Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w08 1/1 s. 7—9
  • Allahın Padşahlığı nə zaman gələcək?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahın Padşahlığı nə zaman gələcək?
  • Gözətçi qülləsi 2008
  • Başlıqlar
  • Oxşar material
  • Allahın Padşahlığı haqqında eşitmək sizin üçün xoş xəbər olacaqmı?
  • Məsihin iştirakı sizin üçün nə deməkdir?
    Gözətçi qülləsi 2008
  • İsa Allahın Padşahlığı haqqında nə öyrədirdi?
    Gözətçi qülləsi 2010
  • Həvarilər əlamət istəyir
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • İsa gələcək hadisələr haqda peyğəmbərlik edir
    Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
Əlavə
Gözətçi qülləsi 2008
w08 1/1 s. 7—9

Allahın Padşahlığı nə zaman gələcək?

«YA RƏBB! İsrailə səltənəti bu zamanmı qaytaracaqsan?» (Həvarilərin işləri 1:6). Həvarilər İsanın öz Padşahlığını nə zaman quracağını bilmək istəyirdilər. Bu gün həmin vaxtdan təxminən 2 000 il keçməsinə baxmayaraq, insanları hələ də Allahın Padşahlığının nə zaman gələcəyi maraqlandırır?

İsanın təbliğinin əsas mövzusu Padşahlıq olduğundan, deməli, o bu suala toxunmamış olmazdı. Bəli, bu, həqiqətən də belə idi! İsa özünün «iştirakı» (YD) adlandırdığı müəyyən zaman müddəti haqqında dəfələrlə danışmışdı (Matta 24:37). Onun iştirakı Xilaskar Padşahlığın qurulması ilə sıx bağlıdır. Bəs onun iştirakı nə deməkdir? Gəlin Müqəddəs Kitabın Məsihin iştirakı ilə bağlı açıqladığı dörd amili nəzərdən keçirək.

1. Məsihin iştirakı onun ölümündən uzun müddət sonra başlayacaqdı. İsa bir məsəl çəkərək, özünü ‘hökmdar təyin olunmaq üçün uzaq bir ölkəyə yola düşən’ adama bənzətdi (Luka 19:12). Onun bu məsəldə söylədiyi peyğəmbərlik necə yerinə yetdi? İsa öldü və dirildi; sonra «uzaq bir ölkəyə», yəni göylərə getdi. Oxşar bir məsəldə peyğəmbərlik etdiyi kimi, o, «uzun bir zaman keçdikdən sonra» hökmdar təyin olunub geri dönəcəkdi (Matta 25:19).

İsa göylərə qalxdıqdan bir neçə il sonra həvari Pavel yazmışdı: «Məsih isə günahlar üçün tək bir qurban təqdim edib, əbədi olaraq Allahın sağında oturdu. Bundan sonra O Öz düşmənlərinin Öz ayaqlarının altına kətil olaraq qoyulmasını gözləyir» (İbranilərə 10:12, 13). İsa göyə qalxdıqdan sonra uzun müddət gözləməli olur. Yehova Allah Öz Oğlunu çoxdan vəd edilmiş Xilaskar Padşahlığın Padşahı təyin edəndə, bu müddət sona çatır. Bununla Məsihin iştirakı başlanır. Yer üzündə yaşayan insanlar bu mühüm hadisəni görə biləcəkdilərmi?

2. Məsihin iştirakını gözlə görmək mümkün deyil. Diqqət yetirin ki, İsa iştirakının əlaməti barədə danışırdı (Matta 24:3, YD). Əgər onun iştirakını gözlə görmək mümkün olsaydı, əlamətə ehtiyac olardımı? Misal üçün, təsəvvür edin ki, dənizə baxmağa gedirsiniz. Yol boyunca yol göstərən nişanlar ola bilər. Budur, sahilə gəlib çatmısınız. Üfüqə doğru uzanan suların kənarında durarkən, üstündə iri hərflərlə «Dəniz» yazılmış, irəliyə işarə edən göstərici axtaracaqsınızmı? Əlbəttə, yox! Gözlə asanlıqla görülən şeyi göstərmək üçün işarə nəyə lazımdır ki?

İsa insanların öz gözləri ilə görə biləcəkləri şeyləri göstərmək üçün deyil, göylərdə baş verəcək hadisələri anlamaq üçün öz iştirakının əlamətini verdi. Buna görə İsa dedi: «Allahın Səltənəti gözlə görülərək gəlməz» (Luka 17:20). İsanın verdiyi əlamət yer üzündə olanlara Məsihin iştirakının başladığını necə göstərəcəkdi?

3. Böyük fəlakətlərlə dolu zəmanə İsanın iştirakına əlamət olacaqdı. İsa dedi ki, yer üzündə müharibələr, qıtlıq, zəlzələ, xəstəliklər və qanunsuzluq onun göylərdə Padşah kimi iştirakına əlamət olacaq (Matta 24:7-12; Luka 21:10, 11). Bütün bu acıların səbəbi nə olacaqdı? Müqəddəs Kitab izah edir ki, «bu dünyanın rəisi» Şeytan qəzəb içindədir, çünki Məsihin Padşah kimi iştirakı başlandığı üçün vaxtının az olduğunu bilir (Yəhya 12:31; Vəhy 12:9, 12). Bu gün Şeytanın qəzəbini və Məsihin iştirakını açıq-aydın göstərən sübutların sayı-hesabı yoxdur. Tarixçilərin dönüş nöqtəsi adlandırdıqları 1914-cü ildən bu sübutlar dünya miqyasında misli görünməmiş dərəcədə müşahidə edilir.

Bütün bunlar pis xəbər kimi səslənsə də, əslində Xilaskar Padşahlığın artıq göydə idarə etdiyini göstərir. Tezliklə həmin hökumət bütün yer üzünü idarə edəcək. Bəs belə isə, insanlar Padşahlığın qayda-qanunlarını qəbul edib, onun vətəndaşları olmaq üçün haradan bilik əldə etsinlər?

4. Ümumdünya təbliğ işi İsanın iştirakına əlamətdir. İsa dedi ki, onun iştirakı «Nuhun günləri» kimi olacaqa (Matta 24:37-39). Nuh ancaq gəmi tikməklə məşğul olmurdu; o həm də «salehlik təbliğçisi» idi (2 Peter 2:5). Nuh insanlara Allahın hökmünün yaxınlaşdığı haqda xəbərdarlıq edirdi. İsa özünün iştirakı zamanı yer üzündəki davamçılarının da eyni işi yerinə yetirəcəklərini demişdi. O peyğəmbərlik etmişdi: «Səmavi Səltənət haqqında olan bu Müjdə xalqların hamısına şəhadət olaraq bütün dünyada təbliğ olunacaqdır; və son o zaman gələcəkdir» (Matta 24:14).

Əvvəlki məqalədən gördüyümüz kimi, Allahın Padşahlığı dünyanın bütün hökumətlərini məhv edəcək. Təbliğ işi insanları bu səmavi hökumətin tezliklə hərəkətə başlayacağından agah edir, onlara yaxınlaşan məhvdən qurtulmaq və həmin Padşahlığın vətəndaşları olmaq imkanını verir. Bu zaman vacib sual ortaya çıxır: Siz bu imkandan istifadə edəcəksinizmi?

Allahın Padşahlığı haqqında eşitmək sizin üçün xoş xəbər olacaqmı?

İsanın təbliğ etdiyi xəbər çox gözəl ümid verir. Min illər əvvəl Edendə qaldırılan üsyandan sonra, Yehova Allah işləri qaydaya salacaq hökumət qurmağı niyyət etdi. O, Allahın əvvəlcədən insanlar üçün nəzərdə tutduğu şəraiti — yerüzü Cənnətdə əbədi həyatı — insanlara qaytaracaq. Çoxdan vəd edilmiş bu hökumətin artıq göylərdə idarə etdiyini bilməkdən valehedici nə ola bilər? Bu, dumanlı, mücərrəd anlayış deyil, əsl reallıqdır!

Allahın təyin etdiyi Padşah artıq düşmənlərinin arasında hökmranlıq edir (Məzmur 110:2, KM). Bu allahsız pozğun dünyada Məsih Atasının istəyini yerinə yetirərək, Allahın əslində necə Allah olduğunu bilmək və Ona «ruhən və həqiqətən» ibadət etmək istəyənləri axtarır (Yəhya 4:24). İrqindən, yaşından və sosial vəziyyətindən asılı olmayaraq, hər kəs Allahın Padşahlığının hakimiyyəti altında əbədi yaşamağa ümid edə bilər (Həvarilərin işləri 10:34, 35). Biz sizi qarşınızda açılan bu gözəl imkandan istifadə etməyə dəvət edirik. Elə indidən Allahın Padşahlığı haqqında öyrənməyə başlayın ki, onun ədalətli hakimiyyəti altında əbədiyyən yaşaya biləsiniz! (1 Yəhya 2:17).

[Haşiyə]

a İsanın sözləri bəzi Müqəddəs Kitab tərcümələrində «iştirak» sözünün səhv tərcümə edilməsi nəticəsində yaranan yanlış fikri düzəltməyə kömək edir. Bəzi tərcümələrdə bu söz «gəliş», «zühur» və ya «qayıdış» kimi verilib, onların hamısı isə ani bir hərəkəti bildirir. Diqqət yetirin ki, İsa öz iştirakını Nuhun günlərindəki Daşqına, bir hadisəyə yox, ‘Nuhun günlərinə’, müəyyən zaman müddətinə bənzətdi. Həmin zəmanə kimi Məsihin iştirakı da insanların başının gündəlik işlərə qarışdığı və verilən xəbərdarlığa məhəl qoymadığı bir zaman müddəti olacaqdı.

[8 və 9-cu səhifələrdəki şəkillər]

Hər gün eşitdiyimiz pis xəbərlər tezliklə yaxşı şeylərin olacağına sübutdur

[İcazə ilə]

Zenit topu: U.S. Army photo

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş