Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w07 1/4 s. 27—31
  • Məhəbbətli çobanlara tabe olun

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Məhəbbətli çobanlara tabe olun
  • Gözətçi qülləsi 2007
  • Başlıqlar
  • Oxşar material
  • Yehovanın yığıncağa bəxş etdiyi hədiyyələr
  • Ağsaqqallara itaət edir və tabe oluruq
  • Həvəslə əməkdaşlıq etmək üçün dörd səbəb
  • Tabe olduğumuzu əməldə göstəririk
  • Yehova həvəslə əməkdaşlıq edənlərə xeyir-dua verir
  • Yehovanın çobanlarına itaət edin
    Gözətçi qülləsi 2013
  • Çobanlar, Böyük Çobanı təqlid edin
    Gözətçi qülləsi 2013
  • Məsih öz yığıncağına rəhbərlik edir
    Gözətçi qülləsi 2002
Gözətçi qülləsi 2007
w07 1/4 s. 27—31

Məhəbbətli çobanlara tabe olun

«Öz rəislərinizə itaət edin, onlara tabe olun» (İBRANİLƏRƏ 13:17).

1, 2. Yehovanın və İsanın məhəbbətli Çobanlar olduqlarını hansı ayələr göstərir?

YEHOVA ALLAH və Onun Oğlu İsa Məsih məhəbbətli Çobanlardır. Yeşaya peyğəmbərlik etmişdi: «Budur, Xudavənd Rəbb Öz qüvvəsi ilə gəlir, O, qüdrətlə hökm edəcək... O Öz sürüsünü çoban kimi otaracaq, quzuları qucağına alacaq, sinəsində gəzdirəcək, sağmal heyvanların qayğısını çəkib otaracaq» (Yeşaya 40:10, 11).

2 Həqiqi ibadətin bərpa olunması haqqındakı bu peyğəmbərlik ilk dəfə b. e. ə. 537-ci ildə yəhudilər vətənlərinə qayıdanda yerinə yetdi (2 Salnamələr 36:22, 23). O, ikinci dəfə 1919-cu ildə məsh olunmuşlar ‘Böyük Babildən’ Kirdən də böyük olan İsa Məsih tərəfindən azad olanda yerinə yetdi (Vəhy 18:2; Yeşaya 44:28). Yehova bu qüdrətli Padşahdan istifadə edərək qoyunları toplayır və nəvazişlə onların qayğısına qalır. İsa da özü haqqında demişdi: «Yaxşı çoban Mənəm; Mənimkiləri tanıyıram... Mənimkilər də Məni tanıyırlar» (Yəhya 10:14, 15).

3. Qoyunlarla rəftarından Yehovanın məhəbbət dolu qayğısı necə görünür?

3 Yeşaya 40:10, 11 ayələrində Yehovanın Öz xalqının qeydinə nəvazişlə qaldığı təsvir edilir (Məzmur 23:1-6). Yer üzündə xidmət edərkən İsa da öz davamçılarının və ümumiyyətlə hamının qayğısına qalırdı (Matta 11:28-30; Mark 6:34). Həm Yehova, həm də İsa xalqa laqeyd yanaşan və utanmadan onu istismar edən İsrail çobanlarının, yə’ni rəhbərlərinin insafsızlığına nifrət edirdi (Yezekel 34:2-10; Matta 23:3, 4, 15). Yehova söz verirdi: «Mən sürümü xilas edəcəyəm. Onlar daha qarət malı olmayacaq və qoyunla qoyun arasında Mən hökm edəcəyəm. Başlarına onları otaran yeganə çoban olaraq qulum Davudu qoyacağam. Onları o otaracaq, çobanları da o olacaq» (Yezekel 34:22, 23). Bu sistemin sonunda Davuddan da böyük olan İsa Məsih Yehovanın yer üzündəki bütün xidmətçilərinin, həm məsh edilmişlərin, həm də ‘başqa qoyunların’ üzərində tə’yin etdiyi ‘yeganə çobandır’ (Yəhya 10:16).

Yehovanın yığıncağa bəxş etdiyi hədiyyələr

4, 5. a) Yehova xalqına hansı dəyərli hədiyyəni verib? b) İsa yığıncağa hansı hədiyyəni bəxş edib?

4 Xidmətçiləri üzərinə ‘yeganə çobanı’ — İsa Məsihi qoymaqla Yehova məsihçi yığıncağına dəyərli hədiyyə bəxş etdi. Bu səmavi Rəhbər haqqında Yeşaya 55:4 ayəsində peyğəmbərlik edilmişdi: «Budur, onu ümmətlərə şahid, başçı və hökmdar etdim». Həm məsh olunmuşların, həm də ‘böyük izdihamın’ üzvləri arasında bütün millətlərdən, qəbilələrdən, xalqlardan və dillərdən insanlar vardır (Vəhy 5:9, 10; 7:9). Onlar «yeganə çoban» olan İsa Məsihin rəhbərliyi altında ‘tək sürünü’ — beynəlxalq yığıncağı təşkil edirlər.

5 İsa da öz növbəsində yer üzündəki yığıncağına qiymətli hədiyyə bəxş etmişdir. O, Yehovanı və onun özünü təqlid edən sədaqətli ağsaqqalları sürünün qayğısına məhəbbətlə qalmaq üçün tə’yin etmişdir. Həvari Pavel Efesdəki məsihçilərə məktubunda bu hədiyyədən danışaraq yazırdı: «“Yüksəyə qalxdı və bir ordu əsiri də Özü ilə apardı. O, insanlara [«insanlar timsalında», YD] hədiyyələr verdi”. Müqəddəslərin xidmət işləri üçün mükəmməlləşməsi və Məsihin Bədəninin inkişafı üçün, kimi həvari, kimi peyğəmbər, kimi müjdəçi, kimi çoban və kimi də müəllim tə’yin etdi» (Efeslilərə 4:8, 12, 13, İ–93).

6. Vəhy 1:16, 20 ayələrində məsh olunmuş ağsaqqallar necə təsvir olunurlar və başqa qoyunlar sırasından olan ağsaqqallar haqqında nə demək olar?

6 «İnsanlar timsalında hədiyyələr» Yehova və İsanın sürünü nəvazişlə otarmaq üçün müqəddəs ruh vasitəsilə tə’yin etdiyi ağsaqqallardır (Həvarilərin işləri 20:28, 29). Lap əvvəllər ağsaqqalların hamısı məsh olunmuşlar idilər. Məsh edilmişlərin yığıncağında xidmət edən bu ağsaqqallar Vəhy 1:16, 20 ayələrində Məsihin sağ əlində tutduğu, yə’ni nəzarəti altında olan ‘ulduzlar’ və ya ‘mələklər’ kimi təsvir olunurlar. Axır günlərdə məsh olunmuş ağsaqqalların sayı get-gedə azaldığı üçün yığıncaqdakı ağsaqqalların əksəriyyəti başqa qoyunlardandır. Onlar müqəddəs ruhun rəhbərliyi altında Rəhbərlik Şurasının nümayəndələri tərəfindən tə’yin olunduqlarından, demək olar ki, bu ağsaqqallar da Yaxşı Çoban İsa Məsihin sağ əlində, yə’ni nəzarəti altındadırlar (Yeşaya 61:5, 6). Ağsaqqallarımız yığıncağın Başı olan Məsihə tabe olduqları üçün biz onlarla hər bir sahədə əməkdaşlıq etməliyik (Koloslulara 1:18).

Ağsaqqallara itaət edir və tabe oluruq

7. Həvari Pavel ağsaqqallara necə münasibət göstərməyi məsləhət edirdi?

7 Bizim səmavi Çobanlarımız Yehova Allah və İsa Məsih bizdən yığıncaqdakı məs’ul qardaşlara itaət edib, onlara tabe olmağımızı gözləyir (1 Peter 5:5). Həvari Pavel Allahdan ilham alaraq yazmışdı: «Allahın kəlamını sizə nağıl edən rəislərinizi yada salın. Onların yaşayışının nəticəsinə baxaraq, imanlarını təqlid edin. Öz rəislərinizə itaət edin, onlara tabe olun; çünki hesabat verəcək olanlar kimi, onlar hər zaman sizin canlarınızın qeydinə qalırlar. Onlara tabe olun ki, onlar bunu can çəkə-çəkə deyil, sevinclə etsinlər. Çünki əgər bunu can çəkə-çəkə etsələr, sizə fayda olmaz» (İbranilərə 13:7, 17).

8. Pavel bizi nəyə ‘baxmağa’ səsləyir və biz necə ‘itaət etməliyik’?

8 Diqqət yetirin ki, həvari Pavel bizi ağsaqqalların sədaqətli davranışının gətirdiyi nəticəyə ‘baxmağa’, yə’ni diqqətlə müşahidə etməyə və bu iman nümunələrini təqlid etməyə çağırırdı. Bundan başqa o, bizə məsləhət görür ki, ağsaqqalların rəhbərliyinə itaət edib, tabe olaq. Müqəddəs Kitab alimi R. T. Frans izah edir ki, «orijinal yunan əlyazmasında “itaət edin” ifadəsi adi itaətkarlığı bildirmir, o, hərfi mə’nada “əmin olmaq” deməkdir, bu da öz növbəsində onların rəhbərliyini həvəslə qəbul etməyi bildirir». Ağsaqqallara ona görə tabe oluruq ki, Allahın Kəlamı bizi buna səsləyir. Biz həm də əminik ki, onlar Padşahlıq işinin irəliləməsini və bizim yaxşılığımızı istəyirlər. Onların rəhbərliyini həvəslə qəbul etsək, bunun bizə mütləq xeyri dəyəcək.

9. İtaət etməklə yanaşı, ‘tabe olmaq’ nə üçün vacibdir?

9 Bəs əgər ağsaqqalın məsləhətinin o qədər də düzgün olduğuna əmin deyiliksə, onda necə? Bax elə bu zaman onlara tabe olmaq gərəkdir. Hər şey aydındırsa, məsləhət ürəyimizcədirsə, onda itaət etməyə nə var ki? Ancaq göstərişi başa düşməyəndə ona əsasən hərəkət etməyə razılaşsaq, ağsaqqallara həqiqətən də tabe olduğumuzu göstərəcəyik. Sonralar həvari olan Peter də tabe olmağa hazır olduğunu göstərmişdi (Luka 5:4, 5).

Həvəslə əməkdaşlıq etmək üçün dörd səbəb

10, 11. Ağsaqqallar hansı mə’nada Allahın Kəlamını birinci əsrdə və bizim günlərdə nağıl ediblər?

10 Yuxarıda sitat gətirilən İbranilərə 13:7, 17 ayələrində həvari Pavel ağsaqqallara itaət edib tabe olmağın dörd səbəbini gətirir. Birincisi odur ki, onlar bizə ‘Allahın kəlamını nağıl ediblər’. Unutma ki, İsanın yığıncağa bəxş etdiyi «insanlar timsalında hədiyyələr» ‘müqəddəslərin mükəmməlləşməsi’ üçündür (Efeslilərə 4:11, 12). O, birinci əsrdəki məsihçilərin düşüncə tərzini və davranışını sadiq ağsaqqalların vasitəsilə düzəldirdi. Bu ağsaqqallardan bə’ziləri Allahdan ilham alaraq yığıncaqlara məktublar yazmışdılar. O, erkən məsihçilərə rəhbərlik vermək və onları möhkəmləndirmək üçün ruhla tə’yin olunmuş ağsaqqallardan istifadə edirdi (1 Korinflilərə 16:15-18; 2 Timoteyə 2:2; Titusa 1:5).

11 Bu gün İsa sadiq və ağıllı qulun vasitəsilə bizə rəhbərlik edir. Bu qulu isə Rəhbərlik Şurası və ağsaqqallar təmsil edir (Matta 24:45). «Baş Çoban» İsa Məsihə hörmətdən irəli gələrək biz Pavelin məsləhətinə qulaq asırıq: «Aranızda zəhmət çəkənlərə və Rəbb yolunda sizə rəislik edənlərə və sizə nəsihət verənlərə hörmət edin» (1 Peter 5:4; 1 Salonikililərə 5:12; 1 Timoteyə 5:17).

12. Ağsaqqallar hər zaman canlarımızın qeydinə necə qalırlar?

12 Məsihçi ağsaqqalları ilə əməkdaşlıq etməyin ikinci səbəbi ‘onların hər zaman canlarımızın qeydinə qalmasıdır’. Onlar bizim münasibətimizdə və ya davranışımızda ruhaniliyimiz üçün təhlükə yaradacaq nə isə görəndə düzəlməyimiz üçün məsləhət verirlər (Qalatiyalılara 6:1). Yunan dilindən «hər zaman qeydinə qalmaq» kimi tərcümə olunan ifadə hərfi mə’nada «yatmamaq, oyaq durmaq» kimi tərcümə olunur. Bir ilahiyyatçının sözlərinə görə bu, ‘çobanın sayıqlığının heç zaman zəifləməməsi’ deməkdir. Onlar ruhani sayıqlığı qorumaqla yanaşı, bizim rifahımız üçün hətta gecə yuxusuna da haram qatırlar. Bəs belə isə «qoyunların böyük Çobanı» İsa Məsih kimi sürünün məhəbbətlə qayğısına qalan bu ağsaqqallarla canla-başla əməkdaşlıq etməli deyilikmi? (İbranilərə 13:20).

13. Ağsaqqallar və bütün məsihçilər kimə və nəyə görə cavab verəcəklər?

13 Üçüncü səbəb ondan ibarətdir ki, ağsaqqallar «hesabat verəcək olanlar kimi» canlarımızın qeydinə qalırlar. Ağsaqqallar başa düşürlər ki, onlar səmavi Çobanlar Yehova Allahın və İsa Məsihin rəhbərliyi altında xidmət edirlər (Yezekel 34:22-24). Qoyunların Sahibi onları ‘Öz Oğlunun qanı bahasına əldə etmiş’ Yehovadır və ağsaqqallar sürü ilə necə rəftar etdiklərinə görə Ona hesabat verəcəklər. Onlar sürü ilə ‘rəhmlə’ davranmalıdırlar (Həvarilərin işləri 20:28, 29). Beləliklə biz də rəhbərliyinə göstərdiyimiz münasibətə görə Allah qarşısında cavab verəcəyik (Romalılara 14:10-12). Tə’yin olunmuş ağsaqqallara itaət etməklə yığıncağın Başı Məsihə tabe olduğumuzu göstəririk (Koloslulara 2:19).

14. Ağsaqqalların «can çəkə-çəkə» xidmət etmələrinə nə səbəb ola bilər və bunun nəticəsi nə olar?

14 Pavel məsihçi ağsaqqallarına tabe olmağın dördüncü səbəbini belə izah edirdi: «Onlar bunu can çəkə-çəkə deyil, sevinclə etsinlər. Çünki əgər bunu can çəkə-çəkə etsələr, sizə fayda olmaz» (İbranilərə 13:17). Tə’lim vermək, sürünün qeydinə qalmaq, təbliğ işində rəhbərliyi üzərlərinə götürmək, ailələrini dolandırmaq və yığıncaqdakı problemləri həll etmək ağsaqqallar üçün çox böyük məs’uliyyətdir (2 Korinflilərə 11:28, 29). Əgər onlarla əməkdaşlıq etməsək, yüklərini artırmış oluruq. Onlar da öz işlərini «can çəkə-çəkə» görəcəklər. Bizim əməkdaşlıq etməməyimiz Yehovanı narazı salır və bizə ziyan vurur. Ancaq ağsaqqallara layiqincə hörmət göstərib, onlarla əməkdaşlıq etsək, onlar öz vəzifələrini sevinclə yerinə yetirəcək və bu da Padşahlığın təbliği işinin yekdilliklə və sevinclə həyata keçirilməsinə kömək edəcək (Romalılara 15:5, 6).

Tabe olduğumuzu əməldə göstəririk

15. Ağsaqqallara itaət etdiyimizi və tabe olduğumuzu necə göstərə bilərik?

15 Ağsaqqallarla bir çox sahələrdə əməkdaşlıq edə bilərik. Sahədəki şəraitə uyğunlaşmaq üçün ağsaqqallar təbliğ üçün görüşləri elə günlərdə və saatlarda keçirə bilərlər ki, sənə öz qrafikində dəyişiklik etmək lazım gələ bilər. Bu tədbirlərdə iştirak etmək üçün əlindən gələni et. Bu sənə gözləmədiyin xeyir-duaları gətirəcək. Bəlkə xidməti nəzarətçi kitaböyrənməyə baş çəkir. Gəlin çalışaq həmin həftə ərzində təbliğdə mümkün qədər çox iştirak edək. Teokratik Xidmət Məktəbində sənə tapşırıq verilib? Çalış həmin görüşü buraxma və tapşırığını yerinə yetir. Kitaböyrənmə nəzarətçisi Padşahlıq Zalının yığışdırılmasında sizin qrupun növbəsi olduğunu deyir? Gəlin imkanımız və gücümüz daxilində onunla əməkdaşlıq edək. Bu və başqa üsullarla Yehovanın və Onun Oğlunun sürünün qayğısına qalmaq üçün tə’yin etdiyi qardaşlara tabe olduğumuzu göstərərik.

16. Əgər ağsaqqal rəhbərliyə uyğun davranmırsa, nə üçün bu bizim itaətsizlik göstərməyimizə bəraət qazandırmır?

16 Bə’zən elə ola bilər ki, ağsaqqal sadiq qulun və onun Rəhbərlik Şurasının göstərişlərinə uyğun davranmasın. Əgər o belə davam etsə, onda ‘canlarımızın Çobanına və Nəzarətçisi’ Yehovaya cavab verməli olacaq (1 Peter 2:25). Ancaq ağsaqqalların səhvə yol verməsi bizim itaətsizlik göstərməyimizə bəraət qazandırmır. Yehova itaətsizliyə və üsyankarlığa xeyir-dua vermir (Saylar 12:1, 2, 9-11).

Yehova həvəslə əməkdaşlıq edənlərə xeyir-dua verir

17. Ağsaqqallarımıza necə münasibət bəsləməliyik?

17 Yehova Allah bilir ki, tə’yin etdiyi ağsaqqallar qeyri-kamil insanlardır. Buna baxmayaraq, O onlardan istifadə edərək Öz ruhunun vasitəsilə xalqının qayğısına qalır. Ağsaqqallara və bizim hamımıza verilən ‘ən üstün qüdrət Allaha aiddir’ (2 Korinflilərə 4:7). Buna görə də sadiq ağsaqqallarımız vasitəsilə həyata keçirdiyi hər şeyə görə Yehovaya minnətdar olmalı və onlarla həvəslə əməkdaşlıq etməliyik.

18. Ağsaqqallarımıza tabe olmaqla biz nəyi nümayiş etdiririk?

18 Ağsaqqallar əllərindən gələni edirlər ki, Yeremya 3:15 ayəsində Yehovanın Öz sürüsü üzərinə qoyacağı ağsaqqallara bənzəsinlər: «Ürəyimə yatan çobanları sizə verəcəyəm, sizə ağıl və müdrikliklə rəhbərlik edəcəklər». Sözsüz ki, aramızda olan ağsaqqallar Yehovanın xalqına tə’lim verərək və onları müdafiə edərək tə’rifəlayiq işi həyata keçirirlər. Gəlin həmişə onlarla həvəslə əməkdaşlıq edərək, onlara itaət edib, tabe olaraq ağır zəhmətlərini qiymətləndirdiyimizi göstərək. Belə etməklə biz səmavi Çobanlarımız Yehova Allah və İsa Məsihə minnətdar olduğumuzu nümayiş etdirəcəyik.

Təkrar üçün suallar

• Yehova Allah və İsa Məsih məhəbbətli Çobanlar olduqlarını necə göstərmişlər?

• İtaət etməklə yanaşı nə üçün tabe olmaq da gərəkdir?

• Hansı yollarla ağsaqqallara tabe olduğumuzu göstərə bilərik?

[27-ci səhifədəki şəkil]

Məsihçi ağsaqqallar Məsihin rəhbərliyinə tabe olurlar.

[29-cu səhifədəki şəkillər]

Yehovanın tə’yin etdiyi ağsaqqallara tabe olduğumuzu müxtəlif yollarla göstərə bilərik.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş