Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 100 s. 232—233
  • Bulus və Timuti

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bulus və Timuti
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • Timuti insanlara kömək etmək istəyirdi
    Övladlarımızı öyrədək
  • Pavelin yeni köməkçisi Timotey
    Müqəddəs Kitab hekayələri
  • Gənclər, Allahı izzətləndirən məqsədlərə can atın
    Gözətçi qülləsi 2007
  • Yığıncaqlar imanda möhkəmlənir
    Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 100 s. 232—233
Bulus, Sila və Timuti

DƏRS 100

Bulus və Timuti

Evniki, Lois və balaca Timuti

Listra yığıncağında Timuti adlı gənc bir qardaş olur. Onun atası yunan, anası isə yəhudidir. Anası Evniki və nənəsi Lois körpə yaşlarından Timutiyə Yehova Allah haqda öyrətmişdilər.

Bulus ikinci təbliğ səyahəti zamanı Listraya gəlir. Timutinin bacı-qardaşlara olan sevgisi və onlara canla-başla kömək etməsi onun diqqətini cəlb edir. Bulus Timutiyə onunla birgə təbliğ səyahətinə çıxmağı təklif edir. Vaxt keçdikcə, Bulus Timutiyə xoş xəbərin yaxşı təbliğçisi və müəllimi olmağı öyrədir.

Getdikləri hər yerdə müqəddəs ruh Bulusla Timutini yönləndirir. Bir gecə görüntüdə bir adam Bulusa deyir ki, Makedoniya gəlib onlara kömək etsin. Buna görə də Timuti, Sila və Luka təbliğ etmək və yığıncaq təşkil etmək üçün oraya gedirlər.

Salonikinin Makedoniya şəhərində çoxlu kişilər, qadınlar məsihi olurlar. Ancaq bəzi yəhudilər Bulusa və onun əməkdaşlarına paxıllıq edirlər. Onlar camaatı bir yerə yığır və qardaşları şəhər hakimlərinin yanına aparıb deyirlər: «Bu adamlar Roma hökumətinin düşmənləridir!» Bulusla Timutinin həyatı təhlükəyə düşür, buna görə də onlar gecə ilə Veriyaya qaçırlar.

Veriyadakı camaat xoş xəbəri öyrənməyə həvəsli olur. Həm yunanlar, həm də yəhudilər imana gəlir. Ancaq Salonikidən bəzi yəhudilər gəlib ortalığı qarışdırırlar. Buna görə də Bulus Afinaya gedir. Timuti ilə Sila qardaşları möhkəmləndirmək üçün Veriyada qalır. Bir müddətdən sonra Bulus Timutini Salonikiyə göndərir ki, qardaşlara şiddətli təqiblərin öhdəsindən gəlməyə kömək etsin. Sonra Bulus Timutini çoxlu yığıncaqlara baş çəkib, ruhlandırmaq üçün göndərir.

Həbsdə qaldığı evdə əsgərlərin nəzarəti altında olan Bulus Timutiyə məktubu diktə edir

Bulus Timutiyə deyir: «Yehovaya xidmət etmək istəyən hər kəs təqib olunacaq». Timuti imanına görə təqib olunur və həbsə atılır. O sevinir ki, Yehovaya sədaqətini sübut etmək üçün fürsət yaranıb.

Bulus filippililərə deyir: «Timutini sizin yanınıza göndərirəm. O, sizə Allahın yolunda yeriməyin nə demək olduğunu başa salacaq və xidmətlə bağlı təlim verəcək». Bulus bilir ki, o, Timutiyə güvənə bilər. Onlar uzun illər dost və əməkdaş kimi birgə çalışırlar.

«Onun kimi can-dildən sizin qeydinizə qalacaq başqa heç kimim yoxdur. Başqaları Məsih İsanın yox, öz mənafelərini düşünürlər» (Filippililərə 2:20, 21)

Suallar: Timuti kimdir? Nəyə görə Bulus və Timuti yaxşı dost idi?

Həvarilərin işləri 16:1—12; 17:1—15; Filippililərə 2:19—22; 2 Timutiyə 1:1—5; 3:12, 14, 15; İbranilərə 13:23

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş