Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • pr böl. 1 s. 4—6
  • Həyatın mə’nası varmı?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Həyatın mə’nası varmı?
  • Həyatın mənası nədədir? Onu necə tapmaq olar?
  • Başlıqlar
  • Oxşar material
  • Şəraitlərin get-gedə pisləşməsi
  • Onlar nə deyirlər?
  • Bu nəyə gətirib çıxarır?
  • Həyatda dəyərli məqsədə can atın
    Gözətçi qülləsi 2007
  • Allahın bizimlə bağlı niyyəti nədir?
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Həyatın mənası nədədir?
    Gözətçi qülləsi 2008
  • Həyatın mənası nədədir?
    Müqəddəs Kitaba aid suallara cavab
Həyatın mənası nədədir? Onu necə tapmaq olar?
pr böl. 1 s. 4—6

Bölmə 1

Həyatın mə’nası varmı?

Demək olar ki, gec-tez hər bir insan həyatın mə’nası haqqında düşünür. Bu mə’na sə’ylə işləməkdən, həyat şəraitimizi yaxşılaşdırmaqdan, ailəmizi tə’min etməkdən, bəlkə 70-80 il yaşadıqdan sonra ölməkdən və əbədi yoxluğa çəkilməkdənmi ibarətdir? Belə fikrə malik olan bir gənc, həyatın yeganə mə’nasının “yaşamaq, uşaqlara sahib olmaq, xoşbəxt olmaq və sonra da ölmək” olduğunu söylədi. Ancaq bu doğrudurmu? Ölüm həqiqətən də hər şeyin sonudurmu?

2 Bu gün Qərb və Şərq ölkələrində yaşayan bir çox insanlar hesab edirlər ki, həyatın əsas mə’nası var-dövlət toplamaqdan ibarətdir. Onlar əmindirlər ki, həyat o zaman xoşbəxt və mə’nalı olur. Bəs artıq maddi cəhətdən zəngin olan insanlar nə düşünürlər? Harri Brus adlı kanadalı bir yazıçı deyir: “Xoşbəxt olmadıqlarını israr edən varlı insanların sayı adamı təəccübləndirir”. Sonra o əlavə edir: “Aparılan sorğular, Şimali Amerikanı bürümüş dəhşətli ümidsizlik haqda şəhadət edir... Ümumiyyətlə, bu dünyada xoşbəxt adam varmı? Varsa, xoşbəxtliyin sirri nədədir?”

3 ABŞ-ın keçmiş prezidenti Cimmi Karter bildirmişdir: “Biz aşkar etdik ki, əşyalara sahib olmaq və onlardan istifadə etmək həyatı mə’nalı etmək tələbatımızı ödəmir... Var-dövlət toplamaq, imanı və məqsədi olmayan insanların həyatındakı boşluğu doldura bilmir”. Başqa siyasi bir rəhbər isə belə demişdir: “Artıq çox illərdir ki, mən durmadan özüm və həyatım haqqında həqiqətləri axtarıram; bilirəm ki, çoxları da eyni şeyi edirlər. Bu gün hər zaman olduğundan daha çox insanı bu cür suallar düşündürür: Biz kimik? Biz nə üçün buradayıq?”

Şəraitlərin get-gedə pisləşməsi

4 Şəraitlərin get-gedə pisləşdiyini görərək, çoxları həyatın mə’nası olduğuna şübhə ilə yanaşmağa başlayırlar. Bütün dünyada bir milyarddan çox insan ağır xəstəlikdən və doyunca qida qəbul etməməkdən əzab çəkir; təkcə Afrikada bu səbəblər üzündən hər il on milyona yaxın uşaq ölür. Yer kürəsinin 6 milyarddan çox əhalisi ildə 90 milyon artır və bu artımın 90 faizi inkişaf edən ölkələrdə baş verir. Əhali arasıkəsilmədən artdığı üçün ərzağa, mənzilə və sənayeyə olan tələbat böyüyür, bu isə öz növbəsində sənaye və digər çirkləndirici maddələrlə torpağın korlanmasına, suyun və havanın zəhərlənməsinə səbəb olur.

5 “1991-ci il üçün dünyada hərbi və ictimai xərclər” adlı nəşr (ing.) mə’lumat verir: “Hər il [Böyük Britaniyanın] bütün ərazisinə bərabər olan bir meşə sahəsi məhv edilir. Bu sür’ətlə [doğranılma sür’ətilə] 2000-ci ilə qədər rütubətli tropik zonalardakı meşələrin 65 faizi yox olacaqdır”. BMT-nin bir agentliyinə əsasən, bu vilayətlərdə basdırılmış bir ağaca 10 kəsilmiş ağac düşür; Afrikada isə bu nisbət 20-dən artıqdır. Bununla da çöllük sahələr artır və hər il Belçikanın ərazisinə bərabər torpaq sahələri kənd təsərrüfatı üçün yararsız olur.

6 Eyni zamanda, XX əsrin müharibələrində, keçən dörd yüzillik ərzində ölənlərdən dörd dəfə artıq insan həlak olub. Hər yerdə cinayətkarlığın, xüsusilə də zorakılıq işlətməklə olan cinayətin artması müşahidə olunur. Boşanmalar, narkotiklərdən sui-istifadə, QİÇS, cinsi yolla keçən xəstəliklər və digər mənfi səbəblər həyatı çətinləşdirir. Dünya rəhbərləri, bəşər ailəsi üzərinə düşən bu çoxsaylı problemləri həll etmək iqtidarında deyillər. Buna görə də insanların “həyatın mə’nası nədədir?” deyə sual verməsi tamamilə təbiidir.

7 Bəs alimlər və din xadimləri bu suala necə cavab verirlər? Bu qədər yüzilliklərdən sonra, onlar inandırıcı cavab verə biliblərmi?

Onlar nə deyirlər?

8 Konfusiçiliyi yaxşı bilən Du Veymin demişdir: “Həyatın əsas mə’nasını gündəlik həyatımızda tapmaq olar”. Bu nöqteyi-nəzərə əsasən, insanlar doğulmağa, yaşamaq üçün mübarizə aparmağa və ölməyə davam edəcəklər. Belə bir nöqteyi-nəzərdə ümid azdır. Ümumiyyətlə, bu fikir düzdürmü?

9 İkinci Dünya müharibəsi zamanı faşist ölüm düşərgəsindən qurtulan Eli Vizel qeyd etmişdi: “Biz nə üçün buradayıq?” sualı, bəşəriyyət qarşısında duran ən vacib sualdır... Mə’nasız ölümlərin şahidi olduğuma baxmayaraq, mən inanıram ki, həyatın mə’nası var”. Ancaq o, bu mə’nanın nədən ibarət olduğunu deyə bilmədi.

10 Redaktor Vermont Royster bunu bildirmişdir: “İnsanın özünü... kainatdakı yerini düşündükdə, biz başlanğıcla müqayisədə çox az irəliləmişik. Həmişə olduğu kimi, belə suallar qarşısında dururuq: Biz kimik, nə üçün buradayıq və bizi necə gələcək gözləyir”.

11 Təkamül nəzəriyyəsi tərəfdarı olan Stiven Cey Quld bunu qeyd edir: “Biz bu barədə “yuxarıdan” cavab arzu edə bilərik, ancaq belə cavab mövcud deyil”. Təkamül nəzəriyyəsi tərəfdarı olanlar üçün, həyat güclülərin yaşamaq uğrunda apardıqları ölümlə nəticələnən bir mübarizədir. Bu nöqteyi-nəzər də heç bir ümid vermir. Yenə də eyni sual: Bu fikir düzdürmü?

12 Din xadimlərinin çoxu iddia edir ki, həyatın mə’nası düzgün həyat tərzi sürməkdədir, öldükdən sonra belə insanın ruhu göyə gedəcək və əbədiyyən orada qalacaqdır. Pis insanlar üçün yeganə alternativ, cəhənnəm odunda əbədi əzabdır. Deməli, bu nöqteyi-nəzərə əsasən, Yer üzündəki həyat şəraiti bütün tarix boyu olduğu kimi, həmişə belə qənaətbəxş olmayacaqdır. Əgər Allahın niyyəti insanların mələklər kimi göydə yaşamalarından ibarət idisə, bəs nə üçün onları elə başlanğıcdan bu cür yaratmayıb?

13 Bu fikir, hətta ruhanilərdə də çətinlik yaradır. Londonda Müqəddəs Pavel kilsəsinin keçmiş baş keşişi dr. V. R. İnq bir dəfə demişdir: “Ömrüm boyu həyatın mə’nasının nədə olduğunu öyrənməyə çalışmışam. Özüm üçün ən vacib hesab etdiyim üç problemi: əbədilik, insan şəxsiyyəti və pislik problemini həll etməyə cəhd etmişəm. Ancaq buna nail olmamışam. Mən bunlardan heç birini həll edə bilmədim”.

Bu nəyə gətirib çıxarır?

14 Həyatın mə’nası haqqındakı suala aid alimlər və din xadimləri arasında olan bu qədər nöqteyi-nəzər nəyə gətirib çıxarır? Çoxları bu sözləri deyən yaşlı adam kimi cavab verirlər: “Həyatım boyu özümdən soruşmuşam — mən nə üçün buradayam. İndi isə, hər hansı bir mə’nanın olub-olmadığı məni artıq maraqlandırmır”.

15 Din aləmində bu qədər nöqteyi-nəzər bolluğunu gördükdə, insanların çoxu belə nəticəyə gəlir ki, əslində insanın nəyə inanmasının fərqi yoxdur. Onlar dinə, ürəyi bir qədər sakit edən və həyati problemlərin öhdəsindən gəlmək üçün sakitləşdirici bir təsəlli kimi baxırlar. Digərləri isə, dinin mövhumatdan başqa bir şey olmadığını düşünürlər. Onlar hesab edirlər ki, əsrlər boyu davam edən dini düşüncələr həyatın mə’nası haqqında olan suallara cavab verə bilməmiş və sadə insanların həyatını yaxşılaşdırmamışdır. Həqiqətdə isə tarix göstərir ki, dünya dinləri çox vaxt insanların irəliləyişinə mane olmuş, nifrət və müharibələrə yol açmışdır.

16 Bəs həyatın həqiqi mə’nasını bilmək doğrudan da bu qədər vacibdirmi? Psixiatriya mütəxəssisi Viktor Frankl bu suala cavab verir: “Həyatın mə’nasını tapmaq üçün göstərilən sə’y, insanı hərəkətə gətirən başlıca qüvvədir... Əminliklə deyə bilərəm ki, hətta ən dəhşətli vəziyyətlərdə belə, insanın yaşamaq uğrunda mübarizə aparması üçün, həyatının mə’nası olduğunu bilməkdən tə’sirli şey yoxdur”.

17 İnsan fəlsəfəsinin və dinlərin, həyatın mə’nasının nədə olduğunu inandırıcı surətdə izah edə bilmədiklərini nəzərə alaraq, bunu öyrənmək üçün biz hara müraciət edə bilərik? Bu məsələ barədə həqiqəti söyləyə biləcək daha müdrik bir mənbə varmı?

[Oyrənilmə üçün olan suallar]

1. Tez-tez həyatın mə’nası barədə nə soruşurlar və bu haqda bir gənc nə demişdir?

2, 3. Həyatın mə’nalı olması üçün, nəyə görə var-dövlət toplamaq kifayət deyil?

4. Bə’ziləri həyatın mə’nasının olduğuna nə üçün şübhə edirlər?

5. Yerin bitki aləmi ilə nə baş verir?

6, 7. Dünya xadimlərinin həll edə bilmədikləri problemlərdən bir neçəsi hansılardır və buna görə də hansı suallar cavab tələb edir?

8, 9. a) Çinli bir alim həyatın mə’nası haqqında nə demişdir? b) Faşistlərin ölüm düşərgəsindən qurtulan bir adam nəyi qeyd etmişdir?

10, 11. a) Bir redaktor necə göstərdi ki, insan bu suallara cavab verə bilmir? b) Nəyə görə təkamül nəzəriyyəsi tərəfdarı olan bir adamın nöqteyi-nəzəri inandırıcı deyil?

12, 13. Kilsə xadimlərinin nöqteyi-nəzərləri necədir və onların fikri dünyəvi tədqiqatçıların nöqteyi-nəzərlərindən inandırıcıdırmı?

14, 15. Bir-birinə zidd gedən nöqteyi-nəzərlər insanların çoxuna necə tə’sir edir?

16. Həyatın mə’nasını öyrənmək nə dərəcədə vacibdir?

17. Hansı suallar cavab tələb edir?

[4-cü səhifədə olan şəkil]

“Hər il [Böyük Britaniyanın] ərazisinə bərabər olan bir meşə sahəsi məhv edilir”.

[5-ci səhifədə olan şəkil]

“Həyatım boyu özümdən soruşmuşam — mən nə üçün buradayam”

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş