Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 42 s. 102—103
  • Cəsur və vəfalı Yonatan

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Cəsur və vəfalı Yonatan
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • «Yonatanın qəlbi Davuda bağlandı»
    İman örnəkləri
  • Yonatan «Allahın köməyi ilə iş gördü»
    Gözətçi qülləsi 2007
  • Yehovaya heç nə mane ola bilməz
    İman örnəkləri
  • Yehovaya sadiq qalın
    Gözətçi qülləsi 2016
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 42 s. 102—103
Yonatan və silahdarı

DƏRS 42

Cəsur və vəfalı Yonatan

Talut padşahın böyük oğlu Yonatan cəsur döyüşçüdür. Davud Yonatan haqda deyir ki, o, qartal kimi sürətli, şir kimi güclüdür. Günlərin bir günü Yonatan təpədə 20 filiştli əsgər görür. O, silahdaşına deyir: «Yalnız Yehova bizə işarə versə, biz onlara hücum edə bilərik. Əgər filiştlilər bizə desələr ki, yuxarı qalxın, onda başa düşəcəyik ki, onlara hücum edə bilərik». Filiştlilər qışqırırlar: «Yuxarı qalxın döyüşək!» Beləcə, bu iki nəfər yuxarı qalxıb əsgərləri məğlub edir.

Yonatan bəzi şəxsi əşyalarını Davuda verir

Yonatan Talutun böyük oğlu olduğu üçün növbəti padşah o olmalıdır. Ancaq Yonatan Yehovanın Davudu padşah seçdiyini bilsə də, ona paxıllığı tutmur. Yonatanla Davud yaxın dostdurlar. Onlar söz verirlər ki, bir-birilərini qoruyub, müdafiə edəcəklər. Yonatan xələtini, qılıncını, ox-kamanını və dostluq rəmzi olaraq kəmərini çıxarıb Davuda verir.

Davud Talutdan qaçanda Yonatan onun yanına gəlib deyir: «Cəsarətli, möhkəm ol. Yehova səni padşah seçib. Hətta atam da bunu bilir». Sən də, Yonatan kimi, yaxşı dostsan?

Dəfələrlə Yonatan dostuna kömək etmək üçün həyatını riskə atır. O, Talut padşahın Davudu öldürmək istədiyini bilir, buna görə də atasına deyir: «Davudun nə günahı var?! Onu öldürməklə günaha batarsan». Talut Yonatana qəzəblənir. Bir neçə il sonra Talut və Yonatan müharibədə həlak olurlar.

Yonatanın ölümündən sonra Davud Yonatanın oğlu Mefiboşeti soraqlayıb tapır. Davud Mefiboşetə deyir: «Atan çox yaxşı dost idi, buna görə də mən sənin qeydinə qalacağam. Sən mənim sarayımda yaşayacaqsan və mənim süfrəmdə yemək yeyəcəksən». Davud dostu Yonatanı heç vaxt unutmur.

«Bir-birinizi mən sizi sevdiyim kimi sevin. Dostları uğrunda canını fəda edən insanın məhəbbətindən böyük məhəbbət yoxdur» (Yəhya 15:12, 13)

Suallar: Yonatanın cəsur olduğu nədən görünür? Yonatan vəfalı olduğunu necə göstərir?

1 İşmuil 14:1—23; 18:1—4; 19:1—6; 20:32—42; 23:16—18; 31:1—7; 2 İşmuil 1:23; 9:1—13

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş