Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 35 s. 86—87
  • Hənnənin oğul həsrəti

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Hənnənin oğul həsrəti
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • O, ürəyini Allaha boşaltdı
    İman örnəkləri
  • Qoy Yehova sizi ovutsun
    Gözətçi qülləsi 2020
  • Allaha xidmət edən balaca oğlan
    Müqəddəs Kitab hekayələri
  • Yeqovanın xeyir–duası sənin üzərində yerinə yetəcəkmi?
    Gözətçi qülləsi 2001
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 35 s. 86—87
Hənnə kiçik İşmuili Hüzur çadırına, Əlinin yanına gətirir

DƏRS 35

Hənnənin oğul həsrəti

Əlqəna adlı israilli kişinin Hənnə və Fəninə adında iki arvadı var. Ancaq Əlqəna Hənnəni daha çox sevir. Fəninə həmişə Hənnəyə lağ edir, çünki Hənnənin uşağı olmur, Fəninəninsə çoxlu uşağı var. Hər il Əlqəna ailəsini də götürüb Şilodakı Hüzur çadırında ibadət etməyə gedir. Bir dəfə onlar oraya gedəndə Əlqəna fikir verir ki, Hənnə çox kədərlidir. O deyir: «Ağlama, Hənnə. Mən ki sənin yanındayam. Səni çox sevirəm».

Sonra Hənnə dua etməyə gedir. O, göz yaşları içində yalvarıb Yehovadan kömək istəyir. Hənnə söz verir: «Yehova, əgər mənə oğul versən, onu Sənə verəcəyəm. O, ömür boyu sənə xidmət edəcək».

Baş kahin Əli Hənnənin ağlayıb dua etdiyini görür

Baş kahin Əli Hənnənin içini çəkə-çəkə dodaqlarının altında nə isə danışdığını görüb düşünür ki, o içkilidir. Hənnə cavab verir: «Xeyr, ağam, mən içkili deyiləm. Dərdim böyükdür. Ürəyimi Yehovaya boşaldıram». Əli səhvini başa düşür və ona deyir: «Qoy Allah səni arzuna çatdırsın». Hənnə toxtaqlıq tapıb oradan gedir. Üstündən bir il keçməmiş onun oğlu olur. Uşağın adını İşmuil qoyurlar. Təsəvvür edirsən, Hənnə nə qədər sevinir?

Hənnə Yehovaya verdiyi sözü unutmur. İşmuil süddən kəsilən kimi Hənnə onu Hüzur çadırına xidmət etməyə aparır. Hənnə Əliyə deyir: «Mən bu uşaqdan ötəri dua edirdim. O, ömür boyu Yehovaya məxsus olacaq». Əlqəna və Hənnə hər il İşmuilin yanına gəlir, ona təzə paltar gətirirlər. Sonra Yehova Hənnəyə daha üç oğul və iki qız övladı bəxş edir.

«Durmadan diləyin, sizə veriləcək; durmadan axtarın, tapacaqsınız» (Mətta 7:7)

Suallar: Hənnə niyə kədərlidir? Yehova Hənnəyə hansı nemətləri bəxş edir?

1 İşmuil 1:1—2:11, 18—21

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş