Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • hf böl. 9 s. 29—31
  • Ailənizlə birgə Yehovaya ibadət edin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ailənizlə birgə Yehovaya ibadət edin
  • Xoşbəxt ailəm
  • Başlıqlar
  • Oxşar material
  • 1 YEHOVA İLƏ MÜNASİBƏTLƏRİNİZİ MÖHKƏMLƏNDİRİN
  • 2 AİLƏVİ İBADƏT KEÇİRİN
  • Ailələrə kömək
    Müqəddəs ibadətimiz 2011
  • Ailəvi ibadət nədir?
    Yehova Allahın müasir xalqı
  • Ailəvi ibadəti daha maraqlı necə edə bilərsiniz?
    Gözətçi qülləsi 2014
  • Yehovaya ibadət bizi xoşbəxt edir
    Gözətçi qülləsi 2022
Əlavə
Xoşbəxt ailəm
hf böl. 9 s. 29—31
Ər-arvad birgə Müqəddəs Kitab oxuyurlar

BÖLMƏ 9

Ailənizlə birgə Yehovaya ibadət edin

«Göyü, yeri... yaradana təzim edin» (Vəhy 14:7).

Bu broşüradan öyrəndiyiniz kimi, Müqəddəs Kitabda sizə və ailənizə faydası dəyəcək çoxlu prinsiplər var. Yehova sizin xoşbəxt olmağınızı istəyir. Onun Kəlamında vəd olunur ki, Ona ibadəti həyatınızda birinci yerə qoysanız, ehtiyac duyduğunuz hər şey sizə veriləcək (Mətta 6:33). Allah çox istəyir ki, siz Onun dostu olasınız. Hər fürsətdən istifadə edərək Allahla dostluğunuzu möhkəmləndirin. Allahla dost olmaq insan üçün böyük şərəfdir (Mətta 22:37, 38).

1 YEHOVA İLƏ MÜNASİBƏTLƏRİNİZİ MÖHKƏMLƏNDİRİN

Ər-arvad təbliğdə birgə iştirak edirlər

MÜQƏDDƏS KİTAB DEYİR: «Yehova belə deyir: “Mən sizə Ata olacağam, siz isə Mənim oğullarım və qızlarım olacaqsınız”» (2 Korinflilərə 6:18). Allah sizin Onunla yaxın dost olmağınızı istəyir. Bunu etməyin vacib üsullarından biri duadır. Yehova sizi səsləyir: «Həmişə dua edin» (1 Salonikililərə 5:17). O, sizin narahatçılıqlarınıza və məhrəm fikirlərinizə qulaq asmağa həmişə hazırdır (Filippililərə 4:6). Ailə üzvlərinizlə birgə dua edəndə onlar Allahın sizin üçün nə dərəcədə real olduğunu görəcəklər.

Allahla söhbət etməklə yanaşı, Ona qulaq asmaq da lazımdır. Allaha Müqəddəs Kitabı və ona əsaslanan nəşrləri araşdırmaqla qulaq asmaq mümkündür (Zəbur 1:1, 2). Öyrəndikləriniz üzərində dərindən düşünün (Zəbur 77:11, 12). Allaha qulaq asmaq üçün həmçinin müntəzəm olaraq məsihçi görüşlərində iştirak etmək olduqca vacibdir (Zəbur 122:1—4).

Yehova Allahla münasibətləri möhkəmləndirməyin digər yolu isə Onun haqqında başqalarına danışmaqdır. Allah haqqında insanlara nə qədər çox danışsanız, bir o qədər Ona yaxın olacaqsınız (Mətta 28:19, 20).

MƏSLƏHƏT

  • Hər gün Müqəddəs Kitabı oxumaq və dua etmək üçün vaxt ayırın

  • Ailəlikcə istirahət və əyləncəyə yox, ruhani işlərə üstünlük verin

2 AİLƏVİ İBADƏT KEÇİRİN

Ata ailəsilə birgə öyrənməyə hazırlaşır və sonra onlar ailəvi öyrənmə keçirirlər

MÜQƏDDƏS KİTAB DEYİR: «Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq» (Yaqub 4:8). Ailəvi ibadət keçirmək üçün cədvəl tutun və ona əsasən davranın (Yaradılış 18:19). Ancaq bu hələ son deyil. Allahı gündəlik həyatımızda da unutmamalıyıq. Əgər «evdə oturanda, yol gedəndə, yatanda, duranda onlardan [Allahın sözlərindən] danış» çağırışına əməl etsəniz, ailənizin Allahla olan münasibətləri möhkəmlənəcək (Qanunun təkrarı 6:6, 7). Yuşədən nümunə götürərək siz də deyə bilərsiniz: «Mən... ailəmlə birlikdə Yehovaya ibadət edəcəyəm» (Yuşə 24:15).

MƏSLƏHƏT

  • Qabaqcadan təlim proqramı tərtib edin və ailənin hər bir üzvünün tələbatlarını nəzərə alın

Ana oğlu üçün oxuyur; ailə Müqəddəs Kitab parçasını canlandırır; ata qızı ilə öyrənmə keçirir

YEHOVANIN XOŞBƏXT XİDMƏTÇİLƏRİ

Həyatda Yehova Allaha xidmət etməkdən yaxşı heç nə ola bilməz. Yehova sizin ailənizlə birgə Ona ürəkdən xidmət etdiyinizi görəndə sevinir. Belə etməklə Ona olan məhəbbətiniz artacaq və Onun xüsusiyyətlərini daha yaxşı əks etdirə biləcəksiniz (Mark 12:30; Efeslilərə 5:1). Allaha dərin hörmət bəsləyən cütlüklərin nikah telləri daha da möhkəm olacaq (Vaiz 4:12; Əşiya 48:17). Ailəniz əbədiyyən xoşbəxtliyə nail ola bilər və «Allahınız Yehova sizə xeyir-bərəkət verəcək» sözləri sizin üzərinizdə yerinə yetə bilər (Qanunun təkrarı 12:7).

ÖZÜNÜZDƏN SORUŞUN...

  • Həyat yoldaşımla birgə axırıncı dəfə nə vaxt Allaha dua etmişəm?

  • Ailəmin Yehova Allaha imanının möhkəmlənməsi üçün onlarla birgə nəyi araşdıra bilərəm?

AİLƏ BAŞÇILARI ÜÇÜN QEYD

  • Müntəzəm olaraq ailəvi ibadət keçirməyinizə heç nəyin mane olmasına yol verməyin

  • Ailə üzvlərinizə hansı mövzu araşdırılacağı barədə qabaqcadan xəbər verin ki, hazırlaşa bilsinlər

  • Çalışın ki, ailənin bütün üzvləri orada olsun

  • Hamının özünü rahat hiss etməsi üçün xoş ab-hava yaradın

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş