Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bh fəs. 4 s. 37—46
  • İsa Məsih haqqında həqiqət

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İsa Məsih haqqında həqiqət
  • Müqəddəs Kitab əslində nə öyrədir?
  • Başlıqlar
  • Oxşar material
  • VƏ’D EDİLMİŞ MƏSİH
  • İSA MƏSİH HARADAN GƏLMİŞDİ?
  • İSA NECƏ İNSAN İDİ?
  • SONA QƏDƏR SADİQ
  • İsa Məsih haqqında həqiqət
    Müqəddəs Kitab təlimləri
  • İsa Məsih kimdir?
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • İsa Məsih Allah haqqındakı biliyin açarıdır
    Əbədi həyata aparan bilik
  • Məsih — Allahın xilas vasitəsi
    Gözətçi qülləsi 2009
Əlavə
Müqəddəs Kitab əslində nə öyrədir?
bh fəs. 4 s. 37—46

Fəsil 4

İsa Məsih haqqında həqiqət

  • Allahın niyyətinin həyata keçməsində İsanın xüsusi rolu nədən ibarətdir?

  • O, haradan gəlmişdi?

  • İsa necə insan idi?

1, 2. a) Nəyə görə kiminsə haqqında eşitməyimiz onu tanıdığımızı bildirmir? b) İsa haqqında hansı müxtəlif fikirlər mövcuddur?

YER ÜZÜNDƏ çoxlu tanınmış insanlar var. Bə’ziləri yaşadıqları ərazidə, şəhərdə və ya ölkədə, digərləri isə bütün dünyada tanınırlar. Ola bilsin, siz onlardan kiminsə haqqında eşitmisiniz. Ancaq bu o demək deyil ki, siz onu yaxşı tanıyırsınız. Axı siz onun həyatı və necə insan olduğu haqda heç nə bilmirsiniz.

2 İsa Məsihin təxminən 2 000 il bundan əvvəl yaşamasına baxmayaraq, çoxlarının onun haqqında müəyyən mə’lumatı var. Lakin İsanın əslində kim olduğu çox az insana mə’lumdur. Bə’ziləri onu sadəcə yaxşı bir insan, başqaları isə adi peyğəmbər hesab edirlər. Elələri də var ki, İsanın Allah olduğuna inanır və ona ibadət etməli olduqlarını düşünürlər. Bəs bu düzgündürmü?

3. İsa Məsih haqqında həqiqəti bilməyimiz nəyə görə vacibdir?

3 İsa haqqında həqiqəti bilməyimiz çox vacibdir. Nəyə görə? Çünki Müqəddəs Kitabda deyilir: «Əbədi həyat o deməkdir ki, Səni, vahid həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar» (Yəhya 17:3). Bəli, yerüzü Cənnətdə əbədi yaşamağımız Yehova Allah və İsa Məsih haqqında həqiqəti bilməyimizdən asılıdır (Yəhya 14:6). Eyni zamanda, İsa necə yaşamağa və insanlara necə münasibət göstərməyə dair gözəl nümunə qoyub (Yəhya 13:34, 35). Bu kitabın 1-ci fəslindən Allah haqqında həqiqəti öyrəndik. İndi isə gəlin Müqəddəs Kitabın İsa Məsih haqqında nə öyrətdiyini nəzərdən keçirək.

VƏ’D EDİLMİŞ MƏSİH

4. «Məsih» sözü hansı mə’nanı daşıyır?

4 İsa dünyaya gəlməzdən çox-çox əvvəl Müqəddəs Kitabda Allahın yer üzünə Məsih, yə’ni Xilaskar göndərəcəyi qabaqcadan xəbər verilmişdi. «Məsih» sözü Müqəddəs Kitabın yazıldığı dillərdə «Maşiah» (ibranicə) və «Xristos» (yunanca) kimi istifadə edilir və «məsh edilmiş» mə’nasını verir. Peyğəmbərlikdə deyilirdi ki, o, məsh ediləcək, yə’ni Allahdan xüsusi tə’yinat alacaq. Bu kitabın növbəti fəsillərindən Allahın və’dlərinin həyata keçməsində Məsihin hansı vacib rolu oynadığı haqda daha çox bilik əldə edəcəyik. Biz, həmçinin İsanın həyatımızı yaxşılığa doğru necə dəyişəcəyi haqqında da öyrənəcəyik. İsa dünyaya gəlməzdən əvvəl hamını bir sual maraqlandırırdı: Məsih kim olacaq?

5. İsanın şagirdləri nəyə tam əmin idilər?

5 Eramızın I əsrində Nazaretli İsanın şagirdləri məhz onun və’d edilmiş Məsih olduğuna tam əmin idilər (Yəhya 1:41). Onlardan biri Şimon Peter İsaya açıqca dedi: «Sən... Məsihsən» (Matta 16:16). Bəs nə üçün şagirdlərin buna heç bir şübhəsi yox idi? İsanın və’d edilmiş Məsih olduğuna biz necə əmin ola bilərik?

6. Yehova insanların Məsihi tanımalarına necə kömək etmişdir və bunu hansı nümunənin əsasında başa düşmək olar?

6 İsanın doğulmasından çox illər əvvəl Allahın peyğəmbərləri Məsih haqqında ətraflı mə’lumat vermişdilər. Məhz bu peyğəmbərliklər insanların Məsihi tanımalarına kömək etməli idi. Təsəvvür edək ki, sizdən vağzalda və ya hava limanında heç vaxt görmədiyiniz bir adamı qarşılamağı xahiş ediblər. Həmin adamı ətraflı təsvir etsələr, onu tanımaq asan olar. Yehova da Öz peyğəmbərləri vasitəsi ilə Məsihin həyatını və xidmətini ətraflı surətdə təsvir etmişdir. Çoxsaylı peyğəmbərliklərin həyata keçməsi Allaha sadiq insanların Məsihi tanımalarına kömək edir.

7. İsanın üzərində hansı iki peyğəmbərlik yerinə yetmişdir?

7 Gəlin iki nümunəni nəzərdən keçirək. Təxminən 700 il əvvəl Mika peyğəmbər Məsihin Yəhudeyanın balaca şəhəri Bet-Lexemdə doğulacağını xəbər vermişdi (Mikeya 5:2). Bəs İsa harada anadan oldu? Məhz Bet-Lexemdə! (Matta 2:1, 3-9). Bundan əlavə, Daniel 9:25 ayəsindəki peyğəmbərlikdə Məsihin b. e. 29-cu ilində peyda olacağı yüz illər öncə xəbər verilmişdia. Bu və digər peyğəmbərliklərin yerinə yetməsi, İsanın və’d olunmuş Məsih olduğunu sübut edir.

İsa peyğəmbərin vəftizi zamanı Allahın müqəddəs ruhu göyərçintək İsanın üstünə qonması onun Məsih olduğu göstərdi

İsa vəftiz edilən zaman Məsih oldu

8, 9. İsanın Məsih olduğu vəftiz edilən zaman necə aydın oldu?

8 İsanın Məsih olduğu b. e. 29-cu ilinin sonuna yaxın daha da aydın oldu. İsa həmin il İordan çayında vəftiz olunmaq üçün Vəftizçi Yəhyanın yanına gəldi. Yehova, Məsihi tanımaq üçün Yəhyaya əlamət verəcəyini və’d etmişdi. O bu və’dini İsa vəftiz olunan zaman yerinə yetirdi. Bu haqda Müqəddəs Kitabda belə deyilir: «İsa vəftiz olunub, o anda sudan çıxdı; və budur, göylər açıldı və Allahın Ruhunun göyərçin kimi enib Öz üzərinə gəldiyini gördü. Və budur, göylərdən bir səs dedi: “Bu Mənim sevimli Oğlumdur, Ondan çox məmnunam”» (Matta 3:16, 17). Baş verənləri gördükdən və eşitdikdən sonra, İsanın Allah tərəfindən göndərildiyinə dair Yəhyada heç bir şübhə qalmadı (Yəhya 1:32-34). İsa, Allahın ruhu, yə’ni fəal qüvvəsi üzərinə endiyi andan e’tibarən Başçı və Padşah tə’yin olunmuş Məsih oldu (Yeşaya 55:4).

9 Müqəddəs Kitab peyğəmbərliklərinin yerinə yetməsi, həmçinin Yehova Allahın şəxsən Özünün şahidliyi aydın surətdə göstərir ki, İsa və’d edilmiş Məsihdir. Bəs o, haradan gəlmişdi və necə insan idi? Bu haqda Müqəddəs Kitabda deyilənləri nəzərdən keçirək.

İSA MƏSİH HARADAN GƏLMİŞDİ?

10. Müqəddəs Kitab İsanın yer üzünə gəlməzdən əvvəlki mövcudluğu haqda nə öyrədir?

10 Müqəddəs Kitab İsanın yer üzünə gəlməzdən əvvəl göydə yaşadığını öyrədir. Mika peyğəmbər Məsihin harada anadan olacağını peyğəmbərlik etməklə yanaşı, onun ‘zamanın başlanğıcından’ yarandığını da demişdi (Mikeya 5:2). İsa özü dəfələrlə demişdi ki, yerə gəlməzdən əvvəl göydə yaşayıb (Yəhya 3:13; 6:38, 62; 17:4, 5). Gözəgörünməz ruhani varlıq olarkən, İsanın Yehova ilə xüsusi qarşılıqlı münasibətləri vardı.

11. Müqəddəs Kitab necə göstərir ki, İsa Yehovanın ən sevimli Oğludur?

11 İsa Yehovanın ən sevimli Oğludur. O, Yehovanın yaratdığı ilk varlıq olduğuna görə, «bütün xilqətin fövqündə duran» adlanırb (Koloslulara 1:15). İsa Yehovaya xüsusilə əzizdir, çünki Onun ‘vahid Oğludur’ (Yəhya 3:16). O, bilavasitə Allah tərəfindən yaradılan yeganə şəxsdir. Qalan hər şeyi Allah İsanın vasitəsilə yaradıb (Koloslulara 1:16). İsa, həmçinin «Kəlam» adlanır (Yəhya 1:14). Bu, İsanın Allahın adından danışaraq, Atanın xəbərini və öyüd-nəsihətlərini göydəki və yer üzündəki digər oğullarına çatdırdığını göstərir.

12. İlkin Oğulun Allaha bərabər olmadığını haradan bilirik?

12 Bə’ziləri inanır ki, ilkin Oğul Ataya bərabərdir. Bu, Müqəddəs Kitab tə’limidirmi? Xeyr. Əvvəlki abzasdan öyrəndiyimiz kimi, Oğul Allah tərəfindən yaradılıb, yə’ni onun başlanğıcı var. Yehova Allahın isə nə başlanğıcı var, nə də sonu (Məzmur 90:2). Vahid Oğul Ataya bərabər olmağı ağlından belə keçirmirdi. Müqəddəs Kitabdan aydın görünür ki, Ata Oğuldan üstündür (Yəhya 14:28; 1 Korinflilərə 11:3). Yalnız Yehova ‘Külli-İxtiyar Allahdır’ (Yaradılış 17:1). Bu o deməkdir ki, Onun bərabəri yoxdurc.

13. Nəyə görə İsa Müqəddəs Kitabda «görünməyən Allahın surəti» adlanır?

13 Yehova və Onun ilkin Oğlu yerin və göyün yaranmasından çox-çox əvvəl, milyardlarla il ərzində sıx ünsiyyətdə olmuşlar. Onları birləşdirən məhəbbət telləri necə də möhkəm idi! (Yəhya 3:35; 14:31). İsa öz Atasına çox oxşayır. Elə buna görə də, Müqəddəs Kitab onu «görünməyən Allahın surəti» adlandırır (Koloslulara 1:15). Adətən oğul böyüdükcə bir çox cəhətdən öz atasına oxşayır. İsa da eynilə Allahın şəxsiyyətini və xüsusiyyətlərini təcəssüm etdirirdi.

14. Yehovanın vahid Oğlu insan kimi necə doğuldu?

14 Yehovanın vahid Oğlu könüllü surətdə göyü tərk edib yer üzünə gəldi. Bəs ruhani bir varlığın insan kimi dünyaya gəlməsi necə mümkündür? Yehova mö’cüzə göstərdi. O, ilkin Oğlunun həyatını Məryəm adlı bakirə yəhudi qızının bətninə köçürdü. Uşağın doğulması üçün yer üzündə atanın olmasına ehtiyac yox idi. Buna görə də, körpə kamil və günahsız doğuldu və Məryəm onun adını İsa qoydu (Luka 1:30-35).

İSA NECƏ İNSAN İDİ?

İsa peyğəmbər evdə bir neçə adama təbliğ edir

15. Yehovanı yaxşı tanımaqda İsa bizə necə kömək edir?

15 İsanın həyatı və tə’limləri onun şəxsiyyəti haqqında bizə çox şey öyrədir. Üstəlik, onlar bizə Yehovanı daha yaxşı tanımağa kömək edir. Necə? Biz artıq İsanın öz Atasının mükəmməl təcəssümü olduğunu qeyd etmişdik. İsa, hətta şagirdlərindən birinə demişdi: «Məni görən, Atanı görmüş olur» (Yəhya 14:9). Müqəddəs Yazıların Mattanın, Markın, Lukanın və Yəhyanın Müjdəsi kimi tanınan dörd kitabında İsa Məsihin həyatı, fəaliyyəti və xüsusiyyətləri haqqında təfsilatı ilə danışılır.

16. İsa, başlıca olaraq, nə haqda təbliğ edirdi və bu xəbər kimə məxsus idi?

16 İsa Müəllim kimi tanınırdı (Yəhya 1:38; 13:13). O, nə haqda öyrədirdi? Başlıca olaraq, «Səmavi Səltənət [Padşahlıq] Müjdəsini təbliğ edir»di. O, bütün yer üzünü idarə edəcək və Allaha sadiq insanlara xeyir-dualar gətirəcək Allahın Padşahlığı, yə’ni göylər hakimiyyəti haqqında öyrədirdi (Matta 4:23). Bu xəbər kimə məxsus idi? İsa dedi: «Verdiyim tə’lim Mənim deyil, Məni Göndərənindir» (Yəhya 7:16). Bəli, bu xəbər Yehovanındır. İsa başa düşürdü ki, Atası insanların Padşahlıq haqqındakı xoş xəbəri eşitmələrini istəyir. Biz bu kitabın 8-ci fəslində Allahın Padşahlığı və onun edəcəyi işlər haqda daha çox öyrənəcəyik.

İsa peyğəmbər balıqçıya təbliğ edir

17. İsa insanları harada öyrədirdi və nəyə görə bunun üçün qüvvəsini əsirgəmirdi?

17 İsa harada öyrədirdi? İnsanların olduqları hər yerdə: şəhər və kəndlərdə, bazar meydanlarında və insanların evlərində. O, insanların onun yanına gəlmələrini gözləmirdi, özü onların yanına gedirdi (Mark 6:56; Luka 19:5, 6). Nəyə görə İsa təbliğ etmək və insanları öyrətmək üçün vaxtını və qüvvəsini əsirgəmirdi? Çünki o, Allahın iradəsini yerinə yetirirdi. İsa hər zaman Atasına məqbul olan işləri edirdi (Yəhya 8:28, 29). Ancaq bu onun təbliğ etməsinin yeganə səbəbi deyildi. İsa onun yanına gələn insanların halına acıyırdı (Matta 9:35, 36). O dövrdə Allah və Onun niyyətləri haqqında həqiqəti öyrətməli olan din rəhbərləri sadə insanlara xor baxırdılar. İsa insanların Padşahlıq haqqındakı xoş xəbəri eşitmələrinin nə qədər vacib olduğunu dərk edirdi.

18. İsanın hansı xüsusiyyəti sizə daha çox tə’sir bağışlayır?

18 İsa çox həssas və şəfqətli insan idi. Onun xeyirxahlığı və səmimiliyi insanları cəlb edirdi. Hətta körpələr belə özlərini onun yanında rahat hiss edirdilər (Mark 10:13-16). İsa ədalətli idi. O, acgözlüyə və ikiüzlülüyə nifrət edirdi (Matta 21:12, 13). Qadınların heç bir hüququnun olmadığı və onlara e’tinasızlıq göstərildiyi bir dövrdə, İsa onlara həmişə hörmətlə yanaşırdı (Yəhya 4:9, 27). O, çox təvazökar insan idi. Ayaq yumağın aşağı səviyyəli iş hesab edilməsinə və bunu yalnız qulluqçuların etməsinə baxmayaraq, İsa bir dəfə həvarilərinin ayaqlarını yumuşdu.

İsa peyğəmbər xəstə adama toxunur və onu sağaldır

İsa insanlarla qarşılaşdığı hər yerdə təbliğ edirdi

19. İsanın hər zaman kömək etməyə hazır olduğunu hansı hadisə göstərir?

19 İsa insanların köməyinə çatmağa hər zaman hazır idi. Onun Allahın qüvvəsilə etdiyi mö’cüzələr buna parlaq sübutdur (Matta 14:14). Məsələn, cüzama tutulmuş bir nəfər İsaya yaxınlaşıb dedi: «Əgər istəsən, məni saf edə bilərsən». İsa həmin adamın sıxıntısını və acısını öz ürəyində hiss etdi. Rəhmi gəldiyi üçün, əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm, saf ol!» Cüzamlı o andaca sağaldı! (Mark 1:40-42). Həmin adamın keçirdiyi hissləri təsəvvür edin!

SONA QƏDƏR SADİQ

20, 21. Allaha sadiq və itaətkar olmağa dair İsa necə nümunə verdi?

20 İsa Allaha sadiq qalmaqda və itaətkarlıq göstərməkdə çox gözəl nümunə qoydu. O, ən ağır sınaqlara və güclü müqavimətlərə baxmayaraq, səmavi Atasına sadiq qalırdı. İsa, Şeytanın sınaqlarını mətanətlə və qətiyyətlə rədd edirdi (Matta 4:1-11). Elə vaxt olub ki, hətta qohumları belə ona inanmamış və onun ‘özündən çıxdığını’, yə’ni ağlını itirdiyini demişdilər (Mark 3:21). Lakin bu, İsanı ruhdan salmırdı. O, Allahın iradəsini yerinə yetirməyə davam edirdi. İsa bütün təhqirlərə və istehzalara dözürdü. O özündən çıxmır və heç vaxt onu təhqir edənlərdən qisas almağa çalışmırdı (1 Peter 2:21-23).

21 İsa düşmənləri tərəfindən amansızcasına və iztirabla öldürülsə də, sonadək sadiqliyini qorudu (Filipililərə 2:8). Həyatının sonuncu günündə İsanın nələr yaşadığını təsəvvür edin: həbs, yalan ittihamlar, ədalətsiz hökm, izdihamın lağa qoyması, Roma əsgərlərinin verdiyi əzablar. İşgəncə dirəyində asıldığı zaman, İsa son nəfəsini verərək nida etdi: «Tamam oldu» (Yəhya 19:30). Ölümünün üçüncü günündə Allah İsanı ruhani şəxsiyyət kimi diriltdi (1 Peter 3:18). Bir neçə həftədən sonra İsa göyə qayıtdı. O, «Allahın sağında oturdu» və padşahlıq hakimiyyətini alacağı vaxtı gözlədi (İbranilərə 10:12, 13).

22. İsanın ölənədək sadiq qalması sayəsində nə mümkün oldu?

22 İsanın ölənədək sadiq qalması sayəsində nə mümkün oldu? Yehovanın başlanğıcda niyyət etdiyi kimi, bizim yer üzündə Cənnətdə əbədi yaşamaq imkanımız yarandı. İsanın ölümünün əbədi həyata necə yol açdığını növbəti fəsildən öyrənəcəyik.

a Danielin Məsih haqqındakı peyğəmbərliyi «Əlavələr» bölməsində, 197-199-cu səhifələrdə izah edilir.

b Yehova Yaradan olduğuna görə Ata adlanır (Yeşaya 64:8). İsa, Allah tərəfindən yaradıldığı üçün Allahın Oğlu adlanır. Elə bu səbəbdən, digər ruhani varlıqlar, hətta ilk insan olan Adəm də Allahın oğlu adlanır (Əyyub 1:6, KM; Luka 3:38).

c İlkin Oğulun Ataya bərabər olmadığına dair daha artıq sübutları «Əlavələr» bölməsində, 201-204-cü səhifələrdə tapmaq olar.

MÜQƏDDƏS KİTABIN ÖYRƏTDİKLƏRİ

  • Yerinə yetmiş peyğəmbərliklər və Allahın Özünün şahidliyi İsanın Məsih olduğunu sübut edir (Matta 16:16).

  • İsa yer üzünə gəlməzdən əvvəl ruhani şəxsiyyət kimi göydə yaşamışdır (Yəhya 3:13).

  • İsa insanları öyrədir, həssaslıq və xeyirxahlıq göstərir, həmçinin Allaha itaətkarlığa dair gözəl nümunə verirdi (Matta 9:35, 36).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş