Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 15/8 s. 30—32
  • Bir vaxtlar olduğu kimi, xidmətini yenidən bərpa edə bilərsənmi?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bir vaxtlar olduğu kimi, xidmətini yenidən bərpa edə bilərsənmi?
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • Xidmətə yenidən həvəs göstər
  • Hisslərinin öhdəsindən gəl
  • Acı təcrübədən dərs götür
  • Yehova Allahın ürəyi yumşaldı
    Gözətçi qülləsi 2011
  • «Ümidini Yehovaya bağla»
    Gözətçi qülləsi 2022
  • «Əyyub» kitabından diqqətəlayiq fikirlər
    Gözətçi qülləsi 2006
  • Şəraitimiz dəyişəndə qəlb rahatlığını itirməyək
    Gözətçi qülləsi 2018
Əlavə
Gözətçi qülləsi 2009
w09 15/8 s. 30—32

Bir vaxtlar olduğu kimi, xidmətini yenidən bərpa edə bilərsənmi?

NƏ VAXTSA məsihçi yığıncağında məsul mövqe tutmusanmı? Ola bilsin, sən xidməti köməkçi və ya ağsaqqal kimi xidmət etmisən. Yaxud da ola bilsin, sən vaxtilə tammüddətli xidmətin hansısa növündə olmusan. Şübhəsiz, təyinatın sənə sevinc və dərin məmnunluq gətirirdi, ancaq sonralar müəyyən səbəblər ucbatından xidmətini dayandırmalı olmusan.

Ola bilsin, sən bunu ailə üzvlərinin qayğısına qalmaq məqsədilə etmisən. Buna səbəb yaş və ya zəif sağlamlıq da ola bilər. Bu kimi qərarlar qəbul etmək heç də zəifliyin əlaməti deyil (1 Tim. 5:8). Birinci əsrdə yaşamış Filip missioner kimi xidmət edirdi, lakin sonralar ailəsinin qeydinə qalmaq üçün Qeysəriyəyə köçməli oldu (Həv. iş. 21:8, 9). Qədim İsrailin padşahı Davud ahıl yaşlarında olanda oğlu Süleymanı taxta çıxardaraq xələfi təyin etdi (1 Pad. 1:1, 32-35). Bununla belə, Yehova Filipi və Davudu yenə də sevir və qiymətləndirirdi. Hətta onlara bu gün də bir çoxları hörmət edir.

Lakin, ola bilsin, sənə həvalə olunan məsuliyyətlər əlindən alınıb. Bəlkə, buna səbəb hansısa düşüncəsiz hərəkət, yaxud ailə problemi olub? (1 Tim. 3:2, 4, 10, 12). Hətta, ehtimal ki, sən bu qərarın ədalətsiz olduğunu düşünürsən və incikliyin hələ də keçməyib.

Xidmətə yenidən həvəs göstər

Bəs bir kərə itirilən təyinatı bir daha qaytarmaq olarmı? Bu, bir çox hallarda mümkündür. Lakin xidməti yenidən bərpa etmək üçün, ilk növbədə, sən özün həvəs göstərməlisən (1 Tim. 3:1). Bəs bunu nəyə görə arzulamaq lazımdır? Özünü Allaha həsr etdiyin səbəbə, yəni Yehovanı və Ona xidmət edənləri sevdiyinə görə. Əgər sən yenidən xidmət etməklə məhəbbət göstərməyə hazırsansa, bu, Yehovaya imkan verəcək ki, sənin təyinatını itirməzdən öncəki və sonrakı təcrübəndən istifadə etsin.

İsraillilər haqlı olaraq xidmət etmək şərəfindən məhrum olduqdan sonra Yehovanın onlara verdiyi əminliyi yadına sal. Onun Kəlamında deyilir: «Mən Rəbbəm [Yehovayam] və heç vaxt dəyişmirəm. Siz bunun üçün məhv olmadınız, ey Yaqub övladları!» (Mal. 3:6). Yehova israilliləri sevir və onlardan sonra da istifadə etmək arzusunda idi. Yehova gələcəkdə səndən də istifadə etmək istəyir. İndiki vəziyyətində sən nə edə bilərsən? Teokratiyanın maraqlarına xidmət etmək üçün fitri istedaddan çox Yehova ilə yaxşı münasibət tələb olunur. Buna görə də yığıncaqda əlavə məsuliyyətlərin olmadığı üçün diqqətini ruhaniliyini möhkəmləndirməyə cəmlə.

İmanda ‘möhkəm olmaq’ üçün sən ‘Rəbbi, Onun qüvvətini aramalısan’ (1 Kor. 16:13; Məz. 105:4). Bunun üçün ürəkdən Ona dua et. Vəziyyətin haqqında Yehovaya danışanda ürəyini Ona boşalt və müqəddəs ruh dilə. Bunun sayəsində Yehovaya yaxınlaşacaq və möhkəmlənəcəksən (Məz. 62:8; Filip. 4:6, 13). Ruhaniliyimizi möhkəmləndirməyin digər üsulu şəxsi öyrənməmizin keyfiyyətini yaxşılaşdırmaqdır. Hal-hazırda məsuliyyətlərin az olduğundan, ola bilsin, əvvəllər riayət etməyə çətinlik çəkdiyin qrafiki bərpa etməklə şəxsi və ailəvi öyrənmə keçirməkdə daha çox şeylərə nail ola biləcəksən.

Əlbəttə, Yehovanın Şahidi kimi, sən hələ də Onun təmsilçisisən (Yeşaya 43:10-12). ‘Allahın yanında əməkdaşlar’ olmaq bizim üçün ən üstün şərəfdir (1 Kor. 3:9). Təbliğ xidmətində daha fəal iştirak etmək həm özümüzün, həm də əməkdaşlarımızın ruhaniliyini möhkəmləndirməyin ən yaxşı üsuludur.

Hisslərinin öhdəsindən gəl

Məsuliyyətlərini itirdikdən sonra səndə xəcalət və təəssüf hissi, yaxud öz hərəkətlərinə bəraət qazandırmaq meyili yarana bilər. Lakin əgər məsul qardaşlar özünü müdafiə etmək üçün dediklərini dinlədikdən sonra da sənin müəyyən xidmət növündə qala bilməyəcəyinə qərar veriblərsə, onda necə? Qardaşlara qarşı mənfi hisslər səndə yenidən məsuliyyətlərə can atmaq həvəsini öldürə və bu hadisədən özünə dərs götürməyə mane ola bilər. Gəlin Əyyubun, Menaşşenin və Yusifin nümunəsinin mənfi hisslərin öhdəsindən gəlməyə necə kömək etdiyini nəzərdən keçirək.

Əyyub patriarxal cəmiyyətdə başqalarını Yehovanın qarşısında təmsil edir, el arasında ağsaqqal və hakim kimi tanınırdı (Əyy. 1:5; 29:7-17, 21-25). Sonra həyatının ən firavan dövründə Əyyub var-dövlətini, uşaqlarını və sağlamlığını itirdi. Bununla yanaşı, o, başqalarının yanında qazandığı ad-sanını da itirdi. O dedi: «Yaşca məndən kiçiklər mənə lağ edirlər» (Əyy. 30:1).

Əyyub heç bir nöqsanı olmadığını düşünür və Allah qarşısında özünə bəraət qazandırmağa çalışırdı (Əyy. 13:15). Bununla belə, o, Yehovanı gözləməyə hazır idi və buna görə xeyir-dualandı. O, xüsusilə də məruz qaldığı sınaqlara qarşı münasibətini düzəltməli olduğunu anladı (Əyy. 40:6-8; 42:3, 6). Əyyub həlim olduğu üçün Allah axırda onu bol-bol xeyir-dualandırdı (Əyy. 42:10-13).

Əgər sən məsuliyyətlərini öz günahın ucbatından itirmisənsə, sən narahat ola bilərsən: «Görəsən, Yehova və məsihçi qardaşlarım məni həqiqətən də bağışlayıb olanları unudacaqlarmı?» Gəlin Yəhuda padşahı Menaşşenin nümunəsini nəzərdən keçirək. O, «Rəbbin gözündə çoxlu pis işlər görərək Onu qəzəbləndirdi» (2 Pad. 21:6). Buna baxmayaraq, Menaşşe sonda imanlı bir insan və idarə edən padşah kimi öldü. Bu, necə baş verdi?

Əvvəl-axır Menaşşe ona verilən cəza tədbirini qəbul etdi. O, xəbərdarlıqlara məhəl qoymayanda Yehova onu qandallayıb uzaq Babilə sürgün edən assuriyalıları ona qarşı qaldırdı. Menaşşe orada «Allahı Rəbbə yalvardı və atalarının Allahı önündə özünü çox alçaltdı, Allaha dua etdi». Menaşşenin ürəkdən gələn bu səmimi tövbəsi onu düzəlməyə təşviq etdi və o, nəticədə, bağışlandı (2 Saln. 33:12, 13).

İtirdiyimiz məsuliyyətləri çox nadir hallarda bir dəfəyə bərpa etmək mümkündür. Lakin sənə tədricən az-az məsuliyyətlər tapşırıla bilər. Onları qəbul edib yerinə yetirmək üçün əlindən gələni etsən, gələcəkdə daha böyük məsuliyyətlər ala bilərsən. Bu heç də o demək deyil ki, hər şey asan olacaq. Bu yolda əngəllərlə rastlaşa bilərsən. Bütün bunlara baxmayaraq, hazır və dəyanətli olmaq yaxşı səmərələr gətirir.

Nümunə üçün Yaqubun oğlu Yusifi götürək. 17 yaşında olanda Yusif qardaşları tərəfindən haqsız olaraq köləliyə satılmışdı (Yar. 37:2, 26-28). O, qardaşları tərəfindən belə bir münasibəti heç gözləmirdi. Buna baxmayaraq, o, düşdüyü vəziyyətə uyğunlaşmağa hazır idi və Yehovanın xeyir-duası sayəsində ‘ağasının evində qaldı’ (Yar. 39:2). Sonra Yusif həbsə atıldı. Lakin o, sadiq qaldığından Yehova onunla idi, buna görə də, nəticədə, həbsxana işləri ona tapşırıldı (Yar. 39:21-23).

Yusif bütün bu hadisələrin müəyyən məqsədə xidmət etdiyini bilmirdi. O sadəcə əlindən gələni etməyə davam edirdi. Yehova ondan istifadə edərək Övlada aparan nəsil şəcərəsini qorudu (Yar. 3:15; 45:5-8). Bizlərdən heç kim Allahın niyyətində Yusif kimi vacib rol oynayacağını gözləməsə də, bu hadisə göstərir ki, xidmətçilərinin məsuliyyətlər alması üçün Yehova Özü şəxsən qayğı göstərir. Yusifi təqlid etməklə Yehovanın sənə də məsuliyyətlər həvalə etməsinə şərait yarat.

Acı təcrübədən dərs götür

Əyyub, Menaşşe və Yusif ağır sınaqlarla üzləşdilər. Onların hər biri Yehovanın yol verdiyi sınaqlarla barışaraq özlərinə ibrət dərsi götürdü. Bəs sən özünə hansı dərsi götürə bilərsən?

Yehovanın sənə nə öyrətmək istədiyini görməyə çalış. Məyusluqla mübarizə aparan Əyyub diqqətini özünə cəmləmiş və daha vacib şeyləri nəzərdən qaçırmışdı. Amma Yehovanın məhəbbətlə düzəliş verməsi sayəsində o: «Bilmədiyim şeylərdən... danışdım»,— deyə etiraf edərək yenidən hər şeyə tarazlı baxmağa başladı (Əyy. 42:3). Əgər sən məsuliyyətlərini itirdiyinə görə incimisənsə, ‘özünə lüzumundan çox əhəmiyyət vermə; lakin Allahın hər kəsə verdiyi imanın həcminə görə, təmkinliliklə düşün’ (Rom. 12:3). Ola bilsin, Yehova sənə tam anlamadığın tərzdə düzəliş verməyə çalışır.

Cəzanı qəbul et. Ola bilsin, Menaşşe əvvəlcə aldığı cəzaya layiq olmadığını fikirləşirdi. Lakin o, bunu qəbul edib tövbə etdi və pis yolundan əl çəkdi. Aldığın cəzaya necə münasibət göstərməyindən asılı olmayaraq, ‘Allahın güclü əlinin himayəsi altında təvazökar ol ki, O Öz vaxtında səni ucaltsın’ (1 Pet. 5:6; Yaq. 4:10).

Səbirli və öyrənməyə hazır ol. Yusifin başına gələnlər onda asanlıqla nifrət və qisas almaq hissi yarada bilərdi. Lakin o, anlayışlı və mərhəmətli olmağı öyrəndi (Yar. 50:15-21). Əgər məyus olmusansa, səbirli ol. Yehovanın verdiyi öyüd-nəsihəti qəbul et.

Məsihçi yığıncağında nə vaxtsa məsuliyyətlərin olubmu? Yehovanın gələcəkdə də sənə məsuliyyətlər həvalə etməsinə yol ver. Ruhaniliyini möhkəmləndir. Səbir və həlimlik göstərərək hisslərini cilovla. Sənə verilən hər bir tapşırığı canla-başla yerinə yetir. Əmin ol ki, Yehova «xeyirxahlığını düz yolla gedənlərdən əsirgəmir» (Məz. 84:11).

[30-cu səhifədəki yazı]

Sidqi-ürəkdən dua edərək imanını möhkəmləndir

[31-ci səhifədəki şəkil]

Təbliğ xidmətində daha fəal iştirak etmək ruhaniliyimizi möhkəmləndirməyin ən yaxşı üsuludur

[32-ci səhifədəki şəkil]

Yehovanın gələcəkdə sənə məsuliyyətlər həvalə etməsinə yol ver

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş