Yadınızdadırmı?
«Gözətçi Qülləsi»nin son sayları xoşunuza gəldimi? Elə isə aşağıdakı suallara cavab verməyə çalışın.
• İsrailliləri Misirdən çıxarmaq üçün Allahın göndərdiyi mələk kim olub? (Çıx. 23:20, 21).
Üzərində Yehovanın ‘adı’ olan həmin mələyin sonradan İsa Məsih kimi tanınan Allahın ilkin Oğlu olduğu qənaətinə gəlmək məntiqəuyğundur (15.9, səhifə 21).
• Xidmətdə iştirak etməmək üçün gətirilən hansı səbəblər Allahın gözündə sadəcə bəhanədir?
«Bu, olduqca çətin işdir», «ürəyim istəmir», «vaxtım yoxdur», «mən bacarmaram», «xətrimə dəyiblər». Allahın tapşırığını yerinə yetirməmək üçün bunlar əsaslı səbəb deyil (15.10, səhifələr 12—15).
• Məsihçi görüşlər həm sənin, həm də başqaları üçün ruhlandırıcı keçsin deyə nə edə bilərsən?
Qabaqcadan hazırlaş. Müntəzəm iştirak et. Vaxtında gəl. Lazım olan hər şeyi özünlə gətir. Fikrinin yayınmasına yol vermə. Müzakirələrdə iştirak et. Qoy şərhlərin qısa olsun. Tapşırıqlarını yerinə yetir. İştirak edənləri təriflə. Görüşdən əvvəl və sonra ünsiyyət et (15.10, səhifə 22).
• Nəyə görə İsa dostu Lazarın yanına tez gedib onu sağaltmağa tələsmədi?
İsa gələndə Lazar artıq dörd gün idi ki, ölmüşdü. Bu qədər vaxt gözləməklə o, Atası Yehova haqqında daha yaxşı şahidlik verə bildi. Bunun sayəsində bir çoxları ona iman etdi (Yəh. 11:45) (okt.—dek., səhifələr 14, 15).
• «Səcdəgahlar» nə idi?
Yalançı allahlara ibadət olunan bu səcdəgahlar, adətən, təpələrin başında meydançalar, yaxud da başqa yerlərdə qurulan ibadətgahlar idi. Orada Allahın mühakimə etdiyi ayinlər zamanı istifadə olunan qurbangahlar, müqəddəs sütun və ya dirəklər və digər əşyalar ola bilərdi (Say. 33:52) (okt.—dek., səhifə 31).
• Harunun soydaşlarının təzyiqinə tab gətirə bilməməsindən biz özümüzə hansı ibrət dərsi götürə bilərik?
Bir dəfə Musa olmayanda israillilər Haruna güclü təzyiq göstərərək onu büt düzəltməyə məcbur etdilər. Bu göstərir ki, başqalarının təzyiqinə yalnız gənclər uymur. Bu hətta düzgün olanı etmək istəyən böyüklərə də təsir edə bilər. Biz pis təzyiqə qarşı durmalıyıq (15.11, səhifə 8).