Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wt fəs. 1 s. 4—13
  • Bizim zəmanədə ibadətdə birlik nə deməkdir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bizim zəmanədə ibadətdə birlik nə deməkdir?
  • Vahid həqiqi Allaha ibadət edin
  • Başlıqlar
  • Oxşar material
  • Həqiqi birlik nə deməkdir?
  • İbadətdə birliyə necə nail olunur?
  • Birliyə kömək edən amillər
  • Özünüzü parçalayıcı təsirlərdən qoruyun
  • Birlik — həqiqi ibadətin səciyyəvi xüsusiyyəti
    Gözətçi qülləsi 2010
  • Məsihçi birliyimiz Allaha izzət gətirir
    Gözətçi qülləsi 2010
  • Məsihçilər arasında həqiqi birliyə nail olmaq mümkündür!
    Müqəddəs ibadətimiz 2003
  • Sonu birgə qarşılayaq
    Gözətçi qülləsi 2014
Əlavə
Vahid həqiqi Allaha ibadət edin
wt fəs. 1 s. 4—13

Fəsil 1

Bizim zəmanədə ibadətdə birlik nə deməkdir?

1, 2. a) Bu gün milyonlarla insanda hansı istək oyanır? b) Safürəkli insanların hansı gözəl ümidi var?

BU GÜN Allaha birlikdə ibadət etmək istəyən insanların sayı get-gedə artır. Bu istək müxtəlif xalqlardan, qəbilələrdən və dillərdən olan milyonlarla insanı birləşdirir. Hər il onların sırasına yeniləri qoşulur. Müqəddəs Kitabdan bu adamların Yehovanın ‘şahidləri’ və ‘böyük izdiham’ olduğu məlum olur. Bu şahidlər «gecə-gündüz» Allaha müqəddəs xidməti icra edirlər (Yeşaya 43:10-12; Vəhy 7:9-15). Nə üçün? Onlar vahid həqiqi Allah Yehova ilə tanış olublar. Bu tanışlıq onları Allahın salehlik normalarına müvafiq həyat sürməyə təşviq edir. Həmçinin onlar bu pis dünyanın ‘axır günlərində’ yaşadıqlarını və Allahın onu tezliklə məhv edib yeni dünya ilə əvəz edəcəyini öyrəniblər. Orada insanlar cənnət şəraitində ömür sürəcəklər (2 Timoteyə 3:1-5, 13; 2 Peter 3:10-13).

2 Allahın Kəlamında vəd edilir: «Bir az gözlə və pis yox olacaqdır... Fəqət həlimlər dünyanı miras alacaqlar və sülh bolluğunda ləzzət tapacaqlar» (Məzmur 37:10, 11, KM). «Salehlər ölkəni mülk olaraq alacaq, onlar orada əbədi məskən salacaq» (Məzmur 37:29). «Allah onların gözlərindən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır, çünki əvvəlki şeylər keçib getdi» (Vəhy 21:4).

3. Allahın xidmətçiləri ibadətdə həqiqi birliyə necə nail olurlar?

3 Yeni dünyanın ilk sakinləri bizim günlərdə həqiqi Allaha birlikdə ibadət edənlər olacaq. Onlar Allahın iradəsini öyrənir və var qüvvələri ilə onu icra etmək istəyirlər. İsa bunun vacibliyini belə vurğulamışdı: «Əbədi həyat o deməkdir ki, Səni, vahid həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar» (Yəhya 17:3). Həvari Yəhya yazmışdı: «Dünya və onun ehtirası keçib gedir, amma Allahın iradəsini yerinə yetirən əbədi yaşayır» (1 Yəhya 2:17).

Həqiqi birlik nə deməkdir?

4. a) Bizim günlərdə bu qədər insanın ibadətdə birləşməsi nəyi bildirir? b) Müqəddəs Kitabda insan yığımı necə təsvir edilir?

4 Bizim günlərdə bu qədər insanın ibadətdə birləşməsi əslində nəyi bildirir? Bu, yaşadığımız pis dünyanın tezliklə məhv olacağını və bundan dərhal sonra Allahın yeni dünyasının gələcəyini sübut edir. Biz insan yığımından bəhs edən Müqəddəs Kitab peyğəmbərliklərinin yerinə yetdiyinin canlı şahidiyik. Belə peyğəmbərliklərdən birində deyilir: «Son günlərdə Rəbbin evi olan dağ [yüksəldilmiş həqiqi ibadət] dağların zirvəsində [digər ibadət formalarından yüksəkdə] möhkəm duracaq... Çox millətlər gəlib deyəcək: “Gəlin Rəbbin dağına, Yaqubun Allahının evinə qalxaq, qoy Rəbb bizə Öz yolunu öyrətsin, biz Onun yolu ilə gedək”» (Mikeya 4:1, 2; Məzmur 37:34).

5, 6. a) Xalqlar hansı mənada Yehovanın yanına axışırlar? b) Özümüzə hansı sualları verməliyik?

5 Düzdür, Yehovanın ruhani məbədində bütöv xalqlar ibadət etmir. Lakin bu ibadəti hər bir xalqın nümayəndəsi daxil olmaqla milyonlarla insan icra edir. Yehova Allahın sevgi dolu niyyəti və Onun cəlbedici şəxsiyyəti barəsində öyrəndikləri onların ürəklərində dərin iz buraxır. Bu adamlar təvazökarlıqla Allahın tələblərini öyrənməyə can atırlar. Onlar məzmurçunun duasına şərikdirlər: «Mənə Sənin iradənə əməl etməyi öyrət, çünki mənim Allahım Sənsən» (Məzmur 143:10).

6 Özünü bizim günlərdə Yehovanın həqiqi ibadətdə birləşdirdiyi böyük izdihamın arasında görürsənmi? Onun Kəlamındakı rəhbərliyə necə hay verməyin, bu rəhbərliyin Mənbəyinin Yehova olduğunu həqiqətən başa düşdüyünü göstərirmi? Yehova Allahın ‘yolu ilə getməkdə’ nə dərəcədə qətiyyətlisən?

İbadətdə birliyə necə nail olunur?

7. a) İbadətdə birlik gələcəkdə hansı miqyasa çatacaq? b) Yehovaya ibadət etməyə nə üçün yubanmadan başlamaq lazımdır və biz başqalarına bu işdə necə kömək edə bilərik?

7 Yehova şüurlu varlıqların hamısını həqiqi ibadətdə birləşdirmək istəyir. Bütün canlıların vahid həqiqi Allaha ibadət edəcəyi günü necə də səbirsizliklə gözləyirik! (Məzmur 103:19-22). Lakin bu baş verməzdən əvvəl Yehova Onun saleh iradəsini icra etməkdən imtina edənləri yer üzündən siləcək. Mərhəmətdən irəli gələrək, O Öz niyyətlərini əvvəlcədən bildirir ki, dünyanın hər yerində yaşayan insanlar həyat tərzlərini dəyişə bilsinlər (Yeşaya 55:6, 7). Ona görə də bizim günlərdə «hər millətə, hər qəbiləyə, hər dilə və hər xalqa» təkidlə çağırış edilir: «Allahdan qorxun! Ona izzət verin! Çünki Onun hökmünün vaxtı gəldi. Göyü, yeri, dənizi və su bulaqlarını Yaradana səcdə edin!» (Vəhy 14:6, 7). Sən bu dəvətə hay vermisən? Belə olan halda, sən də başqalarını vahid həqiqi Allahı tanımağa və Ona ibadət etməyə dəvət edə bilərsən.

8. Müqəddəs Kitabın əsas təlimlərini öyrəndikdən sonra səmimi qəlbdən nəyə can atmalıyıq?

8 Yehova insanların Ona dildə iman edib əməldə isə öz məqsədlərini güdərək xidmət etmələrini istəmir. O istəyir ki, insanlar Onun «iradəsini bütünlüklə» qavrasınlar və bu, onların həyatında əks olunsun (Koloslulara 1:9, 10). Buna görə də, Müqəddəs Kitabın əsas təlimlərini öyrənib, qiymətləndirən adamlar məsihçi yetkinliyinə doğru tərəqqi edirlər. Onlar Yehovanı daha yaxından tanımağa, Allahın Kəlamını dərindən dərk etməyə və həyatlarında tam tətbiq etməyə can atırlar. Həmin adamlar səmavi Atamızın xüsusiyyətlərini əks etdirməyə və hər şeyə Onun gözü ilə baxmağa çalışırlar. Bu onları Yehovanın bütün yer üzündə apardığı xilasedici işdə səylə iştirak etməyə təşviq edir. Bəs sənin belə istəyin varmı? (Mark 13:10; İbranilərə 5:12–6:3).

9. Artıq indidən həqiqi birliyə necə nail olmaq mümkündür?

9 Müqəddəs Kitabdan görünür ki, Yehovaya xidmət edənlər bir xalq kimi birləşməlidirlər (Efeslilərə 4:1-3). Bu birlik, parçalanmış dünyada yaşamağımıza və qeyri-kamilliyimizlə mübarizə aparmağımıza baxmayaraq, artıq indidən mövcud olmalıdır. İsa Məsih bütün şagirdlərinin ‘bir olması’, yəni həqiqi birlikdə olmaları üçün ürəkdən dua edirdi. O nəyi nəzərdə tuturdu? İlk növbədə onların Yehova Allah və Onun Oğlu ilə yaxşı münasibətdə olmalarını. İkincisi öz aralarında birliyi qorumalarını (Yəhya 17:20, 21). Məsihçi yığıncağı bu cür birliyə nail olmağa kömək edir. Yehova Öz xalqına məhz yığıncaq vasitəsilə təlim verir.

Birliyə kömək edən amillər

10. a) Bizi narahat edən sualların cavabını özümüz Müqəddəs Kitabdan axtaranda hansı xüsusiyyətləri inkişaf etdiririk? b) Bu abzasda gətirilmiş sualların vasitəsilə məsihçi birliyinə kömək edən amillərin üzərində düşünün.

10 Aşağıda birliyə kömək edən yeddi əsas amil sadalanır. Buradakı suallara cavab verərkən hər bənddəki fikrin Yehova və həmimanlılarınla münasibətinə necə təsir göstərdiyi barədə düşün. Bu bəndlərin və mötərizədəki ayələrin üzərində düşünmək, hamımıza lazım olan ilahi hikməti, idrakı və dərrakəni inkişaf etdirməyə kömək edəcək (Süleymanın məsəlləri 5:1, 2; Filipililərə 1:9-11). Gəl bu amilləri bir-bir araşdıraq.

1) Yaxşını və pisi təyin etmək hüququnun Yehovaya məxsus olduğunu dərk edirik. «Bütün qəlbinlə Rəbbə güvən, öz idrakına etibar etmə. Bütün yollarında Onu tanı, O sənin yollarını düzəldər» (Süleymanın məsəlləri 3:5, 6).

Qərar qəbul edərkən nə üçün Yehovanın məsləhətini və rəhbərliyini axtarmaq lazımdır? (Məzmur 146:3-5; Yeşaya 48:17).

2) Biz Allahın Kəlamını əldə rəhbər tuturuq. «Siz Allahın bizdən eşitdiyiniz kəlamını qəbul etdikdə, onu bəşəri söz olaraq deyil, əslində olduğu kimi, Allahın kəlamı olaraq qəbul etdiniz; siz imanlılara təsir edən də həmin kəlamdır» (1 Saloniklilərə 2:13).

Qərar qəbul edərkən ürəyin səsinə qulaq asmaq nə üçün təhlükəlidir? (Süleymanın məsəlləri 14:12; Yeremya 10:23, 24; 17:9).

Müqəddəs Kitabın bu və ya digər məsələyə dair hansı məsləhət verdiyini bilməyəndə nə etməliyik? (Süleymanın məsəlləri 2:3-5; 2 Timoteyə 3:16, 17).

3) Hamımız eyni ruhani qida proqramı ilə qidalanırıq. «Bütün övladlarını Mən Rəbb öyrədəcəyəm» (Yeşaya 54:13). «Bir-birimizi məhəbbətə və xeyirli işlərə necə təşviq edəcəyimizin qayğısına qalaq. Bəzilərinin adət etdikləri kimi öz yığıncaqlarımızı tərk etməyək. Amma xüsusən, o Günün [məhv gününün] yaxınlaşdığını gördüyümüz nisbətdə bir-birimizi daha çox ürəkləndirək» (İbranilərə 10:24, 25).

Ruhani cəhətdən qidalanmağımız üçün Yehovanın təşkil etdiyi bütün tədbirlərdən tam qidalananlar hansı xeyir-duaları alırlar? (Yeşaya 65:13, 14).

4) Başçımız insan yox, İsa Məsihdir. «Özünüzə “Rabbi” dedirtməyin; çünki sizin Müəlliminiz birdir, o da Məsihdir, və siz hamınız qardaşsınız. Yer üzündə kimsəyə ata deməyin; çünki Atanız birdir, səmavi Atadır. Nə də naseh dedirtməyin; çünki Nasehiniz birdir — Məsihdir» (Matta 23:8-10).

Məsihçilərdən kimsə özünün başqalarından üstün olduğunu düşünməlidirmi? (Romalılara 3:23, 24; 12:3).

5) Biz əminik ki, bəşəriyyətin yeganə ümidi Allahın Padşahlığıdır. «Buna görə siz belə dua edin: “Ey göylərdə olan Atamız, adın müqəddəs tutulsun. Səltənətin gəlsin. Göydə olduğu kimi, Yerdə də Sənin iradən olsun”». «Lakin əvvəlcə Allahın Səltənətini və Onun salehliyini axtarın» (Matta 6:9, 10, 33).

‘Əvvəlcə Allahın Səltənətini axtarmaq’ birliyi qorumağa necə kömək edir? (Mikeya 4:3; 1 Yəhya 3:10-12).

6) Müqəddəs ruh Yehovanın xidmətçilərində məsihçi birliyi üçün zəruri keyfiyyətlər yetişdirir. «Ruhun səmərəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir, lütfkarlıq, yaxşılıq, sədaqət, həlimlik, özünə hakim olmaq» (Qalatiyalılara 5:22, 23).

Allahın ruhunun bizdə öz səmərəsini yetişdirməsi üçün nə etməliyik? (Həvarilərin işləri 5:32).

Allahın ruhu həmimanlılarımızla münasibətimizə necə təsir göstərir? (Yəhya 13:35; 1 Yəhya 4:8, 20, 21).

7) Allaha həqiqətən ibadət edənlərin hamısı Padşahlıq haqqında xoş xəbəri təbliğ edirlər. «Səmavi Səltənət haqqında olan bu Müjdə xalqların hamısına şəhadət olaraq bütün dünyada təbliğ olunacaqdır; və son o zaman gələcəkdir» (Matta 24:14).

Təbliğ işində tam surətdə iştirak etməyə bizi nə təşviq etməlidir? (Matta 22:37-39; Romalılara 10:10).

11. Müqəddəs Kitab həqiqətlərini həyatda tətbiq etməyimiz hansı bəhrələri gətirir?

11 Yehovaya birlikdə ibadət etmək bizi Ona yaxınlaşdırır və həmimanlılarımızla aramızda təravətləndirici ünsiyyət yaradır. Məzmur 133:1 ayəsində deyilir: «Nə yaxşıdır, nə xoşdur qardaş olub, bir yaşamaq!» Dünyanın xudbinliyindən, əxlaqsızlığından və zorakılığından uzaqlaşıb, Yehovanı həqiqi mənada sevən və Onun qanunlarına tabe olan insanlarla birlikdə toplaşmaq necə də xoşdur!

Özünüzü parçalayıcı təsirlərdən qoruyun

12. Nəyə görə özümüzü müstəqillik ruhundan gözləməliyik?

12 Bizə çox əziz olan ümumdünya birliyimizi qoruyub saxlamaq üçün parçalayıcı təsirlərdən uzaq olmalıyıq. Bu təsirlərdən biri Allahdan və Onun qanunlarından müstəqil yaşamaq ruhudur. Yehova bu ruhun mənbəyinin Şeytan İblis olduğunu açıqlamaqla ona qarşı durmağımıza kömək edir (2 Korinflilərə 4:4; Vəhy 12:9). Məhz Şeytanın təhriki ilə Adəmlə Həvva Allahın əmrini qulaq ardına vurub Onun iradəsinə zidd addım atdılar. Bununla onlar həm özlərini, həm də bizi böyük fəlakətə düçar etdilər (Yaradılış 3:1-6, 17-19). Bu dünyada Allahdan və Onun qanunlarından müstəqil yaşamaq ruhu hökm sürür. Buna görə də, bu ruhu daxilimizdə boğmalıyıq.

13. Salehliyin hökm sürəcəyi Allahın yeni dünyasında yaşamaq üçün ürəkdən hazırlaşmağımız nədən görünməlidir?

13 Gəlin Yehovanın indiki pis dünyanı ‘salehliyin ömür sürəcəyi’ yeni göylər və yeni yerlə əvəz edəcəyinə dair verdiyi sevindirici vədin üzərində düşünək (2 Peter 3:13). Məgər bu bizi salehliyin hökm sürəcəyi dövrdə yaşamaq üçün indidən hazırlaşmağa təşviq etməməlidir? Əgər belədirsə, Müqəddəs Kitabın aydın məsləhətinə — «dünyanı və dünyada olan şeyləri sevməyin. Kim dünyanı sevərsə, onda Atanın məhəbbəti yoxdur» məsləhətinə qulaq asacağıq (1 Yəhya 2:15). Buna görə də, özümüzü bu dünyanın sərbəstlik, xudbinlik, əxlaqsızlıq və zorakılıq ruhundan qoruyuruq. Qeyri-kamil təbiətimizin müqavimətinə baxmayaraq, Yehovaya qulaq asmağı və Ona ürəkdən itaətkar olmağı özümüzə vərdiş edirik. Düşüncə tərzimizi və niyyətlərimizi Yehovanın iradəsini icra etməyə yönəltdiyimizi bütün həyatımızla nümayiş etdiririk (Məzmur 40:8).

14. a) Əlimizdəki fürsətdən istifadə edərək, Yehovanın yollarını öyrənmək və öyrəndiklərimizə müvafiq yaşamaq nəyə görə vacibdir? b) Abzasda gətirilmiş ayələr hər birimizə necə aiddir?

14 Bu pis sistemi və onu dəstəkləyənləri məhv etmək vaxtı çatanda, Yehova gözləməyəcək. Bu dünyadan bərk yapışıb, Allahın iradəsini könülsüz öyrənənlərə və ona müvafiq yaşamağa həvəsi olmayanlara görə Yehova Öz normalarını dəyişdirmək və ya o günü təxirə salmaq niyyətində deyil. İndi qəti addımlar atmağın əsl vaxtıdır! (Luka 13:23, 24; 17:32; 21:34-36). Buna görə də, bu imkanı qiymətləndirərək Yehovanın Öz Kəlamı və təşkilatı vasitəsilə verdiyi rəhbərliyi səylə axtaran və yeni dünyaya Onun göstərdiyi yol ilə gedən böyük izdihamı görmək necə də xoşdur! Yehova haqqında daha çox öyrəndikcə, Ona qarşı məhəbbətimiz və xidmət etmək istəyimiz bir o qədər artacaq.

Təkrar üçün suallar

• Yehovanın ibadətlə bağlı niyyəti nədən ibarətdir?

• Müqəddəs Kitabın əsas təlimlərini öyrəndikdən sonra nəyə can atmaq lazımdır?

• Yehovanın digər xidmətçiləri ilə olan birliyimizi qoruyub saxlamaq üçün hər birimiz nə edə bilərik?

[4-cü səhifədəki şəkil]

‘Həlimlər dünyanı miras alacaq və sülh bolluğunda ləzzət tapacaqlar’

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş