məhvedici oldu; 50 000 000-a yaxın əsgər və dinc əhali həyatını itirdi. Ümumiyyətlə, XX əsrdəki müharibələrdə 100 000 000-dan çox adam öldürülmüşdür ki, bu da əvvəlki 400 il ərzində olan müharibələrdə ölənlərin sayından dörd dəfə artıqdır! Bu, insan rəhbərliyinin necə də tutarsız olduğunu göstərir!

Digər sübutlar

5 İsa axır günləri müşayət edən digər əlamətləri də daxil etdi: “Yer-yer güclü zəlzələlər, qıtlıq və qırğınlar [epidemik xəstəliklər]... olacaqdır” (Luka 21:11). Bu, 1914-cü ildən başlanan hadisələrə tamamilə müvafiqdir, çünki belə fəlakətlər iztirabların həddindən artıq artmasına səbəb olmuşdur.

6 Daima çoxsaylı insan ölümü ilə nəticələnən güclü zəlzələlər baş verir. Birinci Dünya müharibəsindən sonra yaranan təkcə ispanka qripindən 20 000 000-a yaxın, bə’zi hesabatlara görə isə 30 000 000 və ya daha artıq insan ölmüşdür. QİÇS xəstəliyi yüz minlərlə insanın ölümünə səbəb olmuş və yaxın gələcəkdə daha milyonlarla həyatı məhv edə bilər. Hər il milyonlarla insanlar ürək xəstəliyindən, xərçəng və ya başqa xəstəliklərdən ölürlər. Digər milyonlar isə aclıqdan ölürlər. Şübhəsiz ki, 1914-cü ildən e’tibarən özü ilə müharibələr, qida qıtlığı və epidemik xəstəliklər gətirən “Apokalipsis atlıları” bəşər ailəsinin çoxsaylı üzvlərini məhv edirlər (Vəhy 6:3-8).

7 İsa həm də cinayətkarlığın artacağı barədə xəbərdarlıq etmişdir, bu isə hal-hazırda bütün dünyada baş verir. O demişdir: “Qanunsuzluq artdığından bir çoxlarının sevgisi soyuyacaqdır” (Matta 24:12).

8 Bundan əlavə, Müqəddəs Kitab peyğəmbərliyi bu gün bütün dünyada aydın görünən əxlaq dəyərlərinin tənəzzülə uğrayacağını qabaqcadan bildirmişdir: “Axır günlərdə çətin anlar gələcəkdir. Çünki insanlar xudbin, pulpərəst, lovğa, təkəbbürlü, küfr danışan, valideynlərinə itaət etməyən, nankor, qüdsiyyətdən məhrum, şəfqətsiz, barışmaz, böhtançı, nəfsini saxlamayan, azğın, rəhmsiz, yaxşılığın düşməni, xain, ehtiyatsız, məğrur olacaq, zövqü Allahdan çox sevəcək, Allah yolunda imiş kimi görünəcək, amma o yolun qüdrətini inkar edəcəklər... Pis adamlar və saxtakarlar isə, aldadıb aldanaraq, getdikcə daha betər olacaqlar” (2 Timoteyə 3:1-13). Bütün bunlar gözümüzün önündə yerinə yetir.

Başqa bir amil

9 Bu əsrdə iztirabların hədsiz dərəcədə çoxalmasına səbəb olan başqa bir amil də mövcuddur. Son günlərin başlanğıcı olan və 1914-cü ilə təsadüf edən başqa bir hadisə, bəşəriyyəti daha böyük bir təhlükə qarşısında qoydu. Müqəddəs Kitabın axırıncı kitabındakı peyğəmbərliyə görə “göydə müharibə oldu. Mikayıl [səmavi qüdrətli Məsih] və onun mələkləri əjdaha [Şeytan] ilə vuruşdular. Əjdaha və onun mələkləri onlara qarşı döyüşdülər, amma gücləri çatmadı. Və göydə onlara artıq yer tapılmadı. İblis və şeytan adlanan böyük əjdaha, bütün dünyanı aldadan qədim ilan yer üzünə atıldı, mələkləri də onunla birlikdə atıldılar” (Vəhy 12:7-9).

10 Bu, bəşər ailəsinə necə tə’sir göstərdi? Daha sonra peyğəmbərlikdə deyilir: “Yerə və dənizə vay olsun! Çünki iblis, vaxtının az olduğunu bilərək, böyük qəzəblə yanınıza endi”. Bəli, Şeytan öz sisteminin sona çatmaq üzə olduğunu bilir, buna görə də öz sistemi ilə birlikdə məhv edilməzdən əvvəl insanları Allahdan döndərmək üçün əlindən gələni edir (Vəhy 12:12; 20:1-3). Bu ruhani varlıqlar öz iradə azadlıqlarından sui-istifadə etdikləri üçün, əxlaqi cəhətdən necə də pozğunlaşmışlar! Xüsusilə də 1914-cü ildən e’tibarən, dünyada onların tə’siri altında necə də dəhşətli hadisələr baş verir!

11 İsanın bizim zəmanə ilə əlaqədar “Dəhşətli hadisələr və göydən böyük əlamətlər olacaqdır” deyə xəbərdarlıq etməsi təəccüblü deyil (Luka 21:11).

İnsan və Şeytan rəhbərliyin sonu yaxındır

12 Mövcud olan sistemin Allah tərəfindən məhv edilməsindən öncə, Müqəddəs Kitabın yerinə yetməmiş nə qədər peyğəmbərliyi qalıb? Çox az! Axırıncı peyğəmbərliklərdən biri, 1 Saloniklilərə 5:3 ayəsində yazılıb. Orada deyilir: “İnsanlar: “Sülh və təhlükəsizlik” — deyəndə qəflətən... həlaka uğrayacaq”. Bu onu göstərir ki, indiki sistemin sonu “insanlar... deyəndə” başlayacaq. Fəlakət dünyanın gözləmədiyi bir vaxtda, bəşəriyyətin diqqəti insanlardan sülh və təhlükəsizlik gözləmək ümidinə yönəldiyi bir anda gələcək.

13 Şeytanın tə’siri altında olan bu dünyanın vaxtı sona çatır. Məşəqqət zamanı sona çatacaq bu dünya haqqında İsa demişdir: “O zaman elə böyük məşəqqət olacaqdır ki, beləsi dünyanın başlanğıcından indiyədək olmamışdır və heç olmayacaqdır” (Matta 24:21).

14 “Böyük məşəqqətin” ən yüksək zirvəsi Allahın Har-Megidon müharibəsi olacaqdır. Daniel peyğəmbərin dediyinə görə, bu, Allahın ‘padşahlıqların hamısını parçalayacağı və məhv edəcəyi’ bir vaxtda olacaqdır. Bu, indi mövcud olan Allahdan asılı olmayan bütün insan hakimiyyətlərinin sonunu göstərəcəkdir. Onun göydəki Padşahlıq hakimiyyəti insanların bütün işlərini tam nəzarət altına alacaqdır. Daniel qabaqcadan xəbərdarlıq etmişdi ki, rəhbərlik səlahiyyəti bir daha “başqa bir xalqa” verilməyəcəkdir (Daniel 2:44; Vəhy 16:14-16).

15 O zaman Şeytan və cinlərin hər cür tə’sirinə də son qoyulacaqdır. Üsyan edən bu ruhani varlıqlar, “bir də xalqları azdırmasın” deyə, tə’sirsiz vəziyyətə salınacaqlar (Vəhy 12:9; 20:1-3). Onlar ölümə məhkum olunublar və onları həlak gözləyir. Onların pozucu tə’sirindən qurtarmaq bəşəriyyət üçün necə də böyük qurtuluş olacaqdır!

Kimlər sağ qalacaq? Kimlər həlak olacaq?

16 Allah bu dünya üzərində öz hökmünü yerinə yetirən zaman kimlər sağ qalacaq? Bəs kimlər həlak olacaq? Müqəddəs Kitab göstərir ki, Allahın hökmranlığını arzu edən insanlar qorunacaq və sağ qalacaqlar. Allahın hökmranlığını arzu etməyənlər isə qorunmayacaqlar, ancaq Şeytanın dünyası ilə birlikdə məhv ediləcəklər.

17 Süleymanın məsəlləri 2:21, 22 ayələrində deyilir: “Məmləkətdə doğru adamlar [Allahın hökmranlığına tabe olanlar] yaşayacaqlar və kamillər orada qalacaqlar. Fəqət pis adamlar [Allahın hökmranlığına tabe olmayanlar] məmləkətdən atılacaqlar və xainlər ondan yox ediləcəklər”.

18 Həmçinin Məzmur 37:10, 11 ayələrində deyilir: “Bir az gözlə və pis yox olacaqdır... Fəqət həlimlər dünyanı miras alacaqlar və sülh bolluğunda ləzzət tapacaqlar”. 29-cu ayədə isə əlavə olunur: “Salehlər yeri miras alar və onda əbədiyyən yaşayarlar”.

19 Biz, Məzmur 37:34 ayəsində deyilən məsləhəti ürəkdən qəbul etməliyik: “Rəbbi gözlə və onun yolunu tut və yeri miras almaq üçün səni yüksəldəcəkdir; pislərin kəsilib atılacağı zaman bunu görəcəksən”. Bu fəslin 37-ci və 38-ci ayələrində deyilir: “Kamil insana göz qoy və doğru adama bax; çünki aqibət sülh əhlinindir. Fəqət qanunsuzlar birlikdə yox olacaqlar; pislərin sonu kəsiləcəkdir”.

20 Allahın həqiqətən də qayğı göstərdiyini, bütün pisliyə və iztirablara tezliklə son qoyacağını bilmək necə də təsəlliverici və ruhlandırıcıdır! Bu valehedici peyğəmbərliklərin yerinə yetəcəyi vaxtın yaxın olduğunu dərk etmək necə də həyəcanlandırıcıdır!

[Oyrənilmə üçün olan suallar]

1, 2. Axır günlərdə yaşadığımızı haradan öyrənə bilərik?

3, 4. Bu əsrin müharibələri İsanın peyğəmbərliyi ilə necə uyğun gəlir?

5-7. Axır günlərdə yaşadığımızı göstərən digər sübutlar hansılardır?

8. Timoteyə yazılan 2-ci məktubun 3-cü fəslindəki peyğəmbərlik bizim zəmanəyə necə uyğun gəlir?

9. Göydə olan hansı hadisə, yer üzündə axır günlərin başlanğıcı ilə bir vaxta düşdü?

10, 11. Şeytan və onun cinlərinin yer üzünə atılması bəşəriyyətə necə tə’sir etdi?

12. Bu sistemin sonu gəlməzdən əvvəl yerinə yetəcək axırıncı peyğəmbərliklərdən biri hansıdır?

13, 14. İsa məşəqqətin hansı vaxtını qabaqcadan demişdi və bu nə ilə sona yetəcəkdir?

15. Şeytan və onun cinlərinin insanlara göstərdikləri tə’sirlə nə baş verəcəkdir?

16-18. Bu sistemin sonunda kimlər sağ qalacaq, bəs kimlər həlak olacaq?

19. Biz hansı məsləhəti ürəkdən qəbul etməliyik?

20. Biz nəyə görə deyə bilərik ki, dövrün həyəcanlı vaxtında yaşayırıq?

[20-ci səhifədə olan şəkil]

Müqəddəs Kitab axır günlərin “əlamətini” təşkil edəcək hadisələri qabaqcadan bildirmişdir.

[22-ci səhifədə olan şəkil]

Allahın hakimiyyətinə tabe olmayanlar tezliklə Har-Megidonda məhv ediləcəklər. Ona həqiqətən tabe olanlar isə sağ qalıb, ədalətli yeni dünyada yaşayacaqlar.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş