Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wt fəs. 2 s. 14—22
  • Yehovanı — vahid həqiqi Allahı ucaldın

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehovanı — vahid həqiqi Allahı ucaldın
  • Vahid həqiqi Allaha ibadət edin
  • Başlıqlar
  • Oxşar material
  • «Allah məhəbbətdir»
  • Başqalarına məhəbbət göstəririk
  • ‘Allahımız Yehovanın adı ilə gedin’
  • Səni sevən Allahı sev
    Gözətçi qülləsi 2006
  • Məhəbbətlə inkişaf edin
    Gözətçi qülləsi 2001
  • Yehova Allah məhəbbətdir
    Gözətçi qülləsi 2015
  • Allahın Yehovanı sev
    Gözətçi qülləsi 2014
Əlavə
Vahid həqiqi Allaha ibadət edin
wt fəs. 2 s. 14—22

Fəsil 2

Yehovanı — vahid həqiqi Allahı ucaldın

İNSANLAR çoxsaylı tanrılara ibadət etsələr də, Müqəddəs Kitabda «bizim tək bir Ata Allahımız» olduğu deyilir (1 Korinflilərə 8:5, 6). ‘Tək bir Allah’ hər şeyin Yaradanı Yehovadır (Qanunun təkrarı 6:4; Vəhy 4:11). İsa Məsih Yehova haqqında ‘mənim Allahım və sizin Allahınız’ demişdi (Yəhya 20:17). Onun dedikləri qədimdə yaşamış Musanın «yalnız Rəbb [“Yehova”, YD] Allahdır, başqası yoxdur» sözlərinə müvafiqdir (Qanunun təkrarı 4:35). Yehova Allah insanların ibadət etdiyi hər şeydən və hər kəsdən — bütlərdən, ilahiləşdirilmiş insanlardan, həmçinin Onun düşməni, «bu əsrin tanrısı» Şeytan İblisdən üstündür (2 Korinflilərə 4:3, 4). İnsanların kimə və nəyə ibadət etmələrindən asılı olmayaraq, İsanın dediyi kimi, ‘vahid həqiqi Allah’ Yehovadır (Yəhya 17:3).

2 Minnətdar insanlar Yehovanın valehedici xüsusiyyətləri, Onun bəşəriyyət üçün etdikləri və gələcəkdə edəcəyi işlər haqqında öyrəndikcə Ona yaxınlaşırlar. Allaha məhəbbətləri artdıqca, Onu ucaltmaq istəkləri daha da güclənir. Bəs Allahı necə ucaltmaq olar? Misal üçün, Yehova haqqında başqalarına danışmaqla. Romalılara 10:10 ayəsində deyilir: ‘İnsan imanını ağzı ilə iqrar edərək xilas olunur’. Digər üsul, sözdə və əməldə Allahı təqlid etməkdir. Efeslilərə 5:1 ayəsində yazılıb: «Sevimli övladlar kimi, Allahı təqlid edin». Bunun üçün Yehovanı yaxından tanımaq lazımdır.

3 Müqəddəs Kitab Allahın gözəl xüsusiyyətlərindən çox bəhs edir. Onlardan dördü — hikmət, ədalət, qüvvə və məhəbbət əsas xüsusiyyətlərdir. «Hikmət... Allahdandır» (Əyyub 12:13). «Bütün yolları haqdır» (Qanunun təkrarı 32:4). ‘Qüvvəsi boldur’ (Yeşaya 40:26). «Allah məhəbbətdir» (1 Yəhya 4:8). Bəs bu dörd əsas xüsusiyyətdən ən görkəmlisi və Allahı daha yaxşı təsvir edəni hansıdır?

«Allah məhəbbətdir»

4 Səncə kainatı, şüurlu ruhani varlıqları və insanları yaratmağa Yehovanı hansı xüsusiyyəti təşviq etmişdir? Hikmət yoxsa qüvvə? Allah yaradanda şübhəsiz, bu xüsusiyyətlərindən istifadə etmişdir, lakin onlar təşviqedici rol oynamamışlar. Bəlkə ədalət? Xeyr, çünki Yehova kiməsə həyat ənamını bəxş etməyə borclu deyildi. Həyatdan həzz alacaq şüurlu varlıqları yaratmağa Allahı sövq edən xüsusiyyət Onun böyük məhəbbəti olmuşdur. Məhz məhəbbətdən irəli gələrək, O, itaətkar insanların Cənnətdə əbədi yaşamasını istəmişdi (Yaradılış 1:28; 2:15). Adəmin günahı ucbatından məhkumiyyətə düçar olmuş bəşəriyyəti azad etmək üçün tədbir görməyə də Onu məhəbbət təşviq etmişdir.

5 Beləliklə məhəbbət Allahın ən görkəmli xüsusiyyətidir. Allah Özü məhəbbətdir. Digər əsas üç xüsusiyyəti vacib olsa da, Müqəddəs Kitabın heç bir yerində Yehovanın hikmət, ədalət və ya qüvvə olduğu deyilmir. Müqəddəs Yazılar Allahın məhəbbət olduğunu açıqlayır. Bəli, Yehova məhəbbətin — hisslərə deyil, prinsiplərə əsaslanmış məhəbbətin təcəssümüdür. Allah həqiqət və salehlik prinsiplərini əldə rəhbər tutaraq, məhəbbətini təzahür etdirir. Bu, məhəbbətin ən uca formasıdır və onun ən parlaq nümunəsi Yehova Allahın Özüdür. Belə məhəbbət tamamilə təmənnasızdır və həmişə əməllərdən görünür.

6 Allahın bu gözəl xüsusiyyəti sayəsində, biz Onu təqlid edə bilərik. Ola bilsin, aciz və səhvlərə meylli qeyri-kamil insan olduğumuzdan biz fikirləşirik ki, buna gücümüz çatmaz. Lakin bu halda da Yehovanın böyük məhəbbəti özünü büruzə verir. O, imkanlarımızın məhdudluğunu başa düşür və bizdən kamillik tələb etmir. Allah bizim kamillikdən çox-çox uzaq olduğumuzu bilir (Məzmur 51:5). Buna görə də, Məzmur 130:3, 4 ayələrində deyilir: «Ya Rəbb, bizim təqsirlərimizi siyahıya alsaydın, ey Xudavənd, kim bunun qarşısında dayana bilər? Amma Sən bağışlayansan». Bəli, Yehova ‘rəhmli və lütfkar, hədsiz səbirli, bol məhəbbətli’ Allahdır (Çıxış 34:6). «Sən, ey Xudavənd, xeyirxahsan, bağışlayan Sənsən» (Məzmur 86:5). Bunu bilməyimiz bizə necə də təsəlli verir! Belə ecazkar Allaha xidmət etmək, Onun məhəbbətli və mərhəmətli qayğısını duymaq necə də xoşdur!

7 Yehovanın məhəbbəti Onun yaratdıqlarında da özünü büruzə verir. Həyatdan zövq almağımız üçün gör Yehova nələr yaradıb! Mənzərəli dağlar, meşələr, göllər, okeanlar... Onun bizə verdiyi cürbəcür qida məhsulları həm ləzzətli, həm də xeyirlidir. Yehova, həmçinin heyrətamiz heyvanlar və gözəl, ətirli, saysız-hesabsız gül-çiçək yaradıb. Yehova hər şeyi elə yaradıb ki, insanlar həyatdan həzz alsınlar, hərçənd O bunu etməyə də bilərdi. Düzdür, bu pis dünya və qeyri-kamilliyimiz, Onun yaratdığı şeylərdən tam şəkildə dadmağa imkan vermir (Romalılara 8:22). Ancaq Yehovanın bizim üçün Cənnətdə nələr edəcəyini təsəvvür et! Məzmurçu Yehova haqqında əzmlə demişdi: «Əlini açırsan, bütün canlıları doyunca yedirirsən» (Məzmur 145:16).

8 Yehovanın bəşəriyyətə bəslədiyi məhəbbətin ən parlaq nümunəsi nədir? Müqəddəs Kitabda deyilir: «Allah dünyanı elə sevdi ki, vahid Oğlunu ona verdi; bunu ona görə etdi ki, Ona iman edənlərin heç biri həlak olmasın, hamısının əbədi həyatı olsun» (Yəhya 3:16). Yehova bunu insanların yaxşı olduqlarına görəmi etdi? Cavab Romalılara 5:8 ayəsində verilir: «Allah bizə olan Öz məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ikən Məsih bizim uğrumuzda öldü». Bəli, Allah Öz kamil Oğlunu yer üzünə göndərdi ki, bizi günah və ölümün pəncəsindən xilas etmək üçün, həyatını fidiyə kimi qurban versin (Matta 20:28). Bunun sayəsində Allahı sevən insanlar üçün əbədi həyata yol açıldı. Allah Onun iradəsini yerinə yetirmək istəyənlərin hamısını sevir. Bunu bilməyimiz necə də təsəlli gətirir! Müqəddəs Kitabdan oxuyuruq: «Allah insanların kimliyinə baxmaz. Amma hər xalqdan olub, Ondan qorxan və haqq iş görən Ona məqbuldur» (Həvarilərin işləri 10:34, 35).

9 Yehova Oğlunu uğrumuzda qurban verməklə, bizim əbədi yaşamağımıza yol açdı. Bəs bu həyatımıza necə təsir etməlidir? Həqiqi Allah Yehovaya məhəbbətimiz get-gedə artmalıdır. Eyni zamanda, bizdə Allahı təmsil edən İsa Məsihə qulaq asmaq istəyi yaranmalıdır. «Məsih hamı üçün öldü ki, yaşayanlar artıq özləri üçün yox, onlar uğrunda ölən... üçün yaşasınlar» (2 Korinflilərə 5:15). Yehovanın məhəbbətini və şəfqətini mükəmməl surətdə əks etdirən İsa Məsihin ardınca getmək necə də xoşdur! Bu, İsanın təvazökar adamlara müraciətindən aydın görünür: «Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin və Mən sizə rahatlıq verərəm. Boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin; çünki Mən həlim və qəlbdən təvazökaram; və canınıza rahatlıq taparsınız. Çünki boyunduruğum asan və yüküm yüngüldür» (Matta 11:28-30).

Başqalarına məhəbbət göstəririk

10 Yehova və İsa Məsih bizi sevdikləri kimi, biz də həmimanlılarımızı sevdiyimizi necə göstərə bilərik? Bir sıra yollarla: «Məhəbbət səbirli, xeyirxahdır. Məhəbbət paxıllıq etməz. Məhəbbət lovğalanmaz, qürrələnməz. Kobud davranmaz, öz mənfəətini axtarmaz, hirslənməz, ona edilən pisliklərin hesabını tutmaz, haqsızlığa sevinməz, həqiqətə isə şadlanar; hər şeyə qatlaşar, hər şeyə inanar, hər şeyə ümid bəsləyər, hər şeyə tab gətirər... məhəbbət əsla tükənməz» (1 Korinflilərə 13:4-8; 1 Yəhya 3:14-18; 4:7-12).

11 Daha kimləri sevməliyik və bunu necə edə bilərik? İsa demişdi: «Beləliklə, gedin, bütün xalqları şagirdim edin, onları Ata, Oğul və Müqəddəs Ruh naminə vəftiz edin; sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin» (Matta 28:19, 20). Bu tapşırığa, yaxınlaşan cənnət şəraitli yeni dünya haqqındakı xoş xəbəri, hələ həqiqətdə olmayan insanlara təbliğ etmək daxildir. İsa aydın göstərdi ki, yalnız həmimanlılarımızı sevməklə kifayətlənməməliyik: «Əgər sizi sevənləri sevərsinizsə, sizə nə mükafat olacaq? Vergiyığanlar da belə etmirlərmi? Və yalnız qardaşlarınızı salamlayırsınızsa, xüsusi bir şey edirsinizmi? Bütpərəstlər də elə etmirlərmi?» (Matta 5:46, 47; 24:14; Qalatiyalılara 6:10).

‘Allahımız Yehovanın adı ilə gedin’

12 Həqiqi Allahı ucaltmağın daha bir mühüm yolu, Onun misilsiz və yeganə adının Yehova olduğunu bilmək, bu adı işlətmək və başqalarına öyrətməkdir. Allah Yeşaya peyğəmbər vasitəsilə belə demişdi: «Mən Yehovayam, ismim odur; və izzətimi bir başqasına və həmdimi oyma bütlərə verməyəcəyəm» (Yeşaya 42:8, KM). «Yehova» adı «olmasına səbəb Olan» deməkdir. Yehova böyük niyyətlər Allahıdır və Öz niyyətlərini həmişə müvəffəqiyyətlə həyata keçirir. Bu adı daşımağa yalnız həqiqi Allahın ixtiyarı var, çünki heç bir insan niyyətinin baş tutacağına zəmanət verə bilməz (Yaqub 4:13, 14). Təkcə Yehova söylədiyi hər kəlmənin mütləq yerinə yetəcəyini deyə bilər (Yeşaya 55:11). Allahın adını ilk dəfə Müqəddəs Kitabda görəndə və onun mənasını öyrənəndə çoxlarının ürəyi fərəhdən riqqətə gəlir (Çıxış 6:3, KM). Amma bu bilik onlara ‘Allahımız Rəbbin [«Yehovanın», YD] adı ilə’ əbədi olaraq getdikləri təqdirdə fayda gətirəcək (Mikeya 4:5).

13 Allahın adı haqqında Məzmur 9:10 ayəsində deyilir: «İsmini tanıyanlar Sənə güvənir». Burada sadəcə Allahın adını bilməkdən söhbət getmir, çünki bilmək hələ güvənmək demək deyil. Allahın adını ‘tanımaq’ Yehovanın necə Allah olduğunu dərk etmək, Onun hakimiyyətinə hörmət etmək, Ona itaətkar olmaq və hər zaman güvənmək deməkdir (Süleymanın məsəlləri 3:5, 6). Bununla yanaşı, Yehovanın adı ilə getmək Allaha həsr olunmaq və Onun iradəsinə müvafiq yaşayaraq bir xidmətçi kimi Onu təmsil etməyi bildirir (Luka 10:27). Sən belə edirsən?

14 Əgər Yehovaya əbədiyyən xidmət etmək istəyiriksə, bizi buna borc hissindən qat-qat yüksək bir hiss təşviq etməlidir. Həvari Pavel uzun müddət Yehovaya sədaqətlə xidmət etmiş Timoteyi ‘Allah yoluna bağlı’ qalmağa təşviq edirdi (1 Timoteyə 6:11). Bağlılıq, ürəkdə kiməsə qarşı dərin minnətdarlıq olduqda yaranır. Beləliklə, ‘Allah yoluna bağlılıq’ Yehovaya qarşı dərin hörməti bildirir. Bu, Yehovaya və Onun yollarına qarşı hədsiz ehtiramdan doğan məhəbbət dolu sədaqətdə özünü büruzə verir. Bağlılıq hissi bizdə bütün insanların Allahın adına hörmətlə yanaşması istəyini oyadır. Əgər vahid həqiqi Allah Yehovanın adı ilə getmək istəyiriksə, Ona daha çox bağlanmalıyıq (Məzmur 37:4; 2 Peter 3:11).

15 Yehova xidmətimizi qəbul etsin deyə, biz yalnız Ona ibadət etməliyik, çünki O, ‘qısqanc [«xüsusi sədaqət tələb edən», YD] Allahdır’ (Çıxış 20:5). Biz həm Allahı, həm də Şeytanın idarə etdiyi bu pis dünyanı sevə bilmərik (Yaqub 4:4; 1 Yəhya 2:15-17). Yehova hər birimizin necə insan olmağa çalışdığımızı çox gözəl bilir (Yeremya 17:10). O salehliyi həqiqətən sevdiyimizi görür və gündəlik sınaqlarımıza tab gətirməkdə bizə dayaq olur. Öz güclü müqəddəs ruhu ilə dünyada geniş yayılmış pisliyin üzərində qələbə çalmağımıza kömək edəcək (2 Korinflilərə 4:7). Həmçinin biz Allahın köməyilə yerüzü Cənnətdə əbədi yaşamaq ümidimizi möhkəm qoruyacağıq. Bu necə də füsünkar ümiddir! Biz onu yüksək qiymətləndirməli və bu ümidi verən həqiqi Allah Yehovaya canla-başla xidmət etməliyik.

16 Yer üzündə yaşayan milyonlarla insan məzmurçunun «gəlin mənimlə birgə Rəbbi müqəddəs tutaq, Rəbbin ismini birgə ucaldaq» çağırışına sevinclə hay verir (Məzmur 34:3). Bütün xalqlarda bu çağırışa hay verənlərin sayı günü-gündən artır. Yehova səni də onların arasında görmək istəyir!

Təkrar üçün suallar

• Yehova necə Allahdır? Onun xüsusiyyətlərini aydın dərk etməyimiz bizə hansı faydanı gətirir?

• Başqalarını sevdiyimizi necə göstərə bilərik?

• Yehovanın adını tanımaq və Onun adı ilə getmək nə deməkdir?

[Oyrənilmə üçün olan suallar]

1. Vahid həqiqi Allah kimdir?

2. Allah haqqında öyrəndiklərimiz həyatımızda necə əks olunmalıdır?

3. Allahın əsas xüsusiyyətləri hansılardır?

4. Kainatı və bütün canlıları yaratmağa Allahı hansı xüsusiyyəti sövq etmişdir?

5. Müqəddəs Kitaba əsasən Yehova hansı xüsusiyyətin təcəssümüdür? İzah edin.

6. Yehovanın bizdən qat-qat üstün olmasına baxmayaraq, biz nəyin sayəsində Onu təqlid edə bilərik?

7. Yehovanın məhəbbəti özünü yaratdıqlarında necə büruzə verir?

8. Yehovanın bəşəriyyətə məhəbbətinin ən parlaq nümunəsi nədir?

9. Yehovanın Öz Oğlunu uğrumuzda qurban verməsi bizə necə təsir etməlidir?

10. Həmimanlılarımızı sevdiyimizi necə göstərə bilərik?

11. Daha kimləri sevməliyik və bunu necə edə bilərik?

12. «Yehova» adını daşımağa nə üçün yalnız Allahın ixtiyarı var?

13. Yehovanın adını tanımaq və Onun ‘adı ilə getmək’ nə deməkdir?

14. Yehovaya əbədiyyən xidmət etmək istəyiriksə, bizdə hansı hiss olmalıdır?

15. Allaha qarşı xüsusi sədaqətimizi necə nümayiş etdirə bilərik?

16. Milyonlarla insanla birgə sən də hansı çağırışa hay verə bilərsən?

[14-cü səhifədəki şəkil]

Yehova böyük məhəbbətlə ‘əlini açacaq, bütün canlıları doyunca yedirəcək’

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş