NƏĞMƏ 2
Yehovadır ismin
- 1. Ulu, gerçək Allah, - Sevginlə xəlq etmisən, - Bizə həyat vermisən, - Yehovadır ismin. - Sənin xalqın olmaq - Şərəfdir, iftixardır. - Hüsnün nə ecazkardır! - Şölə saçır şanın. - NƏQARƏT - Yehova, Yehova, - Sən təksən, ey Xuda! - Var olan Rəbb, yox Sənə tay, - Bu cümlə-cahanda. - Tərifə, həmdə layiqsən, - Bunu bəşər bilsin. - Yehova, Yehova, - Aşkardır qüdrətin Sənin. 
- 2. Sadiq qullarını - Kim istəsən edirsən, - Doğru yol göstərirsən, - Yehovadır ismin. - Lütfünlə, ey Kərim, - Bizi şahid seçmisən. - Qürur duyuruq ki, Sən - Bizə: «Xalqım», — dedin. - NƏQARƏT - Yehova, Yehova, - Sən təksən, ey Xuda! - Var olan Rəbb, yox Sənə tay, - Bu cümlə-cahanda. - Tərifə, həmdə layiqsən, - Bunu bəşər bilsin. - Yehova, Yehova, - Aşkardır qüdrətin Sənin. 
(Həmçinin baxın: 2 Saln. 6:14; Zəb. 72:19; Əşy. 42:8.)