Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w08 15/1 s. 3
  • «Gözətçi Qülləsi»nin yeni təlim nəşri

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Gözətçi Qülləsi»nin yeni təlim nəşri
  • Gözətçi qülləsi 2008
  • Oxşar material
  • «Gözətçi Qülləsi» ilə əlaqədar maraqlı dəyişikliklər!
    Müqəddəs ibadətimiz 2007
  • Bəli, əlinizdəki təlim nəşridir!
    Gözətçi qülləsi 2012
  • Sadə ingilis dilində «Gözətçi Qülləsi»
    Gözətçi qülləsi 2011
  • «Gözətçi qülləsi» jurnalında ara məqalələr
    Gözətçi qülləsi 2023
Əlavə
Gözətçi qülləsi 2008
w08 15/1 s. 3

«Gözətçi Qülləsi»nin yeni təlim nəşri

SƏNİN oxuduğun bu jurnal «Gözətçi Qülləsi»nin təlim nəşrinin ilk buraxılışıdır. Biz səni bu jurnalın yeni tərtibatının bəzi yönləri ilə tanış etmək istəyirik.

Təlim nəşri Yehovanın Şahidləri və Müqəddəs Kitab öyrənməsində irəliləyiş edən insanlar üçün nəzərdə tutulub. Bu jurnal ayda bir dəfə çıxacaq və orada dörd və ya beş öyrənmə məqaləsi olacaq. Həmin məqalələrin qrafiki jurnalın üz qabığında çap olunacaq. «Gözətçi Qülləsi»nin kütləvi nəşrindən fərqli olaraq, təlim nəşri təbliğdə istifadə olunmayacağı üçün üz qabığının görünüşü saydan-saya dəyişməyəcək.

Jurnalın 2-ci səhifəsində hər öyrəniləcək məqalənin məqsədi haqda qısa xülasə veriləcək və saya daxil olacaq digər məqalələrin mündəricatı yerləşəcək. Bu yenilik «Gözətçi Qülləsi»ni aparan qardaşlara yığıncaq görüşündə məqalələrin daha səmərəli müzakirəsinə hazırlaşmaqda çox kömək edəcək.

Sən görəcəksən ki, öyrənmə məqalələri əvvəllər olduğundan bir az qısadır. Buna görə də, onların araşdırılması zamanı əsas ayələrin müzakirəsinə çox vaxt qalacaq. Biz səni səmimi-qəlbdən hər məqalədə gətirilən bütün ayələri nəzərdən keçirməyə təşviq edirik. Bəzi ayələrin yanında «oxu» yazılacaq və bu ayələr öyrənmə məqalələrinin araşdırılması zamanı oxunub müzakirə edilməlidir. Vaxt yol verərsə, gətirilən digər ayələri də oxumaq olar. Bəzi məqalələrdə ayələrin yanında «müqayisə et» yazılacaq. Bu ayələr abzasın əsas fikirləri ilə birbaşa bağlı olmadığı üçün adətən görüş zamanı oxunmayacaq. Buna baxmayaraq, həmin ayələrdə əlavə maraqlı məlumat, yaxud da müzakirə olunan fikirlərə əlavə izahat ola bilər. Biz səni, «Gözətçi Qülləsi»nin öyrənilməsinə hazırlaşarkən həmin ayələri oxumağa təşviq edirik. Sən belə ayələri də öz şərhlərinə daxil edə bilərsən.

2008-ci ildən etibarən illik hesabat artıq «Gözətçi Qülləsi»ndə deyil, «İllik məcmuə»də olduğu kimi, «Bizim Padşahlıq Xidmətimiz»də də çap olunacaq. Yuxarıda qeyd edildiyi kimi, təlim nəşrinə başqa məqalələr də daxil olacaq. Onların çoxu yığıncaq görüşlərində müzakirə olunmasa da, biz səni həmin məqalələri diqqətlə oxumağa təşviq edirik. Onlar da «sadiq və ağıllı qul»­un təqdim etdiyi ruhani qidadır (Mat. 24:45-47).

Beləliklə, «Gözətçi Qülləsi»nin təlim və kütləvi nəşri fərqli jurnallar deyil. Bu jurnalların hər ikisi də «Gözətçi Qülləsi Yehovanın Padşahlığını elan edir» adlanır. Hər iki nəşrin 2-ci səhifəsində «Gözətçi Qülləsi»nin məqsədi izah edilir. Jurnalın hər ikisi cildlənmiş nüsxəyə daxil ediləcək. Hər iki jurnalın əsasında tərtib olunan «Yadınızdadırmı?» rubrikası təlim nəşrində çap ediləcək.

Dünyada baş verən müharibələrə, iqtisadi çətinliklərə və təqiblərə baxmayaraq, «Gözətçi Qülləsi» 1879-cu ildən bəri Allahın Padşahlığı haqqında həqiqətləri sədaqətlə bəyan edir. Biz dua edirik ki, Yehovanın xeyir-duası ilə jurnal yeni tərtibatında da bunu etməyə davam etsin. Dua edirik ki, «Gözətçi Qülləsi»nin bir oxucusu kimi, yeni təlim nəşrindən faydalanmağına Yehova xeyir-dua versin.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş