Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 15/11 s. 18—19
  • Ürəkdən və sevinclə ver

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ürəkdən və sevinclə ver
  • Gözətçi qülləsi 2009
  • Oxşar material
  • ‘Bir ürək və bir canla’ Allaha xidmət edirik
    Gözətçi qülləsi 2008
  • Könüllü ianə etmək şərəfi sənə sevinc gətirirmi?
    Gözətçi qülləsi 2011
  • «İcazə ver, Yehovaya təqdimlər gətirək»
    Gözətçi qülləsi 2010
  • Onlardakı bolluq sizdəki əskikliyi doldurur
    Gözətçi qülləsi 2012
Əlavə
Gözətçi qülləsi 2009
w09 15/11 s. 18—19

Ürəkdən və sevinclə ver

HƏVARİ Pavel səxavətli olmağa dair yazırdı: «Hər kəs ürəyində niyyət etdiyi kimi versin». Sonra isə o əlavə edərək dedi: «Kədərlə, yaxud məcburi yox; çünki Allah gülər üzlə verəni sevir» (2 Kor. 9:7). Yehova heç kəsi təmiz ibadəti dəstəkləməyə məcbur etmir. O imkan verir ki, Onun xidmətçiləri məhəbbətlərini könüllü və sevinclə verməklə göstərsinlər. Tarix boyu Onun xalqı bu çağırışa həvəslə hay vermişdir. Gəlin üç nümunəyə nəzər salaq.

Yehova İsrail xalqını Misirdən azad edəndən sonra onlara Hüzur çadırını qurmağı əmr etdi. Bunun üçün materiallar lazım olduğundan xalq ianə etməyə çağırılırdı. Buna cavab olaraq, «könlü istəyən hər adam» qızıl və gümüş, zinət əşyaları və digər lazımi şeyləri gətirdi. Xalq o qədər əliaçıq idi ki, hətta ianəni dayandırmaq barədə elan səsləndi (Çıx. 35:5, 21; 36:6, 7).

Əsrlər sonra məbədin tikintisi başlanmaq üzrə olanda yenidən Allahın xalqının təmiz ibadəti dəstəkləmək imkanı yarandı. Davud padşahın özü də bu layihəyə çoxlu vəsait ayırdı və başqalarını da ianə etməyə dəvət etdi. Onlar bunu böyük həvəslə etdilər. Bir təsəvvür edin: təkcə qızıl və gümüşün dəyəri müasir ölçü ilə 100 milyard ABŞ dollarına bərabər idi! Xalq Yehovaya könüllü ianələr etdiyinə görə həddindən artıq sevinirdi (1 Saln. 29:3-9; 2 Saln. 5:1).

İsa Məsihin erkən davamçıları da sevinclə vermək ruhu təzahür etdirirdilər. B. e. 33-cü ilinin Pentikost günündə vəftiz olunan 3 000-ə yaxın adamın əksəriyyəti Yerusəlim sakini deyildi. İmkansızların müvəqqəti olaraq şəhərdə qalıb yeni imanları haqqında bilik əldə edə bilmələri üçün məsihçilər vəsait toplamaq qərarına gəldilər. Qardaşlar öz əmlaklarını satıb yığılan pulları həvarilərə verdilər ki, ehtiyacı olanlara kömək etsinlər. Yehova onların iman və məhəbbətlərinin bu cür təzahürünü görəndə necə də sevinirdi! (Həv. iş. 2:41-47).

Bizim günlərdə də məsihçilər vaxtlarından, qüvvələrdən və vəsaitlərindən səxavətlə və sevinclə təmiz ibadəti dəstəkləmək üçün istifadə edirlər. 18-ci səhifədəki çərçivədə bunu etməyin bəzi üsulları göstərilir.

[18-ci səhifədəki çərçivə]

BƏZİLƏRİ NECƏ İANƏ EDİRLƏR?

ÜMUMDÜNYA İŞİ ÜÇÜN PUL İANƏLƏRİ

Çoxları öz büdcələrində müəyyən miqdarda pul ayırıb, üzərində «Ümumdünya işi üçün ianələr (Matta 24:14)» yazılan qutuya atırlar.

Yığıncaqlar bu könüllü ianələri hər ay yerli filiala göndərirlər. Könüllü edilən pul ianələrini nəzdində olduğunuz filiala göndərmək olar. Zəhmət olmasa, ianə ilə birlikdə onun hədiyyə olduğunu bildirən qısa məktub da göndərin.

İANƏNİN DİGƏR NÖVLƏRİ

Bəzi ölkələrdə ümumdünya təbliğ işini dəstəkləmək üçün pul ianə etməkdən savayı, başqa üsullar da var. Onlardan bəziləri bunlardır:

Daşınmaz əmlak. Satışa yararlı olan daşınmaz əmlakı hədiyyə kimi ya birbaşa filiala ianə etmək olar, ya da hədiyyə edənin ömrünün axırınadək orada yaşayıb əmlakına sahiblik hüququna malik olmaq şərtilə ianə etmək olar. Öz əmlakınızı hədiyyə olaraq filiala vermək üçün sənədləri hazırlamazdan öncə, zəhmət olmasa, filial ilə əlaqə yaradın.

Vəsiyyətnamə. Əmlakı və ya pulu qanunla müəyyən olunmuş formada tərtib edilən vəsiyyətnamə əsasında filiala vermək olar. Belə olan halda, zəhmət olmasa, vəsiyyətnamənin surətini filiala göndərin.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş