Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w01 1/1 s. 13—17
  • Dolğunluğa nail olanlar və möhkəm əmin olanlar kimi durun

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Dolğunluğa nail olanlar və möhkəm əmin olanlar kimi durun
  • Gözətçi qülləsi 2001
  • Başlıqlar
  • Oxşar material
  • “Dolğunluğa nail olanlar” kimi durmağa sə’y göstərin
  • Möhkəm əminlik barədə dua edin
  • Yeqovaya layiq şəkildə hərəkət etməkdə başqalarına kömək edin
    Gözətçi qülləsi 2001
  • Əminliklə danış
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Ümid məyusluq gətirməz
    Gözətçi qülləsi 2023
  • Bildiklərimizə əməl etsək, xoşbəxt olacağıq
    Gözətçi qülləsi 2018
Əlavə
Gözətçi qülləsi 2001
w01 1/1 s. 13—17

Dolğunluğa nail olanlar və möhkəm əmin olanlar kimi durun

“O, hər zaman dualarında sizin üçün sə’y göstərir ki, siz nəticədə dolğunluğa nail olanlar və Allahın bütün iradəsinə möhkəm əmin olanlar kimi durasınız” (KOLOSLULARA 4:12, YD).

1, 2. a) Kənar müşahidəçilər ilk məsihçilərin hərəkətlərində nəyə diqqət yetirirdilər? b) Koloslulara yazılan məktubda başqalarının rifahı üçün məhəbbətlə diktə olunan maraq necə əks olunur?

İSANIN davamçılarını, həmimanlılarının rifahı həmişə dərindən maraqlandırıb. Tertullian (b. e. II-III əsrində yaşamış yazıçı) həmin insanların yetimlərə, yoxsullara və yaşlılara göstərdikləri xeyirxahlıq barədə danışırdı. Əməllərlə ifadə olunan bu məhəbbət imansızlara o qədər tə’sir bağışlamışdı ki, onlar məsihçilər haqqında: “Görün bir-birlərini necə sevirlər” - deyirdilər.

2 Koloslulara məktubunda, həvari Pavelin və yoldaşı Epafranın Kolosdakı bacı-qardaşların rifahı üçün məhəbbətlə diktə olunan marağı görünür. Pavel onlara yazırdı: “[Epafra] hər zaman dualarında sizin üçün sə’y göstərir ki, siz nəticədə dolğunluğa nail olanlar və Allahın bütün iradəsinə möhkəm əmin olanlar kimi durasınız”. Yeqovanın Şahidlərinin 2001-ci il üçün illik ayəsi, Koloslulara 4:12 (YD) ayəsinə əsaslanacaq: “Dolğunluğa nail olanlar və Allahın bütün iradəsinə möhkəm əmin olanlar kimi durun”.

3. Epafra öz dualarında hansı iki xahişi ifadə edirdi?

3 Gördüyümüz kimi, ona əziz olan insanlar üçün dualarında, Epafra iki şey haqqında xahiş edirdi: 1) onlar “nəticədə dolğunluğa nail olanlar” və 2) “Allahın bütün iradəsinə möhkəm əmin olanlar kimi” dursunlar. Bu mə’lumat, Müqəddəs Kitaba bizim faydamız üçün daxil edilib. Buna görə özünüzdən soruşun: dolğunluğa nail olanlar və Allahın bütün iradəsinə möhkəm əmin olanlar kimi durmaq üçün mən nə etməliyəm? Və belə davranaraq hansı nəticələri gözləmək olar? Gəlin baxaq (2 Timoteyə 3:16).

“Dolğunluğa nail olanlar” kimi durmağa sə’y göstərin

4. Kolos məsihçilərinə hansı mə’nada “dolğunluğa nail olmaq” lazım idi?

4 Epafra çox arzu edirdi ki, onun Kolos şəhərində olan bacı-qardaşları “nəticədə dolğunluğa nail olanlar” kimi dursunlar. Pavelin “dolğunluq” kimi işlətdiyi söz kamillik, tamlıq, yetkinlik mə’nasını verə bilər (Matta 19:21; Yaqub 1:4, 25; İbranilərə 5:14). Sizə artıq mə’lum olduğu kimi, əgər insan Yeqovanın vəftiz olunmuş Şahididirsə, bu heç də onun yetkin məsihçi olduğuna dəlalət etmir. Pavel, Kolosdan qərbdə yerləşən Efes şəhərindəki məsihçilərə yazaraq, ruhani çobanları və müəllimləri, - “imanda və Allahın Oğlunu tanımaqda birliyə, kamil insan səviyyəsinə, Məsihin dolğunluq qamətinin ölçüsünə” çatmaq üçün hamıya kömək etməyə çağırırdı. Başqa məktubunda Pavel məsihçiləri “əqlən... kamil” olmağa təşviq edirdi (Efeslilərə 4:8—13; 1 Korinflilərə 14:20).

5. Ruhani “dolğunluğu” özümüz üçün necə başlıca məqsəd edə bilərik?

5 Əgər Kolos məsihçilərindən hansınınsa ruhani yetkinliyi çatışmırdısa, buna nail olmaq üçün onlar sə’y göstərməli idilər. Həmin sözləri bugünkü məsihçilər haqqında da demək olar. On illər qabaq və yaxud bu yaxınlarda vəftiz olunmağımızdan asılı olmayaraq, fikir söyləmək qabiliyyətimizdə və nöqteyi-nəzərimizdə irəliləyiş olduğunu görürükmü? Qərarlar qəbul edərkən Müqəddəs Kitabın prinsiplərini nəzərə alırıqmı? Demək olarmı ki, Allaha və yığıncağa aid məsələlər vaxt keçdikcə bizim üçün ikinci dərəcəli deyil, daha da böyük mə’na kəsb edir? Bu məqalənin daxilində, ruhani “dolğunluğa” yaxınlaşmağın bütün üsullarını nəzərdən keçirmək mümkün deyil, lakin iki nümunəyə diqqət yetirək.

6. Hansı münasibətdə Yeqova kimi, kamil olmaq üçün kim isə sə’y göstərə bilər?

6 Birinci nümunə: fərz edək ki, biz başqa irqin, millətin və ya başqa ərazinin sakinlərinə münasibətdə işin mahiyyətini bilmədən hasil olan rə’yə əsaslanan və düşmənçilik olan mühitdə böyümüşük. Allahın, insanların kimliyinə baxmadığını bilirik. Eyni zamanda bilirik ki, biz də tərəfkeş olmamalıyıq (Həvarilərin işləri 10:14, 15, 34, 35). Tutaq ki, yığıncağımızda, yaxud yaşadığımız ərazidə başqa irqə və millətə mənsub insanlar var və biz onların yanındayıq. Ürəyimizin dərinliyində bu insanlara münasibətdə mənfi hisslər bəsləməyə və ya şübhə ilə yanaşmağa davam edirikmi? Onlardan kim isə səhvə yol verirsə və ya ötəri xətrimizə dəyirsə, tez-tələsik nəticə çıxararaq onlara bədxah münasibət göstəririkmi? Özünüzdən soruşun: Allah kimi, insanların kimsəliyinə baxmamaq üçün mənə bu sahədə inkişaf etmək lazım deyilmi? (Matta 5:45—48).

7. Məsihçi “dolğunluğuna” nail olmaq üçün, özümüzdə başqalarına qarşı hansı münasibəti yetişdirməliyik?

7 İkinci nümunə: Filipililərin 2:3-cü ayəsinə əsasən, biz “rəqabət və ya şöhrətpərəstliklə heç bir şey” etməməliyik, “amma təvazökarlıqla” bir-birimizi özümüzdən üstün saymalıyıq. Bu sahədə inkişaf edirikmi? Hər kəsin özünəməxsus ləyaqəti və çatışmazlıqları var. Əgər əvvəllər başqalarının nöqsanlarına o dəqiqə diqqət yetirirdiksə, indi, insanlardan “kamilliyi” gözləməkdən əl çəkərək, yaxşılığa doğru dəyişilmişikmi? (Yaqub 3:2). Başqalarının hansı xüsusiyyətlərdə bizdən üstün olduqlarını tez-tezmi görürük, daha doğrusu, bunu etməyə tez-tezmi sə’y göstəririk? “E’tiraf etmək lazımdır ki, o bacının səbri mənimkindən genişdir”. “O qardaşın imanı isə daha möhkəmdir”. “Düzünə qalsa, müəllimlik qabiliyyətində o qardaş məndən üstündür”. “O bacı özünü ələ almağı daha yaxşı bacarır”. Güman ki, Kolos məsihçilərindən kimlərə isə bu sahədə yaxşılaşmaq lazım idi. Bəs bizə necə?

8, 9. a) Epafranın duada söylədiyi kimi, Kolosdan olan məsihçilər hansı mə’nada “dolğunluğa nail olanlar kimi durmalı” idilər? b) “Dolğunluğa nail olanlar kimi durmaq”, gələcəklə necə əlaqəlidir?

8 Epafra dua edirdi ki, Kolos məsihçiləri “dolğunluğa nail olanlar kimi” dursunlar. Daha doğrusu, Epafra Allahdan xahiş edirdi ki, onlar artıq o vaxt üçün nail olduqları kimi dolğun, “kamil”, yetkin məsihçilər olaraq “dursunlar” və ya o vəziyyətdə qalsınlar.

9 Məsihçi olan hər bir kəsin, axıra qədər məsihçi olaraq qalacağına əmin olmaq olmaz; bu həmçinin yetkin məsihçilərə də aiddir. İsa dedi ki, hətta Allahın oğullarından biri olan mələk belə “həqiqətə bağlı qalmadı” (Yəhya 8:44). Pavel isə Korinfdən olan məsihçilərə, Yeqovaya bir müddət xidmət edən, lakin sonradan xidməti dayandıran kəslər barədə xatırlatdı. Pavel ruhla məsh edilmiş qardaşlarını xəbərdar etdi: “Kim düşünürsə ki, ayaq üstə durub, ehtiyatlı olsun ki, yıxılmasın” (1 Korinflilərə 10:12). Bunu nəzərə alaraq, Kolos məsihçilərinin “nəticədə dolğunluğa nail olanlar kimi” durmaları haqqındakı dua daha böyük zərurilik qazanır. Əgər onlar dolğunluğa nail olub, yetkinliyə çatmışdılarsa, onda onlara sarsılmadan, yorulmadan və uzaqlaşmadan bu vəziyyətdə də qalmaq lazım idi (İbranilərə 2:1; 3:12; 6:6; 10:39; 12:25). O zaman onlar “Allahın... ziyarət etdiyi gündə” “dolğunluğa nail” olmuş vəziyyətdə olacaq və Allahın tə’rifini qazanacaqlar (1 Peter 2:12; 2 Korinflilərə 5:10).

10, 11. a) Dua ilə əlaqədar Epafra hansı nümunəni verdi? b) Epafranın duası sizi nəyə təşviq edir?

10 Konkret şəxslər haqqında dua etməyin, Yeqovadan onlara müəyyən kömək göstərməsini, onlara təsəlli, xeyir-dua və müqəddəs ruh verməsini xahiş etməyin nə qədər vacib olduğunu artıq müzakirə etmişik. Epafranın Kolos məsihçiləri haqqındakı duası məhz buna bənzər idi. Onun sözlərində, Yeqovadan özümüz haqqında xahiş edərkən duada dediklərimizə aid qiymətli məsləhətləri görmək olar, hətta bunu görmək vacibdir də. Heç bir şübhə olmadan, “nəticədə” bizlərdən hər birimizin “dolğunluğa nail olanlar kimi” durması üçün, Yeqovadan lazımi köməklik haqqında xahiş etmək gərəkdir. Siz belə köməklik haqqında dua edirsinizmi?

11 Nəyə görə ruhani vəziyyətimiz haqqında duada Yeqovaya danışmayaq? Məsihçi “dolğunluğuna”, “kamilliyinə” və yetkinliyinə cəhd göstərərək nail olduqlarınız barəsində Allaha danışın. Ruhən böyüməniz lazım olan sahələri müəyyənləşdirməkdə sizə kömək etməsini xahiş edin (Məzmur 17:3; 139:23, 24). Şübhəsiz ki, hər birimizdə belə sahələr tapılacaqdır. Ancaq bundan ötürü kədərlənmək əvəzinə, yaxşı olardı ki, məhz lazım bildiyiniz sahələrdə yaxşılaşmanız üçün Allahdan sizə kömək etməsini xahiş edəsiniz. Bunu dəfələrlə edin. Nəyə görə “nəticədə dolğunluğa nail olanlar kimi» durmanız üçün, gələn həftə ərzində dua etməyi qərara almayasınız? İllik ayə üzərində düşünərək, bunu gələcəkdə də etməyi planlaşdırın. Dualarınızda diqqətinizi sarsılmağınıza, əldən düşmənizə, Allaha xidmətdən və Onun xalqından “uzaqlaşmağınıza” səbəb ola bilməsi mümkün olan ruhani zəifliklərə cəmləşdirin; bütün bunlardan necə qaçınmağın üsulları barədə danışın (Efeslilərə 6:11, 13, 14, 18).

Möhkəm əminlik barədə dua edin

12. Nəyə görə Kolos məsihçilərinə “möhkəm əmin olaraq” durmaq xüsusilə lazım idi?

12 Epafra daha bir şey haqqında dua edirdi. Nəticədə “durmaq” və ya Allaha məqbul olmaq üçün Kolos məsihçilərinin buna çox ehtiyacları vardı. Bizim buna olan ehtiyacımız heç də az deyil. Söhbət nədən gedir? Epafra dua edirdi ki, Kolosdan olan məsihçilər “Allahın bütün iradəsinə möhkəm əmin olanlar kimi” dursunlar. Onları cəfəngiyat və çox zərərli fəlsəfələr əhatə edirdi, bunların bə’ziləri isə üzdən həqiqətə bənzəyirdi. Misal üçün, Kolos məsihçilərini müəyyən günlərdə oruc tutmağa və ya əksinə, bayram etməyə təşviq edirdilər - bu ən’ənələr qabaqlar yəhudi dininə aid edilirdi. Digər yalançı müəllimlər isə bütün diqqəti mələklərə yönəldərək, Musanın qanununun bu qüdrətli ruhlar vasitəsilə verildiyini söyləyirdilər. Sizə belə təzyiq göstərildiyini təsəvvür edin! Ziddiyətli fikirlərin çoxluğu qarışıqlığa gətirib çıxarırdı (Qalatiyalılara 3:19; Koloslulara 2:8, 16—18).

13. Nəyi anlamaq Kolos məsihçilərinə kömək edərdi və bunu anlamaq bizə necə kömək edər?

13 Pavel, İsa Məsihin rolunu qeyd edərək, bu fikirlərin tə’sirinə qarşı durdu. “Rəbb Məsih İsanı necə qəbul etdinizsə, Onun yolunda yeriyin... Onda kök salıb, inkişaf edin və öyrədildiyiniz kimi imanda möhkəmlənin”. Bəli, Kolos məsihçiləri tamamilə əmin olmalı idilər ki, İsa, Allahın niyyətində və onların həyatında başlıca rolu oynayır; bu bizə də aiddir. Pavel izah etdi: “İlahi təbiətin bütün dolğunluğu bədəncə Məsihdə yaşayır. Siz də Onda dolğunluğa maliksiniz. O hər cür rəyasət və hakimiyyətin Başçısıdır” (Koloslulara 2:6—10).

14. Nəyə görə Kolos məsihçilərinin ümidi onlar üçün real idi?

14 Kolos məsihçiləri müqəddəs ruhla məsh edilmişdilər. Onların tamamilə müəyyən edilmiş - göylərdə yaşamaq ümidləri vardı və bu ümidi canlı olaraq saxlamaq üçün onlar bütün əsaslara malik idilər (Koloslulara 1:5). “Allahın bütün iradəsi” ondan ibarət idi ki, onlar öz ümidlərində “möhkəm əmin” olsunlar. Bu ümidin e’tibarlı olduğuna şübhə etməyə onların əsaları vardımı? Əlbət ki, xeyr! Bəs Allah tərəfindən və’d edilmiş yer üzü cənnətdəki həyatı bu gün gözləyənlərin, öz gələcəklərinə şübhə etməyə əsasları varmı? Xeyr və bir daha xeyr! Axı əsaslı olan bu ümid “Allahın bütün iradəsi” ilə əlaqəlidir. İndi isə belə suallar üzərində düşünün: əgər “böyük məşəqqətdən” sağ çıxacaq “böyük bir izdiham”ın arasında olmaq istəyirsinizsə, sizin ümidiniz nə qədər möhkəmdir? (Vəhy 7:9, 14). Bu ümid “Allahın bütün iradəsinə möhkəm əminliyinizin” tərkib hissəsidirmi?

15. Pavel, ümidin daxil olduğu hansı məntiqi ardıcıllığı göstərir?

15 “Ümid” sözü altında qeyri-müəyyən istəklər, boş arzular nəzərdə tutulmur. Bu, Pavelin əvvəllər Romalılara məktubunda söylədiyi məntiqi ardıcıllıqdan görünür. “Ümidin” bu məktubda tutduğu yerə diqqət yetirək: “Sıxıntıdan dözümlülük [“sarsılmazlıq”, YD], dözümlülükdən təcrübə [“bəyənilmə”, YD] və təcrübədən ümid hasil olduğunu bilərək, sıxıntılarla da öyünürük. Və ümid utandırmaz [“mə’yusluğa səbəb olmaz”, YD]; çünki... Müqəddəs Ruh vasitəsilə Allahın məhəbbəti ürəklərimizdə dolub daşır” (Romalılara 5:3—5).

16. Müqəddəs Kitab həqiqətini öyrənərkən siz hansı ümidi əldə etmisiniz?

16 Yeqovanın Şahidləri Müqəddəs Kitabda yazılanlar haqqında sizinlə ilk dəfə söhbət edərkən, sizin diqqətinizi yəqin ki, bu və ya digər, məsələn, ölülərin vəziyyəti və ya dirilmə haqqındakı həqiqət cəlb etdi. Başlanğıcda çoxlarını, Müqəddəs Kitabda bəhs olunan yer üzü cənnətdə yaşamaq imkanı valeh etmişdir. Bu tə’lim haqqında eşitdiyiniz ilk günü xatırlayın. Necə də gözəl ümiddir - artıq xəstəliklər və qocalıq olmayacaq; öz əllərinin bəhrəsindən istifadə edərək əbədiyyən yaşamaq imkanı olacaq; heyvanlarla həmrə’ylik olacaq (Vaiz 9:5, 10; İşaya 65:17—25; Yəhya 5:28, 29; Vəhy 21:3, 4). Bəli, siz gözəl ümid əldə etmisiniz!

17, 18. a) Pavelin Romalılara yazdığı məktubun məntiqi ardıcıllığı hansı yollarla gətirib “ümidə” çıxarır? b) Romalılara 5:4, 5-ci ayələrində Pavel hansı ümiddən danışır və sizin belə bir ümidiniz varmı?

17 Ehtimal ki, bir qədər vaxt keçdikdən sonra siz müqavimət və ya tə’qiblərlə qarşılaşmısınız (Matta 10:34—39; 24:9). Hətta bu yaxınlarda Yeqovanın Şahidlərinin evləri talan edilir, özləri isə qaçqın vəziyyətinə düşürdülər. Onlardan bə’ziləri hücumlara mə’ruz qalır, Müqəddəs Kitaba əsaslanan ədəbiyyatları müsadirə edilir, kütləvi informasiya vasitələrində onlar haqqında yalan söylənirdi. Hansı növ tə’qiblərlə qarşılaşsanız da unutmayın ki, Romalılara 5:4-cü ayəsinə əsasən, hətta kədər və ya sıxıntılarınız olanda belə öyünməyə əsasınız var və bu öyünmə yaxşı səmərə gətirir. Pavelin dediyi kimi, sıxıntı sizdə sarsılmazlıq hasil etmişdir. Sonra sarsılmazlıq bəyənilməyə səbəb olmuşdur. Siz, Allahın iradəsini yerinə yetirdiyinizi, düzgün hərəkət etdiyinizi bilərək, Onun tərəfindən bəyənildiyinizə əminliyiniz artmışdır. Pavelin ifadəsinə görə, siz hiss etdiniz ki, Allah sizin hərəkət tərzinizi “bəyənir”. Sonra Pavel yazır ki, “bəyənilmə ümid hasil edir” (YD). Bu bir az təəccüblü görünə bilər: nəyə görə məntiqi ardıcıllıqda “ümid” axırda durur? Məgər sizin ümidiniz daha əvvəllər, xoş xəbəri ilk dəfə eşidəndə yaranmamışdırmı?

18 Mə’lum məsələdir ki, burada Pavel, başlanğıcda hiss etdiyimiz kamil həyat ümidi barədə danışmır. O, daha dərin, güclü hərəkətə təşviq edən hiss barəsində danışır. Biz çətinliklərə sarsılmazlıqla tab gətirir və müvafiq olaraq Allahın bizi bəyəndiyini anlayırıqsa, bu, bizim ümidimizi daha aşkar tərzdə möhkəmləndirir. Həmin ilk ümidimiz indi daha real, möhkəm, daha qüvvətli olur. Və möhkəm əsası olan bu ümid daha parlaq saçmağa başlayır. O bütün vücudumuza, bütün canımıza həkk olunur. “Və ümid utandırmaz [“mə’yusluğa səbəb olmaz”, YD]; çünki... Müqəddəs Ruh vasitəsilə Allahın məhəbbəti ürəklərimizdə dolub daşır”.

19. Müntəzəm olaraq söylədiyimiz dualarda ümid haqqında nə demək olar?

19 Epafra ürəkdən dua edirdi ki, onun Kolosdan olan bacı-qardaşları öz gələcəkləri üçün narahat olub, “Allahın bütün iradəsinə möhkəm əmin olanlar kimi” duraraq bundan sonra da öz gələcəklərinə şübhə etməsinlər. Gəlin biz də müntəzəm olaraq Allaha öz ümidimiz barədə dua edək. Dualarınızda yeni dünyaya olan ümidiniz barədə danışın. Yeni dünyanın gələcəyinə şübhə etmədən, onu səbirsizliklə gözlədiyinizi Yeqova ilə bölüşün. Əminliyinizi daha da möhkəmləndirməkdə sizə kömək etməsini Yeqovadan xahiş edin. Epafra dua edirdi ki, Kolos məsihçiləri “Allahın bütün iradəsinə möhkəm əmin” olsunlar. Gəlin biz də tez-tez belə xahişlər edək.

20. Nəyə görə bir kimsənin məsihçi yolunu tərk etməsinə görə biz ruhdan düşməli deyilik?

20 Hamının dolğunluğa nail olanlar və möhkəm əmin olanlar kimi durmadığına əhəmiyyət vermək lazım deyil. Bundan ötürü ruhdan düşmək də lazım deyil. Kim isə səhvə yol verər, məsihçi yolunda büdrəyər və ya sadəcə olaraq təslim ola bilər. Belə bir hal İsanın yaxın yoldaşları - həvariləri arasında da baş verirdi. Ancaq Yəhuda satqınlıq edəndə digər həvarilər buna necə reaksiya göstərdilər? Sə’ylərini itirdilər? İsadan uzaqlaşdılar? Əsla yox! Peter, Məzmur 109:8-ci ayəsini sitat gətirərək göstərdi ki, Yəhudanın yerini başqası tutacaqdır. Yəhudaya əvəz tapdılar və Allaha sadiq insanlar, onlara tapşırılmış təbliğ işinə sə’ylə başladılar (Həvarilərin işləri 1:15—26). Onlar dolğunluğa nail olanlar və möhkəm əmin olanlar kimi durmağa tam qətiyyətli idilər.

21, 22. Dolğunluğa nail olanlar və möhkəm əmin olanlar kimi durmağımız hansı mə’nada gizli qalmayacaq?

21 Əgər siz dolğunluğa nail olanlar və Allahın bütün iradəsinə möhkəm əmin olanlar kimi durursunuzsa, zərrə qədər şübhə etməmək olar ki, bu gizli qalmayacaq. Buna diqqət yetirəcək və qiymətləndirəcəklər. Kimlər?

22 Misal üçün, sizi tanıyan və sevən bacı-qardaşlar. Hətta əksəriyyəti bunu sözlərlə ifadə etməsələr də, onlar 1 Saloniklilərə 1:2—6 ayələrində ifadə olunan hissləri keçirəcəklər: “Daim sizin hamınız üçün Allaha şükür edir, dualarımızda sizi anırıq. Çünki Atamız Allah hüzurunda imandan irəli gələn fəaliyyətinizi, məhəbbətdən hasil olan əməyinizi və Rəbbimiz İsa Məsihə bağlandığınız ümiddən doğan mətanətinizi durmadan yada salırıq... bilirik ki... yaydığımız Müjdə sizə yalnız sözlə deyil, qüdrətlə, Müqəddəs Ruhla və tam bir e’tiqadla çatmışdır... və siz bizim və Rəbbin təqlidçiləri oldunuz”. “Dolğunluğa nail olanlar və Allahın bütün iradəsinə möhkəm əmin olanlar kimi” durduğunuzu görüb, əhatənizdə olan sadiq məsihçilər də, təxminən həmən hissləri keçirəcəklər (Koloslulara 1:23).

23. Gələn il nə etməyə hazırlaşmalıyıq?

23 Səmavi Atamız da sə’yinizi mütləq görəcək və sevinəcək. Buna şübhə etməmək olar. Nəyə görə? Çünki siz dolğunluğa nail olanlar və “Allahın bütün iradəsinə” möhkəm əmin olanlar kimi durursunuz. Pavel Kolos məsihçilərinə “Rəbbə layiq şəkildə hərəkət edib, Onu hər cəhətdən razı salmağın” vacibliyi barədə ruhlandırıcı sözlər yazmışdır. (Koloslulara 1:10). Qeyri-kamil insanların, hər bir şeydə Yeqovanı razı salmağa gücləri çatar. Kolosdan olan bacı-qardaşlarımız belə davranırdılar. Bu gün bizi əhatə edən məsihçilər də belə davranırlar. Buna sizin də gücünüz çatar! Beləliklə gəlin, gələn il ərzində gündəlik dualarımızla və bütün hərəkət tərzimizlə “nəticədə dolğunluğa nail olanlar və Allahın bütün iradəsinə möhkəm əmin olanlar kimi” durmağa tam qətiyyətli olduğumuzu sübut edək.

Xatırlayacaqsınızmı?

• “Dolğunluğa nail olanlar kimi” durmaq üçün nə vacibdir?

• Özün haqda dua edərkən nə barədə söyləmək lazımdır?

• Romalılara 5:4, 5-ci ayələrinə əsasən hansı ümidimiz olmalıdır?

• Bu məqalənin öyrənilməsi gələn il üçün qarşınıza hansı məqsədi qoymağa təşviq etdi?

[15-ci səhifədəki şəkillər]

Sizin əsaslı ümidinizə və möhkəm əminliyinizə milyonlarla insanlar şərikdir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş