Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • pr böl. 5 s. 20—22
  • Həyatın böyük mə’nası var

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Həyatın böyük mə’nası var
  • Həyatın mənası nədədir? Onu necə tapmaq olar?
  • Başlıqlar
  • Oxşar material
  • Allah insanları nə üçün yaradıb?
  • Allahın niyyəti dəyişməyib
  • Allahın Yer kürəsinə dair niyyəti nədir?
    Allah bizdən nə tələb edir?
  • Cənnət yaxındır!
    Gözətçi qülləsi (kütləvi) 2021
  • Allahın bəşəriyyət üçün niyyəti
    İlahi müjdə
  • Siz yer üzündə əbədi yaşaya bilərsiniz
    Gözətçi qülləsi (kütləvi) 2018
Əlavə
Həyatın mənası nədədir? Onu necə tapmaq olar?
pr böl. 5 s. 20—22

Bölmə 5

Həyatın böyük mə’nası var

1 Yer kürəsi və orada yaşayan hər bir canlı varlıq, Yaradanın məhəbbət Allahı, əsl qayğıkeş bir Allah olduğunu göstərir. Onun Kəlamı olan Müqəddəs Kitab da, Onun qayğıkeş Allah olduğunu mə’lum edir; bu kitab, “Biz nə üçün yer üzündə yaşayırıq?” və “Bizim gələcəyimiz necə olacaq?” suallarına ən yaxşı cavablar təqdim edir.

2 Biz bu suallara cavab tapmaq üçün Müqəddəs Kitabı tədqiq etməliyik. Allahın Kəlamında deyilir: “Siz onu axtarsanız, özünü sizə tapdırar; fəqət siz onu tərk etsəniz, sizi tərk edər” (2 Tarixlər 15:2). Allahın Kəlamını tədqiq etmək, Onun bizə aid olan niyyəti barədə nəyi aşkar edir?

Allah insanları nə üçün yaradıb?

3 Müqəddəs Kitab göstərir ki, Allah yer üzünü xüsusilə insanlar üçün hazırlamışdır. İşaya 45:18 ayəsində Yer haqqında deyilir ki, Allah “onu boşuna” yaratmayıb “üzərində oturulsun deyə ona şəkil” verib. Allah, insanların sadəcə olaraq yaşamaları üçün deyil, həm də həyatdan tam zövq ala bilmələri üçün, yer üzünü lazım olan hər bir şeylə tə’min edib (Yaradılış 1-ci və 2-ci fəsillər, MKŞ).

4 Allah öz Kəlamında, ilk insanların, Adəm və Həvvanın yaradılması barədə mə’lumat verir və insan ailəsi üçün öz niyyətini aşkar edir. O deyir: “Öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Qoy o, dənizdəki heyvanlara, göydəki quşlara, yerdəki heyvanlara, bütün yer üzünə və yerdə sürünən canlıların hamısına hökmranlıq etsin” (Yaradılış 1:26, MKŞ). İnsanlara, “bütün yer üzünə” və heyvanlara nəzarət etmək tapşırılmışdı.

5 Allah, Yaxın Şərqdə, Eden adlanan ərazidə parka bənzər böyük bir bağ saldı. Sonra, “Rəbb Allah insanı götürüb Eden bağına qoydu ki, onu becərsin və saxlasın”. Həmin yer, ilk insanlara yemək üçün lazım olan hər cür qidanın olduğu bir cənnət idi. Orada həm “gözəl görünüşlü və yemək üçün şirin meyvəli cürbəcür ağaclar”, həm də başqa bitkilər və bir çox maraqlı heyvan növləri vardı (Yaradılış 2:7-9, 15, MKŞ).

6 İlk insanlar kamil bədənlə yaradılmışdı, buna görə də onlar xəstələnməli, qocalmalı və ölməli deyildilər. Onlara həmçinin, seçmək azadlığı kimi başqa qabiliyyətlər də verilmişdi. Onların necə yaradıldıqları Yaradılış 1:27 (MKŞ) ayəsində izah edilir: “Allah insanı Öz surətində yaratdı, Allahın surətində yaratdı; onları kişi və qadın olaraq yaratdı”. Allahın surətində yaradıldığımız üçün, biz yalnız fiziki və əqli qabiliyyətə deyil, əxlaqi və ruhani keyfiyyətlərə də malikik və yalnız onları tə’min etdikdə həqiqi mə’nada xoşbəxt ola bilərik. Allah qidaya, suya və havaya olan tələbatları tə’min etdiyi kimi, bu sahədə olan tələbatların da qayğısına qalmışdır. İsa Məsihin dediyi kimi, “insan yalnız çörəklə yaşamaz, lakin Allahın ağzından çıxan hər bir sözlə yaşar” (Matta 4:4).

7 Bundan əlavə, ilk insan cütü Eden bağında olarkən, Allah onlara gözəl bir tapşırıq verdi: “Törəyib çoxalın və yer üzünü doldurun” (Yaradılış 1:28, MKŞ). Bununla da, onların çoxalmaları və dünyaya kamil uşaq gətirmələri mümkün idi. Onlar, insanların sayı artdıqca, parka bənzər Eden bağının ərazisini genişləndirərək sevincverici işlə məşğul olacaqdılar. Nəticədə, bütün yer üzü əbədi yaşamaq imkanına malik olan kamil xoşbəxt insanların məskunlaşdığı cənnət olacaqdı. Müqəddəs Kitabın verdiyi mə’lumata görə, bütün bunlara başlanğıc verdikdən sonra, “Allah gördü ki, yaratdığı hər şey çox gözəldir” (Yaradılış 1:31, MKŞ; həmçinin Məzmur 118:17 ayəsinə də baxın).

8 Buradan aydın olur ki, insanlar Yeri öz xeyirləri üçün istifadə etməli idilər. Ancaq bunu məs’uliyyət hissi ilə etməli idilər. İnsanlar Yerin məhvedicisi deyil, qoruyucusu olmalı idilər. Şahidi olduğumuz kimi, bu gün Yerin məhv edilməsi Allahın iradəsinə ziddir və bunu edənlər yer üzündəki həyatın ­mə’nasına qarşı zidd davranırlar. Həmin insanlar buna görə cavab verməli olacaqlar, çünki Müqəddəs Kitab xəbər verir ki, Allah “yeri tələf edənləri tələf” edəcəkdir (Vəhy 11:18).

Allahın niyyəti dəyişməyib

9 Beləliklə, kamil insan ailəsinin yer üzü cənnətdə əbədiyyən yaşaması, ən başlanğıcdan Allahın niyyəti idi. Onun niyyəti dəyişməyib! Bu niyyət mütləq yerinə yetəcəkdir. Müqəddəs Kitabda deyilir: “Orduların Rəbbi and verib dedi: Gerçək, necə düşündümsə elə olacaq; və necə qərarlaşdırdımsa elə də duracaq”. “Mən söylədim və yerinə yetirəcəyəm; mən qərarlaşdırdım və onu edəcəyəm” (İşaya 14:24; 46:11).

10 İsa Məsih, gələcəyə ümid əldə etmək istəyən bir adamla söhbətində, Allahın yer üzündə cənnəti bərpa etmək niyyəti barədə belə dedi: “Mənimlə bərabər cənnətdə olacaqsan” (Luka 23:43). Həvari Peter də yeni dünya barədə qabaqcadan bunları demişdir: “Biz, Onun və’dinə görə yeni göylər [göylərdən idarə edəcək yeni hakimiyyət] və yeni yer [yeni insan cəmiyyəti] gözləyirik ki, onlarda salehlik ömür sürür” (2 Peter 3:13).

11 Qarşıdakı yeni dünya və onun nə qədər sürəcəyi barədə Məzmurçu Davud da yazmışdır. O, qabaqcadan demişdir: “Salehlər yeri miras alar və onda əbədiyyən yaşayarlar” (Məzmur 37:29). Bu səbəbdən İsa və’d etmişdir: “Həlimlər nə bəxtiyardırlar! Çünki yeri miras alacaqlar” (Matta 5:5).

12 Hər növ pislik, cinayət, xəstəlik, kədər və ağrı olmadan, yer üzü cənnətdə əbədi yaşamaq necə də böyük ümiddir! Allahın peyğəmbərlik Kəlamı özünün sonuncu kitabında, bu böyük ümidi belə sözlərlə yekunlaşdırır: “Allah onların gözlərindən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır, çünki əvvəlki şeylər keçib getdi”. Sonra əlavə edir: “Taxtda oturan dedi: Budur, Mən hər şeyi yeniləşdirirəm”. O, həmçinin bunları da deyir: “Yaz, çünki bu sözlər həqiqi və e’timada layiqdir” (Vəhy 21:4, 5).

13 Bəli, Allahın böyük niyyəti var. Bu, öz və’dlərini yerinə yetirmək iqtidarında olan və yetirəcək Şəxsiyyət tərəfindən əvvəlcədən deyilən yeni salehlik dünyası və əbədi cənnət olacaqdır, çünki Onun sözləri “həqiqi və e’timada layiqdir”.

[Oyrənilmə üçün olan suallar]

1, 2. Biz nəyin əsasında deyə bilərik ki, Allah bizim qayğımıza qalır və həyati vacib olan suallara cavab vermək üçün hara müraciət etməliyik?

3. Allah Yeri nə üçün yaradıb?

4. Allah ilk insanları nə üçün yaradıb?

5. İlk insanlar harada yerləşdirilmişdi?

6. İnsanlar hansı əqli və fiziki qabiliyyətlərlə yaradılmışdılar?

7. İlk insan cütünə hansı tapşırıq verilmişdi?

8. İnsanlar Yerə necə qayğı göstərməli idilər?

9. Biz nəyə görə əminik ki, Allahın niyyəti yerinə yetəcəkdir?

10, 11. İsa, Peter və məzmurçu Davud, Cənnət haqqında nə demişlər?

12, 13. Qısaca olaraq Allahın bəşəriyyət üçün olan böyük niyyəti haqqında danışın.

[21-ci səhifədə olan şəkil]

Allahın insanlar üçün olan niyyəti, yer üzü cənnətdə əbədi həyatdır. Onun niyyəti dəyişməyib.

[22-ci səhifədə olan şəkil]

Ev sahibinin, evini bərbad edən sakinləri məs’uliyyətə cəlb etməyə hüququ var.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş