Nəğmə 138
Yehovadır ismin
Ulu, gerçək Allah,
Sevginlə xəlq etmisən.
Aləmlərin Rəbbisən,
Yehovadır ismin.
Sənin xalqın olmaq
Şərəfdir, iftixardır.
Hüsnün nə ecazkardır!
Şölə saçır şanın.
(NƏQARƏT)
Yehova, Yehova,
Sən təksən, ey Xuda!
Var olan Rəbb, yox Sənə tay,
Bu cümlə-cahanda.
Tərifə, həmdə layiqsən,
Bunu bəşər bilsin.
Yehova, Yehova,
Aşkardır qüdrətin Sənin.
Sadiq qullarını
Kim istəsən edirsən,
Doğru yol göstərirsən,
Yehovadır ismin.
Lütfünlə, İlahi,
Bizi şahid seçmisən.
Qürur duyuruq ki, Sən
Bizə «xalqım» dedin.
(NƏQARƏT)
Yehova, Yehova,
Sən təksən, ey Xuda!
Var olan Rəbb, yox Sənə tay,
Bu cümlə-cahanda.
Tərifə, həmdə layiqsən,
Bunu bəşər bilsin.
Yehova, Yehova,
Aşkardır qüdrətin Sənin.
(Həmçinin baxın: 2 Saln. 6:14; Zəb. 72:19; Əşy. 42:8.)