Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w02 1/3 s. 24—29
  • Yehova bizim sığınacaq yerimizdir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehova bizim sığınacaq yerimizdir
  • Gözətçi qülləsi 2002
  • Başlıqlar
  • Oxşar material
  • “Uca Olanın örtüyündə” mövcud olan təhlükəsizlik
  • Qorxmuruq
  • Şər bizə toxunmayacaqdır
  • Xilasımız Yehovadandır
  • Yehova pənahımızdır
    Yehovanı şövqlə tərənnüm edin
  • Yehova bizim sığınacağımızdır
    Yehovanı nəğmələrdə tərənnüm edin
  • Yehovaya məxsus olmaq lütfdür
    Gözətçi qülləsi 2010
  • Haqq-Taalanın pənahında qalın
    Məsihi həyatı və ibadəti iş dəftəri 2016 (mwb16)
Əlavə
Gözətçi qülləsi 2002
w02 1/3 s. 24—29

Yehova bizim sığınacaq yerimizdir

“Çünki sən [dedin] ya Rəbb, sığınacaq yerimsən... şər sənə toxunmayacaqdır” (MƏZMUR 91:9, 10).

1. Nəyə görə deyə bilərik ki, Yehova bizə sığınacaq yeridir?

YEHOVA həqiqətən də öz xalqı üçün sığınacaq yeridir. Əgər Ona tam sadiq qalırıqsa, hətta “hər tərəfdən sıxışdırıl”saq belə “əzilmirik; çaşqınlıq içindəyik, lakin çarəsiz deyilik; tə’qib edilirik, amma tərk edilməmişik; yıxılırıq, amma yox edilmirik”. Nəyə görə? Ona görə ki, Yehova bizə “ən üstün qüdrət” verir (2 Korinflilərə 4:7-9). Bəli, səmavi Atamız düzgün yaşamağımıza kömək edir və biz məzmurçunun: “Çünki sən [dedin] ya Rəbb, sığınacaq yerimsən! Uca Olanı özünə məskən qıldın; şər sənə toxunmayacaqdır” sözlərini ürəkdən qəbul edirik (Məzmur 91:9, 10).

2. Məzmurun 91-ci fəsli haqqında nə demək olar və orada nə və’d olunur?

2 Məzmurun 91-ci fəslindəki bu sözləri, ehtimal ki, Musa yazmışdır. 90-cı Məzmurun birinci ayəsində həmin Məzmurun Musa tərəfindən yazıldığı qeyd olunur. 91-ci Məzmurun başlanğıcında isə onun kim tərəfindən yazıldığı barədə heç bir mə’lumat verilmir. Ola bilsin ki, 91-ci Məzmur antifon prinsipinə görə oxunurdu, yə’ni bir adam oxumağa başlayır (91:1, 2), xor isə ona cavab verirdi (91:3-8). Ehtimal ki, bundan sonra yenidən bir adam oxuyur (91:9a), xor isə ona cavab verirdi (91:9b-13). Sonra bir nəfər son sözləri oxuyurdu (91:14-16). Hər necə olsa da, 91-ci Məzmur bir sinif kimi məsh edilmiş məsihçilərə ruhani təhlükəsizliyi və’d edir və bir qrup kimi onların sadiq həmkarlarına da buna bənzər tə’minat verira. Gəlin, bu Məzmuru Yehovanın bütün xidmətçilərinin nöqteyi-nəzərindən müzakirə edək.

“Uca Olanın örtüyündə” mövcud olan təhlükəsizlik

3. a) “Uca Olanın örtüyü” ifadəsi altında nə nəzərdə tutulur? b) “Qadirin kölgəsində sakin” olaraq biz hansı faydanı əldə edirik?

3 Məzmurçu oxuyur: “Uca Olanın örtüyündə oturan, Qadirin kölgəsində sakin olar. Rəbb üçün deyərəm: Sığınacaq yerim və qalamdır; Allahımdır, ona güvənərəm” (Məzmur 91:1, 2). “Uca Olanın örtüyü” - həm bizim üçün, həm də İblisin xüsusi hədəf mənbəyi olan məsh edilmişlər üçün simvolik sığınacaq yeridir (Vəhy 12:15-17). Əgər Allahın ruhani məskənində malik olduğumuz müdafiə olmasaydı, İblis hər birimizi məhv edərdi. “Qadirin kölgəsində sakin” olaraq, sanki onun kölgəsi ilə örtülürük (Məzmur 15:1, 2; 121:5). Uca olan Rəbbimiz Yehovadan savayı daha təhlükəsiz sığınacaq yerimiz və ya alınmaz qalamız yoxdur (Süleymanın məsəlləri 18:10).

4. “Ovçu”, yə’ni Şeytan nədən istifadə edir və biz ondan necə qurtuluruq?

4 Məzmurçu həmçinin deyir: “O [Yehova] səni ovçunun tələsindən, həlak edən vəbadan azad edər” (Məzmur 91:3). Qədim İsraildə quşları adətən torun və ya tələnin köməyi ilə tuturdular. “Ovçunun”, yə’ni Şeytanın ehtiyatında isə onun qəzəbli təşkilatı və müxtəlif “hiylələri” durur (Efeslilərə 6:11). Bizi bu dünyanın qanunsuzluğuna cəlb etmək və ruhaniliyimizi tələf etmək üçün yolumuza gizli torlar qoyulur (Məzmur 142:3). Lakin ədalətsizliyi rədd etdiyimiz üçün, “canımız ovçuların tələsindən bir quş kimi” qurtulur (Məzmur 124:7, 8). Bizi hiyləgər “ovçudan” qurtardığı üçün Yehovaya necə də minnətdarıq! (Matta 6:13).

5, 6. “Həlak” gətirən “vəba” hansıdır, amma nəyə görə Yehovanın xidmətçiləri ona qarşı dura bilirlər?

5 Məzmurçu burada “həlak edən vəbanı” xatırladır. Yoluxucu xəstəliyə bənzər bir şey, ümumiyyətlə bəşəriyyətə, o cümlədən Yehovanın hökmranlığının tərəfdarlarına “həlak” gətirir. Tarixçi Arnold Toynbi bu haqda yazırdı: “İkinci Dünya müharibəsindən sonra millətçilik ucbatından müstəqil suveren dövlətlərin sayı ikiqat artdı... Hal-hazırda bəşəriyyət ayrılığa daha çox can atır”.

6 Əsrlər boyu bə’zi hökmdarlar millətlərarası düşmənçilik alovunu qızışdırırdılar. Onlar həmçinin özlərinə və ya müxtəlif surət və simvollara sitayiş tələb edirdilər. Lakin Yehova öz sadiq xidmətçilərini heç zaman bu cür “vəba” qarşısında yalnız qoymurdu (Daniel 3:1, 2, 20-27; 6:7-10, 16-22). Biz məhəbbətli ümumdünya qardaşlığı kimi, Müqəddəs Kitabın tələbinə əsasən Yehovaya hədsiz sədaqət əks etdirir, bitərəfliyi qoruyur və insanların kimsəliyinə baxmadan e’tiraf edirik ki, “hər xalqdan olub, Ondan [Allahdan] qorxan və haqq iş görən Ona məqbuldur” (Həvarilərin işləri 10:34, 35; Çıxış 20:4-6; Yəhya 13:34, 35; 17:16; 1 Peter 5:8, 9). “Həlakdan”, daha doğrusu məsihçi olduğumuz üçün bizə qarşı edilən tə’qibdən iztirab çəksək də, sevinir və “Uca Olanın örtüyündə” özümüzü ruhən təhlükəsiz hiss edirik.

7. Yehova bizi öz “qanadları ilə” necə qoruyur?

7 Yehova bizim sığınacaq yerimizdir və biz: “Səni qanadları ilə örtər və cinahları altına sığınarsan; həqiqəti qalxan və sipərdir”, sözlərindən təsəlli alırıq (Məzmur 91:4). Allah bizi, balaları üzərində süzərək onları müdafiə edən quş kimi qoruyur (İşaya 31:5). O bizi “qanadları ilə örtər”. Quş balalarını qanadları ilə örtərək onları yırtıcı heyvanlardan qoruyur. Biz, təşbehlərlə desək, quş balaları kimi Yehovanın qanadları altında təhlükəsizlikdəyik, çünki məsihçilərin təşkilatında sığınacaq tapmışıq (Rut 2:12; Məzmur 5:1, 11).

8. Yehovanın “həqiqəti” hansı mə’nada qalxan və sipər kimidir?

8 Biz Yehovanın “həqiqəti”nə, yə’ni sədaqətinə güvənirik. Onun “həqiqəti”, formasına görə qapını xatırladan və döyüşçünü bütünlüklə örtən qədim dövrün qalxanına bənzəyir (Məzmur 5:12). Belə müdafiəyə əminlik bizi qorxudan azad edir (Təkvin 15:1; Məzmur 84:11). İmanımız kimi, Yehovanın “həqiqəti” bizi Şeytanın qızmar oxlarından və düşmənlərimizin zərbələrindən qoruyan qalxandır (Efeslilərə 6:16). O həmçinin sarsılmaz qalmağımıza imkan yaradan “sipər”, yə’ni böyük qoruyucu bina kimidir.

Qorxmuruq

9. Gecə nə üçün qorxu hissi yarada bilər, amma nəyə görə biz bundan qorxmuruq?

9 Allahın müdafiəsini nəzərə alaraq məzmurçu deyir: “Nə gecənin dəhşətindən, nə gündüz uçan oxdan; nə qaranlıqda gəzən vəbadan, nə də günorta bitirən qırğından qorxarsan” (Məzmur 91:5, 6). Adətən pisliklər qaranlıq zamanı baş verdiyi üçün, gecə bizdə qorxu hissi yarada bilər. İndi yeri ruhani qaranlıq örtdüyünə görə düşmənlər bizim ruhaniliyimizi pozmaq və təbliğ işini dayandırmağa çalışaraq, adətən gizli və məkrli surətdə fəaliyyət göstərirlər. Lakin biz “gecənin dəhşətindən” qorxmuruq, çünki bizi Yehova müdafiə edir (Məzmur 64:1, 2; 121:4; İşaya 60:2).

10. a) Göründüyü kimi, “gündüz uçan ox” nəyi nəzərdə tutur və biz buna necə münasibət göstəririk? b) “Qaranlıqda gəzən vəba” nədir və biz nə üçün ondan qorxmuruq?

10 Görünür ki, “gündüz uçan ox” sözlə edilən hücumları nəzərdə tutur (Məzmur 64:3-5; 94:20). Həmişə insanlara həqiqəti çatdırmaq istəyimiz olduğuna görə, müqəddəs xidmətimizə olan belə açıq müqavimət heç bir nəticə vermir. Bundan əlavə, “qaranlıqda gəzən vəbadan” da qorxmuruq. Bu simvolik “vəba”, Şeytanın hakimiyyəti altında olan dini və əxlaqi cəhətdən xəstə dünyanın qaranlığında yaranır (1 Yəhya 5:19). “Vəba”, insanların ağlında və ürəyində son dərəcədə təhlükəli vəziyyət yaradaraq, onları Yehova, Onun niyyətləri və məhəbbətdən irəli gələrək verdiyi hədiyyələri haqqında qaranlıqda qoyur (1 Timoteyə 6:4). Ətrafımızda qaranlıq hökm sürsə də, biz parlaq ruhani işıqda yaşadığımız üçün qorxu hissi keçirmirik (Məzmur 43:3).

11. “Günorta bitirən qırğın”ın qurbanı olanlarla nə baş verir?

11 “Günorta bitirən qırğın” da bizi qorxutmur. “Günorta”, ehtimal ki, bu dünyanın maarifləndirmə işini nəzərdə tutur. Dünya ilə birlikdə maddi dəyərlərə can atanlar ruhən ölürlər (1 Timoteyə 6:20, 21). Biz, Padşahlıq haqqında müjdəni cəsarətlə e’lan edərək heç bir düşmən qarşısında qorxu hissi keçirmirik, çünki müdafiəmiz Yehovadır (Məzmur 64:1; Süleymanın məsəlləri 3:25, 26).

12. Kimin yanında və hansı mə’nada minlərlə düşürlər?

12 Məzmurçu davam edir: “Yanında min və sağında on min düşər; fəqət sənə yaxınlaşmaz. Ancaq sən gözlərinlə baxarsan və pislərin cəzasını görərsən” (Məzmur 91:7, 8). Çoxları elə yanımızda ruhən ölərək düşürlər, ona görə ki, onlar sığınacaq yeri kimi Yehovanı seçməmişlər. Bu günkü ruhani israillilərin “sağında” sanki “on min”lərlə insanlar düşür (Qalatiyalılara 6:16). Lakin biz - necə ki, məsh edilmiş məsihçilər, eləcə də onların sadiq həmkarları - möhkəm olaraq Allahın “örtüyü” altında müdafiə olunmuşuq. Biz ticarət, din və digər sahələrdə müsibətə düçar olanlara, ancaq baxır və pislərin cəzasını görürük (Qalatiyalılara 6:7).

Şər bizə toxunmayacaqdır

13. Hansı bədbəxtliklərə düçar olmuruq və nəyə görə?

13 Bu dünyada təhlükəsizlik tapmaq get-gedə çətinləşir deyə, biz ilk növbədə Allah üçün yaşayır və məzmurçunun sözlərindən cəsarət əldə edirik. O deyir: “Çünki sən [dedin], ya Rəbb, sığınacaq yerimsən! Uca Olanı özünə məskən qıldın; şər sənə toxunmayacaqdır, çadırına vəba da yaxınlaşmayacaqdır” (Məzmur 91:9, 10). Bəli, Yehova bizim sığınacaq yerimizdir. Bundan savayı, Uca Olan təhlükəsizlik tapdığımız “məskən”imizdir. Biz, Yehovaya Kainatın Hökmdarı kimi izzət gətirir, Məskənimiz kimi Ona sığınır və Padşahlığı haqqındakı xoş xəbəri e’lan edirik (Matta 24:14). Buna görə də, “şər” bizə toxunmayacaqdır, yə’ni Məzmurda haqqında əvvəlcədən yazılan şərlərin heç biri bizə toxunmayacaq. Zəlzələ, tufan, daşqın, aclıq və məhvedici müharibələr kimi “şər”lər başqaları ilə baş vediyi kimi bizimlə də baş versə də, bu imanımızı və ruhani təhlükəsizliyimizi məhv edə bilməyəcəkdir.

14. Biz, Yehovanın xidmətçiləri, nə üçün öldürücü vəbalara tutulmamışıq?

14 Məsh edilmiş məsihçilər pis sistemdən ayrılaraq, çadırlarda müvəqqəti yaşayan sakinlərə bənzəyirlər (1 Peter 2:11). Onların “çadırına vəba da” yaxınlaşmır. Göylər və ya yer ümidimiz olmasından asılı olmayaraq, biz bu dünyadan deyilik; əxlaqsızlıq, var-dövlət dalınca düşmək, yalan din və “canavar”a, onun surətinə, yə’ni Birləşmiş Millətlər Təşkilatına ibadət kimi ruhən öldürücü vəbalara düçar deyilik (Vəhy 9:20, 21; 13:1-18; Yəhya 17:16).

15. Mələklər bizə nədə kömək edirlər?

15 Bizim müdafiəmiz haqqında məzmurçu əlavə edir: “Çünki bütün yollarında səni tutsunlar deyə, mələklərinə sənin üçün əmr edəcəkdir. Ayağını bir daşa çarpmayasan deyə, əlləri üzərində səni daşıyacaqlar” (Məzmur 91:11, 12). Bizi müdafiə etmək üçün mələklərə hakimiyyət verilib (2 Krallar 6:17; Məzmur 34:7-9; 104:4; Matta 26:53; Luka 1:19). Onlar bizi “bütün” yollarımızda qoruyurlar (Matta 18:10). Mələklər, Padşahlığın müjdəçiləri olan bizlərə rəhbərlik edir və bizi mühafizə edirlər. Buna görə də ruhani mə’nada ayağımızı daşa çarpmırıq, yə’ni büdrəmirik (Vəhy 14:6, 7). Hətta fəaliyyətimizin qadağan olunması kimi “daş”lar da, bizi büdrətmir və buna görə də Allahın mərhəmətini itirmirik.

16. “Gənc aslan”la “kobra”nın hücumu nə ilə fərqlənir və biz onlara necə münasibət göstəririk?

16 Məzmurçu davam edir: “Aslan və gürzə [“kobra”, YD] üzərindən basıb keçəcəksən; gənc aslanı və iri ilanı çeynəyəcəksən” (Məzmur 91:13). Gənc aslan gizlənmədən qarşıdan hücum etdiyi kimi, bizim də bə’zi düşmənlərimiz, fəaliyyətimizi dayandırmaq məqsədi ilə qanunlar tərtib edir və bizə qarşı olan ədavətlərini açıq göstərirlər. Lakin pusquda durub gözlənilmədən ovunun üzərinə atılan kobranın hücumuna bənzər başqa hücumlara da mə’ruz qalırıq. Pərdə arxasında gizlənən ruhanilər sinifi qanunvericilərin, hakimlərin və digər vəzifəli şəxslərin vasitəsilə fəaliyyət göstərərək bizə hücum edirlər. Lakin Yehovanın müdafiəsi altında biz “Müjdəni müdafiə və təsdiq” etməyə çalışaraq, sülh yolu ilə məhkəmələrdə qanuni kömək axtarırıq (Filipililərə 1:7; Məzmur 94:14, 20-22).

17. Biz hansı mə’nada “gənc aslanı” çeynəyirik?

17 Məzmurçu “gənc aslanın” və “iri ilanın” çeynənməsi haqqında danışır. Gənc aslan olduqca azğın, iri ilan isə böyük ölçüdə olur (İşaya 31:4). Lakin bu aslan nə qədər azğın olsa da, bizə qarşıdan hücum edən zaman, biz aslana bənzər insanlara və təşkilatlara deyil, Allaha tabe olaraq, təşbehlərlə desək, onu çeynəyirik (Həvarilərin işləri 5:29). Ona görə də azğın “aslan” bizə heç bir ruhani zərər gətirmir.

18. “İri ilan” bizə nəyi xatırladır və əgər hücumlara mə’ruz qalırıqsa nə etməliyik?

18 Yunan Septuaqintasında “iri ilan”, “əjdaha” adlanır. Bu bizə “iblis və şeytan adlanan böyük əjdaha... qədim ilan”ı xatırladır (Vəhy 12:7-9; Təkvin 3:15). O öz ovunu boğub udan, sürünən heyvana bənzəyir (Yeremya 51:34). Şeytan bizi əhatə etməyə çalışanda, bu dünyanın vasitəsilə bizi boğub, udmaq istəyəndə, gəlin ondan azad olaq və bu “iri ilanı” çeynəyək (1 Peter 5:8). Romalılara 16:20 ayəsinin icrasında iştirak etmək istəyən məsh edilmişlərin qalığı belə davranmalıdır.

Xilasımız Yehovadandır

19. Biz nəyə görə Yehovada sığınacaq tapırıq?

19 Məzmurçunun sözlərinə görə, Allah, Ona düzgün və ürəkdən sitayiş edən adam haqqında deyir: “Mənə məhəbbət bağladığı üçün, onu azad edəcəyəm. Onu yüksəldəcəyəm, çünki ismimi tanıdı” (Məzmur 91:14). “Onu yüksəldəcəyəm” kimi hərfi tərcümə olunmuş ifadə, müasir tərcümədə “onu qoruyacağam” kimi verilir. Biz, Yehovanın xidmətçiləri onda məskən tapırıq, bunun başlıca səbəbi isə ondadır ki, biz Ona “məhəbbət bağlamışıq” (Mark 12:29, 30; 1 Yəhya 4:19). Allah da öz növbəsində bizi düşmənlərimizdən “azad” edir. Biz heç zaman məhv olmayacağıq. Əksinə, biz xilas olacağıq, ona görə ki, Allahın adını bilir və onu inamla çağırırıq (Romalılara 10:11-13). Biz “əbədiyyən Allahımız Rəbbin ismilə” yeriməyə tam qətiyyətliyik (Mika 4:5; İşaya 43:10-12).

20. Məzmurun 91-ci fəslinin sonunda Yehova öz sadiq xidmətçisinə nəyi və’d edir?

20 Məzmurun 91-ci fəslinin sonunda Yehova öz sadiq xidmətçisi haqqında deyir: “Məni çağıracaq və ona cavab verəcəyəm; sıxıntıda onunla bərabər olacağam; azad edib ona izzət verəcəyəm. Uzun ömürlə onu doyuracağam və qurtarışımı ona göstərəcəyəm” (Məzmur 91:15, 16). Biz, Allaha müraciət edib, Onun iradəsinə uyğun dua ediriksə, O, bizi eşidir (1 Yəhya 5:13-15). Şeytanın alovlandırdığı ədavət ucbatından, biz artıq bir çox müsibət və bədbəxtliklərlə üzləşmişik. Lakin “sıxıntıda onunla bərabər olacağam” sözləri bizi gələcək sınaqlara hazırlayır və bu pis sistemin məhvi zamanı Allahın bizi müdafiə edəcəyinə zəmanət verir.

21. Məsihçilər hansı mə’nada artıq izzətlənmişlər?

21 Şeytanın kəskin müqavimətinə baxmayaraq, aramızda olan məsh edilmişlərin hamısı yer üzərində “uzun ömürlülük”dən doyduqdan sonra Yehovanın müəyyən etdiyi vaxtda göylərdə izzətlənəcəklər. Bizim günlərdə məsh edilmiş məsihçilərin, Allah tərəfindən dəfələrlə mö’cüzəvi surətdə xilas edilməsi, onlara artıq indidən izzət gətirmişdir. Bu son günlərdə Yehovanın Şahidləri arasında rəhbərliyi öz üzərinə götürmək onlar üçün necə də böyük şərəfdir! (İşaya 43:10-12). Allah Hökmranlığını sübuta yetirib adını müqəddəs tutan zaman, böyük müharibə Har-Megidonda öz xalqının xilasını icra edəcəkdir (Məzmur 83:18; Hezekiel 38:23; Vəhy 16:14, 16).

22. Yehovanın qurtarışını kimlər görəcək?

22 Məsh edilmişlər və ya onların Allaha həsr olunmuş həmkarları olmağımızdan asılı olmayaraq, biz xilası Allahda axtarırıq. “Rəbbin böyük və qorxunc günü”ndə Allaha hədsiz sədaqətlə xidmət edən kəslər xilas olacaqdır (Yoel 2:30-32). Har-Megidondan sağ çıxıb, Allahın yeni dünyasına daxil olan “böyük izdihamı” təşkil edən və sonuncu sınaq zamanı sadiq qalan bizlər “uzun ömürlülük”dən, yə’ni sonsuz həyatdan ləzzət alacağıq. Bundan savayı, Allah həm də külli miqdarda insanları dirildəcək (Vəhy 7:9; 20:7-15). Yehova, İsa Məsihin vasitəsilə qurtarışını bizə göstərməkdən böyük sevinc duyacaq (Məzmur 3:8). Əgər qarşımızda belə gözəl bir gələcək durursa, gəlin günlərimizin Allaha şərəf gətirməsi üçün Onun köməyinə güvənməyə davam edək. Gəlin, sözlərimiz və davranışımızla Yehovanın bizim sığınacaq yerimiz olduğunu sübut etməkdə davam edək.

[Haşiyə]

a Yunanca Müqəddəs Yazılarda 91-ci Məzmura Məsih haqqında peyğəmbərlik kimi baxılmır. Lakin heç bir şübhə yoxdur ki, Yehova, insan kimi mövcud olan İsa Məsih üçün sığınacaq yeri, həmçinin örtük idi. “Sonun vaxtında” Allah, İsanın məsh edilmiş davamçıları və onların bir qrup kimi mövcüd olan sadiq həmkarları üçün də məskən və örtük olaraq qalır (Daniel 12:4).

Siz necə cavab verərdiniz?

• “Uca Olanın örtüyü” nədir?

• Biz nə üçün qorxmuruq?

• Hansı mə’nada “şər” bizə toxunmayacaqdır?

• Nəyə görə demək olar ki, xilasımız Yehovadandır?

[26-cı səhifədəki şəkillər]

Gözlənilməz hücumlara və açıq müqavimətlərə baxmayaraq, müqəddəs xidməti yerinə yetirmələri üçün Yehova xalqına kömək edir.

[İcazə ilə]

Cobra: A. N. Jagannatha Rao, Trustee, Madras Snake Park Trust

[29-cu səhifədəki şəkil]

Yehovanın həqiqətinin bizim üçün necə böyük bir qalxan olduğunu bilirsinizmi?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş