Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w01 1/2 s. 8—13
  • Allahın Padşahlığı - yerin yeni hökuməti

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahın Padşahlığı - yerin yeni hökuməti
  • Gözətçi qülləsi 2001
  • Başlıqlar
  • Oxşar material
  • Yerin yeni hökuməti
  • Məsihin hakimiyyət şərikləri
  • Padşahlıq Allahın niyyətinə daxil idimi?
  • “Öz əlində deyildir”
  • İradə azadlığı hədiyyəsi
  • ‘Heç vaxt dağılmayacaq’ Padşahlıq
    Vahid həqiqi Allaha ibadət edin
  • Allahın Padşahlığı nədir?
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Allahın niyyəti yerinə yetmək üzrədir
    Allah həqiqətən də bizim qeydimizə qalırmı?
  • Allahın Padşahlığı
    Müqəddəs Kitab təlimləri
Əlavə
Gözətçi qülləsi 2001
w01 1/2 s. 8—13

Allahın Padşahlığı - yerin yeni hökuməti

“Bu padşahlıqların hamısını o [Padşahlıq] dağıdacaq və məhv edəcək, özü isə əbədiyyən duracaq” (DANİEL 2:44).

1. Müqəddəs Kitaba nəyə görə güvənə bilərik?

MÜQƏDDƏS KİTAB - Allahın insanlara verdiyi vəhydir. Həvari Pavel yazırdı: “Allahın bizdən eşitdiyiniz kəlamını qəbul etdikdə, onu bəşəri söz olaraq deyil, əslində olduğu kimi, Allahın kəlamı olaraq qəbul etdiniz” (1 Saloniklilərə 2:13). Müqəddəs Kitabda, Allah haqqında bilməmiz gərək olan mə’lumatlar vardır. Müqəddəs Kitab Onun şəxsiyyəti, niyyətləri və tələbləri haqqında söhbət açır. Onda ailə həyatı və gündəlik davranışlar barəsində ən gözəl nəsihətlər var. Bu kitabda keçmişdə və indi yerinə yetən, həmçinin gələcəkdə yerinə yetəcək ətraflı peyğəmbərliklər qeyd olunur. Bəli, “hər Müqəddəs Yazı Allahdan ilham almış və tə’lim, təkzib, islah, salehlik tərbiyəsi üçün faydalıdır ki, Allah bəndəsi kamil olub, hər cür xeyirli iş üçün təchiz edilsin” (2 Timoteyə 3:16, 17).

2. İsa, Müqəddəs Kitabın başlıca mövzusunu necə qeyd etdi?

2 Müqəddəs Kitabın ən vacib mövzusu - Allahın hökmranlığının (hakimiyyət hüququnun), səmavi Padşahlıq vasitəsilə bəraət qazanması haqqındakı mövzudur. İsa öz xidmətində bu mövzuya başlıca yer verirdi. “İsa təbliğ edib: “Tövbə edin, çünki Göylərin Padşahlığı yaxındır”,- deməyə o vaxtdan başladı” (Matta 4:17, İ—93). O, Padşahlığın həyatımızda tutacağı yeri göstərərək, təşviq edirdi: “Fəqət əvvəlcə Onun Padşahlığını və Onun salehliyini axtarın; və bütün bu şeylər sizə artırılacaqdır” (Matta 6:33, İ—93). Həmçinin şagirdlərinə, “Padşahlığın gəlsin; göydə olduğu kimi, yerdə də Sənin iradən olsun” - deyə, Allaha dua etməyi öyrədərək də bunun vacibliyini göstərdi (Matta 6:10, İ—93).

Yerin yeni hökuməti

3. Nəyə görə Allahın Padşahlığı bizim üçün böyük mə’na daşıyır?

3 Nəyə görə Allahın Padşahlığı insanlar üçün belə böyük mə’na daşıyır? Ona görə ki, bu Padşahlıq tezliklə yer üzünün idarə sistemini həmişəlik dəyişəcək bir iş görəcəkdir. Daniel 2:44-cü ayəsindəki peyğəmbərlikdə deyilir: “O padşahların [bu gün yer üzündə idarə edən] günlərində göylərin Allahı əbədiyyən dağılmayacaq bir padşahlıq [göydə hökumət] quracaq və onun hakimiyyəti başqa bir xalqa verilməyəcək; ancaq bu padşahlıqların [yerdəki hökumətlərin] hamısını o parçalayacaq və məhv edəcək, özü isə əbədiyyən duracaq”. Allahın səmavi Padşahlığı hakimiyyəti bütünlüklə ələ aldıqdan sonra, bir daha yer üzünə insanlar hökmranlıq etməyəcəklər. Ədavət yaradan və qənaətbəxş olmayan insan hakimiyyətləri həmişəlik keçib gedəcək.

4, 5. a) Padşahlığın Padşahı olmaq üçün nəyə görə ən yaxşı namizəd İsadır? b) Yaxın gələcəkdə İsa hansı tapşırığı alacaqdır?

4 Yeqovanın bilavasitə rəhbərliyi altında fəaliyyət göstərən, səmavi Padşahlığın Baş Hökmdarı - Məsih İsa bu vəzifə üçün ən layiqli namizəddir. O, Allahın yaratdıqlarının ilki olduğu üçün, yer üzünə gəlməzdən əvvəl, Allahın “mahir köməkçisi” kimi göydə yaşayırdı (Süleymanın məsəlləri 8:22—31, YD). “Görünməyən Allahın surəti və bütün xilqətdən qabaq doğulan, Odur. Çünki... göylərdə və yerdə olan hər şey Onun vasitəsilə yarandı” (Koloslulara 1:15, 16, İ—93). Allah tərəfindən yer üzünə göndərilən zaman, İsa, həmişə Allahın iradəsini yerinə yetirirdi. O, ən ağır sınaqlara tab gətirdi və Atasına sadiq qalaraq öldü (Yəhya 4:34; 15:10).

5 İsa, ölüm ayağında da Allaha sadiq qaldığı üçün, mükafatlandırıldı. Allah onu göylər həyatı üçün diriltdi və ona səmavi Padşahlığın Padşahı olmaq hüququnu verdi (Həvarilərin işləri 2:32—36). Padşahlığın Padşahı olan Məsih İsa, tezliklə Allahdan ehtiramlı qorxu hissi oyadan bir tapşırıq alaraq, yer üzündəki insan hakimiyyətlərinə son qoymaq və planetimizi pisliklərdən təmizləmək üçün on minlərcə güclü ruhani varlıqlara rəhbərlik edəcəkdir (Süleymanın məsəlləri 2:21, 22; 2 Saloniklilərə 1:6—9; Vəhy 19:11—21; 20:1—3). Sonra, Allahın Məsihə tabe etdirdiyi səmavi Padşahlıq - bütün yer üzünün yeni hakimiyyəti, yə’ni yeganə hökuməti olacaq (Vəhy 11:15).

6. Padşahlığa başçılıq edən Padşahdan hansı rəhbərliyi gözləmək olar?

6 Allahın Kəlamı, yer üzünün yeni Hökmdarı haqqında deyir: “Bütün xalqlar, millətlər və dillər ona qulluq etsinlər deyə, ona hökmranlıq və izzət və padşahlıq verildi” (Daniel 7:14). İsa Allahın məhəbbətini təqlid edəcəyi üçün, onun rəhbərliyi altında böyük miqyasda sülh və xoşbəxtlik olacaqdır (Matta 5:5; Yəhya 3:16; 1 Yəhya 4:7—10). “[Hökumətini] haqla və doğruluqla möhkəmlətmək... üçün, rəisliyinin və sülhün artmasına son olmayacaq” (İşaya 9:7). Məhəbbətlə, ədalətlə və doğruluqla rəhbərlik edən Hökmdara malik olmaq necə də böyük xeyir-duadır! Buna görə də, 2 Peter 3:13-cü ayəsində qabaqcadan deyilmişdir: “Amma biz Onun və’dinə görə yeni göylər [Allahın səmavi Padşahlığını] və yeni yer [yer üzündə yeni cəmiyyət] gözləyirik ki, onlarda salehlik ömür sürür”.

7. Matta 24:14-cü ayəsi bu gün necə yerinə yetir?

7 Şübhəsiz ki, Allahın Padşahlığı haqqındakı xoş xəbər, digər xəbərlərdən fərqli olaraq, həqiqəti sevən hər bir kəsə ümid verir. Buna görə, bu əşyalar sisteminin “son günlərini” yaşadığımıza şəhadətlik edən əlamətin bir hissəsini təsvir edərək, İsa qabaqcadan dedi: “Padşahlıq haqqında olan bu Müjdə millətlərin hamısına şəhadət olaraq bütün dünyada təbliğ olunacaqdır; və son o zaman gləcəkdir” (2 Timoteyə 3:1—5; Matta 24:14, İ—93). Bu peyğəmbərlik bu gün yerinə yetməkdədir, çünki Yeqovanın altı milyondan artıq Şahidi, başqa insanlara Allahın Padşahlığı haqqında danışmaq üçün, dünyanın 235 ölkəsində milyarddan artıq saat sərf edir. Bütün dünyada 91 487 yığıncağın ibadət üçün toplaşdığı yerlər haqlı olaraq Padşahlıq Zalları adlanır. İnsanlar bu Zallara, gələcək yeni hökumət haqqında öyrənmək üçün toplaşırlar.

Məsihin hakimiyyət şərikləri

8, 9. a) Məsihin hakimiyyət şərikləri kimlərdən seçilir? b) Padşahın və onun hakimiyyət şəriklərinin hökmranlığı barəsində nəyə əmin ola bilərik?

8 Allahın səmavi Padşahlığında, Məsih İsanın hakimiyyət şərikləri olacaqdır. Vəhy 14:1—4 ayələrində, 144 000 adamın “insanlar arasından satın” alınacaqları və səmavi həyata dirildiləcəkləri qabaqcadan deyilmişdi. Bu saya daxil olan insanlar, başqalarının onlara xidmət etməsini gözləməmişlər, özləri təvazökarlıqla Allaha və qonşularına xidmət etmişlər. “Onlar Allahın və Məsihin kahinləri olacaq və Onunla bərabər min il padşahlıq edəcəklər” (Vəhy 20:6, İ—93). Onların sayı, bu əşyalar sistemindən sağ çıxacaq “hər millətdən, bütün qəbilələrdən, xalqlardan və dillərdən olan, kimsənin saymağa qadir olmadığı böyük bir izdiham”ın sayından olduqca azdır. Bu insanlar da “gecə-gündüz Ona [Allaha] xidmət edirlər”, lakin onlar göylərə də’vət almamışlar (Vəhy 7:9, 15). Allahın Padşahlığının vətəndaşları olaraq, onlar yeni yerin əsasını təşkil edirlər (Məzmur 37:29; Yəhya 10:16).

9 Yeqova, göydə Məsihlə hökmranlıq edəcək insanların timsalında, həyatın bütün ağırlıqlarını üzərlərində sınamış sadiq insanları seçirdi. Bu padşah-kahinlər insanların qarşılaşdıqları bütün çətinlikləri şəxsi təcrübələrində dadmışlar. Yer üzündə yaşamaları sayəsində, onlar insanları daha yaxşı idarə edə biləcəklər. Hətta İsa özü, “çəkdiyi iztirablarla itaətli olmağı öyrəndi” (İbranilərə 5:8). Həvari Pavel onun haqqında bu sözləri dedi: “Biz elə bir baş kahinə malik deyilik ki, zəifliklərimizdə bizə acıya bilməsin; əksinə, bizim kimi imtahan edilmiş, günahdan xaric, hər şeydə bizə bənzəyən bir Baş Kahinə malikik” (İbranilərə 4:15). Allahın ədalətli yeni dünyasında insanlar üzərində sevən, acıyan padşahların və kahinlərin hökmranlıq edəcəklərini bilmək həqiqətən də təsəllivericidir!

Padşahlıq Allahın niyyətinə daxil idimi?

10. Nəyə görə səmavi Padşahlıq Allahın ilk niyyətinə daxil deyildi?

10 Allah Adəmlə Həvvanı yaradarkən, səmavi Padşahlıq Onun ilk niyyətinə daxil idimi? Təkvin kitabında yaradılış barəsindəki hekayədə, bəşər ailəsi üzərində rəhbərlik edəcək Padşahlıq haqqında heç nə deyilmir. Yeqova özü insanların Hökmdarı idi və nə qədər ki, insanlar Ona tabe olurdular başqa rəhbərliyə ehtiyac yox idi. Təkvin kitabının 1-ci fəslindən göründüyü kimi, Yeqova - ehtimal ki, ilkin səmavi Oğlunun vasitəsilə - Adəm və Həvva ilə münasibət yaradırdı. Müqəddəs Kitabda belə bir ifadə istifadə olunur: “Allah onlara dedi” (Təkvin 1:28, 29; Yəhya 1:1).

11. İnsanlara hansı kamil başlanğıc verilmişdi?

11 Müqəddəs Kitabda deyilir: “Allah yaratdığı hər şeyi gördü və budur, çox yaxşı idi” (Təkvin 1:31). Ədən bağındakı hər bir şey tam mükəmməl idi. Adəm və Həvva cənnətdə yaşayırdılar. Onların ağılları və bədənləri kamil idi. Onlar Yaradanları ilə, O isə onlarla ünsiyyətdə olurdu. Sədaqətlərini qoruyub saxlasaydılar, kamil uşaqlara sahib olardılar. Yeni səmavi hökumətə də ehtiyac olmazdı.

12, 13. Kamil insanlar artmağa davam etsəydilər belə, nəyə görə Allah onlarla ünsiyyətdə ola bilərdi?

12 Bəs insanlar çoxaldıqca, Allah onların hamısı ilə necə ünsiyyət yaradacaqdı? Ulduzlara diqqət yetirək. Onlar, qalaktikalar adlanan topalara qruplaşıblar. Bə’zi qalaktikalarda ulduzların sayı milyarda, digərlərində isə trilliona çatır. Alimlərin rə’yinə görə, müşahidə edilməsi mümkün olan Kainatda 100 milyarda yaxın qalaktika mövcuddur! Və buna baxmayaraq Yaradan deyir: “Gözlərinizi yuxarı qaldırın və görün, bunları kim yaratdı; o ki, bunların ordusunu sayı ilə çıxarır; onların hamısını adları ilə çağırır; qüdrətinin böyüklüyünə görə və qüvvətinin zoru ilə onlardan heç biri əksilməz” (İşaya 40:26).

13 Əgər Allah bütün bu səmavi cisimləri yadında saxlayırsa, onda, əlbət ki, sayca ulduzlardan çox az olan insanlara da diqqət yetirə bilər. Hətta bu günlərdə belə, yer üzündə yaşayan milyonlarla xidmətçisi Ona hər gün dua edir. Onların duaları Allaha bir anda çatır. Buna görə də, bütün kamil insanlarla ünsiyyətdə olmaq Allah üçün heç bir çətinlik yaratmayacaqdı. İnsanlara qayğı göstərmək üçün, Onun səmavi Padşahlığa ehtiyacı olmayacaqdı. Yeqova kimi Hökmdara malik olmaq, Ona bilavasitə müraciət etmək və yer üzü cənnətdə əbədiyyən yaşayaraq heç zaman ölməmək necə də valehedici olardı!

“Öz əlində deyildir”

14. Nəyə görə insanlar Yeqovanın hakimiyyətinə həmişə ehtiyac duyacaqlar?

14 Lakin insanların - hətta kamil olsalar belə - Yeqovanın rəhbərliyinə həmişə ehtiyacları olacaqdır. Nəyə görə? Ona görə ki, Yeqova insanları, Onun rəhbərliyi olmadan müvəffəqiyyətli olacaq tərzdə yaratmamışdır. Bu, bütün bəşəriyyət üçün bir qanundur və peyğəmbər Yeremya bunu e’tiraf edirdi: “Ya RƏB, bilirəm ki, insanın yolu öz əlində deyildir; addımlarını doğrultmaq yeriyən insanın əlində deyildir. Ya RƏB, məni... məzəmmət et” (Yeremya 10:23, 24). Yeqovanın köməyi olmadan bəşəriyyət üzərində müvəffəqiyyətlə idarə edə biləcəklərini düşünmək, insanlar tərəfindən ağılsızlıq olardı. Bu onların yaradılışına zidd gələrdi. Yeqovanın rəhbərliyindən asılı olmamaq, mütləq xudbinliyə, nifrətə, qəddarlığa, zorakılığa, müharibələrə və ölümə gətirib çıxarardı. “Bir adamın digər adam üzərində hakimiyyəti öz zərərinə” olardı (Vaiz 8:9).

15. Ulu valideynlərimizin yanlış seçimlərinin nəticəsi necə oldu?

15 Bədbəxtlikdən, ulu valideynlərimiz Allahın rəhbərliyinə ehtiyacları olmadıqlarını düşündülər və Ondan asılı olmadan yaşamağı üstün tutdular. Allah onların kamil qalmalarına izin vermədi. Onlar, cərəyan mənbəyindən ayrılan elektrik cihazı kimi oldular. Vaxt keçdikcə, onlar “sür’ətlərini azaldacaq” və “dayanacaqdılar”, yə’ni öləcəkdilər. Onlar zədəli bir qəlib kimi, öz övladlarına günahlı vəziyyətlərindən başqa bir şey verə bilmədilər (Romalılara 5:12). “[Yeqova] Qayadır, onun işi tamdır; çünki, bütün yolları haqdır... Ona qarşı fəsad etdilər, onun oğulları deyillər, onların nöqsanıdır” (Təsniyə 32:4, 5). Bu doğrudur ki, Adəm və Həvvaya, qiyamçı ruhani məxluq olan Şeytan tə’sir göstərdi; amma onların ağılları kamil idi və onlar Şeytanın yanlış təkliflərini inkar edə bilərdilər (Təkvin 3:1—19; Yaqub 4:7).

16. Allahdan asılı olmamağın nə ilə nəticələndiyinə tarix necə şəhadətlik edir?

16 Tarix, Allahdan asılı olmamağın nə ilə nəticələndiyinə aydın şəhadətlik edir. Minillər ərzində insanlar hakimiyyətin müxtəlif formalarını, müxtəlif iqtisadi sistemləri və ictimai quruluşları sınaqdan keçirdilər. Bununla yanaşı, pis insanlar “pislikdə inkişaf” edirlər (2 Timoteyə 3:13). Bunu XX əsr sübut etdi. Tarixin heç bir dövrü bu qədər azğın ədavət, zorakılıq, müharibələr, aclıqlar, yoxsulluqlar və iztirablar görməmişdir. Və tibbi nailiyyətlərə baxmayaraq, bütün insanlar gec-tez ölürlər (Vaiz 9:5, 10). İnsanlar, addımlarını istiqamətləndirməyə çalışaraq, özlərini Şeytanın və onun cinlərinin qurbanı etdilər. Şeytanın və cinlərinin insanlar üzərindəki hakimiyyəti o qədər böyükdür ki, Müqəddəs Kitab Şeytanı “bu əsrin tanrısı” adlandırır (2 Korinflilərə 4:4).

İradə azadlığı hədiyyəsi

17. İradə azadlığından necə istifadə etmək lazım idi?

17 İnsanların istədikləri yol ilə getmələrinə Yeqova nəyə görə izin verdi? Ona görə ki, O, onları gözəl iradə azadlığı ilə - seçmək qabiliyyəti ilə yaratmışdı. Həvari Pavel dedi: “Rəbbin Ruhu harada isə, azadlıq da oradadır” (2 Korinflilərə 3:17). Heç kim robot olmağı və günün hər saniyəsində deyəcəyi sözə və ya edəcəyi işə kiminsə qərar verməsini istəmir. Lakin Yeqova, insanların iradə azadlıqlarından mə’suliyyətlə istifadə etmələrini, Yeqovanın iradəsini yerinə yetirməyin və Ona tabe olmağın müdrik addım olduğunu görmələrini istəyirdi (Qalatiyalılara 5:13). Bu səbəbdən insanlar tam azad olmalı deyildilər, əks təqdirdə özbaşınalıq yaranardı. İradə azadlığı, Allahın məhəbbətlə diktə edilmiş qanunları çərçivəsində istifadə olunmalı idi.

18. Allah insana azad seçimi həyata keçirməyə imkan verərək, nəyi göstərdi?

18 Bəşər ailəsinə istədikləri yol ilə getməyə icazə verərək, Yeqova birdəfəlik göstərdi ki, Onun rəhbərliyinə ehtiyacımız var. Onun rəhbərlik tərzi, yə’ni ali hökmranlığı, yeganə doğru yoldur. Onun rəhbərliyi daha çox xoşbəxtlik, məmnunluq və firavanlıq gətirir. Bu onunla izah olunur ki, Yeqovanın niyyətinə görə bizim ağlımız və bədənimiz, Onun qanunlarına riayət edərkən daha yaxşı fəaliyyət göstərir. “Faydalı olanı sənə öyrədən və səni getməli olduğun yol ilə aparan Allahın RƏB mənəm” (İşaya 48:17). Allahın qanunları çərçivəsindən çıxmayan azad seçim insanlara yük olmazdı, ancaq onlara ən müxtəlif qidalar hazırlamağa, evlər tikməyə, sənət əsərləri yaratmağa və musiqi bəstələməyə imkan verərdi. Düzgün olaraq həyata keçirilən iradə azadlığı, yer üzü cənnətdə valehedici, sonsuz gözəl həyatla nəticələnərdi.

19. Allah hansı vasitənin köməyilə insanları Özü ilə barışdırır?

19 Lakin yanlış seçim edərək, insanlar Yeqovadan uzaqlaşdılar. Bundan sonra onlar kamilliyi itirdilər, cırlaşıb ölməyə başladılar. Onların bu acınacaqlı vəziyyətdən xilas olunmağa və Allahla münasibətlərini bərpa etməyə, Onun oğulları və qızları olmağa ehtiyacları vardır. Allahın bu məqsəd üçün seçdiyi vasitə Padşahlıq, Xilaskar isə İsa Məsihdir (Yəhya 3:16). Bunun sayəsində, İsanın məsəlindəki qeyb olmuş oğul kimi, həqiqətən peşiman olan kəslər Allahla barışıb, yenidən Onun övladları ola bilərlər (Luka 15:11—24; Romalılara 8:21; 2 Korinflilərə 6:18).

20. Padşahlıq Allahın iradəsini necə həyata keçirəcək?

20 Yeqovanın iradəsi yer üzündə hökmən yerinə yetiriləcəkdir (İşaya 14:24, 27; 55:11). Məsihin rəhbərliyi altındakı Padşahlığının vasitəsilə, Allah Hökmdarımız olmaq hüququna tam bəraət qazandıracaq (və ya bunu sübut edəcək). Padşahlıq, insanların və cinlərin bu dünya üzərindəki rəhbəliyinə son qoyacaqdır. Sonra Padşahlıq bölünməz olaraq göydən min il ərzində idarə edəcəkdir (Romalılara 16:20; Vəhy 20:1—6). Lakin bu müddət ərzində Yeqovanın rəhbərliyinin üstünlüyü necə mə’lum ediləcək? Və min ildən sonra Padşahlıq hansı rolu oynayacaq? Bu suallara növbəti məqalədə baxılacaq.

Təkrar üçün bəndlər

• Müqəddəs Kitabın başlıca mövzusu nədir?

• Yerin yeni hakimiyyətinin tərkibinə kimlər daxildir?

• Nəyə görə Allahdan asılı olmayan insan hakimiyyətləri müvəffəqiyyət əldə edə bilmir?

• İradə azadlığından necə istifadə etmək lazımdır?

[8-ci səhifədəki şəkil]

İsanın tə’limlərində, Allahın Padşahlıq vasitəsilə edəcəyi rəhbərliyinə xüsusi diqqət verilirdi.

[10-cu səhifədəki şəkillər]

Padşahlıq, dünyanın bütün ölkələrində, Yeqovanın Şahidlərinin öyrətdikləri başlıca tə’limdir.

[12-ci səhifədəki şəkillər]

Tarix, Allahdan asılı olmamağın nə qədər pisliklər törətdiyinə şəhadətlik edir.

[İcazə ilə]

Birinci dünya müharibəsinin əsgərləri: U.S. National Archives photo; həbs düşərgəsi: Oświęcim Museum; uşaq: UN PHOTO 186156/J. Isaac

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş