Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • yc d. 13 s. 28—29
  • Timuti insanlara kömək etmək istəyirdi

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Timuti insanlara kömək etmək istəyirdi
  • Övladlarımızı öyrədək
  • Oxşar material
  • Bulus və Timuti
    Müqəddəs Kitab dünyasına səyahət
  • Gənclər, Allahı izzətləndirən məqsədlərə can atın
    Gözətçi qülləsi 2007
  • Qoy tərəqqin hamıya aşkar olsun
    Gözətçi qülləsi 2009
  • Təyinatınıza can yandırın!
    Gözətçi qülləsi 2020
Əlavə
Övladlarımızı öyrədək
yc d. 13 s. 28—29
Balaca Timutini anası Evniki və nənəsi Lois öyrədir

DƏRS 13

Timuti insanlara kömək etmək istəyirdi

Timuti adlı gənc bir adam insanlara kömək etməkdən sevinc duyurdu. Bunun üçün o, bir çox yerlərə səyahət edirdi. Buna görə də onun həyatı çox maraqlı idi. Sən onun haqqında öyrənmək istəyirsən? ~

Timutinin nənəsi və anası ona Yehova haqqında öyrədirdilər

Timuti Listra şəhərində böyüyüb boya-başa çatmışdı. Nənəsi Lois və anası Evniki onu hələ uşaq yaşlarından Yehova barəsində öyrətməyə başlamışdılar. Timuti böyüdükcə insanlara Yehovanı tanımalarına kömək etmək istəyirdi.

Timuti gənc yaşlarında olanda Bulus ona birgə səyahət edib digər yerlərdə də təbliğ etməyi təklif etdi. Timuti can-dildən bu təklifi qəbul etdi. O, başqalarına kömək etməyə hazır idi.

Timuti Bulusla birgə Makedoniyada yerləşən Saloniki şəhərinə getdi. Oraya çatmaq üçün onlar piyada uzun yol qət etməli, sonra isə yollarına gəmi ilə davam etməli idilər. Şəhərə çatanda onlar bir çoxlarına Yehova barədə öyrənməyə kömək etdilər. Lakin bəziləri onlara çox acıqlı idilər və xətər yetirmək istəyirdilər. Buna görə də Bulusla Timuti təbliğ etmək üçün başqa ərazilərə getdilər.

Timuti həvari Bulusla birgə gəmidə səyahət edir

Timuti xoşbəxt və çox maraqlı həyat sürürdü

Bir neçə ay keçəndən sonra Bulus Timutini Saloniki şəhərinə göndərdi ki, gedib oradakı yeni qardaşlara dəstək olsun. Həmin təhlükəli şəhərə yenidən qayıtmaq üçün cəsarət lazım idi. Timuti oradakı qardaşlara görə narahat olduğu üçün tərəddüd etmədən getdi. O, Bulusun yanına yaxşı xəbərlərlə qayıtdı. Salonikidəki bacı-qardaşların imanları çox möhkəm idi.

Timuti uzun illər Bulusla xidmət edirdi. Bir dəfə Bulus yazmışdı ki, yığıncaqları ruhlandırmaq üçün Timutidən yaxşısı yoxdur, çünki o, həm Yehovanı, həm də insanları sevirdi.

Bəs, sən insanları sevirsən? Onlara Yehova Allah haqda öyrənməyə kömək etmək istəyirsən? ~ Əgər istəyirsənsə, onda, Timuti kimi, sənin də həyatın çox maraqlı olacaq.

MÜQƏDDƏS KİTABDAN OXU

  • 2 Timutiyə 1:5; 3:15

  • Həvarilərin işləri 16:1—5; 17:1—10

  • 1 Salonikililərə 3:2—7

  • Filippililərə 2:19—22

SUALLAR:

  • Timuti harada böyüyüb boya-başa çatmışdı?

  • Nəyə görə Timuti Bulusla birgə səyahət etmək istəyirdi?

  • Nəyə görə Timuti Saloniki şəhərinə qayıtdı?

  • Timuti kimi, sən də həyatdan necə məmnunluq duya bilərsən?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş