Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 86 s. 200—201
  • İsa Məsih İlazəri dirildir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İsa Məsih İlazəri dirildir
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • Nəyə görə İsa tələsmədi?
    Gözətçi qülləsi 2010
  • İnsan öləndə nə baş verir?
    Böyük Müəllimdən öyrən
  • «Dirilmə və həyat mənəm»
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Ölən əzizlərimizi yenidən görmək ümidi — Dirilmə
    Gözətçi qülləsi 2014
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 86 s. 200—201
Dirilən İlazər və bacıları Marta ilə Məryəm

DƏRS 86

İsa Məsih İlazəri dirildir

İsa Məsihin Beytaniyyədə yaşayan üç yaxın dostu var. Onlar İlazər və onun bacıları Məryəmlə Martadır. Bir gün İsa Məsih İordan çayının o biri tayında olanda Məryəm və Marta ona təcili xəbər göndərirlər: «İlazər ağır xəstədir. Nə olar, tez gəl!» Ancaq İsa dərhal oraya getmir. O, iki gündən çox gözləyir və sonra şagirdlərinə deyir: «Gəlin Beytaniyyəyə gedək. İlazər yatıb. Onu oyatmağa gedirəm». Həvarilər deyirlər: «İlazər yatırsa, deməli sağalacaq». Bu sözləri eşidəndə İsa onlara açıq şəkildə deyir: «İlazər ölüb».

İsa Məsih Beytaniyyəyə çatanda İlazər artıq dörd gün idi ki, ölmüşdü. Camaat Marta ilə Məryəmə baş sağlığı verməyə gəlmişdi. Marta eşidəndə ki, İsa Məsih gəlir, tez onun qabağına qaçır. O, İsaya deyir: «Ağa, əgər sən burda olsaydın, qardaşım ölməzdi». İsa Məsih isə Martaya deyir: «Qardaşın diriləcək. Buna inanırsan, Marta?» Marta cavab verir: «İnanıram ki, o, dirilmə günü diriləcək». İsa Məsih ona deyir: «Dirilmə və həyat mənəm».

Sonra Marta Məryəmin yanına gedib ona deyir: «İsa buradadır». Məryəm İsa Məsihin yanına qaçır. Camaatda onun arxasınca gedir. O, İsanın ayaqlarına qapanıb, hönkür-hönkür ağlayır. Məryəm İsa Məsihə deyir: «Ağa, əgər sən burada olsaydın, qardaşım indi sağ olardı». İsa Məsih onun halını görüb ağlamağa başlayır. Bunu görən camaat deyir: «Gör İsa İlazəri nə qədər çox istəyirmiş». Ancaq bəzilərinə maraqlı gəlir ki, nəyə görə o, dostunu xilas etmədi? Bəs İsa Məsih nə edəcək?

İsa sərdabəyə yaxınlaşır. Sərdabənin ağzına böyük bir daş qoyulmuşdu. O əmr edir: «Daşı kənara çəkin». Marta ona deyir: «Ağa, o, dörd gündür ki, buradadır, indiyə yəqin iylənər». Onlar daşı götürürlər. İsa Yehovaya dua edir: «Şükürlər olsun sənə, Ata, məni eşitdin. Bilirəm, Sən məni həmişə eşidirsən. Ancaq bunu burada durmuş camaatdan ötrü dedim ki, məni Sənin göndərdiyinə inansınlar». İsa bunu deyib ucadan səsləyir: «İlazər, çölə çıx!» Birdən heyrətamiz hadisə baş verir: İlazər kəfənə bürünmüş halda sərdabədən çölə çıxır. İsa Məsih deyir: «Kəfəni açın, azad olsun».

Bu hadisəni görənlərin çoxu İsa Məsihə iman gətirir. Ancaq onlardan bəziləri olub-bitənləri gedib fərisilərə danışır. Bunu bilən fərisilər İlazəri və İsanı öldürmək istəyirlər. 12 həvaridən biri olan Yəhuda İskəryut gizlicə fərisilərin yanına gedib onlardan soruşur: «İsanı tutmağa kömək etsəm, mənə nə qədər pul verəcəksiniz?» Onlar 30 gümüşə razılaşırlar. Bundan sonra Yəhuda İsa Məsihi fərisilərin əlinə vermək üçün fürsət axtarır.

«Allah bizim üçün qurtuluş Allahıdır, ölümdən qurtuluş Külli-İxtiyar Yehovanın əlindədir» (Zəbur 68:20)

Suallar: İlazər haqda hadisəni danış. Fərisilər İlazərin başına gələnləri eşidəndə nə etmək istəyirlər?

Mətta 26:14—16; Yəhya 11:1—53; 12:10

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş