Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 15/5 s. 22—23
  • Qavrama qabiliyyətinizi inkişaf etdirməyə davam edin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Qavrama qabiliyyətinizi inkişaf etdirməyə davam edin
  • Gözətçi qülləsi 2010
  • Başlıqlar
  • Oxşar material
  • «Siz indiyədək müəllim olmalı idiniz»
  • Qavrama qabiliyyətinizi inkişaf etdirin
  • «Bərk qida» üçün iştahanızı artırın
  • Yaxşını pisdən ayırd edə bilirsinizmi?
    Gözətçi qülləsi 2001
  • «Özünüzü imtahan edin»
    Gözətçi qülləsi 2005
  • Özünü son dərəcə müqəddəs imanının təməli üzərində möhkəmləndir
    Allahın məhəbbətindən ayrılmayın
  • Yetkinliyə doğru tərəqqi et — «Yehovanın möhtəşəm günü yaxındır»
    Gözətçi qülləsi 2009
Əlavə
Gözətçi qülləsi 2010
w10 15/5 s. 22—23

Qavrama qabiliyyətinizi inkişaf etdirməyə davam edin

MƏHARƏTLİ gimnastın gözəl və cəld hərəkətlərini seyr etmək necə də heyrətamizdir! Müqəddəs Kitab məsihçiləri təşviq edir ki, gimnast məşq etdiyi kimi, onlar da düşünmə qabiliyyətlərini məşq etdirsinlər.

İbranilərə məktubda həvari Pavel yazmışdır: «Bərk qida... yetkin adam üçündür. Belə adam qavrayışını daima işlətməklə onu yaxşını pisdən ayırmağa öyrəşdirib» (İbr. 5:14, YD). Nəyə görə Pavel, məharətli gimnastın əzələlərini məşq etdirdiyi kimi, ibrani məsihçiləri düşünmə qabiliyyətlərini məşq etdirməyə təşviq edirdi? Biz öz qavrama qabiliyyətimizi necə inkişaf etdirə bilərik?

«Siz indiyədək müəllim olmalı idiniz»

Pavel İsanın «Məlkisedeq rütbəli Baş Kahin» kimi tutduğu vəzifəni izah edərək yazırdı: «[İsa] barədə deyiləsi sözümüz çoxdur, amma bunları izah etmək çətindir. Çünki siz ağır eşidirsiniz. Hərçənd siz indiyədək müəllim olmalı idiniz; ancaq hələ də buna möhtacsınız ki, kimsə sizə təkrarən Allahın sözlərinin ibtidai qaydalarını öyrətsin; və qüvvətli yeməyə deyil, südə möhtac olmusunuz» (İbr. 5:9—12).

Görünür, birinci əsrdə yaşayan ibrani məsihçilərdən bəziləri həqiqətin dərinliklərini anlamağa can atmır və ruhani cəhətdən inkişaf etmirdilər. Məsələn, onlar Qanun və sünnətə dair get-gedə artan nuru qəbul etməkdə çətinlik çəkirdilər (Həv. iş. 15:1, 2, 27—29; Qalat. 2:11—14; 6:12, 13). Bəziləri isə həftəlik şənbə və illik Kəffarə günü kimi bayram və adətlərdən əl çəkə bilmirdilər (Kolos. 2:16, 17; İbr. 9:1—14). Buna görə də Pavel onları yaxşını pisdən ayıra bilmələri üçün qavrama qabiliyyətlərini inkişaf etdirməyə və ‘kamilliyə [«yetkinliyə», YD] doğru tərəqqi etməyə’ təşviq edirdi (İbr. 6:1, 2). Çox ehtimal ki, onun nəsihəti bəzilərinə düşünmə qabiliyyətlərindən necə istifadə etdikləri haqda düşünməyə və ruhən inkişaf etməyə kömək etmişdi. Bəs bizim barəmizdə nə demək olar?

Qavrama qabiliyyətinizi inkişaf etdirin

Ruhən yetkinləşmək üçün biz düşünmə qabiliyyətimizi necə inkişaf etdirə bilərik? «Daima işlətməklə»,— deyə Pavel yazır. Gözəl və mürəkkəb hərəkətləri icra etmək üçün əzələlərini və bədənini məşq etdirən gimnast kimi, biz də yaxşını pisdən ayırmaq üçün düşünmə qabiliyyətimizi inkişaf etdirməliyik.

Harvard Universitetinin tibb fakültəsinin psixiatriya üzrə kafedra professoru Con Reti yazır: «Beyniniz üçün edə biləcəyiniz ən yaxşı və yeganə şey məşq etməkdir». Corc Vaşinqton adına Universitetin nəzdində olan mərkəzin rəhbəri Cin Kouenin sözlərinə əsasən, «beynimizə çətin tapşırıq verəndə beyin hüceyrələri yeni dendritlər əmələ gətirir, bunun sayəsində də sinapsların, yəni əlaqələrin sayı artır».

Buna görə də biz düşünmə qabiliyyətimizi inkişaf etdirəndə və Allahın Kəlamından biliyimizi artıranda müdrik davranarıq. Belə etməklə biz ‘Allahın kamil iradəsini’ yerinə yetirmək üçün daha yaxşı hazır olacağıq (Rom. 12:1, 2).

«Bərk qida» üçün iştahanızı artırın

Əgər biz yetkinliyə doğru tərəqqi etmək istəyiriksə, özümüzdən soruşmalıyıq: «Müqəddəs Kitab həqiqətini daha yaxşı başa düşməkdə tərəqqi edirəmmi? Başqaları mənim ruhən yetkin məsihçi olduğumu görürmü?» Adətən, körpəsini süd və sıyıqla bəsləmək anaya xoş olur. Amma illər ötdükcə uşağının başqa heç bir yemək yemədiyini görən ananın narahatçılığını təsəvvür etmək olar. Biz də Müqəddəs Kitabı öyrətdiyimiz insanın inkişaf etdiyini və nəticədə özünü Allaha həsr edib vəftiz olunduğunu görəndə çox sevinirik. Tutalım ki, bundan sonra həmin insan ruhən inkişaf etmir. Məgər biz məyus olmazdıq? (1 Kor. 3:1—4). Müəllim yeni şagirdinin müəyyən vaxtdan sonra müəllim olacağına ümid edir.

Qavrama qabiliyyətimizi istifadə edərək hansısa məsələ barədə mülahizə yürütmək üçün düşünmək gərəkdir, bu isə səy tələb edir (Məz. 1:1—3). Biz yol verməməliyik ki, beynimizi işə salmağı tələb etməyən televizor və sevimli məşğuliyyətlər kimi yayındırıcı şeylər vacib məsələlər haqqında düşünməyimizə mane olsun. Düşünmə qabiliyyətimizi inkişaf etdirmək üçün biz Müqəddəs Kitabı və «sadiq və ağıllı qul»un nəşrlərini öyrənmək istəyinə yiyələnməli və onu təmin etməliyik (Mat. 24:45—47). Müqəddəs Kitabı müntəzəm oxumaqdan savayı, ailəvi ibadətə və Müqəddəs Kitab mövzularını dərindən araşdırmağa da vaxt ayırmaq vacibdir.

Meksikada xidmət edən səyyar nəzarətçi Xeronimo deyir ki, «Gözətçi Qülləsi»nin hər sayını alan kimi araşdırır. O həmçinin həyat yoldaşı ilə birgə öyrənmək üçün vaxt ayırır. Xeronimo deyir: «Biz hər gün Müqəddəs Kitabı birlikdə oxuyur və “Gözəl torpaq” broşürası kimi vəsaitlərdən istifadə edirik». Ronald adlı məsihçi isə yığıncağın Müqəddəs Kitabın həftəlik oxunması qrafikinə həmişə riayət etdiyini deyir. O həmçinin bir-iki mövzu seçib uzun müddət ərzində araşdırır. Ronald deyir: «Mən növbəti məşğələni səbirsizliklə gözləyirəm».

Bəs biz? Allahın Kəlamını öyrənmək və onun üzərində düşünmək üçün kifayət qədər vaxt ayırırıqmı? Düşünmə qabiliyyətimizi inkişaf etdirir və Müqəddəs Kitab prinsipləri əsasında qərarlar qəbul etmək təcrübəsinə yiyələnirikmi? (Sül. məs. 2:1—7). Gəlin qarşımıza ruhən yetkin insan olmaq məqsədini qoyaq ki, yaxşını pisdən ayırmaq üçün qavrama qabiliyyətlərini inkişaf etdirənlərin əldə etdikləri bilik və müdrikliyə yiyələnə bilək!

[23-cü səhifədəki şəkil]

Biz düşünmə qabiliyyətimizi «daima işlətməklə» inkişaf etdiririk

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş