Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 1/4 s. 5
  • İsa özü haqqında nə öyrədirdi?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İsa özü haqqında nə öyrədirdi?
  • Gözətçi qülləsi 2010
  • Oxşar material
  • İsa Məsih haqqında həqiqət
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • İsa Məsih haqqında həqiqət
    Müqəddəs Kitab təlimləri
  • İsa Məsih kimdir?
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • İsa Məsih Allah haqqındakı biliyin açarıdır
    Əbədi həyata aparan bilik
Əlavə
Gözətçi qülləsi 2010
w10 1/4 s. 5

İsa özü haqqında nə öyrədirdi?

«İsa özünün kim olduğunu, haradan gəldiyini, nə üçün dünyaya daxil olduğunu və gələcəkdə onu nə gözlədiyini yaxşı bilirdi» (YAZIÇI HERBERT LOKYER).

İSANIN öyrətdiyi şeyləri qəbul edib onlara iman etmək üçün əvvəlcə onun haqqında bilik almalıyıq. İsa kim idi? O, haradan gəlmişdi? Həyatda məqsədi nə idi? Mattanın, Markın, Lukanın və Yəhyanın yazdığı Müjdəyə müraciət etsək, bu sualların cavabını sanki İsanın öz ağzından eşitmiş olarıq.

O, böyük peyğəmbər idi. Bir dəfə İsa Məsih şagirdlərinə: «Əgər siz Musaya iman etmiş olsaydınız, Mənə də iman edərdiniz; ona görə ki, o, Mənim haqqımda yazmışdır» deməklə Musanın onun haqqında yazdığını açıq-aydın söyləmişdi (Yəhya 5:46). Yehova İsa haqqında Musanın vasitəsilə, həmçinin bu sözləri də demişdi: «Onlar üçün soydaşları arasından sənin kimi bir peyğəmbər yetirəcəyəm və sözlərimi onun dilindən eşidəcəksiniz. O, əmr etdiyim hər şeyi sizə söyləyəcək» (Qanunun təkrarı 18:18, 19). Bu peyğəmbərlik sözləri İsaya qulaq asmalı olduğumuzu aydın göstərir. Bununla belə, o, sadəcə peyğəmbər deyildi.

Yer üzünə gəlməzdən əvvəl mövcud idi. Bir dəfə İsa demişdi: «İbrahim olmazdan əvvəl Mən varam» (Yəhya 8:58). İbrahim İsanın doğulmasından təxminən 2 000 il qabaq yaşamışdı. Bununla belə, İsa hətta bu sadiq insandan da əvvəl mövcud idi. Bəs o, harada yaşayırdı? İsa özünün göydən endiyini söyləmişdi (Yəhya 6:38).

Allaha xüsusilə yaxın olan şəxs. İsa özünü ‘Allahın vahid Oğlu’ adlandırmışdı (Yəhya 3:18). Nəyə görə? Müqəddəs Kitabda Adəm də Allahın oğlu adlanır, çünki o, həyatı insan valideynlərindən deyil, birbaşa Allahdan almışdı (Luka 3:38). Buna bənzər tərzdə, Yehovanın bilavasitə yaratdığı yeganə varlıq olduğu üçün İsa Məsih Allahın Oğlu adlanır.

«İnsan Oğlu». İsa bu ifadəni özünə aid etdiyi digər ifadələrdən çox işlətmişdi (Matta 8:20). Bununla o, insan cildinə girmiş mələk və ya Allah olmadığını göstərmişdi. O, insan idi. Müqəddəs ruhu vasitəsilə Allah Oğlunun həyatını yer üzünə, bakirə Məryəmin bətninə köçürdü. Nəticədə, İsa kamil, günahsız insan kimi doğuldua (Matta 1:18; Luka 1:35; Yəhya 8:46).

Vəd edilmiş Məsih. «Bilirəm ki, Xristos adlanan Məsih gələcəkdir»,— deyə samariyalı qadın İsaya söyləmişdi. O, qadına belə cavab vermişdi: «Səninlə danışan Mən, Oyam» (Yəhya 4:25, 26). «Məsih» və «Xristos» sözləri «Məsh olunmuş» mənasını verir. İsa Allahın vədini yerinə yetirməkdə əsas rolu oynamaq üçün məsh edilib və ya bu işə təyin olunub.

Yer üzünə gəlməkdə əsas məqsədi. Bir dəfə İsa demişdi: «Allah Səltənətinin müjdəsini... yaymalıyam; çünki Mən bunun üçün göndərilmişəm» (Luka 4:43). O, ehtiyacı olan insanlar üçün yaxşı işlər görsə də, həyatda əsas amalı Allahın Padşahlığını təbliğ etmək idi. Onun Padşahlıq haqqında nə öyrətdiyini bir qədər sonra araşdıracağıq.

Aydındır ki, İsa adi adam deyildib. Görəcəyimiz kimi, göydə yaşaması onun yer üzündə söylədiyi sözləri daha mənalı edirdi. Beləliklə, onun təbliğ etdiyi xəbərin yer üzündə yaşayan milyonlarla insana təsir etməsi bizi təəccübləndirməlidirmi?

[Haşiyələr]

a Əlavə məlumat almaq üçün «Allahın rəhbərliyi Cənnətə aparan yolu göstərir» broşürasının 20-ci səhifəsindəki çərçivəyə baxın.

b İsa və onun Allahın niyyətində oynadığı rol haqda daha çox məlumatı Yehovanın Şahidləri tərəfindən dərc edilmiş «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının «İsa Məsih haqqında həqiqət» adlı 4-cü fəslindən tapa bilərsiniz.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş