Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w06 1/8 s. 6—10
  • ‘Hər şeyi şikayətsiz edin’

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • ‘Hər şeyi şikayətsiz edin’
  • Gözətçi qülləsi 2006
  • Başlıqlar
  • Oxşar material
  • Pis camaat Yehovaya qarşı deyinir
  • Birinci əsrdə baş verən deyingənlik
  • Deyingənliyin zərərli tə’sirindən özünüzü gözləyin
  • Hər şeyə Yehovanın nöqteyi-nəzəri ilə baxın
  • Bağışlamaq birliyin açarıdır
  • Yehovaya çiyin-çiyinə xidmət etməyə davam edin
    Gözətçi qülləsi 2003
  • Diqqətinizi Yehovanın təşkilatının ne’mətlərinə cəmləşdirin
    Gözətçi qülləsi 2006
  • Yığıncağın müsbət ab-havasını qoru
    Gözətçi qülləsi 2012
  • Yehova həlimləri sevir
    Gözətçi qülləsi 2009
Əlavə
Gözətçi qülləsi 2006
w06 1/8 s. 6—10

‘Hər şeyi şikayətsiz edin’

«Hər şeyi şikayətsiz... icra edin» (FİLİPİLİLƏRƏ 2:14).

1, 2. Həvari Pavel Filipidəki və Korinfdəki məsihçilərə hansı məsləhəti vermişdi və nə üçün?

FİLİPİDƏKİ birinci əsrin məsihçi yığıncağına yazdığı Allahdan ilham almış məktubunda həvari Pavel bu şəhərdəki həmimanlıları haqqında xoş sözlər söyləyirdi. Həvari Pavel onları səxavətli və çalışqan olduqları üçün tə’rifləyir və yaxşı işlərinə görə sevindiyini bildirirdi. Lakin bununla yanaşı, Pavel ‘hər şeyi şikayətsiz icra etməyi’ onlara xatırlatdı (Filipililərə 2:14). O, nə üçün belə bir xəbərdarlıq vermişdi?

2 Pavel şikayətlənməyin nəyə gətirib çıxara biləcəyindən xəbərdar idi. Bir neçə il əvvəl o, Korinfdəki yığıncağa deyinmənin təhlükəli ola biləcəyini xatırlatmışdı. Pavel qeyd etmişdi ki, israillilər səhrada olarkən Yehovanı dəfələrlə qəzəbləndirdilər. Necə? Pisliyə meyl göstərməklə, bütpərəstlik və əxlaqsızlıq etməklə, Yehovanı imtahana çəkməklə və deyinməklə. Pavel korinfliləri bu nümunələrdən ibrət dərsi almağa çağırırdı. O yazırdı: «Deyinməyin; onlardan bə’ziləri deyindilər və öldürücü mələk tərəfindən məhv edildilər» (1 Korinflilərə 10:6-11).

3. Pavelin nəsihəti nə üçün bu gün də öz əhəmiyyətini itirməyib?

3 Yehovanın müasir xidmətçiləri olan bizlər Filipi yığıncağındakına bənzər ruh təzahür etdiririk. Biz xeyirli işlər görməyə sə’y göstərir və bir-birimizi sevirik (Yəhya 13:34, 35). Ancaq deyinmənin keçmişdə Allahın xalqına zərər gətirdiyini nəzərə alaraq, «hər şeyi şikayətsiz... icra edin» nəsihətinə diqqət yetirməyə əsaslı səbəbimiz vardır. Gəlin əvvəlcə Müqəddəs Yazılardakı deyinmə hallarını nəzərdən keçirək. Sonra deyinmənin bizə də zərər vurmaması üçün edə biləcəyimiz bə’zi şeyləri nəzərdən keçirəcəyik.

Pis camaat Yehovaya qarşı deyinir

4. İsraillilər səhrada narazılıqlarını necə bildirirdilər?

4 İsraillilərin səhradakı 40 illik səyahəti zamanı baş verən hadisələrlə bağlı Müqəddəs Kitabda «deyinmək, şikayətlənmək, gileylənmək, narazılığını bildirmək» mə’nasını verən ibrani sözü işlədilir. Bə’zən israillilər deyinərək həyatlarından narazı olduqlarını bildirirdilər. Məsələn, Misir əsarətindən azad olduqdan cəmi bir neçə həftə sonra «bütün İsrail icması Musa ilə Harunun əlindən giley-güzar etdi». İsraillilər yeməkdən şikayət edərək deyirdilər: «Kaş ki Misir ölkəsində ət qazanlarının yanında oturanda doyunca çörək yediyimiz vaxt Rəbbin əlində öləydik! Çünki siz bizi bu səhraya buna görə gətirdiniz ki, bütün icmanı aclıqdan öldürəsiniz» (Çıxış 16:1-3).

5. İsraillilərin şikayəti əslində kimə qarşı yönəlmişdi?

5 Əslində, Yehova məhəbbətlə israillilərə qida və su verərək, onları səhrada ehtiyacları olan hər şeylə tə’min etmişdi. Onlar üçün heç vaxt səhrada acından ölmək təhlükəsi yaranmamışdı. Narazılıq əhval-ruhiyyəsi ilə israillilər öz vəziyyətlərini şişirtdilər və deyinməyə başladılar. Onların şikayətinin Musa və Haruna qarşı yönəlməsinə baxmayaraq, Yehovanın gözündə bu narazılığın əsl hədəfi Onun Özü idi. Musa israillilərə dedi: «Sizin Ona qarşı olan deyinməyinizi eşidən Odur. Axı biz kimik ki? Deyinməyiniz bizə qarşı deyil, Rəbbə qarşıdır» (Çıxış 16:4-8).

6, 7. Saylar 14:1-3 ayələrindən aydın olduğu kimi, israillilərin əhval-ruhiyyəsi necə dəyişdi?

6 Bu hadisədən çox keçməmiş israillilər yenidən deyindilər. Musa 12 nəfər kişini Və’d edilmiş diyarı nəzərdən keçirməyə göndərdi. Onlardan on nəfəri pis xəbərlə qayıtdı. Nəticəsi nə oldu? «İsrail övladları Musaya və Haruna qarşı deyindilər; bütün icma onlara dedi: “Kaş Misir torpağında və yaxud da bu səhrada öləydik! Nə üçün Rəbb bizi bu torpağa [Kən’an] aparır? Yə’ni biz qılıncla qırılaq? Arvadlarımız və uşaqlarımız əsir olacaqlar. Misirə qayıtmaq bizim üçün daha yaxşı olmazdımı?”» (Saylar 14:1-3).

7 İsraillilərin əhval-ruhiyyəsi necə də dəyişildi! Əvvəlcə onlar Misir əsarətindən qurtulduqlarına, o cümlədən, Qırmızı dənizi keçərək azad olunduqlarına görə minnətdarlıqdan irəli gələrək Yehovaya həmd nəğməsi oxudular (Çıxış 15:1-21). Səhrada narahatlıqlarla üzləşəndə və kən’anlılar qarşısında qorxuya düşəndə isə, Allahın xalqının minnətdarlığı narazılığa çevrildi. Azadlığa çıxdıqları üçün Allaha şükür etmək əvəzinə, Onu, yanlış olaraq məhrumiyyət kimi qiymətləndirdikləri şeydə günahlandırdılar. Deyinməkləri, onlarda Yehovanın qayğısına görə həqiqi minnətdarlığın çatışmadığını göstərirdi. Ona görə də Allahın: «Nə vaxta qədər bu pis camaat Mənə qarşı deyinəcək?» deməsi təəccüblü deyil (Saylar 14:27; 21:5).

Birinci əsrdə baş verən deyingənlik

8, 9. Yunanca Müqəddəs Yazılarda qələmə alınan deyingənliyə dair nümunə gətirin.

8 Əvvəlki deyingənlik hallarında insanlar öz narazılıqlarını açıq-aşkar ifadə edirdilər. Lakin İsa Məsih eramızın 32-ci ilində Çardaqlar bayramı zamanı Yerusəlimdə olarkən «xalq arasında onun haqqında çoxlu dedi-qodu var idi» (Yəhya 7:12, 13, 32). İnsanlar onun haqqında pıçıldaşır, bə’ziləri onun yaxşı, digərləri isə pis adam olduğunu deyirdilər.

9 Bir dəfə də İsa şagirdləri ilə birlikdə Levi, yə’ni Matta adlanan vergiyığanın evində qonaq idi. «Din alimləri və fəriseylər narazı qalaraq Onun şagirdlərinə: “Nə üçün vergiyığanlar və günahkarlarla yeyib-içirsiniz?” dedilər» (Luka 5:27-30). Bir qədər sonra Qalileyada «yəhudilər [İsanın]: “Mən göydən enən çörəyəm”, — dediyi üçün deyindilər». Hətta İsanın bə’zi davamçıları belə onun söylədiklərindən ikrah hissi duyaraq deyinməyə başladılar (Yəhya 6:41, 60, 61).

10, 11. Yunanca danışan yəhudilər nə üçün şikayətləndilər və məsihçi ağsaqqalları problemin həll edilməsindən hansı nümunəni götürə bilərlər?

10 Eramızın 33-cü ilində Pentikost günündən az sonra baş vermiş deyingənlik müsbət nəticələndi. Yəhudeyadakı şagirdlər başqa yerlərdən olan, yenicə imana gəlmiş həmimanlılara qonaqpərvərlik göstərirdilər, lakin bu zaman ərzaq ehtiyatlarının paylaşdırılması ilə bağlı problem yarandı. Bu barədə belə mə’lumat verilir: «Yunanca danışan yəhudilər ibranicə danışan yəhudilərdən şikayətlənməyə başladılar. Çünki onların dul qadınları gündəlik yardım almaqdan məhrum edilmişdilər» (Həvarilərin işləri 6:1).

11 Onların bu şikayəti səhradakı israillilərin deyingənliyindən fərqlənirdi. Yunanca danışan yəhudilər xudbinliklə öz həyatlarından narazılıq etmirdilər. Onlar bə’zi dul qadınların qayğısına lazımınca qalınmadığına diqqəti yönəldirdilər. Bundan başqa, şikayətçilər qarışıqlıq salmır, Yehovaya qarşı səslərini qaldırmırdılar. Onlar həvarilərə şikayətlənirdilər. Haqlı olaraq şikayət etdikləri üçün həvarilər tə’cili tədbir görməyə başladılar. Bu yetkin kişilər müasir məsihçi ağsaqqallarına necə də gözəl nümunə qoymuşlar! Ruhani çobanlar diqqətlə davranırlar ki, ‘qulaqlarını tutub kasıbın fəryadını eşitməyən’ olmasınlar (Süleymanın məsəlləri 21:13; Həvarilərin işləri 6:2-6).

Deyingənliyin zərərli tə’sirindən özünüzü gözləyin

12, 13. a) Deyingənliyin nəticələrini təsvir edin. b) İnsanı deyinməyə nə vadar edə bilər?

12 Nəzərdən keçirdiyimiz Müqəddəs Kitab nümunələrinin əksəriyyəti deyingənliyin keçmişdə Allahın xalqına çoxlu zərər vurduğunu göstərir. Ona görə də, yaxşı olardı ki, onun bu gün göstərə biləcəyi zərərli tə’siri barədə ciddi düşünək. Belə bir nümunə bizə kömək edə bilər. Bir çox metallar paslanmaya meyllidir. Əgər paslanmanın ilk əlamətlərinə əhəmiyyət verilməsə, metal o dərəcədə paslanar ki, yararsız hala düşər. Saysız-hesabsız avtomobil mexaniki nasazlıq deyil, metalın təhlükə yaradacaq dərəcədə paslanması ucbatından tullanır. Bu nümunəni deyingənliyə necə aid etmək olar?

13 Bə’zi metallar paslanmaya meylli olduğu kimi, qeyri-kamil insanlar da şikayətlənməyə meyllidirlər. Belə bir meyli duymaq üçün ayıq olmaq lazımdır. Rütubətli və duzlu mühit paslanmanı sür’ətləndirdiyi kimi, çətinliklər də bizi deyinməyə daha çox meylli edir. Gərginlik kiçik əsəbiləşməni böyük narazılığa çevirə bilər. Bu sistemin son günlərində vəziyyət pisləşdikcə, müvafiq olaraq, şikayətlənməyə də səbəblər artacaq (2 Timoteyə 3:1-5). Beləliklə, Yehovanın bir xidmətçisi digərinə qarşı deyinməyə başlaya bilər. Bu, az əhəmiyyətli məsələlər, məsələn, kiminsə zəifliklərindən, qabiliyyətindən və ya xidmət etmək üçün xüsusi imkanlarının olmasından doğan narazılıqlar ola bilər.

14, 15. Şikayətlənməyə meylliliyin qarşısını nə üçün almaq lazımdır?

14 Narazılığın səbəbi nə olursa-olsun, şikayətlənmək meylinin qabağını almasaq, həmişə hər şeydən narazı və deyingən ola bilərik. Bəli, deyinmənin vurduğu ruhani zərər bizi tamamilə korlaya bilər. İsraillilər səhradakı həyata görə deyinəndə, hədlərini aşaraq Yehovanı günahlandırmağa başladılar (Çıxış 16:8). Qoy bu heç vaxt bizimlə baş verməsin!

15 Metalın paslanmasının qarşısını, onu pasadavamlı boya ilə rəngləyərək və tək-tək düşən pas ləkələrini dərhal e’mal edərək almaq olar. Eyni tərzdə, əgər özümüzün şikayətlənməyə meylli olduğumuzu duyuruqsa, dərhal bu haqda dua etməklə onu idarə edə bilərik. Necə?

Hər şeyə Yehovanın nöqteyi-nəzəri ilə baxın

16. Şikayətlənməyə meylliliyə necə üstün gələ bilərik?

16 Deyinəndə biz fikrimizi özümüzə və problemlərimizə cəmləşdirir, Yehovanın Şahidi kimi malik olduğumuz xeyir-duaları arxa plana çəkirik. Şikayətlənməyə meylliliyə üstün gəlmək üçün bu xeyir-duaları həmişə yadda saxlamalıyıq. Məsələn, hər birimiz Yehovanın şəxsi adını daşımaq şərəfinə malikik (Yeşaya 43:10). Biz Onunla yaxın münasibət qura, habelə «duaları eşidən»lə hər zaman danışa bilərik (Məzmur 65:2; Yaqub 4:8). Ali hakimiyyətlə bağlı məsələni başa düşdüyümüzə və Allah qarşısında nöqsansızlığı qorumağın bizim üçün üstünlük olduğunu bildiyimizə görə həyatımızın həqiqi mə’nası vardır (Süleymanın məsəlləri 27:11). Biz Padşahlıq haqqında xoş xəbəri müntəzəm olaraq təbliğ edirik (Matta 24:14). İsa Məsihin fidiyə qurbanlığına iman sayəsində təmiz vicdana malikik (Yəhya 3:16). Nələrə tab gətirməli olduğumuzdan asılı olmayaraq, biz sadaladığımız xeyir-dualara malikik.

17. Şikayətlənməyə əsaslı səbəb olsa belə, nəyə görə baş verənlərə Yehovanın nöqteyi-nəzəri ilə baxmağa çalışmalıyıq?

17 Gəlin baş verənlərə özümüzün deyil, Yehovanın nöqteyi-nəzəri ilə baxaq. Məzmurçu Davud oxuyurdu: «Ya Rəbb, yollarını mənə göstər, ardınca getməyi mənə öyrət» (Məzmur 25:4). Əgər şikayətlənmək üçün əsaslı səbəbimiz varsa, bu, Yehovanın diqqətindən yayınmamışdır. O, məsələni dərhal həll edə bilər. Belə isə, nə üçün bə’zən çətinliyin davam etməsinə yol verir? Ola bilsin, O buna bizdə səbir, dözümlülük və iman kimi gözəl keyfiyyətlərin inkişaf etdirilməsi üçün yol verir (Yaqub 1:2-4).

18, 19. Narahatçılıqlara şikayətsiz tab gətirdikdə hansı nəticələr əldə oluna bilər?

18 Narahatçılıqlara şikayətlənmədən tab gətirməyimiz təkcə şəxsiyyətimizi yaxşılaşdırmaqda kömək etmir, bu, həm də bizi müşahidə edənlərə yaxşı tə’sir bağışlaya bilər. 2003-cü ildə bir qrup Yehovanın Şahidi avtobusla Almaniyadan Macarıstana konqresə gedirdi. Sürücü Yehovanın Şahidi deyildi və on gün ərzində Şahidlərlə olacağı onu heç də şevindirmirdi. Lakin yolun sonunda onun fikri tamamilə dəyişmişdi. Nə üçün?

19 Yolda bə’zi narahatçılıqlar olmuşdu. Lakin Şahidlər bir dəfə də olsun şikayətlənmədilər. Sürücü dedi ki, Şahidlər onun bu vaxtacan olan ən yaxşı sərnişinləri idilər. Şahidlər gələn dəfə onun qapısını döyəndə onları içəri də’vət edəcəyini və diqqətlə dinləyəcəyini və’d etdi. Bacı-qardaşlar ‘hər şeyi şikayətsiz icra etməklə’ necə də gözəl təəssürat oyatdılar!

Bağışlamaq birliyin açarıdır

20. Bir-birimizi nə üçün bağışlamalıyıq?

20 Əgər həmimanlımızdan şikayətimiz varsa, onda necə? Məsələ ciddidirsə, o zaman Matta 18:15-17 ayələrində yazılmış İsanın söylədiyi prinsipləri tətbiq etmək gərəkdir. Lakin buna həmişə ehtiyac olmur, çünki narazılıqların əksəriyyəti bir o qədər də əhəmiyyətli olmur. Nə üçün yaranan vəziyyətdən bağışlamaq üçün fürsət kimi istifadə etməyək? Pavel yazırdı: «Bir-birinizə təhəmmül edin və birinizin digərindən şikayəti varsa, bağışlasın. Məsih sizi bağışladığı kimi, siz də bir-birinizi bağışlayın. Bütün bunlarla yanaşı, kamil birliyin bağı olan məhəbbəti geyin» (Koloslulara 3:13, 14). Bağışlamaq üçün əsas tapa bilərikmi? Məgər Yehovanın bizdən şikayətlənməyə səbəbi yoxdur? Ancaq, O, hər dəfə mərhəmət göstərərək, bizi bağışlayır.

21. Deyinən adama qulaq asanlarda hansı hisslər yarana bilər?

21 Narazılığın səbəbi nə olursa-olsun, deyinmək problemləri həll etməyəcək. «Deyinmək» kimi tərcümə olunan ibrani sözü həm də «donquldanmaq» mə’nasını verir. Çox güman ki, deyingən adamın yanında özümüzü narahat hiss edir və ondan uzaq durmağa çalışırıq. Əgər biz deyiniriksə, bizi dinləyənlər də eyni hissləri keçirəcəklər. Onlar özlərini o dərəcədə narahat hiss edə bilərlər ki, bizdən kənar durmağa çalışarlar. Deyinməklə kiminsə diqqətini cəlb edə bilərik, ancaq bununla heç kimin ürəyini fəth etmək mümkün deyil.

22. Yehovanın Şahidləri haqda bir qız hansı ürək sözlərini söyləmişdir?

22 Bağışlamaqla Yehovanın xalqının yüksək qiymətləndirdiyi birliyi qoruyuruq (Məzmur 133:1-3). Bir Avropa ölkəsində 17 yaşlı katolik qız Yehovanın Şahidlərinin filialına məktub yazaraq, onlara valeh olduğunu söyləmişdi. O yazmışdır: «Bu təşkilat tanıdığım yeganə təşkilatdır ki, üzvləri nifrət, tamahkarlıq, dözülməzlik, xudbinlik və hərc-mərcliklə parçalanmayıb».

23. Növbəti məqalədə nəyi müzakirə edəcəyik?

23 Həqiqi Allah Yehovanın xidmətçiləri olaraq aldığımız bütün ruhani xeyir-dualara görə minnətdarlıq birliyi qorumağa və şəxsi məsələlərdə başqalarından şikayətlənməkdən qaçınmağa kömək edəcək. Növbəti məqalədən Allaha məqbul keyfiyyətlərin daha təhlükəli bir şikayətlənmədən — Yehovanın təşkilatının yerdəki hissəsinə şikayətlənməkdən bizi necə qoruduğunu öyrənəcəyik.

Xatırlayırsınızmı?

• Deyinmək nə deməkdir?

• Deyinməyin göstərdiyi tə’siri necə təsvir etmək olar?

• Deyinmək meylinin öhdəsindən necə gələ bilərik?

• Bağışlamağa hazır olmaq deyinməkdən qaçınmaqda bizə necə kömək edə bilər?

[6-cı səhifədəki şəkil]

İsraillilər əslində Yehovaya qarşı deyinirdilər!

[9-cu səhifədəki şəkil]

Sən baş verənlərə Yehovanın nöqteyi-nəzəri ilə baxmağa çalışırsanmı?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş