Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • rk böl. 13 s. 30—31
  • Həqiqi iman əbədi xoşbəxtlik gətirir!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Həqiqi iman əbədi xoşbəxtlik gətirir!
  • Xoşbəxtlik gətirən həqiqi iman
  • Başlıqlar
  • Oxşar material
  • İmanınızı möhkəmləndirin
  • Həqiqi iman nədir?
    Xoşbəxtlik gətirən həqiqi iman
  • Yer üzündə qurulacaq Cənnətdə əbədi həyat!
    Həyatın mənası nədədir? Onu necə tapmaq olar?
  • Yehova Allahın vədlərinə iman edin
    Gözətçi qülləsi 2016
  • Yaxın gələcəyimizə dair peyğəmbərliklər
    Gözətçi qülləsi 2009
Əlavə
Xoşbəxtlik gətirən həqiqi iman
rk böl. 13 s. 30—31

BÖLMƏ 13

Həqiqi iman əbədi xoşbəxtlik gətirir!

«SALEH imanı sayəsində yaşayacaq»,— deyə Müqəddəs Kitabda yazılır (Romalılara 1:17). Bu ayədəki sevindirici vədin sizə də aidiyyəti var. Gəlin görək necə.

Yer üzündəki tapşırığını başa vurduqdan sonra İsa Məsih göylərə, Allahın yanına qayıtdı. O, şagirdlərinin gözü önündə «yuxarı qaldırıldı və bulud onu örtüb görünməz etdi» (Həvarilərin işləri 1:9). Göylərdə Allah onu qüdrətli səmavi Padşah təyin etdi. Yaxın gələcəkdə «İnsan Oğlu [İsa] bütün mələklərlə birgə öz calalında gəlib şanlı taxtına əyləşəcək. Bütün xalqlar onun önündə yığışacaq və o, insanları çoban qoyunları keçilərdən ayırdığı kimi, bir-birindən ayıracaq» (Mətta 25:31, 32). Bu nə zaman baş verəcək?   

Müqəddəs Kitabda Məsihin xalqlar üzərində hökmünün yaxınlaşmasına əlamət olaraq bütün dünyada əzab-əziyyətin olacağı bir dövr haqda qabaqcadan peyğəmbərlik edilmişdi. İsa bu əlamətə nələrin daxil olacağını sadalamışdı: «Millət millətə qarşı, dövlət dövlətə qarşı qalxacaq. Güclü zəlzələlər olacaq, gah burada, gah orada qıtlıqlar və xəstəliklər olacaq. İnsanlar dəhşətli mənzərələrin... şahidi olacaq» (Luka 21:7, 10, 11).

Bugünkü problemlərin arasında cinayətkarlıq, xəstəlik, zorakılıq, qıtlıq və müharibələr yer alır

Bugünkü problemlər göstərir ki, Məsih tezliklə xalqlara hökm etmək üçün gələcək

Bu gün biz İsanın sözlərinin yerinə yetdiyini aydın görürük. Tezliklə İsa pisləri məhv etmək üçün gələcək. Sonda hətta Şeytan da məhv olunacaq! Bütün yer üzü Cənnətə çevriləcək. Hamı bir-birilə, hətta heyvanlarla sülh içində yaşayacaq. «Qurdla quzu sülhdə yaşayacaq, bəbirlə çəpiş yan-yana uzanacaq. Buzov, aslan və bəslənmiş heyvan bir yerdə olacaq. Onları balaca uşaq otaracaq... Onlardan xətər gəlməyəcək» (Əşiya 11:6, 9). «Heç bir sakin “xəstəyəm” deməyəcək... O vaxt korların gözləri açılacaq, karların qulaqları eşidəcək» (Əşiya 33:24; 35:5). Hətta ölülər də dirildiləcək. «Külli-İxtiyar Yehova bütün üzlərdən göz yaşlarını siləcək», həmçinin «artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq» (Əşiya 25:8; Vəhy 21:4). Allahın yer üzünə dair ilk niyyəti o zaman yerinə yetəcək. Necə də gözəl ümiddir!

İmanınızı möhkəmləndirin

Allah Cənnətdə yaşamaq mükafatını kimlərə verəcək? İmanlı insanlara — həqiqi imana sahib olan insanlara!

Unutmayın ki, həqiqi iman Allahın Kəlamından olan dəqiq biliyə əsaslanır. Buna görə də Allahı və İsanı daha yaxşı tanımağa çalışın!

Müxtəlif irqlərdən olan insanlar Cənnət həyatından həzz alır

İmanlı insanlar Cənnətdə əbədi həyatdan həzz alacaqlar!

Həqiqi iman saleh əməllərlə təsdiqlənir. Allahın Kəlamında deyilir: «Ruhsuz bədən ölü olduğu kimi, əməlsiz iman da ölüdür» (Yaqub 2:26). Yaxşı işlər görməklə siz Allahın qüvvə, ədalət, hikmət və məhəbbət kimi gözəl keyfiyyətlərini əks etdirəcəksiniz. Allaha məqbul olan bu xüsusiyyətləri özünüzdə yetişdirməyə çalışın!

Həqiqi imana sahib olmaq sizə bol nemətlər gətirəcək. Həqiqətən də, əsl iman xoşbəxtliyin açarıdır. Onun sayəsində biz indi və gələcəkdə əbədiyyən xoşbəxtliyə nail ola bilərik!

Necə cavab verərdiniz?

  • İndi İsa Məsih haradadır?

  • Haradan bilirik ki, İsa tezliklə xalqlara hökm etmək üçün gələcək?

  • İsa gələndə nə edəcək?

  • İmanınızı necə möhkəmləndirə bilərsiniz?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş