Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 54 s. 130—131
  • Yehova Yunusa səbir edir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehova Yunusa səbir edir
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • O, mərhəmətli olmağı öyrəndi
    İman örnəkləri
  • O, mərhəmətli olmağı öyrəndi
    Gözətçi qülləsi 2009
  • Müqəddəs Yazıların kitabı nömrə 32 Yunus
    «Hər Müqəddəs Yazı» doğru və faydalıdır 2007
  • Yunus və böyük balıq
    Müqəddəs Kitab hekayələri
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 54 s. 130—131
Yunus okeanın dibinə enəndə nəhəng balıq oradan keçir

DƏRS 54

Yehova Yunusa səbir edir

Aşşurun Neynəva şəhərinin camaatı yaman pisdir. Buna görə də Yehova peyğəmbəri Yunusa tapşırır ki, Neynəvaya gedib oranın camaatını pis əməllərindən tövbə etməyə səsləsin. Ancaq Yunus Neynəvaya yox, Tarşişə gedən gəmiyə minib, əks istiqamətə qaçır.

Gəmi dənizin ortasında olanda şiddətli fırtına qalxır. Dənizçiləri vahimə bürüyür. Onlar öz allahlarına dua edib soruşurlar: «Niyə başımıza bu iş gəldi?» Axırda Yunus dillənir: «Günahkar mənəm. Mən Yehovanın tapşırığını yerinə yetirməkdən boyun qaçırdım. Məni dənizə atsanız, fırtına sakitləşəcək». Dənizçilər Yunusu suya atmaq istəmirlər. Ancaq Yunus onları dilə tutur. Onlar Yunusu dənizə atırlar. Elə o andaca fırtına sakitləşir.

Yunus düşünür ki, axırı çatıb. O, dənizin dibinə endikcə Yehovaya dua edir. Sonra Yehova nəhəng bir balıq göndərir. Balıq Yunusu udur, ancaq Yunus ölmür. Yunus balığın qarnında dua edir: «Söz verirəm, bundan sonra Sənin sözündən çıxmayacağam». Yehova Yunusu balığın qarnında üç gün qoruyur. Sonra balıq Yunusu sahilə qaytarır.

Yehovanın Yunusu xilas etməsi o deməkdir ki, daha onu Neynəvaya göndərməyəcək? Heç də elə deyil. Yehova təkrarən Yunusa deyir ki, Neynəvaya getsin. Bu dəfə o, Yehovanın sözündən çıxmır. O, Neynəvaya gedib oranın camaatına deyir: «40 gündən sonra Neynəva məhv olacaq». Bilirsən, bu zaman nə baş verir? Camaat Yehovaya qulaq asıb pis əməllərindən əl çəkir. Neynəva padşahı xalqa deyir: «Allahı çağırıb tövbə edin. Bəlkə, Onun bizə yazığı gələr». Yehova onların tövbə etdiyini görüb Neynəvanı məhv etmək fikrindən daşınır.

Yunus Neynəvaya gəlir

Yunus şəhərin məhv olmadığını görüb əsəbiləşir. Fikir verirsən, Yehova Yunusa səbir edir və ona mərhəmət göstərir, ancaq Yunusun Neynəva camaatına yazığı gəlmir. O, şəhərdən kənarda balqabaq bitkisinin kölgəsində bikef oturur. Birdən bitki quruyur. Yunus çox əsəbiləşir. Buna görə də Yehova ona deyir: «Sən bu bitkiyə neynəvalılardan daha çox dəyər verirsən. Mən onlara rəhm edib sağ saxladım». Buradan nə bəlli olur? Neynəvalılar hansısa bitkidən daha dəyərlidir.

«Yehova... sizə səbir edir, çünki heç kəsin məhv olmasını istəmir, əksinə, istəyir ki, hamı tövbəyə gəlsin» (2 Butrus 3:9)

Suallar: Yehova Yunusa hansı ibrət dərsini verir? Yunusun başına gələnlərdən nə öyrənə bilərik?

Yunus 1:1—4:11

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş