Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w02 1/4 s. 4—7
  • Əslində təmizlik nədir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Əslində təmizlik nədir?
  • Gözətçi qülləsi 2002
  • Başlıqlar
  • Oxşar material
  • Təmizliyə dair Allahın nöqteyi-nəzəri
  • Təmizliyin dörd növü
  • Tarazlığı qoruyun
  • Təmizlik nə dərəcədə vacibdir?
    Gözətçi qülləsi 2002
  • Allah təmiz insanları sevir
    Allahın məhəbbətindən ayrılmayın
  • Yehova təmiz insanları sevir
    Məsihi həyatı və ibadəti iş dəftəri 2019
  • Yaxşı işlər üçün təmizlənmiş xalq
    Gözətçi qülləsi 2002
Əlavə
Gözətçi qülləsi 2002
w02 1/4 s. 4—7

Əslində təmizlik nədir?

AVROPA və Birləşmiş Ştatlarda XVIII-XIX əsrlərdə mövcud olan hədsiz antisanitariya ucbatından, missionerlər “təmizlik nəzəriyyəsi” adı altında təbliğat aparırdılar. Bu nəzəriyyəyə əsasən, natəmizlik günaha bərabər idi, təmizlik isə insanı Allaha yaxınlaşdırırdı. Bəlkə də, “Təmizlik mö’minliyin rəhnidir” kimi məşhur aforizm də elə buna görə yaranmışdır.

Bu cür nöqteyi-nəzər, Vilyam və Ketrin Butun yaratdıqları Xilas Ordusu tərəfindən qeydə alınmışdır. “Müjdə ən’ənəsində sağlamlıq və təbabət” adlı kitaba əsasən, Xilas Ordusunun ilk şüarlarından biri “Sabun, sup və xilas” olmuşdur (“Health and Medicine in the Evangelical Tradition”). Sonra Lui Paster və başqaları, xəstəliklə bakteriyalar arasında mövcud olan bağlılığı inandırıcı şəkildə nümayiş etdirdilər. Bu isə, müxtəlif səhiyyə proqramlarına yalnız yeni stimul və elmi əsaslanma verdi.

Dərhal tədbirlər görülməyə başlandı. Məsələn, artıq məhkəmələrdə şahidlərdən Müqəddəs Kitabı öpmək tələb olunmurdu, məktəbdə və dəmiryol stansiyalarında isə su içmək üçün ümumi qabdan istifadə edilmirdi. Hətta kilsədə ayin zamanı da ümumi piyalə əvəzinə, şəxsi stəkanlardan istifadə etməyə başladılar. Təmizliyin həmin təşəbbüsçülərinə, insanların təmizliyə qarşı münasibətlərini əhəmiyyətli dərəcədə dəyişdirmək müyəssər oldu. Onlar elə nailiyyətlər əldə etdilər ki, bir yazıçı qadının sözlərinə görə, insanlar “təmizliyə vuruldular”.

Lakin belə “vurğunluq” sadəcə səthi idi. Çox keçmədi ki, zirək ticarətçilər adi sabunu kosmetika obyektinə çevirdilər. Ustalıqla təqdim edilən reklamlar alıcıları inandırmağa çalışırdı ki, şəxsi gigiyena üçün istifadə olunan müəyyən vəsaitlərin köməyi ilə cəmiyyətdə mövqeyə çatmaq olar, bu da başqalarının sənə həsəd aparacağına gətirib çıxaracaq. Öz növbəsində televiziya proqramları da belə fantaziyaların inkişafına imkan yaratdı. Televiziya reklamları və çoxseriyalı filmlərdə müvəffəqiyyətli və parlaq qəhrəmanların evlərini necə səliqəyə salmaları, həyətlərini süpürmələri, zibil yığmaları və ya it-pişiklərinin buladıqlarını təmizlədiklərini nadir hallarda görmək olar.

Bundan əlavə, bə’ziləri iddia edirlər ki, işləmək pul qazanmaq üçün imkan yaradır, ev işləri və təmizlik isə heç bir qazanc gətirmir. Ətraf mühitin qayğısına qalmaq sənə heç bir gəlir gətirmirsə, onda bu nəyə lazımdır? Nəticə e’tibarilə bu gün bir çox insanlar elə hesab edirlər ki, təmizkarlıq özünə yalnız şəxsi gigiyenanı daxil edir.

Təmizliyə dair Allahın nöqteyi-nəzəri

İnsanlara təmizliyi aşılamaq üçün keçmişdə göstərilən sə’ylər, şübhəsiz ki, onların yaşayış şəraitlərini yaxşılaşdırdı. Bu isə müsbət haldır, çünki təmizlik - müqəddəs və təmiz Allah olan Yehovanın xüsusiyyətidir. O, bizə hər cəhətdən müqəddəs və təmiz olmağı öyrədir, bu isə bizim xeyrimizədir (İşaya 48:17; 1 Peter 1:15).

Yehova Allah bu sahədə bizə nümunə verir. Görünməz Allahın təmizlik və digər xüsusiyyətləri, Onun yaratdıqlarının vasitəsilə açıq-aydın görünür (Romalılara 1:20). Allahın yaratdığı təbiətin öz-özünü çirkləndirmədiyini müşahidə edə bilərik. Yer kürəsi özünün çoxsaylı təbii silsilələri ilə heyrətləndirici özünütəmizləmə sistemidir. Yer kürəsi ona görə yaradılıb ki, onun sakinləri təmiz, sağlam həyat tərzi sürsünlər. Belə təmizliyi yalnız təmiz niyyətli Yaradan yarada bilərdi. Buradan belə bir nəticəyə gələ bilərik ki, Allahın xidmətçiləri hər cəhətdən təmiz olmalıdırlar.

Təmizliyin dörd növü

Müqəddəs Kitabda, Allahın xidmətçilərinin riayət etməyə çalışmalı olduqları təmizliyin dörd növü xatırlanır. Gəlin onlardan hər birini nəzərdən keçirək.

Ruhani təmizlik. Demək olar ki, bu, təmizliyin ən vacib növüdür, çünki insanın əbədi həyata olan ümidi bundan asılıdır. Lakin təmizliyin bu növünə çox vaxt e’tinasız yanaşılır. Sadəcə desək, ruhani təmizlik, Allah tərəfindən yalan dinlə həqiqi din arasında çəkilən sərhədi heç zaman keçməmək mə’nasını daşıyır. Ona görə ki, yalan din Allahın gözündə murdardır. Həvari Pavel yazmışdır: “Rəbb deyir ki, “imansızların arasından çıxın və onlardan ayrılın; murdar bir şeyə toxunmayın, Mən də sizi qəbul edəcəyəm” (2 Korinflilərə 6:17). Şagird Yaqub da bunu xüsusi olaraq qeyd etmişdir: “Ata Allahın yanında təmiz və ləkəsiz dindarlıq budur... özünü dünyadan ləkəsiz saxlamaq” (Yaqub 1:27).

Allah aydın şəkildə göstərdi ki, həqiqi dinin yalan dinlə qarışmasını qəbul etməyəcək, çünki yalan dində natəmiz adətlər, mənfur bütlər və tanrılar mövcuddur (Yeremya 32:35). Buna görə də məsihçilər hər cür dini natəmizlikdən qaçınmağa təşviq olunurlar (1 Korinflilərə 10:20, 21; Vəhy 18:4).

Əxlaqi təmizlik. Burada da Allah təmizlə natəmiz arasında aydın sərhəd qoyur. Dünya bütünlüklə, Efeslilərə 4:17-19 ayələrində yazılan vəziyyətə gəlib çıxıb. Orada deyilir: “Zehinləri qaranlıqlaşmış... Allahın həyatına yad olmuşdular. Onlar hər cür həssaslığı itirərək, hər növ murdarlığı acgözlüklə işləmək üçün, özlərini səfalətə təslim etdilər”. Bu cür əxlaqsız fikirlər müxtəlif cür - həm açıq, həm də örtülü şəkildə olur. Bu səbəbdən məsihçilər ehtiyatlı olmalıdırlar.

Allahı sevən kəslər bilirlər ki, fahişəlik, homoseksualizm, nikaha qədər cinsi əlaqədə olmaq və pornoqrafiyaya baxmaq Allahın əxlaq təmizliyinə dair verdiyi normaları pozur. Lakin əyləncə və moda dünyasında belə davranış adi hala çevrilib. Buna görə də məsihçilər bu cür əxlaqsız davranışlardan çəkinməlidirlər. Məsihçi yığıncaqlarında, dostluq görüşlərində həddindən artıq açıq və dar paltar bədənə lazımsız diqqəti cəlb edir və bu ismətin az olduğuna şəhadət edir. Belə geyim başqalarında natəmiz fikirlər yaratmaqla yanaşı, məsihçi görüşlərinə dünyəvi ruhu da daxil edir. Bu sahədə məsihçilərə “yuxarıdan nazil olan hikmət”i təzahür etdirmək lazımdır (Yaqub 3:17).

Fikri təmizlik. İnsan beyninin dərinliklərində natəmiz fikirlər yuva salmalı deyil. İsa Məsih bu cür düşüncə tərzi haqqında xəbərdarlıq etmişdir: “Bir qadına şəhvətlə baxan hər adam, artıq ürəyində onunla zina etmiş olur” (Matta 5:28; Mark 7:20-23). Bu xəbərdarlıq, həm pornoqrafiyaya baxmağı, həm cinsi əxlaqsızlıq haqqında yazılan ədəbiyyatı oxumağı, həm də ikimə’nalı mətni olan musiqiyə qulaq asmağı özünə daxil edir. Məsihçilər öz ağıllarını natəmiz, pozğun danışıq və davranışlara gətirib çıxaran natəmiz fikirlərlə murdarlamalı deyillər (Matta 12:34; 15:18).

Fiziki təmizlik. Müqəddəs Kitabda təmizlik və müqəddəslik bir-biri ilə sıx bağlıdır. Məsələn, Pavel yazmışdır: “Ey sevimli qardaşlarım... özümüzü hər bir bədən və ruh murdarlığından təmizləyək və Allah qorxusu ilə kamil qüdsiyyəti əldə edək” (2 Korinflilərə 7:1). Buna görə də, məsihçilər, imkanları daxilində şəxsi gigiyena qaydalarına riayət etməli, həmçinin evlərinin içini və çölünü təmiz və səliqəli saxlamalıdırlar. Çimmək və təmizlik işləri aparmaq üçün, hətta su kifayət etməyən yerlərdə belə, məsihçilər təmiz və səliqəli görünmək üçün əllərindən gələni etməlidirlər.

Fiziki təmizlik, orqanizmi murdarlayan və ona zərər gətirən tütünün istənilən şəkildə istifadəsini, spirtli içkilərdən sui-istifadə etməyi, narkomaniyanın hər cür növünü özündən xaric edir. Süleymanın “Nəşidələr Nəşidəsi” kitabında haqqında bəhs edilən çoban, Şulamlı qızın paltarının gözəl ətrindən həzz alırdı (Nəşidələr Nəşidəsi 4:11). Şəxsi gigiyena qaydalarına riayət etmək xoşagəlməz iylərdən qaçınmağa kömək edəcək və bununla ətrafdakılara məhəbbət göstərmiş olacağıq. Odekolon və ətirlər nə qədər xoş ətirli olsa da, təmiz paltarın və müntəzəm çimməyin yerini verə bilməz.

Tarazlığı qoruyun

Fiziki təmizliyə gəldikdə insanlar ifrata qapıla bilərlər. Bir tərəfdən, insanın təmizliyə olan fanatik münasibəti onu sevincdən məhrum edir. Bu, dəyərli vaxtımızın çox hissəsini alır. Digər tərəfdən, zibilli və baxımsız evin tə’miri baha başa gəlir. Lakin ifratçılıqdan qaçınaraq, evimizdə təmizlik və səliqə yaratmaq üçün səmərəli və praktiki üsul tapmaq olar.

Sadəliyi qoruyun. Əşyalarla doldurulmuş evdə və otaqlarda təmizlik işi aparmaq asan deyil, çünki belə yerdə kirin nəzərə çarpması çətin olur. Sadə şəraiti və az əşyası olan otağı təmizləməyə az vaxt tələb olunur. Müqəddəs Kitabda tə’kidlə sadə həyat sürmək məsləhət edilir: “Yeməyimiz və paltarımız varsa, bunlarla kifayətlənirik” (1 Timoteyə 6:8).

Səliqə-səhmana riayət edin. Evi təmiz saxlamaq, orada yaşayan hər adamın borcudur. Evin səliqəsizliyi otaqlardan başlayır. Səliqə-səhman, hər şeyin öz yerində olması deməkdir. Məsələn, vanna otağının döşəməsi çirkli paltarların yeri deyil. Oyuncaq və alətlərin ayaq altında səpələnməməsi olduqca vacibdir, çünki bu potensial cəhətdən təhlükəlidir. Evlərdə baş verən bədbəxt hadisələrin əksəriyyəti səliqəsizlik ucbatından olur.

Aydındır ki, təmizlik və məsihçilərə xas olan həyat tərzi bir-biri ilə sıx bağlıdır. Allaha məqbul həyat tərzini İşaya peyğəmbər “qüdsiyyət yolu” adlandırmışdır və birbaşa demişdir ki, “murdar adam ondan keçməyəcək” (İşaya 35:8). Əgər biz təmizliyə riayət etməyi öyrəniriksə, bununla Allahın yeri təmizləyib, onu cənnətə çevirəcəyi və’də olan imanımızı göstərmiş oluruq. O zaman gözəl planetimizin hər yerində insanlar, Allahın mükəmməl təmizlik normalarını hökmən yerinə yetirərək, Yehova Allaha izzət gətirəcəklər (Vəhy 7:9).

[6-cı səhifədəki şəkil]

Evi təmiz saxlamaq orada yaşayan hər adamın borcudur.

[7-ci səhifədəki şəkil]

Yer kürəsi heyrətləndirici özünütəmizləmə sistemidir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş