NƏĞMƏ 72
Həqiqəti insanlara əyan edək
Çap versiyası
	(Həvarilərin işləri 20:20, 21)
- 1. Vaxt var idi cahil idik, - Doğru yolda yerimirdik. - Nur saçdı bizə Allah, - Həqiqətdən olduq agah. - Niyyətini bildik Rəbbin, - O, öyrətdi kamil elmin. - Rəbb istər, bəşər bilsin, - Bəyan edək biz müqəddəs ismin. - Biz hər kəsə təbliğ edək, - Ev-ev gedib, müjdə verək. - Azad etsin bu həqiqət, - Pak ibadət alsın vüsət. - Biz çalışaq bir xalq kimi - Hey ucalsın Rəbbin ismi. - Yayılsın qoy xoş xəbər, - Sonda Yehova: «İş bitdi!» — deyər. 
(Həmçinin baxın: Yuş. 9:9; Əşy. 24:15; Yəh. 8:12, 32.)