Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w07 1/8 s. 15—19
  • Yehovanın gününü təhəmmüllə gözləyin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehovanın gününü təhəmmüllə gözləyin
  • Gözətçi qülləsi 2007
  • Başlıqlar
  • Oxşar material
  • Xəstəlik onların əzmini qırmadı
  • Ağır itkiyə dözmək
  • Müxtəlif sınaqlarla üzləşəndə
  • Siz təhəmmül edə bilərsiniz!
  • «Qoy dözüm öz işini tamamlasın»
    Gözətçi qülləsi 2016
  • Yehovanın təşkilatına bağlı qalın
    Allahın iradəsini yerinə yetirən təşkilat!
  • Yehova Allah — ən ali dözüm nümunəsi
    Gözətçi qülləsi 2021
  • Siz gərək dözümlü olasınız
    Gözətçi qülləsi 2015
Əlavə
Gözətçi qülləsi 2007
w07 1/8 s. 15—19

Yehovanın gününü təhəmmüllə gözləyin

‘İmanınıza təhəmmül əlavə edin’ (2 PETER 1:5-7).

1, 2. Təhəmmül nədir və o, məsihçilərə nə üçün lazımdır?

YEHOVANIN möhtəşəm günü çox yaxındır (Yoel 1:15; Sefanya 1:14). Allah qarşısında nöqsansızlığı qorumağa qəti qərarlı olan biz məsihçilər Yehovanın Öz hökmranlığına bəraət qazandıracağı vaxtı səbirsizliklə gözləyirik. Amma hələlik imanımız uğrunda nifrət, təhqir, tə’qib və hətta ölümlə üzləşirik (Matta 5:10-12; 10:22; Vəhy 2:10). Bu zaman bizdən təhəmmül, yə’ni bədbəxtliklərə tab gətirmək tələb olunur. Həvari Peter bizi ‘imanımıza təhəmmül əlavə etməyə’ səsləyir (2 Peter 1:5-7). Təhəmmül etmək vacibdir, çünki İsa demişdir: «Axıra qədər səbir edən xilas olacaqdır» (Matta 24:13).

2 Biz həmçinin xəstəliklərlə, əzizlərimizin itkisi ilə yaxud başqa sınaqlara üzləşirik. Bu zaman çətinliklərə dözməyib imanımızı itirsək, Şeytan necə də sevinər! (Luka 22:31, 32). Yehovanın köməyilə biz hər cür sınağa tab gətirə bilərik (1 Peter 5:6-11). Gəlin Yehovanın gününü təhəmmüllə və sarsılmaz imanla gözləməyin mümkün olduğunu göstərən bə’zi bacı-qardaşların nümunəsini nəzərdən keçirək.

Xəstəlik onların əzmini qırmadı

3, 4. Xəstəliyə baxmayaraq Yehovaya sədaqətlə xidmət edə biləcəyimizi göstərən nümunə çəkin.

3 Allah bu gün mö’cüzəli şəkildə heç kimi sağaltmır, ancaq xəstəliyə tab gətirmək üçün güc-qüvvə verir (Məzmur 41:1-3). Şaron bölüşür: «Gözümü açandan əlil arabası mənimlədir. Dünyaya gələn gündən iflic uşaqlıq sevincimi əlimdən alıb». Həm Yehova, həm də gələcəkdə hamının tam sağlam olacağı haqqında eşidəndə Şaronda ümid yarandı. Danışmağa və yeriməyə çətinlik çəksə də, məsihçi xidməti ona sevinc gətirir. Təxminən 15 il bundan əvvəl o demişdi: «Səhhətim getdikcə pisləşsə də, Allaha imanım və Onunla münasibətlərim məni həyata bağlayır. Yehovanın xalqı arasında olduğuma və Onun mənə daim dayaq durduğuna görə çox xoşbəxtəm».

4 Həvari Pavel Salonikdə yaşayan məsihçiləri ‘kədərli olanları ruhlandırmağa’ təşviq edirdi (1 Salonikililərə 5:14, YD). Dərin kədər insanı depressiyaya sala bilər. Şaron 1993-cü ildə yazmışdı: «Büsbütün ruhdan düşərək... üç il dərin depressiyada oldum... Ağsaqqallar mənə təsəlli və məsləhətlər verərək köməyimə çatdılar... “Gözətçi Qülləsi” vasitəsilə Yehova şəfqətlə ağır depressiyanın nə olduğunu anlamağa mənə kömək etdi. Bəli, O Öz xalqının qayğısına qalır və hisslərimizi başa düşür» (1 Peter 5:6, 7). Şaron Yehovanın möhtəşəm gününü gözləyərək hələ də Allaha sədaqətlə xidmət edir.

5. Hansı nümunə göstərir ki, məsihçi böyük sarsıntıya tab gətirə bilər?

5 Bə’zi məsihçilər keçmişdə üzləşdikləri hadisələrə görə mə’nəvi sarsıntı keçirirlər. Harli İkinci Dünya müharibəsində qanlı döyüşlərin şahidi olmuş və müharibə ilə bağlı dəhşətli yuxular görürdü. O, hər dəfə: «Ehtiyatlı ol! Özünü gözlə!» — deyə qışqıraraq qan-tər içində yuxudan oyanırdı. Ancaq Harli həyatını Allahın normalarına uyğunlaşdırdı və dəhşətli yuxular onu əvvəlki kimi narahat etmədi.

6. Bir qardaş emosional problemlərə necə tab gətirirdi?

6 Bipolar pozulma diaqnozu qoyulmuş bir məsihçiyə evdən-evə təbliğ etmək çox çətin idi. Lakin o, xidmətin həm özü üçün, həm də hay verənlər üçün həyat demək olduğunu başa düşdüyündən, təbliğ etməyə son qoymurdu (1 Timoteyə 4:16). Bə’zən heç qapının zəngini basmağa da özünü məcbur edə bilmirdi. O deyirdi: «Bir az keçəndən sonra özümü toplayır, növbəti qapıya yaxınlaşır və bir də cəhd göstərirdim. Xidmətimi dayandırmamağın sayəsində ruhani sağlamlığımı qoruyub saxlayıram». Görüşlərə getmək də bu qardaş üçün sınağa çevrilmişdi, lakin o, ruhani ünsiyyətin vacibliyini dərk edirdi. Buna görə, görüşlərə gəlmək üçün bütün gücünü səfərbər edirdi (İbranilərə 10:24, 25).

7. Bə’ziləri auditoriya qarşısında çıxış etməkdən və ya görüşlərə gəlməkdən qorxsalar da, necə mətanət göstərirlər?

7 Bə’zi məsihçilər fobiyalardan — hansısa vəziyyətdən və ya nədənsə hədsiz qorxudan əziyyət çəkirlər. Məsələn, ola bilsin, onlar auditoriya qarşısında çıxış etməkdən və ya görüşlərə gəlməkdən qorxurlar. Təsəvvür edin, onlara məsihçi görüşlərində şərh vermək və «Teokratik Xidmət Məktəbi»ndə çıxış etmək nə qədər çətindir! Lakin bu bacı-qardaşlar mətanət göstərirlər və biz onların görüşlərə gəlməsini, onlarda iştirak etməsini olduqca qiymətləndiririk.

8. Emosional problemlə üzləşərkən xüsusilə nəyin köməyi dəyə bilər?

8 Daha çox yatmaq və istirahət etmək emosional problemlərə tab gətirməyə kömək edər. Belə hallarda həkimə müraciət etmək də məsləhətdir. Lakin Yehova Allaha dua etməyin və Ona bel bağlamağın xüsusilə köməyi dəyir. Məzmur 55:22 ayəsində deyilir: «Sən qayğı yükünü Rəbbə ver, qoy sənə dayaq olsun. O heç vaxt salehə sarsıntı verməz». Buna görə də «bütün qəlbinlə Rəbbə güvən» (Süleymanın məsəlləri 3:5, 6).

Ağır itkiyə dözmək

9-11. a) Əziz adamımızın ölümünə tab gətirməyə nə kömək edər? b) İtkiyə tab gətirməyə Annanın nümunəsi necə kömək edər?

9 Ölümün ailə üzvlərini bir-birindən ayırması insanı qəm-qüssəyə qərq edir (Yaradılış 23:2). Sevimli arvadı Sara öləndə İbrahim yas tutub ağlayırdı. Hətta kamil insan olan İsa Məsih dostu Lazar öləndə «ağladı» (Yəhya 11:35). Beləliklə, əzizlərimizdən kimsə ölüm yuxusuna gedəndə kədərlənmək təbiidir. Lakin məsihçilər dirilmənin olacağını bilirlər (Həvarilərin işləri 24:15). Bu səbəbdən onlar ‘ümidsiz olan başqaları kimi kədərlənmirlər’ (1 Salonikililərə 4:13).

10 Ağır itkiyə necə dözə bilərik? Növbəti nümunənin üzərində düşünün. Adətən dostumuz səyahətə çıxanda biz buna görə uzun müddət kədərlənmirik, çünki onun yenidən qayıdacağını bilirik. Sadiq məsihçinin də ölümünə elə baxsaq, kədərimiz azalar, çünki onun diriləcəyini bilirik (Vaiz 7:1).

11 ‘Hər cür təsəlli verən Allaha’ tam e’tibar itkiyə tab gətirməyə kömək edəcək (2 Korinflilərə 1:3, 4). Dul qadın Annanın həyatı üzərində düşünmək faydalı olar. Ərə gedəndən cəmi yeddi il sonra o, dul qaldı. Ancaq 84 yaşında olanda o, hələ də mə’bəddə Yehovaya müqəddəs xidməti icra edirdi (Luka 2:36-38). Belə həyat, sözsüz ki, qüssəyə və tənhalığa tab gətirməyə kömək edirdi. Padşahlığın təbliği də daxil olmaqla, məsihçi işlərində müntəzəm iştirak etmək itkiyə dözməyə kömək edəcək.

Müxtəlif sınaqlarla üzləşəndə

12. Bə’zi məsihçilər ailə həyatı ilə bağlı hansı sınağa tab gətirirlər?

12 Bə’zi məsihçilər ailə problemlərinə tab gətirməli olurlar. Məsələn, həyat yoldaşının xəyanət etməsi ailə üçün necə də böyük zərbədir! Sarsıntı keçirən və kədər içində olan aldadılmış tərəf, ola bilsin, gecələr yatmır, gözünün yaşı qurumaq bilmir, adi işləri görməyə gücü çatmır. Ola bilsin, onun iştahası küsür, arıqlayır, halı pərişan olur, hətta məsihçi işlərində iştirak etmək də çətinləşir. Hələ uşaqların keçirdiyi hissləri demirik!

13, 14. a) Mə’bədin təntənəli açılış mərasimində Süleymanın söylədiyi dua sizə necə təsəlli verir? b) Biz nə üçün müqəddəs ruh haqqında dua edirik?

13 Bu kimi sınaqlarla üzləşəndə Yehova lazımi köməyi bizdən əsirgəmir (Məzmur 94:19). Yehovanın Öz xidmətçilərinin səsini eşitməsi mə’bədin təntənəli açılış mərasimi zamanı Süleyman padşahın etdiyi duadan görünür. O demişdi: «Kimsə tərəfindən yaxud da bütün xalqın İsrail tərəfindən bir dua və yalvarış olarsa, hər kəs öz ürəyinin dərdini bilib bu mə’bədə tərəf əllərini açsa, o vaxt Sən göydə — Öz məskənində eşit, bağışla və bir əlac et. Ürəyini bildiyin hər adama bütün əməllərinə görə əvəz ver, çünki hər insanın ürəyini yalnız Sən bilirsən. Ta ki onlar atalarımıza verdiyin torpaqda yaşadıqları bütün günlər boyu Səndən qorxsunlar» (1 Padşahlar 8:38-40).

14 Müqəddəs ruh barədə daim dua etmək xüsusilə faydalı ola bilər (Matta 7:7-11). Ruhun səmərəsinə sevinc və sülh kimi keyfiyyətlər daxildir (Qalatiyalılara 5:22, 23). Səmavi Atamızın dualarımıza cavab verməsi qəlb rahatlığı gətirir — kədər sevincə çevrilir, ağrı-acının yerini isə sülh tutur.

15. Hansı ayələr təlaşımızı azalda bilər?

15 Böyük sarsıntı keçirəndə təlaşa düşməmək qeyri-mümkündür. Amma İsanın növbəti sözlərini yadda saxlasaq, narahatçılığımızı müəyyən qədər azalda bilərik: «Nə yeyəcəksiniz, yaxud nə içəcəksiniz deyə canınızın, nə geyəcəksiniz deyə bədəninizin qayğısına qalmayın... Lakin əvvəlcə Allahın Səltənətini və Onun salehliyini axtarın; və bunların hamısı sizə əlavə olaraq veriləcəkdir» (Matta 6:25, 33, 34). Həvari Peter ‘qayğımızı Allahın üzərinə qoymağa’ təşviq edir, ‘çünki qayğımıza qalan Odur’ (1 Peter 5:6, 7). Problemi həll etmək üçün sə’y göstərmək də lazımdır. Ancaq əlimizdən gələni edəndən sonra, qayğı çəkməklə heç nə düzəlməyəcək, bizə kömək edən dua olacaq. Məzmurçu oxuyurdu: «Yolunu Rəbbə ver, Ona güvən, O edəcək» (Məzmur 37:5).

16, 17. a) Nə üçün biz narahatçılıqdan tam azad ola bilmərik? b) Filipililərə 4:6, 7 ayələrinə əməl etsək, nə hiss edəcəyik?

16 Pavel yazırdı: «Heç nəyin qeydinə qalmayın, amma hər şeydə, dua və niyaz edərək, öz xahişlərinizi Allaha şükranla bildirin. Və Allahın hər cür ağıldan üstün olan sülhü Məsih İsa vasitəsilə ürəklərinizi və düşüncələrinizi qoruyacaqdır» (Filipililərə 4:6, 7). Təbii ki, Adəmin qeyri-kamil övladları narahatçılıqdan tamamilə azad ola bilməzlər (Romalılara 5:12). Esavın xetli arvadları onun Allahdan qorxan valideynləri İshaq və Rivqanın «ürəklərinə dərd oldu» (Yaradılış 26:34, 35). Görünür, xəstəlik Timotey və Trofim kimi məsihçiləri çox narahat edirdi (1 Timoteyə 5:23; 2 Timoteyə 4:20). Pavel həmimanlılarından nigaran idi (2 Korinflilərə 11:28). Ancaq «duaları eşidən» Allah Onu sevənlərin dadına həmişə çatır (Məzmur 65:2).

17 Yehovanın gününü gözlədiyimiz bu müddət ərzində, «sülh verən Allah» bizə dayaq olub, təsəlli verir (Filipililərə 4:9). Yehova ‘rəhmli və lütfkar’, ‘xeyirxah və bağışlayandır’, «torpaqdan düzəlməyimizi unutmur» (Çıxış 34:6; Məzmur 86:5; 103:13, 14). Buna görə də, gəlin ‘öz xahişlərimizi Allaha bildirək’, çünki bunun sayəsində ürəyimizdə insan ağlından üstün olan ‘Allahın sülhü’ — dinclik sakin olacaq.

18. Əyyub 42:5 ayəsinə əsasən, Allahı ‘görmək’ necə mümkündür?

18 Dualarımıza cavab alanda Allahın bizimlə olduğunu başa düşürük. Əyyub sınaqlara tab gətirəndən sonra demişdi: «[Yehova,] qulaqlarıma sorağın çatmışdı, indisə Səni gözlərimlə görürəm» (Əyyub 42:5). Ağlımızın və imanımızın gözü ilə baxaraq, həmçinin minnətdarlıqla Allahın bizimlə necə davrandığı üzərində düşünərək Onu həmişəkindən də yaxşı ‘görə’ bilərik. Bu cür yaxın münasibət bizə necə də böyük qəlb rahatlığı gətirir!

19. Bütün qayğımızı Yehovanın üzərinə qoysaq, özümüzü necə hiss edəcəyik?

19 Bütün qayğımızı Yehovanın üzərinə qoysaq, ürəyimizi və düşüncəmizi qoruyan qəlb rahatlığı ilə sınaqlara tab gətirə bilərik. Simvolik ürəyimiz narahatlıqlardan, qorxu və təlaşdan azad olacaq. Çaşqınlıq və narahatlıq zehnimizdə yuva salmayacaq.

20, 21. a) Stefanın nümunəsi necə göstərir ki, tə’qiblər zamanı sakitliyi qorumaq mümkündür? b) Sınaqlar zamanı sakitliyi qoruyan məsihçilərdən nümunə çəkin.

20 Şiddətli sınaq zamanı şagird Stefan sakitliyini qorudu. Sonuncu dəfə şahidlik etməzdən qabaq Sinedriondakılar onun «üzünü bir mələk üzü kimi gördülər» (Həvarilərin işləri 6:15). Onun üz ifadəsi Allahın elçisi olan mələyinki kimi sakit idi. Stefan İsanın ölümündə hakimlərin günahını üzlərinə vuranda onlar «daxilən çox qəzəbləndilər və ona qarşı diş qıcırtdılar». Stefan isə «Müqəddəs Ruhla dolub gözlərini göyə dikərək, Allahın calalını və Allahın sağında duran İsanı gördü». Bu görüntü Stefana güc verdi və o, ölümədək sadiq qaldı (Həvarilərin işləri 7:52-60). Düzdür, biz bu gün vəhy almırıq, ancaq tə’qiblər zamanı Allah bizə də sakitlik verir.

21 Gəlin görək İkinci Dünya müharibəsi zamanı faşistlər tərəfindən öldürülən bə’zi məsihçilər hansı hissləri keçirmişdilər. Məhkəmədə nə hiss etdiyi barədə bir qardaş demişdi: «Ölüm hökmü çıxarıldı. Hökmü dinləyəndən sonra son söz olaraq Məsihin “ölüm bahasına da olsa sadiq qal” və başqa sözlərini söylədim, bununla da hər şey bitdi... Ancaq qəm yeməyin. Siz heç ağlınıza da gətirə bilməzsiniz ki, mən necə sakit, rahatam!» Boynu vurulmuş bir gənc məsihçi valideynlərinə yazmışdı: «Artıq gecə yarısından keçib. Fikrimdən dönməyə hələ vaxtım var. Ah! Məsihi inkar etsəm, bu dünyada yenə də xoşbəxt ola bilərəmmi? Qətiyyən! Ancaq arxayın olun ki, mən bu dünyanı xoşbəxt və sülh içində tərk edirəm». Şübhə yoxdur ki, Yehova sadiq xidmətçilərinə dayaqdır.

Siz təhəmmül edə bilərsiniz!

22, 23. Nə qədər ki, Yehovanın gününü təhəmmüllə gözləyirsiniz, nəyə əmin ola bilərsiniz?

22 Ola bilsin, siz yuxarıda haqqında danışdığımız müəyyən sınaqlarla heç üzləşməyəcəksiniz. Amma Allahdan qorxan Əyyub haqlı olaraq demişdi ki, «qadından doğulan insanın ömrü azdır, həyatı sıxıntı ilə doludur» (Əyyub 14:1). Bəlkə də siz uşaqlarınıza ruhani dəyərləri aşılamağa çalışırsınız. Məktəbdə sınaqlara tab gətirməli olsalar da, övladlarınızın Yehovanın və Onun saleh prinsiplərinin tərəfini möhkəm tutması sizi çox sevindirir. Yaxud da siz işdə çətinliklər və ya imtahanlarla üzləşə bilərsiniz. Bu və digər sınaqlara tab gətirmək mümkündür, çünki Yehova ‘hər gün qayğı yükümüzü çəkir’ (Məzmur 68:19).

23 Bəlkə də siz öz gözünüzdə adi insansınız, ancaq yadda saxlayın ki, Yehova heç vaxt işinizi və Onun müqəddəs adı naminə göstərdiyiniz məhəbbəti unutmayacaq (İbranilərə 6:10). Onun köməyilə imanınız bütün sınaqlara tab gətirəcək. Beləliklə, Allahın iradəsi haqda dua edin və gələcək işlərinizi planlaşdırarkən onu yaddan çıxarmayın. Nə qədər ki, Yehovanın gününü təhəmmüllə gözləyirsiniz, əmin ola bilərsiniz ki, Onun xeyir-duası və köməyi sizdən əskik olmayacaq.

Necə cavab verərdiniz?

• Məsihçilər nə üçün təhəmmül etməlidirlər?

• Xəstəliyə və əzizlərimizin ölümünə tab gətirməyə nə kömək edə bilər?

• Dua sınaqlara dözməyə necə kömək edir?

• Yehovanın gününü təhəmmüllə gözləmək nə üçün mümkündür?

[17-ci səhifədəki şəkil]

Ürəkdən dua etmək sınaqlara tab gətirməyə kömək edir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş