Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w02 1/4 s. 24—28
  • Yaxşılığı təzahür etdirməyə davam edin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yaxşılığı təzahür etdirməyə davam edin
  • Gözətçi qülləsi 2002
  • Başlıqlar
  • Oxşar material
  • İşığın bəhrəsi
  • Ruhun bəhrəsi
  • Həmişə “yaxşı iş” görün
  • “Çox diqqət verin”
  • Yaxşılıq gözəl bəhrələr gətirir
  • “Yaxşı iş” görməyə davam edin
  • Yehova yaxşılığın ən böyük nümunəsidir
    Gözətçi qülləsi 2002
  • Yaxşılıq. Ona necə yiyələnməli?
    Gözətçi qülləsi 2019
  • Yaxşılıqda Yehovanı təqlid edin
    Müqəddəs ibadətimiz 2003
  • Ruhun bəhrəsi — yaxşılıq
    Yehovanı şövqlə tərənnüm edin
Əlavə
Gözətçi qülləsi 2002
w02 1/4 s. 24—28

Yaxşılığı təzahür etdirməyə davam edin

“İşığın bəhrəsi hər cür yaxşılıq, salehlik və həqiqətdir” (EFESLİLƏRƏ 5:9, İ-93).

1. Bu gün milyonlarla insanlar Məzmur 31:19 ayəsindəki sözlərlə razılaşdıqlarını necə göstərirlər?

İNSANIN edə biləcəyi ən böyük yaxşılıq - Allaha izzət gətirməkdir. Bu gün milyonlarla insanlar, Allaha yaxşılığına görə izzət gətirməklə bunu edirlər. Yehovanın hədsiz dərəcədə sədaqətli Şahidləri olan bizlər, bütün ürəkdən məzmurçunun sözləri ilə razıyıq. O oxuyurdu: “Yaxşılığın nə böyükdür! Səndən qorxanlar üçün onu saxladın” (Məzmur 31:19).

2, 3. Şagirdlər hazırlamaq işində iştirak edərkən sözlərimizi yaxşı davranışlarımızla uyğunlaşdırmasaydıq nə baş verə bilərdi?

2 Yehovanın qarşısında malik olduğumuz ehtiramlı qorxu, bizi, yaxşılığına görə Onu izzətləndirməyə təşviq edir. Bu cür qorxu, bizi, həmçinin Yehovaya “şükr” etməyə, Onu “təqdis” edib, “Padşahlığının izzəti” haqda söyləməyə təşviq edir (Məzmur 145:10-13). Buna görə də biz, Padşahlıq haqqındakı təbliğ işində və şagirdlərin hazırlanmasında sə’ylə iştirak edirik (Matta 24:14; 28:19, 20). Təbliğdə söylədiklərimizi isə, mütləq yaxşı davranışımızla uyğunlaşdırmalıyıq. Əks təqdirdə, Yehovanın müqəddəs isminə xələl gətirərik.

3 Bir çox insanlar Allaha ibadət etdiklərini bəyan edirlər, amma onların davranışları Onun ilhamlanmış Kəlamında izah olunan normalara uyğun gəlmir. Yalnız sözdə yaxşılıq edən insanlar haqqında həvari Pavel yazırdı: “Bəs nə üçün sən başqalarını öyrədərək, özünü öyrətmirsən? Oğurlamamağı və’z edib, oğurlayırsanmı? “Zina etmə”,- deyərək, zina edirsənmi?.. Çünki yazıldığı kimi, sizin üzünüzdən digər xalqlar arasında Allahın adına küfr edilir” (Romalılara 2:21, 22, 24).

4. Yaxşı davranışımız hansı tə’sirə malikdir?

4 Yehovanın isminə xələl gətirməyə deyil, bu ismi yaxşı davranışımızla izzətləndirməyə çalışırıq. Bu, məsihçi yığıncağına mənsub olmayan insanlara müsbət tə’sir göstərir. İlk növbədə isə, bizə müqavimət göstərənləri susdurmağımıza kömək edir (1 Peter 2:15). Ən əhəmiyyətlisi isə odur ki, yaxşı davranışımız insanları Yehovanın təşkilatına cəlb edərək, onlara da Onu izzətləndirməyə və əbədi həyatı miras almağa imkan verir (Həvarilərin işləri 13:48).

5. İndi hansı sualları müzakirə etməliyik?

5 Qeyri-kamilliyimizə baxmayaraq, Yehovanı hörmətdən salan və həqiqəti axtaranları büdrədən davranışlardan necə qaçına bilərik? Bəs yaxşılıq təzahür etdirməyə necə müvəffəq ola bilərik?

İşığın bəhrəsi

6. “Qaranlığın səmərəsiz” işlərindən bə’ziləri hansılardır, amma məsihçilər arasında hansı bəhrələr gözə çarpmalıdır?

6 Həsr olunmuş biz məsihçilər, “qaranlığın səmərəsiz” işlərindən qaçınmaq üçün lazım olan şeylərlə təchiz olunmuşuq. “Qaranlığın səmərəsiz” işlərinə yalan, oğurluq, təhqiredici sözlər, cinsi əlaqə haqqında yanlış söhbətlər, ədəbsizlik, nalayiq zarafatlar və sərxoşluq daxildir (Efeslilərə 4:25, 28, 31; 5:3, 4, 11, 12, 18). Biz, bu kimi işlərlə məşğul olmaq əvəzinə, “işıq övladları kimi” davranırıq. Həvari Pavel deyir ki, “işığın bəhrəsi hər cür yaxşılıq, salehlik və həqiqətdir” (Efeslilərə 5:8, 9, İ-93). Beləliklə, işıqda yeriyərək yaxşılıq təzahür etdirə bilərik. Bəs bu hansı işıqdır?

7. Yaxşılıq bəhrəsini təzahür etdirməyi davam etmək üçün, biz nə etməliyik?

7 Qeyri-kamilliyimizə baxmayaraq, ruhani işıqda yeriyiriksə yaxşılıq təzahür etdirə bilərik. Məzmurçu oxuyurdu: “Sözün addımlarım üçün çıraq və yolum üçün işıqdır” (Məzmur 119:105). Əgər biz “işığın bəhrələrini” “hər cür yaxşılıq”la təzahür etdirmək istəyiriksə, Allahın Kəlamında olan, məsihçi nəşrlərində açıqlanan və yığıncaqlarda müntəzəm olaraq müzakirə edilən ruhani işıqdan daima istifadə etməliyik (Luka 12:42; Romalılara 15:4; İbranilərə 10:24, 25). Biz, həmçinin “dünyanın Nuru” və “[Yehovanın] izzətinin nuru” olan İsa Məsihin nümunə və tə’limlərinə də xüsusi diqqət yetirməliyik (Yəhya 8:12; İbranilərə 1:1-3).

Ruhun bəhrəsi

8. Nəyin sayəsində yaxşılıq təzahür etdirə bilərik?

8 Yaxşılıq təzahür etdirməkdə, sözsüz ki, bizə ruhani işıq kömək edir. Bundan əlavə, bizə Allahın müqəddəs ruhu, yə’ni fəal qüvvəsi yol göstərdiyi üçün, bu keyfiyyəti təzahür etdirə bilirik. Yaxşılıq, “ruhun səmərəsinin” bir hissəsidir (Qalatiyalılara 5:22, 23). Əgər Yehovanın müqəddəs ruhunun rəhbərliyinə tabe oluruqsa, onda bu ruh bizdə yaxşılıq kimi çox gözəl bəhrə yetişdirəcək.

9. İsanın, Luka 11:9-13 ayələrində yazılan sözlərinə əsasən necə davrana bilərik?

9 Ruhun bəhrəsi olan yaxşılığı təzahür etdirərək Yehovanı qane etmək istəyimiz, bizi İsanın sözlərinə əsasən davranmağa təşviq edəcək: “Diləyin, sizə veriləcək; axtarın, tapacaqsınız; qapını döyün, sizə açılacaq. Çünki hər diləyən alır, axtaran tapır və qapı döyənə açılır. Aranızda elə bir ata varmı ki, oğlu çörək istərsə, ona daş versin? Yaxud, balıq istərsə, ona balıq əvəzinə ilan versin? Yaxud, yumurta istərsə, ona əqrəb versin? Beləliklə, madam ki, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verə bilirsiniz, Səmavi Atanızın Ondan diləyənlərə Müqəddəs Ruhu verəcəyi nə qədər yəqindir!” (Luka 11:9-13). Gəlin, ruhun bəhrəsi olan yaxşılığı təzahür etdirməyi davam etdirmək üçün, İsanın nümunəsini təqlid edərək, Yehovadan müqəddəs ruh diləyək.

Həmişə “yaxşı iş” görün

10. Çıxış 34:6, 7 ayələrində Yehovanın yaxşılığının hansı tərəflərinə diqqət yetirilir?

10 Allahın Kəlamından gələn ruhani işığın və Onun müqəddəs ruhunun köməyi sayəsində, biz həmişə “yaxşı iş”lər görə bilirik (Romalılara 13:3). Müqəddəs Kitabı müntəzəm olaraq öyrənməklə, yaxşılıq etməkdə Yehovanı necə təqlid etməyi getdikcə daha çox öyrənə bilərik. Əvvəlki məqalədə, Musanın Çıxış 34:6, 7 ayələrində qeyd etdiyi, Yehovanın yaxşılığının müxtəlif tərəfləri nəzərdən keçirilirdi. Həmin ayələrdə oxuyuruq: “Yehova, Yehova, çox acıyan və lütf edən, gec qəzəblənən və inayəti və həqiqəti çox olan, minlərə inayətini saxlayan, haqsızlığı və günahı və suçu bağışlayan və suçlunu əsla suçsuz çıxarmayan” Allahdır. Yehovanın yaxşılığının bu tərəflərini ətraflı nəzərdən keçirməklə, həmişə “yaxşı iş” görmək üçün kömək əldə edəcəyik.

11. Yehovanın mərhəmətli və lütfkar olduğunu bilməyimiz bizə necə tə’sir etməlidir?

11 Allahın bu sözləri göstərir ki, mərhəmət və lütfkarlıqda biz Yehovanı təqlid etməliyik. İsa demişdir: “Mərhəmətli olanlar nə bəxtiyardırlar! Çünki onlara mərhəmət ediləcəkdir” (Matta 5:7; Luka 6:36). Yehovanın lütfkar olduğunu bilərək, biz də başqaları ilə, o cümlədən təbliğ etdiyimiz adamlarla münasibətlərimizdə lütfkar və mehriban olmağa təşviq olunuruq. Bu, Pavelin aşağıdakı sözlərinə uyğun gəlir: “Qoy sözünüz həmişə nəvazişli olsun və ona duz qatılmış kimi olsun ki, siz hər adama necə cavab vermək lazım olduğunu biləsiniz” (Koloslulara 4:6).

12. a) Allahın gec qəzəblənən olduğunu nəzərə alaraq, başqaları ilə necə rəftar etməliyik? b) Yehovanın inayəti bizi nəyə təşviq edir?

12 Allah gec qəzəblənən olduğu üçün, həmişə “yaxşı iş” görmək istəyi bizi, həmimanlıların əhəmiyyətsiz nöqsanlarına səbirlə yanaşmağa və onların yaxşı keyfiyyətlərinə diqqət yetirməyə təşviq edir (Matta 7:5; Yaqub 1:19). Yehovanın inayəti isə, hətta ən çətin anlarda belə bizi dəyişməz məhəbbət təzahür etdirməyə təşviq edir. Bu, əlbəttə, olduqca arzu olunandır (Süleymanın məsəlləri 19:22).

13. Yehovanın həqiqətinin çox olduğunu əks etdirmək üçün, biz necə hərəkət etməliyik?

13 Səmavi Atamızın həqiqəti çox olduğu üçün, biz özümüzü “həqiqət sözündə” “Allahın xidmətçiləri kimi təqdim” etməyə çalışırıq (2 Korinflilərə 6:3-7, İ-93). “Yalançı dil” və “yalanla nəfəs alan yalançı şahid”, Yehovanın gözündə məkruh sayılan yeddi şeyin sırasında durur (Süleymanın məsəlləri 6:16-19). Buna görə də biz, Allahı qane etməyə çalışaraq, “yalanı kənara” atır və “həqiqəti” söyləyirik (Efeslilərə 4:25). Bu mə’nada həmişə yaxşı olmaq çox vacibdir.

14. Biz nə üçün bağışlamalıyıq?

14 Yehovanın Musaya müraciəti, bizi də bağışlayan olmağa təşviq etməlidir, axı Yehova bağışlamağa hazırdır (Matta 6:14, 15). Yehova, əlbət ki, tövbə etməyən günahkarları cəzalandırır. Buna görə də, söhbət yığıncağın təmizliyindən gedəndə, biz hamımız Yehova tərəfindən müəyyən edilmiş yaxşılıq normalarına riayət etməliyik (Levililər 5:1; 1 Korinflilərə 5:11, 12; 1 Timoteyə 5:22).

“Çox diqqət verin”

15, 16. Pavelin Efeslilərə 5:15-19 ayələrində yazdığı nəsihəti, yaxşılıq keyfiyyətini göstərməyə davam etməkdə bizə necə kömək edər?

15 Bizi əhatə edən pisliyə baxmayaraq, yaxşılıq yolu ilə yerimək üçün, müqəddəs ruhla “dolu” olmalı və davranışlarımıza diqqət yetirməliyik. Pavel Efesdəki məsihçiləri təşviq edirdi: “Beləliklə, nə cür hərəkət etdiyinizə çox diqqət verin, hikmətsiz kimi yox, hikmətli kimi yaşayın. Hər fürsətdən istifadə edin, çünki yaşadığımız günlər şərdir. Buna görə ağılsız olmayın, lakin Rəbbin iradəsi nədirsə, onu qavrayın. Və şərabla sərxoş olmayın, səfahətə səbəb odur; lakin Ruhla dolu olun. Bir-birinizə məzmurlar, ruhani nəğmələr və mahnılar oxuyun, ürəyinizdə Rəbbə nəğmə və məzmur oxuyun” (Efeslilərə 5:15-19). Bu nəsihət, sözsüz ki, bu axır günlərdə bizim üçün də aktualdır (2 Timoteyə 3:1).

16 Əgər həmişə yaxşı olmaq istəyiriksə, diqqət yetirməliyik ki, yuxarıdan nazil olan hikmətin söylədiyi kimi davranaq (Yaqub 3:17). Ciddi səhvlərə yol verməməliyik, müqəddəs ruhla dolmalı və onun bizi idarə etməsinə yol verməliyik (Qalatiyalılara 5:19-25). Məsihçi yığıncaqlarında və konqreslərdə eşitdiyimiz ruhani nəsihətlərə riayət edərək, daha sonra da yaxşı işlər görməyə davam edə bilərik. Pavelin efeslilərə ünvanlanmış sözləri bizə xatırladır ki, ibadət üçün müəyyən edilmiş görüşlərin çoxunda, diqqəti yaxşılıq keyfiyyətinə yönəldən “ruhani nəğmələri” ürəkdən oxumaq kimi qiymətli imkanımız var.

17. Ciddi xəstəliyi olan və görüşlərə müntəzəm gələ bilməyən məsihçilər nəyə şübhə etməyə bilərlər?

17 Bəs ciddi xroniki xəstəliklər ucbatından məsihçi görüşlərinə müntəzəm olaraq gələ bilməyən həmimanlılarımız nə etməlidirlər? Ruhani bacı-qardaşların əhatəsində olaraq Yehovaya həmişə ibadət etmək imkanında olmadıqları üçün, onlar özlərini üzgün hiss edə bilərlər. Lakin qoy onlar heç zaman şübhə etməsinlər ki, Yehova onların vəziyyətini başa düşür və onlara bundan sonra da öz işığını, müqəddəs ruhunu verəcək və həmişə yaxşı iş görməkdə kömək edəcək (İşaya 57:15).

18. Yaxşılıq yolu ilə yeriməkdə bizə nə kömək edər?

18 Yaxşılıq yolu ilə gedə bilməmiz üçün, kimlərlə ünsiyyətdə olduğumuza da diqqət yetirməli və “yaxşılığın düşməni” olanlardan kənar gəzməliyik (2 Timoteyə 3:2-5; 1 Korinflilərə 15:33). Bu nəsihətə riayət etməklə, “Allahın Müqəddəs Ruhunu”, Onun rəhbərliyinə zidd gedən hərəkətlərlə kədərləndirməyəcəyik (Efeslilərə 4:30). Bundan əlavə, Yehovanın müqəddəs ruhu ilə hərəkət edən və yaxşılıq keyfiyyətini sevdiklərini həyat tərzləri ilə göstərən kəslərlə yaxın münasibətdə olarıqsa, yaxşılıq etmək bizə də asan olacaq (Amos 5:15; Romalılara 8:14; Qalatiyalılara 5:18).

Yaxşılıq gözəl bəhrələr gətirir

19-21. Yaxşılığın necə tə’sir etdiyini göstərən hadisələr danışın.

19 Əgər ruhani işıqda gəzir, Allahın ruhunun rəhbərliyinə tabe olur və davranışımıza diqqət yetiririksə, pis hərəkətdən qaçınmaq və həmişə “yaxşı iş” görmək bizə asan olacaq. Bu isə, öz növbəsində gözəl bəhrələr gətirəcəkdir. Cənubi Afrika Respublikasından olan Yehovanın Şahidi Zongezilenin nümunəsinə baxaq. Bir gün səhər məktəbə gedərkən, bankda hesabında olan pulun miqdarını yoxlamaq qərarına gəldi. Bankdan aldığı çekdə isə, səhvən 42 min rand (6 000 ABŞ dolları), artıq məbləğ göstərilirdi. Həm bankın gözətçisi, həm də başqaları məsləhət gördülər ki, həmin məbləği hesabından çıxarıb başqa banka qoysun. Həmin pula toxunmadığı üçün, onu yalnız yaşadığı evin sahibləri - Şahid ər-arvad tə’riflədilər.

20 Bank açılan kimi, Zongezile baş verən yanlışlıq haqqında xəbər verdi. Mə’lum oldu ki, onun hesab nömrəsi varlı bir biznesmenin nömrəsi ilə oxşar olduğu üçün, biznesmen səhvə yol vermişdir. Həmin məbləğə toxunmadığını bilən biznesmen, Zongeziledən soruşdu: “Sən hansı dinə mənsubsan?” Zongezile Yehovanın Şahidi olduğunu bildirdi. Bankın müdiriyyəti onu tə’rifləyib dedi: “Arzu edərdik ki, bütün insanlar Yehovanın Şahidləri kimi vicdanlı olsunlar”. Bəli, vicdan və yaxşılıq haqqında şəhadət edən işlər, başqalarını Yehovanı izzətləndirməyə təşviq edə bilər (İbranilərə 13:18).

21 Yaxşılıq əks etdirən işlər gözəl bəhrələr gətirsin deyə, mütləq böyük işlər görmək lazım deyil. Aydınlıq gətirmək üçün bir nümunəyə diqqət yetirək. Samoa adalarında tammüddətli xidmətdə çalışan gənc bir Şahid xəstəxanaya getməli oldu. Həkimin qəbuluna növbə var idi. Şahid fikir verdi ki, onun arxasınca duran yaşlı qadın özünü pis hiss edir. Qadına tə’cili tibbi yardım göstərilsin deyə, Şahid öz növbəsini ona verdi. Bir qədər vaxtdan sonra Şahid həmin qadınla bazarda qarşılaşdı. Qadın Şahidi və onun etdiyi yaxşı hərəkəti xatırlayıb dedi: “İndi mən bilirəm ki, Yehovanın Şahidləri öz yaxınlarını həqiqətən də sevirlər”. Bu qadın əvvəllər Padşahlıq haqqındakı xəbəri dinləmək istəməsə də, Şahidin etdiyi yaxşılıq ona müsbət tə’sir göstərdi. Qadın Müqəddəs Kitabı öyrənməyə razı oldu və Allahın Kəlamından bilik əldə etməyə başladı.

22. Həmişə “yaxşı iş” görməyin hansı üsulu xüsusilə vacibdir?

22 Ehtimal ki, yaxşılığın əhəmiyyətini göstərən hadisələri siz də bilirsiniz. Həmişə “yaxşı iş” görmək üçün, Allahın Padşahlığı haqqındakı xoş xəbərin təbliğində iştirak etmək xüsusilə vacibdir (Matta 24:14). Xüsusən də təbliğə hay verənlərə yaxşılıq etdiyimizi anlayaraq, bu şərəfli işlə məşğul olmağı bundan sonra da sə’ylə davam etdirək. Ən əsası odur ki, yaxşılığın mənbəyi olan Yehovanı xidmətimizlə və yaxşı davranışımızla izzətləndiririk (Matta 19:16, 17).

“Yaxşı iş” görməyə davam edin

23. Məsihçi xidmətini nəyə görə yaxşı iş adlandırmaq olar?

23 Şübhəsiz, bizim xidmətimiz yaxşı işdir. Bu işdə iştirak edərək, biz həm özümüzü, həm də Müqəddəs Kitabın xəbərinə qulaq asaraq əbədi həyat yoluna qədəm qoyan insanları xilas edə bilərik (Matta 7:13, 14; 1 Timoteyə 4:16). Qərar qəbul etmək lazım gəldikdə, yaxşılıq etmək istəyi özümüzə aşağıdakı sualları verməyə təşviq edir: Bu qərar, Padşahlıq haqqındakı təbliğ fəaliyyətimə necə tə’sir edəcək? Mənim qərara aldığım iş həqiqətən də faydalıdırmı? Görmək istədiyim bu iş, “əbədi... Müjdəni” qəbul etməkdə və Yehova Allahla sıx münasibət yaratmaqda insanlara kömək etmək tapşırığımı yüngülləşdirəcəkmi? (Vəhy 14:6). Padşahlığın xeyrinə qərar qəbul etməklə, əsl xoşbəxtlik əldə edəcəyik (Matta 6:33; Həvarilərin işləri 20:35).

24, 25. Yığıncaqda yaxşılığı necə təzahür etdirə bilərik və əgər həmişə yaxşılıq təzahür etdirəriksə nədə əmin ola bilərik?

24 Gəlin, yaxşılığın gözəl səmərələrini heç zaman unutmayaq. Məsihçi yığıncaqlarında daima iştirak etməklə və onun maraqları və faydası üçün əlimizdən gələni etməklə, bu keyfiyyəti təzahür etdirə bilərik. Məsihçi yığıncaqlarına daim gəlməklə və onlarda iştirak etməklə biz, şübhəsiz ki, yaxşılıq edirik. Yalnız bu görüşlərə gəlişimiz həmimanlılarımızı ruhlandırır, yaxşı hazırladığımız şərhlər isə onları ruhən möhkəmləndirir. Öz maddi imkanlarımızı Padşahlıq Zallarının ehtiyaclarına istifadə edərkən və onları səliqəli saxlamağa kömək edərkən də yaxşılıq edirik (2 Krallar 22:3-7; 2 Korinflilərə 9:6, 7). Bəli, “nə qədər fürsətimiz varsa, hamıya, xüsusən imanlılar ailəsinə yaxşılıq” edəcəyik (Qalatiyalılara 6:10).

25 Yaxşılıq təzahür etdirmək lazım gələn bütün vəziyyətləri sadalamaq mümkün deyil. Yeni çətinliklərlə qarşılaşarkən, Müqəddəs Yazılara yolumuzu işıqlandırmağa imkan verəcəyik, bizə müqəddəs ruh verməsi üçün Yehovaya dua edəcəyik və Onun “yaxşı... və kamil iradəsini” yerinə yetirmək üçün əlimizdən gələni əsirgəməyəcəyik (Romalılara 2:9, 10; 12:2). Şübhə etməmək olar ki, əgər həmişə yaxşılıq təzahür etdirəriksə, Yehova bizə bol-bol xeyir-dualar verəcək.

Siz necə cavab verərdiniz?

• Edə biləcəyimiz ən böyük yaxşılıq nədən ibarətdir?

• Nəyə görə yaxşılıq “işığın bəhrəsi” adlanır?

• Nəyə görə yaxşılıq “ruhun səmərəsindən” biri adlanır?

• Yaxşı davranışımız hansı bəhrələri gətirir?

[25-ci səhifədəki şəkil]

Allahın Kəlamı və müqəddəs ruhu, yaxşılıq təzahür etdirməkdə bizə kömək edir.

[26-cı səhifədəki şəkillər]

Yaxşılıq təzahür etdirmək gözəl bəhrələr gətirir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş