Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • yc d. 1 s. 4—5
  • Bizi xoşbəxt edən sirr

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bizi xoşbəxt edən sirr
  • Övladlarımızı öyrədək
  • Oxşar material
  • Mündəricat
    Oyanın! 2018
  • Allah Cənnət vəd edir
    Müqəddəs Kitab hekayələri
  • Allahın Yer kürəsinə dair niyyəti nədir?
    Allah bizdən nə tələb edir?
  • Allahın bəşəriyyət üçün niyyəti
    İlahi müjdə
Əlavə
Övladlarımızı öyrədək
yc d. 1 s. 4—5
[5-ci səhifədəki şəkil]

DƏRS 1

Bizi xoşbəxt edən sirr

Kimsə səninlə sirrini bölüşüb? ~a Allahın Kəlamında «müqəddəs sirr» adlandırılan xüsusi bir sirdən danışılır. Onun müqəddəs adlanmasının səbəbi Allahdan olması, sirr adlanmasının səbəbi isə insanların bundan bixəbər olmasıdır. Hətta mələklər də bu haqda daha çox bilmək istəyirlər. Bəs, sən bilmək istəyirsən, bu nə sirdir? ~

Mələklər nəyi bilməyə çalışırdılar?

Çox-çox illər öncə Uca Allah ilk kişi ilə qadını yaratmışdı. Onların adı Adəm və Həvva idi. Yaradan onlara Ədən bağı adlanan gözəl ev də vermişdi. Əgər Adəmlə Həvva Allaha itaət etsəydilər, həm onlar, həm də onların nəsli bütün yer üzünü bu gözəl bağ kimi cənnət edəcəkdilər. Və orada əbədiyyən yaşayacaqdılar. Bəs, yadındadırmı Adəmlə Həvva nə etmişdi? ~

Onlar Allahın sözünə qulaq asmamışdılar və buna görə də biz bu gün cənnətdə yaşamırıq. Ancaq Allah söz verib ki, bütün yer üzünü gözəlləşdirəcək və hər kəs orada xoşbəxt və əbədiyyən yaşayacaq. O, bunu necə edəcək? Uzun illər ərzində bu, sirr olaraq qalmışdı və insanlar bundan bixəbər idilər.

İsa peyğəmbər yer üzünə gələndə insanlara bu sirr barədə açıqlamalar verməyə başladı. O, dedi ki, bu sirr Allahın Padşahlığı ilə bağlıdır. (Allahın Padşahlığı haqda 14-cü fəsildə öyrənəcəyik.) İsa Məsih insanlara Padşahlığın gəlməsi barədə dua etməyi öyrədirdi. Bu Padşahlıq yer üzündə gözəl cənnəti bərpa edəcək.

Bu sirri bildiyin üçün sevinirsən? ~ Yadda saxla ki, yalnız Yehovanın sözünə qulaq asanlar yer üzü Cənnətdə yaşayacaqlar. Müqəddəs Kitabda Yehova Allaha itaət edən bir çox kişi və qadınların həyat hekayəsi yazılıb. Sən onlar haqda öyrənmək istəyirsən? ~ Gəl onlardan bəziləri haqda öyrənək və görək biz onlara necə bənzəyə bilərik.

MÜQƏDDƏS KITABDAN OXU

  • Mark 4:11

  • 1 Butrus 1:12

  • Yaradılış 1:26—28; 2:8, 9; 3:6, 23;

  • Mətta 6:9, 10

  • Zəbur 37:11, 29

a Hər dərsdə qoyulan tilda (~) işarəsi göstərir ki, pauza etmək və uşağı öz fikrini söyləməyə təşviq etmək lazımdır.

SUALLAR:

  • Müqəddəs Kitabda hansı xüsusi sirdən bəhs olunur?

  • Nəyə görə yer üzü bu gün cənnət deyil?

  • İsa peyğəmbər insanlara bu sirr barədə nə öyrədirdi?

  • Cənnətdə yaşamaq istəyirsənsə, nə etməlisən?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş