Nəğmə 116
Həqiqət nuru parlayır
1. Məsih haqqında öyrənmək istəyən
Mömin insanlar çox olmuşdur.
Allah vəd etmişdi Məsih gələcək,
Bəşərçün tək o qurtuluşdur.
Zaman yetişdi, bax padşahdır Məsih,
Onun hüzuru başlamış.
Şərəfdir bilmək ilahi sirləri,
Mələklər də bunu istəmiş.
(NƏQARƏT)
Artıq yolumuz işıqlıdır,
Nurda yeriyirik bizlər.
Allah haqq yolun göstəribdir,
Açıb müqəddəs, pak sirlər.
2. Verməkçün vaxtlı-vaxtında qidanı
Sadiq nökəri Rəbb seçibdir.
Tədricən Onun saçdığı saf işıq
Zehnə, ürəyə yol tapıbdır.
Artır günbəgün nurumuz bu yolda,
Mətin yeriyirik bizlər.
Haqqın mənbəyidir Yehova Allah
Dilimiz Xudaya həmd söylər.
(NƏQARƏT)
Artıq yolumuz işıqlıdır,
Nurda yeriyirik bizlər.
Allah haqq yolun göstəribdir,
Açıb müqəddəs, pak sirlər.
(Həmçinin baxın: Rom. 8:22; 1 Kor. 2:10; 1 But. 1:12.)