NƏĞMƏ 54
«Yol budur»
- 1. Bax bu yol sülh yolu, - Tapmısan sən onu. - Rəbb göstərdi sənə, - Bu əzəli yolu. - Məsih əyan etdi, - Haqqı-həqiqəti. - Kəlamında açdı, - Tanrı səadəti. - NƏQARƏT - Bu yol həyat yoludur; budur Yol! - Bir an belə sən sapma bu yoldan. - Allah deyir: «Gəl bu yolla get». - Nicat verər, bu yoldur tək güman. 
- 2. Bu məhəbbət yolu, - Sadiq qal bu yolda. - Sən tanıdın Rəbbi, - Ondan gəldi səda. - Məhəbbəti Rəbbin, - Hərarətli, nəcib. - Bu məhəbbət yolu - Kinə gəlir qalib. - NƏQARƏT - Bu yol həyat yoludur; budur Yol! - Bir an belə sən sapma bu yoldan. - Allah deyir: «Gəl bu yolla get». - Nicat verər, bu yoldur tək güman. 
- 3. Bu yol həyat yolu, - Boylanma sən geri. - Bu yol cənnət yolu, - Yehova vəd edir. - Saf məhəbbətlə sülh - Burda olmuş məskun. - Tapdıq həyat rizin, - Rəbbə alqış olsun. - NƏQARƏT - Bu yol həyat yoludur; budur Yol! - Bir an belə sən sapma bu yoldan. - Allah deyir: «Gəl bu yolla get». - Nicat verər, bu yoldur tək güman. 
(Həmçinin baxın: Zəb. 32:8; 139:24; Məs. 6:23.)