Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w07 1/4 s. 22—26
  • Məsihə və onun sadiq quluna sədaqətliyik

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Məsihə və onun sadiq quluna sədaqətliyik
  • Gözətçi qülləsi 2007
  • Başlıqlar
  • Oxşar material
  • Sadiq qul
  • Məsihin yer üzündəki malikanəsinin idarəsi
  • Sadiq qulun təmsilçisi
  • Sadiq qula layiqincə hörmət bəsləyirik
  • Qul sinfini sədaqətlə dəstəkləyirik
  • Onlar ‘Quzunun ardınca gedirlər’
    Gözətçi qülləsi 2009
  • Həm sadiq, həm də ağıllı “qul”
    Gözətçi qülləsi 2004
  • «Sadiq və ağıllı nökər görəsən, kimdir?»
    Gözətçi qülləsi 2013
  • Sadiq nökərbaşı və onun rəhbərlik şurası
    Gözətçi qülləsi 2009
Əlavə
Gözətçi qülləsi 2007
w07 1/4 s. 22—26

Məsihə və onun sadiq quluna sədaqətliyik

«Ağası bütün malikanəsinin idarəsini ona tapşıracaqdır» (MATTA 24:45-47).

1, 2. a) Müqəddəs Kitaba əsasən bizim Rəhbərimiz kimdir? b) Nədən görünür ki, Məsih hər bir yığıncaqda baş verənlərlə yaxından tanışdır?

«ÖZÜNÜZƏ “rəhbər” dedirtməyin; çünki Rəhbəriniz birdir — Məsihdir» (Matta 23:10, YD). Bu sözlərlə İsa Məsih davamçılarına açıq-aydın dedi ki, yer üzündə insanlardan heç kim onların rəhbəri olmayacaq. Onların ancaq bir səmavi Rəhbəri olacaq, o da İsa Məsihdir. Bu vəzifəyə onu Allah tə’yin edib. Yehova onu «ölülərdən diriltdi... bütün şeylərin üzərində rəhbər olmaq üzrə, Onu imanlılar cəmiyyətinə verdi. Cəmiyyət isə, Onun Bədənidir» (Efeslilərə 1:20-23, İ–93).

2 Məsih yığıncaqda ‘bütün şeylərin üzərində rəhbər’ tə’yin olunduğu üçün, orada baş verənlərin hamısı onun nəzarəti altındadır. Heç bir şey onun diqqətindən yayınmır. O, hər yığıncağın ruhani vəziyyətini diqqətlə müşahidə edir. Eramızın birinci əsrinin sonunda həvari Yəhyaya verilən vəhydə bu daha aydın görünür. Burada yazılan yeddi yığıncağa İsa beş dəfə demişdi ki, onların əməllərindən, yaxşı və zəif cəhətlərindən xəbərdardır və müvafiq olaraq, onlara məsləhət verib ruhlandırırdı (Vəhy 2:2, 9, 13, 19; 3:1, 8, 15). Biz əmin ola bilərik ki, Məsih Kiçik Asiyada, Fələstində, Suriyada, Babilistanda, Yunanıstanda, İtaliyada və başqa yerlərdə olan yığıncaqlarda da ruhani vəziyyətin nə yerdə olduğu ilə yaxından tanış idi (Həvarilərin işləri 1:8). Bəs bizim günlərdə necə?

Sadiq qul

3. Nəyə görə Məsihi başla və onun yığıncağını bədənlə müqayisə etmək münasibdir?

3 Diriləndən sonra və göyə, Atasının yanına qalxmazdan bir qədər əvvəl İsa davamçılarına demişdi: «Göydə və yer üzündə bütün hakimiyyət Mənə verilmişdir... və budur, mən, dövrün sonuna qədər hər gün sizinləyəm» (Matta 28:18-20). İsa davamçılarına söz verdi ki, onlara daima rəhbərlik edəcək. Həvari Pavel efeslilərə və koloslulara məktubunda Başı Məsih olan məsihçi yığıncağını ‘bədənlə’ müqayisə etdi (Efeslilərə 1:22, 23; Koloslulara 1:18). Bir kitabda deyilir ki, «bu bənzətmə yalnız Başla birgə olmağın vacibliyini deyil, həm də bədən üzvlərinin Başa tabe olmasını bildirir. Bədən üzvləri Başın alətidir» («The Cambridge Bible for Schools and Colleges»). 1914-cü ildə padşahlıq taxtına çıxandan sonra Məsih hansı qrupu öz aləti kimi istifadə edir? (Daniel 7:13, 14).

4. Malaki peyğəmbərin sözlərinə əsasən, Yehova ilə Məsih ruhani mə’bədi yoxlamağa gələndə orada nə gördülər?

4 Malaki peyğəmbər əvvəlcədən demişdir ki, «Xudavənd» Yehova, taxta yenicə qalxmış Oğlu, «əhd elçisi» İsa Məsihlə birlikdə «mə’bədinə» və ya ruhani ibadət evinə gələcək, onu mühakimə edib yoxlayacaq. Allahın evinin mühakiməsi üçün müəyyən olunmuş ‘vaxt’, görünür, 1918-ci ildən başlayıba (Malaki 3:1; 1 Peter 4:17). Allahı təmsil etdiyini və Ona həqiqətən ibadət etdiyini iddia edənlər lazımi qaydada yoxlanıldı. Əsrlər boyu Allahı rüsvay edən tə’limlər yayan və Birinci Dünya müharibəsindəki qırğınlarda əli olmuş Xristian dünyasının kilsələri Allah tərəfindən rədd olundular. Məsh olunmuş məsihçilərin sadiq qalığı imtahan olundu, alovla təmizləndi və Yehovaya məqbul olan və ‘salehliklə qurbanlar gətirən’ xalq oldu (Malaki 3:3).

5. İsanın öz iştirakı ilə əlaqədar söylədiyi peyğəmbərliyə əsasən sadiq qul kim oldu?

5 Malakinin peyğəmbərliyinə uyğun olaraq, İsa davamçılarına özünün iştirakına və ‘dövrün sonuna’ dair əlamətləri söyləyəndə oraya «qul» sinfinin də təsvirini daxil etmişdi. O demişdi: «Vaxtlı-vaxtında onlara yemək vermək üçün, ağasının öz nökərlərı üzərinə qoyduğu sadiq və ağıllı qul kimdir? O qul nə bəxtiyardır ki, ağası gəldiyi zaman, onu bu cür iş görməkdə tapacaqdır. Sizə doğrusunu deyirəm ki, ağası bütün malikanəsinin idarəsini ona tapşıracaqdır» (Matta 24:3, 45-47). Məsih 1918-ci ildə ‘qulu’ yoxlamaq üçün «gəldiyi zaman» 1879-cu ildən bəri bu jurnaldan və Allahın Kəlamına əsaslanan digər nəşrlərdən istifadə edərək ‘vaxtlı-vaxtında yemək verən’ ruhla məsh olunmuş sadiq şagirdlərinin qalığını tapır, onları özünün aləti və ya ‘qulu’ kimi qəbul edib 1919-cu ildə yer üzündəki bütün malikanəsinin idarəsini onlara tapşırır.

Məsihin yer üzündəki malikanəsinin idarəsi

6, 7. a) İsa sadiq ‘qulunu’ hansı başqa sözlə adlandırmışdı? b) ‘Nökərbaşının’ işinə nə daxildir?

6 İsa öz iştirakı və yer üzündə onu təmsil edəcək ‘qulun’ olması ilə bağlı peyğəmbərlik söyləməzdən bir neçə ay əvvəl bu ‘qul’ haqqında söhbət açdı, onu başqa cür adlandıraraq qulun gələcəkdəki vəzifəsini daha da aydınlaşdırdı: «Vaxtlı-vaxtında onlara yemək paylarını vermək üçün ağasının nökərləri üzərinə qoyduğu sadiq və ağıllı nökərbaşı kimdir? Həqiqəti sizə deyirəm ki, ağası bütün malikanəsinin idarəsini ona tapşıracaqdır» (Luka 12:42, 44).

7 Burada qul nökərbaşı adlandırılır. Bu söz yunan dilindən tərcümədə «evi idarə edən» mə’nasını daşıyır. Nökərbaşı sinfi sadəcə olaraq Müqəddəs Kitabdan maraqlı fikirləri izah edən bir qrup ziyalı olmayacaqdı. «Vaxtlı-vaxtında» faydalı ruhani qida verməkdən əlavə, ‘sadiq nökərbaşı’ Məsihin nökərlərinin hamısının üzərində tə’yin olunur ki, Məsihin ‘bütün malikanəsini’, yer üzündəki yığıncağını və onun fəaliyyətini idarə etsin. İsanın bütün malikanəsinə nə daxildir?

8, 9. Qula hansı ‘malikanəni’ idarə etmək tapşırılıb?

8 Qulun üzərinə düşən məs’uliyyətə Məsihin davamçılarının öz fəaliyyətlərini yerinə yetirmək üçün istifadə etdiyi maddi əmlaka, başqa sözlə Yehovanın Şahidlərinin ümumdünya mərkəzi idarəsi, filialları, habelə bütün dünyada ibadət üçün nəzərdə tutulan Padşahlıq və konqres zallarına nəzarət də daxildir. Daha vacibi isə odur ki, qul sinfi həftəlik görüşlərdə və müntəzəm keçirilən konqreslərdə Müqəddəs Kitabın öyrənilməsi ilə əlaqədar ruhani cəhətdən faydalı proqramın hazırlanmasına nəzarət edir. Bu cür görüşlərdə peyğəmbərliklərin yerinə yetməsi və Müqəddəs Kitab prinsiplərinin gündəlik həyatda necə tətbiq edilməsi haqqında danışılır.

9 Nökərbaşının vəzifəsinə həm də «Səmavi Səltənət haqqında olan bu Müjdə»nin təbliğinə və bütün xalqlardan şagird hazırlamaq işinə nəzarət etmək daxildir. Şagird hazırlamaq isə insanlara yığıncağın Başı Məsihin tapşırdığı hər şeyə riayət etməyi öyrətmək deməkdir (Matta 24:14; 28:19, 20; Vəhy 12:17). Təbliğ və tə’lim işi məsh olunmuşların sadiq köməkçiləri böyük izdihamın toplanmasına səbəb olmuşdur. ‘Bütün millətlərin cah-cəlalı’ olan bu insanlar, şübhəsiz ki, sadiq qula həvalə edilmiş dəyərli ‘malikanənin’ bir hissəsidirlər (Vəhy 7:9; Haqqay 2:7).

Sadiq qulun təmsilçisi

10. Birinci əsrdə yığıncaqlar üçün qərarları kim qəbul edirdi və bu yığıncaqlara hansı tə’siri göstərirdi?

10 Sadiq qul öz üzərinə düşən ciddi vəzifədən irəli gələrək bir çox qərarlar qəbul etməli olur. Erkən məsihçi yığıncağında Yerusəlimdəki həvarilər və ağsaqqallar qul sinfinin təmsilçisi kimi, bütün məsihçi yığıncağının rifahı üçün qərarlar qəbul edirdi (Həvarilərin işləri 15:1, 2). Birinci əsrdə fəaliyyət göstərən bu rəhbərlik şurası çıxardığı qərarları yığıncaqlara məktublar və müxtəlif qardaşlar vasitəsilə çatdırırdı. Erkən məsihçilər bu cür aydın rəhbərliyə çox sevinirdilər və onların rəhbərlik şurası ilə həvəslə əməkdaşlıq etmələri sülhü və birliyi qoruyurdu (Həvarilərin işləri 15:22-31; 16:4, 5; Filipililərə 2:2).

11. Məsih öz yığıncağına rəhbərlik vermək üçün kimdən istifadə edir və biz onlara necə yanaşmalıyıq?

11 Birinci əsrdə olduğu kimi, bu gün də məsh olunmuş ağsaqqallardan ibarət kiçik bir qrup Məsihin davamçılarının Rəhbərlik Şurasını təşkil edir. Yığıncağın Başı Məsih ‘sağ əlinin’ gücü ilə bu sadiq insanlara Padşahlıq işinə nəzarət etməyə yol göstərir (Vəhy 1:16, 20). Bu yaxınlarda yerdəki həyatını bitirmiş və uzun illər Rəhbərlik Şurasının üzvü olmuş Albert Şreder öz həyatı haqqında yazarkən demişdi: «Rəhbərlik Şurası hər çərşənbə keçirilən görüşünü dua ilə başlayır və Yehova Allahdan ruhunun rəhbərliyini diləyir. Hər bir məsələnin və hər bir qərarın Allahın Kəlamına müvafiq olmasından ötrü çoxlu sə’y göstərilir»b. Bu cür sədaqətli məsh olunmuşlar e’tibara layiqdirlər. Xüsusilə onlarla əlaqədar həvari Pavelin göstərişinə diqqət yetirməliyik: «Öz rəislərinizə itaət edin, onlara tabe olun; çünki... onlar hər zaman sizin canlarınızın qeydinə qalırlar» (İbranilərə 13:17).

Sadiq qula layiqincə hörmət bəsləyirik

12, 13. Qul sinfinə hörmət bəsləməyə hansı səbəblərimiz var?

12 Sadiq qul sinfinə layiqincə hörmət bəsləməyin əsas səbəbi odur ki, belə etməklə onların Ağası İsa Məsihin özünə hörmət bəsləmiş oluruq. Pavel məsh olunmuşlar barəsində yazırdı: «Çağrıldığı zaman azad olan adam Məsihin quludur. Siz çox baha qiymətə alınmısınız» (1 Korinflilərə 7:22, 23; Efeslilərə 6:6). Bunun üçün də sadiq qulun və onun Rəhbərlik Şurasının göstərişlərinə sədaqətlə tabe olanda biz qulun Ağası Məsihə tabe oluruq. «Ata Allahın izzəti üçün» İsa Məsihin Rəbb olmasını iqrar etməyin bir yolu da Məsihin yer üzündəki malikanəsini idarə etmək üçün istifadə etdiyi alətə layiqincə hörmət bəsləməkdir (Filipililərə 2:11).

13 Sadiq qula hörmətlə yanaşmağın digər səbəbi ondan ibarətdir ki, Müqəddəs Yazılar yerdəki məsh olunmuşlar haqqında «Allahın rühən məskən saldığı» «mə’bəd» kimi danışır. Buna görə də onlar ‘müqəddəsdirlər’ (1 Korinflilərə 3:16, 17; Efeslilərə 2:19-22). İsa məhz bu müqəddəs mə’bəd sinfinə öz yer üzü malikanəsini e’tibar edib. Deməli, yığıncaqda elə hüquqlar və məs’ul işlər vardır ki, onlar yalnız qul sinfinə məxsusdur. Bu səbəbdən, yığıncaqdakıların hamısı sadiq quldan və onun Rəhbərlik Şurasından gələn göstərişlərə riayət etməyi özlərinə müqəddəs borc bilir. Həqiqətən də, ‘başqa qoyunlar’ Ağasının maraqlarını güdməkdə qul sinfinə kömək etməyi özləri üçün böyük şərəf sanırlar (Yəhya 10:16).

Qul sinfini sədaqətlə dəstəkləyirik

14. Yeşayanın peyğəmbərlik etdiyi kimi, başqa qoyunlar məsh olunmuşların ardınca necə gedir və ‘qul’ kimi onlara necə xidmət edirlər?

14 Başqa qoyunların ruhani İsrailin məsh olunmuş üzvlərinə tabe olacaqlarını hələ Yeşaya peyğəmbər qabaqcadan xəbər vermişdi: «Rəbb belə deyir: “Misirlilərin var-dövləti, Kuşun ticarət gəliri, ucaboylu Sevalılar yanınıza gəlib qulunuz olacaq. Onlar buxovlanacaq və ardınızca gedəcək, qarşınızda yerə sərilib, yalvaracaq: “Allah yalnız sizinlədir və başqa birisi yoxdur. Bundan savayı Allah yoxdur”» (Yeşaya 45:14). Bu gün başqa qoyunlar da, məcazi mə’nada desək, məsh olunmuşların və Rəhbərlik Şurasının ardınca gedərək, onların rəhbərliyinə əməl edirlər. Başqa qoyunlar ‘qul’ kimi, yə’ni əməkləri üçün haqq tələb etmədən, həvəslə öz güclərini və vəsaitlərini sərf edərək İsanın yer üzündəki məsh olunmuş davamçılarına tapşırdığı ümumdünya təbliğ işini dəstəkləyirlər (Həvarilərin işləri 1:8; Vəhy 12:17).

15. Yeşaya 61:5, 6 ayələrində başqa qoyunlarla ruhani İsrail arasındakı münasibət necə peyğəmbərlik edilmişdir?

15 Başqa qoyunlar qul sinfinin və onun Rəhbərlik Şurasının nəzarəti altında Yehovaya xidmət etdikləri üçün minnətdardırlar və bundan böyük sevinc duyurlar. Onlar məsh olunmuşları «Allahın İsraili»nin üzvləri kimi qəbul edirlər (Qalatiyalılara 6:16). Bu simvolik «yadellilər» və «əcnəbilər» ‘Rəbbin kahinləri, Allahın xidmətçiləri’ olan ruhani İsrailin rəhbərliyi altında sevinclə «əkinçilik və bağbanlıq» edirlər (Yeşaya 61:5, 6). Onlar Padşahlıq haqqındakı müjdəni böyük həvəslə təbliğ edir və bütün xalqlardan şagirdlər hazırlayırlar. Onlar həqiqətlə yenicə maraqlananların qeydinə qalmaqda qul sinfinə canla-başla kömək edirlər.

16. Başqa qoyunları sadiq və ağıllı qula sədaqətlə dayaq olmağa nə təşviq edir?

16 Başqa qoyunlar başa düşürlər ki, sadiq qulun vaxtlı-vaxtında verdiyi ruhani qidanın onlara böyük faydası var. Onlar təvazökarlıqla e’tiraf edirlər ki, sadiq və ağıllı qul olmasaydı, dəyərli Müqəddəs Kitab həqiqətləri, məsələn, Yehovanın ali hakimiyyəti, Onun adının təmizə çıxarılması, Padşahlıq, yeni göylər və yeni yer, ruh, ölülərin vəziyyəti, Yehova, İsa və müqəddəs ruh haqqında həqiqət barədə çox az şey bilər, ya da heç nə bilməzdilər. Başqa qoyunlar sədaqətdən və böyük minnətdarlıqdan irəli gələrək, İsanın bu sistemin sonunda yaşayan məsh olunmuş ‘qardaşlarına’ dayaqdırlar (Matta 25:40).

17. Rəhbərlik Şurası şəraitə uyğunlaşaraq nə edir və növbəti məqalədə söhbət nədən gedəcək?

17 Saylarının azaldığına görə, məsh olunmuşlar Məsihin malikanəsini idarə etmək üçün yığıncaqların hamısında xidmət edə bilmirlər. Bunun üçün də, Rəhbərlik Şurası başqa qoyunların sırasından qardaşları Yehovanın Şahidlərinin filiallarına, vilayətlərə, rayonlara və yığıncaqlara nəzarət etmək üçün tə’yin edir. Məsihə tabe olan bu çobanlara münasibətimizin İsaya və onun sadiq quluna olan sədaqətimizlə əlaqəsi varmı? Bu mövzu növbəti məqalədə müzakirə olunacaq.

[Haşiyələr]

a Bu haqda daha ətraflı öyrənmək üçün «Gözətçi Qülləsi»nin 2004-cü il 1 may sayının 22-25 səhifələrinə və 1992-ci il 1 dekabr sayının (rus.) 13-cü səhifəsinə baxın.

b «Gözətçi Qülləsi»nin 1988-ci il 1 mart sayının (ing.) 10-17 səhifələrinə baxın.

Təkrar üçün suallar

• Rəhbərimiz kimdir və onun yığıncaqdakı vəziyyətdən xəbərdar olmasını nə göstərir?

• ‘Mə’bəd’ yoxlanılarkən kimlərin sadiq qul kimi fəaliyyət göstərməsi aşkar oldu və onlara hansı malikanə e’tibar edildi?

• Sadiq qulu sədaqətlə dəstəkləmək üçün hansı səbəblərimiz var?

[25-ci səhifədəki şəkillər]

Nökərbaşının nəzarət etdiyi malikanəyə əmlak, ruhani proqram və təbliğ işi daxildir.

[26-cı səhifədəki şəkil]

Başqa qoyunlar sə’ylə xidmət edərək sadiq qul sinfini dəstəkləyirlər.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş