Nəğmə 123
Ağsaqqallar — insanlar timsalında hədiyyələr
1. Öz xalqına verib hədiyyə,
Rəbb ağsaqqal seçib.
Bu qardaşlar örnəkdir bizə,
Həm də bir bələdçi.
(NƏQARƏT)
Rəbb onlara etibar edir,
Biz də gərək güvənək.
Hər zəhmətə qatlaşır onlar,
Daim hörmət göstərək.
2. Can yandırır çoban quzuya,
Tez dadına yetir.
Xoş sözlə yaralı ürəyə
O təsəlli verir.
(NƏQARƏT)
Rəbb onlara etibar edir,
Biz də gərək güvənək.
Hər zəhmətə qatlaşır onlar,
Daim hörmət göstərək.
3. Heç sapmayaq deyə ağsaqqal
Hey nəsihət verər.
Sən xidmətdə ol daim fəal
O köməyin eylər.
(NƏQARƏT)
Rəbb onlara etibar edir,
Biz də gərək güvənək.
Hər zəhmətə qatlaşır onlar,
Daim hörmət göstərək.
(Həmçinin baxın: Əşy. 32:1, 2; Ərm. 3:15; Yəh. 21:15—17; Həv. 20:28.)