Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w00 1/11 s. 11—16
  • Yeqovaya məqbul həmd qurbanları

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yeqovaya məqbul həmd qurbanları
  • Gözətçi qülləsi 2000
  • Başlıqlar
  • Oxşar material
  • Tə’lim və təsəllimiz üçün
  • Təmiz və ləkəsiz qurbanlar təqdim edin
  • Səmimi qəlbdən həmd qurbanları gətirin
  • Allahla və insanlarla ünsiyyətdə olmaqdan sevinin
  • Bizi Yeqovadan bol xeyir-dualar gözlıyir
  • Vaxtı ilə Allaha məqbul olan qurbanlar
    Gözətçi qülləsi 2000
  • Həqiqətin əsaslarından öyrənək
    Gözətçi qülləsi 2012
  • Yehovaya qurbanları canla-başla gətir
    Gözətçi qülləsi 2012
  • Padşahlıq naminə qurbanlar verməyə hazırsanmı?
    Gözətçi qülləsi 2013
Əlavə
Gözətçi qülləsi 2000
w00 1/11 s. 11—16

Yeqovaya məqbul həmd qurbanları

“Bədənlərinizi diri, müqəddəs, Allaha məqbul qurban kimi təqdim edin” (ROMALILARA 12:1).

1. Müqəddəs Kitab, Musanın qanununa əsasən gətirilməsi tələb olunan qurbanların dəyərinə dair nə deyir?

“MÜQƏDDƏS Qanun, gələcək ne’mətlərin əsl surətində deyil, kölgəsinə malik olaraq, ildən-ilə, müntəzəm şəkildə təqdim etdikləri eyni qurbanlar vasitəsilə Allaha yaxınlaşanları əsla kamala çatdıra bilməz” (İbranilərə 10:1). Bu sözlərlə həvari Pavel cəsarətlə bəyan edir ki, Musanın qanununa əsasən gətirilməsi tələb olunan qurbanlar, insanların xilası nöqteyi-nəzərindən uzun müddətli dəyərə malik deyildilər (Koloslulara 2:16, 17).

2. Qanunda olan sovqatlar və qurbanlar haqqındakı ətraflı mə’lumatı anlamaq üçün göstərilən cəhd nəyə görə əbəs deyil?

2 Bu, Tövratda sovqatlar və qurbanlar haqqında olan mə’lumatın müasir məsihçilər üçün heç bir dəyərinin olmadığınımı bildirir? Bir il ərzində bütün dünyada Yeqovanın Şahidlərinin yığıncaqlarında Teokratik xidməti Məktəbinə yazılanlar, Müqəddəs Kitabın ilk beş kitabını oxuyurdular. Bu kitabları oxumaq və hər şeyi anlamaq kimlərə isə asan olmadı. Onların cəhdləri hədərmi oldu? Əlbəttə yox, çünki “bundan əvvəl yazılanların hamısı bizə tə’lim olaraq yazıldı ki, təhəmmül və Müqəddəs Yazıların təsəllisi ilə ümidimiz olsun” (Romalılara 15:4). Onda sual yaranır: Qanunda sovqatlar və qurbanlar barədə deyilənlərdən biz hansı “tə’limi” və “təsəllini” ala bilərik?

Tə’lim və təsəllimiz üçün

3. Bizim hansı mühüm ehtiyacımız var?

3 Bizdən, Qanunda göstərildiyi kimi həqiqi qurbanlar təqdim etmək tələb olunmadığına baxmayaraq, günahların bağışlanmasına və Allahın iltifatına, yə’ni qurbanların müəyyən dərəcədə israillilərə verdiyi şeylərə biz də ehtiyac hissi duyuruq. Axı biz həqiqi qurbanlar təqdim etmiriksə, bəs onda bunları necə ala bilərik? Qurbanlardan alınan faydanın məhdud olduğunu göstərərək, Pavel yazırdı: “Məsih, dünyaya girəndə deyir: “Qurban və sovqat istəmədin, amma Mənə bədən hazırladın. Bütöv şəkildə yaxılan heyvanlara və günah üçün gətirilən qurbanlara Sən razı olmadın. O zaman Mən dedim: Budur, Mən gəldim ki, ey Allah, Sənin iradəni yerinə yetirim. Kitabın tumarında Mənim barəmdə belə yazılmışdır”” (İbranilərə 10:5—7).

4. Pavel, Məzmur 40:6—8 ayələrini İsa Məsihə necə tətbiq edir?

4 Pavel, Məzmur 40:6—8 ayələrindən sitat gətirərək göstərir ki, İsa, “qurbanları və sovqatları”, “bütöv şəkildə yaxılan heyvanları və günah üçün gətirilən qurbanları” əbədiləşdirməyə gəlməmişdir; Pavel ibranilərə məktubunu yazdığı zaman, bütün bu qurbanlar artıq Allaha məqbul deyildi. Daha doğrusu, İsa, səmavi Atasının ona hazırladığı və bütün cəhətlərdən Allahın Adəmə hazırladığı bədənə müvafiq bədənlə gəldi (Təkvin 2:7; Luka 1:35; 1 Korinflilərə 15:22, 45). Allahın kamil Oğlu İsa, Təkvin 3:15 ayəsində qabaqcadan deyildiyi kimi qadının “zürriyyəti” rolunu yerinə yetirirdi. “Topuğundan çalınacağına” baxmayaraq, Şeytanın “başına zərbə” vurmaq üçün İsa tədbirlər görməli idi. Beləliklə də İsa, Habilin vaxtından bəri iman adamlarının gözlədikləri və bəşəriyyətin xilası üçün Yeqovanın təqdim etdiyi vasitə oldu.

5, 6. Məsihçilər üçün Allaha yaxınlaşmağın ən yaxşı üsulu nədir?

5 İsanın bu xüsusi rolu barədə Pavel gör nə deyir: “Günah nə olduğunu bilməyən Məsihi O [Allah], əvəzimizə günah qurbanı etdi ki, biz Onun sayəsində Allahın salehliyi ilə eyniləşək” (2 Korinflilərə 5:21). Həvari Yəhya isə: “O Özü günahlarımız və yalnız bizim deyil, bütün dünyanın günahları üçün əfv tə’min edən qurbandır” — deyir (1 Yəhya 2:2). Yə’ni israillilərin Allaha yaxınlaşması üçün, qurbanlar müvəqqəti vasitə kimi xidmət edirdi; məsihçilərin isə Allaha yaxınlaşmaq üçün daha yaxşı əsası var, bu - İsa Məsihin qurbanlığıdır (Yəhya 14:6; 1 Peter 3:18). Əgər Allah tərəfindən təqdim edilən fidiyə qurbanlığına iman edir və Ona tabe oluruqsa, onda günahların bağışlanmasını, eləcə də Allahın iltifat və xeyir-duasını biz də ala bilərik (Yəhya 3:17, 18). Məgər bu təsəlli mənbəyi deyil? Bəs fidiyə qurbanlığına olan imanımızı necə göstərə bilərik?

6 Allaha yaxınlaşmaq üçün məsihçilərin də yaxşı əsası olduğunu izah etdikdən sonra, həvari Pavel İbranilərə 10:22—25 ayələrində, Allahın bu ən’amı üçün iman və minnətdarlığımızı ifadə etməyin üç üsulunu göstərir. Pavelin sözlərinin əsasən “Müqəddəs Yerə girməyə” haqqı olan şəxslərə, yə’ni göylərə də’vəti olan məsh edilmiş məsihçilərə yönəlməsinə baxmayaraq, onun Allahdan ilham almış sözlərinə diqqət yetirmək Məsihin əfv tə’min edən qurbanlığından fayda almaq istəyən bütün insanlara gərəkdir (İbranilərə 10:19).

Təmiz və ləkəsiz qurbanlar təqdim edin

7. a) Qurban təqdim edilərkən icra olunan iş İbranilərə 10:22 ayəsində necə əks olunur? b) Qurbanları Allah qəbul etsin deyə nə etmək tələb olunurdu?

7 Hər şeydən əvvəl, Pavel məsihçiləri təşviq edir: “Buna görə ürəklərimiz pis vicdandan paklaşmış, bədənimiz də təmiz su ilə yuyulmuş olaraq, e’timadla dolu imanla, səmimi qəlbdən Allaha yaxınlaşaq” (İbranilərə 10:22). Şübhəsiz, burada, qurbanlar Musanın qanununda tələb olunduğu kimi təqdim edilən zaman icra olunan işlərlə müqayisə aparılır. Bu münasibdir, belə ki, qurbanın qəbul olunması üçün, onu təmiz niyyətlərlə gətirmək tələb olunurdu, belə qurban isə yalnız təmiz və sağlam heyvanlardan gətirilməli idi. Qurbanlıq heyvanı, təmiz heyvanlardan — iri və ya xırda maldan seçilirdi və “qüsursuz” olurdu. Əgər qurban quşlardan gətirilirdisə, o, qumru və ya göyərçin balasından olurdu. Bu şərtlərə əməl edərək, qurban gətirən “özü üçün kəffarə etmək üzrə qəbul olunacaqdır” (Levililər 1:2—4, 10, 14; 22:19—25). Çörək sovqatında, korlanma simvolu olan maya olmurdu, onun tərkibində bal da olmurdu, hansı ki, bu sözlə ola bilsin qıcqırtma xüsusiyyəti olan meyvə şirəsi nəzərdə tutulurdu. Heyvan qurbanı və ya çörək sovqatı qurbangaha gətiriləndə, onlara, qoruyucu maddə olan duz əlavə edirdilər (Levililər 2:11—13).

8. a) Qurban gətirən adamdan nə tələb olunurdu? b) İbadətimizi Yeqova qəbul etsin deyə nə etmək lazımdır?

8 Bəs qurbanı gətirən şəxs haqqında nə deyilir? Qanunda göstərilirdi ki, Yeqovanın qarşısına gələn hər bir kəs təmiz və ləkəsiz olmalıdır? Müəyyən bir səbəbdən natəmiz olan kəs, Yeqovanın qarşısında yenidən təmiz olsun deyə, əvvəlcə günah üçün qurban və yaxud taqsırkarlıq qurbanı təqdim etməli idi. Onun bütöv şəkildə yandırılmağa təqdim etdiyi qurbanı və ya əmin-amanlıq qurbanını Allah yalnız o zaman qəbul edərdi (Levililər 5:1—6, 15, 17). Bunu nəzərə alaraq, Yeqovanın qarşısında həmişə təmiz qalmağın nə qədər vacib olduğunu dərk edirikmi? Əgər ibadətimizin Allah tərəfindən qəbul olunmasını istəyiriksə, Onun qanunlarında hər hansı bir səhvə yol verəndə, bacardığımız qədər tez düzəlməliyik. Belə hallarda ləngimədən, Allahın təqdim etdiyi kömək vasitələrinə - “cəmiyyətinin ağsaqqallarına” və “əfv tə’min edən qurban” olan İsa Məsihə müraciət etməliyik (Yaqub 5:14; 1 Yəhya 2:1, 2).

9. Yeqovaya təqdim edilən qurbanlarla yalan tanrılara verilən qurbanlar arasındakı əsas fərqlərdən biri nədədir?

9 Hər növ natəmizlikdən təmizlənməyə verilən əhəmiyyət, Yeqovaya təqdim edilən qurbanları, İsrailin ətrafındakı xalqların yalan tanrılara təqdim etdikləri qurbanlardan xüsusilə fərqləndirirdi. Musanın qanununda göstərilən qurbanların bu fərqləndirici xüsusiyyətləri barədə bir arayış kitabçasında deyilir: “Biz, cadugərlik və ya falçılıqla heç bir əlaqənin olmadığını görürük; heç bir dini azğınlıq, özünü qəsdən şikəst etmək və ya fahişəlik mərasimləri yoxdur. Torpağın məhsuldar olması üçün keçirilən şəhvani və son dərəcə əxlaqsız mərasimlər isə qəti şəkildə qadağan olunur; insanları qurbanlıq kimi təqdim etmək və ya ölənlərin ruhuna qurban kətirmək yoxdur”. Bütün bunlar diqqəti növbəti fakta yönəldir: Yeqova müqəddəsdir və hər hansı bir günaha, yaxud əxlaq pozğunluğuna göz yummur (Habakkuk 1:13). Yeqovaya edilən ibadət və gətirilən qurbanlar, fiziki, mə’nəvi və ruhani cəhətdən təmiz və ləkəsiz olmalıdır (Levililər 19:2; 1 Peter 1:14—16).

10. Pavelin Romalılara 12:1, 2 ayələrdəki nəsihətinə əsasən, hansı sahədə özümüzə diqqətlə nəzər yetirməliyik?

10 Bunu nəzərə alaraq, xidmətimizin Yeqova tərəfindən qəbul olunması üçün, həyatın bütün sahələrində özümüzə fikir verməliyik. Biz məsihçi yığıncaqlarında və təbliğdə müəyyən dərəcədə iştirak ediriksə, heç vaxt düşünməməliyik ki, şəxsi həyatımızda hər şeyə yol verə bilərik. Bundan başqa, güman etməli deyilik ki, məsihçi fəaliyyətində iştirak etməyimiz, həyatın digər sahələrinə aid Allahın verdiyi qanunlara riayət etməməyə bizə ixtiyar verir (Romalılara 2:21, 22). Əgər biz, Allahın gözündə natəmiz və ya ləkəli olan bir şeyin düşüncə və davranışımızı natəmiz etməsinə yol verirksə, Allahın xeyir-duası və iltifatına ümid edə bilmərik. Pavelin sözlərini xatırlayın: “Ey qardaşlar, Allahın mərhəməti naminə sizə yalvarıram ki, bədənlərinizi diri, müqəddəs, Allaha məqbul qurban kimi təqdim edin; mə’nəvi ibadətiniz budur. Və bu zəmanəyə uyğunlaşmayın, ancaq Allahın yaxşı, məqbul və kamil iradəsinin nə olduğunu dərk etmək üçün ağlınızın yenilənməsi ilə kökündən dəyişin” (Romalılara 12:1, 2).

Səmimi qəlbdən həmd qurbanları gətirin

11. İbranilərə 10:23 ayəsindəki “ümumxalq qarşısında e’lan etmək” anlayışı özünə nəyi daxil edir?

11 İbranilərə göndərdiyi məktubda Pavel diqqəti ibadətimizin daha vacib bir sahəsinə yönəldir: “Gəlin, ümumxalq qarşısında e’lan etdiyimiz ümidimizi tərəddüd etmədən möhkəm tutaq, çünki və’di verən sadiqdir” (İbranilərə 10:23, YD). “Ümumxalq qarşısında e’lan etmək” ifadəsi hərfi mə’nada “e’tiraf etmək” deməkdir və bundan əlavə Pavel “həmd qurbanı” haqqında söyləyir (İbranilərə 13:15). Bu, Habil, Nuh və İbrahim kimi adamların təqdim etdikləri qurbanları xatırladır.

12, 13. Bütöv şəkildə yandırılan heyvan qurbanını təqdim edən israilli nəyi e’tiraf edirdi və belə ruhu biz necə əks etdirə bilərik?

12 İsrailli bütöv şəkildə yandırılan qurban gətirəndə, bunu “Yeqovanın qarşısında könüllü surətdə” edirdi (Levililər 1:3, YD). Həmin adam belə qurbanı gətirməklə, könüllü surətdə ümumxalq qarşısında e’lan və ya e’tiraf edirdi ki, Yeqova öz xalqına bol-bol xeyir-dua verir və ona hədsiz məhəbbət bəsləyir. Yandırılan qurbanın fərqləndirici xüsusiyyətini yada salaq: qurban gətirilən heyvan qurbangah üzərində bütövlüklə yandırılırdı. Bu, hədsiz sədaqət və tam həsr olunma simvoludur. Biz buna müvafiq tərzdə, həvəslə və səmimi qəlbdən Yeqovaya “həmd qurbanını, yə’ni... dodaqların bəhrəsini” təqdim edərək, fidiyə qurbanlığına imanımızı və bu ən’ama görə minnətdarlığımızı göstərmiş oluruq.

13 Məsihçilər heyvanlardan və ya bitkilərdən həqiqi mə’nada qurbanlar təqdim etməsələr də, onların üzərinə, Padşahlıq haqqındakı xoş xəbəri təbliğ etmək və İsa Məsihin şagirdlərini hazırlamaq məs’uliyyəti düşür (Matta 24:14; 28:19, 20). Siz, Allahın itaətkar insanlara hazırladığı gözəl ne’mətlər barədə daha çoxlarının bilməsi üçün, Allahın Padşahlığı haqqındakı xoş xəbərin ümumxalq qarşısında e’lan olunmasında hər bir yaranan imkandan istifadə edirsinizmi? Maraqlanan insanlara tə’lim verməyə və onların İsa Məsihin şagirdləri olmasına kömək etmək üçün vaxt və qüvvənizi könüllümü surətdə sərf edirsiniz? Xidmətdə sə’ylə iştirak etməyimiz, yandırılan qurbanın xoş ətri kimi, Allaha çox xoşdur (1 Korinflilərə 15:58).

Allahla və insanlarla ünsiyyətdə olmaqdan sevinin

14. Pavel, İbranilərə 10:24, 25 ayələrində əmin-amanlıq qurbanlığı ilə necə müqayisə aparır?

14 Axırda Pavel diqqəti ona yönəldir ki, Allaha ibadət edən bizlərin həmimanlılarımızla hansı münasibətimiz olmalıdır. “Bir-birimizi məhəbbətə və xeyirli işlərə necə təşviq edəcəyimizin qayğısına qalaq. Bə’zilərinin adət etdikləri kimi öz yığıncaqlarımızı tərk etməyək. Amma xüsusən, o Günün yaxınlaşdığını gördüyümüz nisbətdə bir-birimizi daha çox ürəkləndirək” (İbranilərə 10:24, 25). “Məhəbbətə və xeyirli işlərə təşviq etmək”, “yığıncaq” və “bir-birini ürəkləndirmək” ifadələri, İsraildə əmin-amanlıq qurbanının təqdim edilməsinin Allahın xalqına nə verdiyini xatırladır.

15. Əmin-amanlıq qurbanı ilə məsihçi yığıncaqları arasında hansı müqayisə izlənir?

15 “Əmin-amanlıq qurbanı” ifadəsində, “sülh” mə’nası verən ibrani sözü cəm halındadır. Bəlkə də bu onu göstərir ki, bu növ qurbanlıqda iştirak etmək, həm Allahla, həm də həmimanlılarla sülhdə olmağa səbəb olurdu. Bir alim, əmin-amanlıq qurbanının gətirilməsi barədə qeyd edir: “Bu, doğrudan da Əhd Allahı ilə xoşbəxt ünsiyyət zamanı olurdu, çünki Allah İsrailə iltifat göstərirdi və qurban süfrəsində onların Qonağı olurdu; bununla yanaşı, həmişə israillilərin Sahibi olaraq qalırdı”. Bu, İsanın və’dini xatırladır: “Haradasa iki və ya üç kişi Mənim adımla bir yerə toplaşmış olursa, Mən orada, onların arasındayam” (Matta 18:20). Biz hər dəfə məsihçi yığıncağında iştirak edəndə, ruhlandırıcı və nəsihət verən ünsiyyətdən fayda əldə edirik, həmçinin Rəbbimiz İsa Məsihin aramızda olması fikrindən rahatlıq tapırıq. Bütün bunların sayəsində, məsihçi yığıncağı doğrudan da böyük sevinc verir və imanı möhkəmləndirir.

16. Əmin-amanlıq qurbanı ilə müqayisə edilərsə, məsihçi yığıncaqlarına xüsusi sevinc verən nədir?

16 Yeqovaya əmin-amanlıq qurbanı təqdim edilən zaman, iç yağı, böyrəklər, böyrəklərdə və bel əzələsində olan piylər, eləcə də qoyun quyruğu qurbangahda yandırılıb, tüstüləndirilirdi (Levililər 3:3—16). Piy, heyvanın ən qidalı və yaxşı hissəsi sayılırdı. Onu qurbangahda təqdim etmək, Yeqovaya ən yaxşı şeyi vermək əlaməti idi. Yalnız nəsihət almağımız yox, eləcə də Yeqovaya həmd etməyimiz məsihçi yığıncaqlarına xüsusi sevinc gətirir. Bu, kiçik də olsa, vicdanla ürəkdən nəğmə oxumaq cəhdimizdə, diqqətlə qulaq asmağımızda və imkan olanda suallara cavab verməyimizdə əks olunur. “RƏBBƏ həmd edin. RƏBBƏ yeni bir təranə və müttəkilərin camaatında [“sədaqətli olanların yığıncağında”, YD] onun həmdini oxuyun” - deyə məzmurçu nida edirdi (Məzmur 149:1).

Bizi Yeqovadan bol xeyir-dualar gözlıyir

17, 18. a) Yerusəlim mə’bədinin təntənəli açılışı zamanı Süleyman hansı böyük qurbanı təqdim etdi? b) Mə’bədin təntənəli açılışı xalqa hansı xeyir-duaları gətirdi?

17 Eramızdan əvvəl 1026-cı ilin yeddinci ayında, Yerusəlim mə’bədinin təntənəli açılışı zamanı, Süleyman padşah “bütöv yandırılan qurbanı, çörək sovqatını və əmin-amanlıq qurbanının piyini” təqdim edərək, “RƏBBİN önündə [“böyük”, YD] qurbanlar kəsdi”. Çörək sovqatından əlavə, ümumiyyətlə 22 min iri buynuzlu mal və 120 min qoyun qurban gətirilmişdir (1 Krallar 8:62—65).

18 Bu mərasimin hansı xərclərlə bağlı olduğunu və nə qədər zəhmət tələb etdiyini təsəvvür edirsinizmi? Buna baxmayaraq, İsrailin aldığı xeyir-dualar, aydın surətdə xərcləri ötüb keçirdi. Bu şadlığın sonunda Süleyman “xalqı göndərdi; və padşaha xeyir-dua verdilər, RƏBBİN qulu Davuda və xalqı İsrailə göstərdiyi bütün yaxşılıqdan dolayı sevinclə və yaxşı ürəklə çadırlarına qayıtdılar” (1 Krallar 8:66). Süleyman doğru dedi ki, “RƏBBİN bərəkəti, zəngin edən odur və onunla bərabər kədər qatmaz” (Süleymanın məsəlləri 10:22).

19. Yeqovadan indi və əbədiyyən böyük xeyir-dualar almaq üçün biz nə edə bilərik?

19 Biz, “gələcək ne’mətlərin... kölgəsinin”, “ne’mətlərin əsl surətilə” dəyişdiyi bir zəmanədə yaşayırıq (İbranilərə 10:1). İsa Məsih, surətlərlə təsvir olunan böyük Baş Kahin vəzifəsinə keçərək, artıq göylərə daxil olub və öz qanının dəyərini təqdim edib ki, onun qurbanlığına iman edənlərin hamısının günahını yusun (İbranilərə 9:10, 11, 24—26). Bu böyük qurbanlığa əsasən, həmçinin Allaha təmiz və ləkəsiz həmd qurbanlarını təqdim etmək şərtilə, biz də “sevinclə və yaxşı ürəklə” və Yeqovadan bol-bol xeyir-dualar gözləyərək, irəli gedə bilərik (Malaki 3:10).

Siz necə cavab verərdiniz?

• Qanunda qurbanlar və sovqatlar haqqındakı mə’lumat bizə necə tə’lim və təsəlli verə bilər?

• Qəbul olması üçün qurbanlıq ilk növbədə hansı tələbə uyğun olmalı idi və bizim üçün bu hansı mə’nanı daşıyır?

• Bütöv şəkildə yandırılmağa könüllü təqdim edilən qurbanla müqayisədə biz nə təqdim edə bilərik?

• Məsihçi yığıncaqları hansı tərzdə əmin-amanlıq qurbanlarının təqdim edilməsinə bənzəyirlər?

[12-ci səhifədəki şəkil]

İsanın fidiyə qurbanlığı, Yeqova tərəfindən bəşəriyyətin xilası üçün təqdim olunmuşdur

[14-cü səhifədəki şəkil]

Xidmətimizin Yeqova tərəfindən qəbul olunması üçün, hər bir natəmizlikdən uzaq olmalıyıq

[15-ci səhifədəki şəkil]

Biz xidmətdə iştirak etməklə, ümumxalq qarşısında Yeqovanın xeyirxah olduğunu e’tiraf edirik

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş