Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 15/6 s. 11—15
  • Allah Öz məhəbbətini bizə göstərir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allah Öz məhəbbətini bizə göstərir
  • Gözətçi qülləsi 2011
  • Başlıqlar
  • Oxşar material
  • Allahın məhəbbəti günaha qarşı
  • Allah Məsih vasitəsilə nə etdi?
  • Fidyə sayəsində bəraət
  • Allah məhəbbətini başqalarına göstərir
  • Allah qarşısında saleh ada malik olduğunu qiymətləndir
  • Fidyə Allahın ən böyük hədiyyəsidir
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Fidyə
    Müqəddəs Kitab təlimləri
  • Ən dəyərli hədiyyə
    Gözətçi qülləsi (kütləvi) 2017
  • İsa Məsihin ölümü xilasa necə yol açdı?
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
Gözətçi qülləsi 2011
w11 15/6 s. 11—15

Allah Öz məhəbbətini bizə göstərir

«Lütf... salehlik vasitəsilə əbədi həyat üçün hökm sürsün» (ROM. 5:21).

1, 2. İnsanlar hansı mirası və ya ənamı qiymətli sayırlar? Bəs həqiqətən də dəyərli olan ənam hansıdır?

«ROMALILARIN xələflərinə qoyduqları... ən böyük miras onların qanunları və insanların qanunlara əsasən yaşamalı olduqları fikri idi» (Doktor Devid Uilyams, Melburn Universiteti, Avstraliya). Lakin bu miras nə qədər qiymətli olsa da, ondan da dəyərli miras və ya ənam mövcuddur. Söhbət Allahın təqdim etdiyi ənamdan gedir. Onun sayəsində bizim Allah qarşısında saleh elan olunmaq və xilas olub əbədi yaşamaq ümidimiz var.

2 Allahın bu ənamı necə təqdim etməsi müəyyən mənada Onun ədalət prinsipləri ilə bağlıdır. Ancaq həvari Pavel «Romalılara məktub»unun 5-ci fəslində bunu quru hüquqi fakt kimi təqdim etmir. Əksinə, o, bu fəsli ruhlandırıcı və əminlik ifadə edən sözlərlə başlayır: «İmana görə saleh elan olunduğumuz üçün, gəlin Ağamız İsa Məsih vasitəsilə Allahla aramızdakı sülhü qoruyaq». Allahın bu ənamını alan insanların ürəyində Ona qarşı məhəbbət yaranır. Belə insanlardan biri də həvari Pavel idi. O yazmışdı: «Bizə verilmiş müqəddəs ruh vasitəsilə ürəyimizə Allahın məhəbbəti dolmuşdur» (Rom. 5:1, 5).

3. Allahın təqdim etdiyi ənamla əlaqədar məntiqi olaraq hansı suallar yaranır?

3 Bəs nəyə görə Allahın məhəbbətlə təqdim etdiyi ənama ehtiyacımız var idi? Allah bu ənamı necə təqdim edə bilərdi ki, Onun ədalət normaları pozulmasın və bu, bütün insanlara fayda gətirsin? Bu ənamı almaq üçün insandan nə tələb olunur? Gəlin bu sualların cavabını tapaq və görək bundan Allahın məhəbbətli olduğu necə görünür.

Allahın məhəbbəti günaha qarşı

4, 5. a) Yehova bizə olan böyük məhəbbətini necə göstərib? b) Romalılara 5:12 ayəsini başa düşmək üçün biz nəyi bilməliyik?

4 İnsanlara böyük məhəbbətindən irəli gələrək Yehova Öz yeganə Oğlunu onlara kömək etmək üçün yer üzünə göndərdi. Pavel bunu belə ifadə edir: «Allah... Öz məhəbbətini bizə onunla göstərir ki, biz hələ günahlı ikən Məsih uğrumuzda öldü» (Rom. 5:8). «Biz hələ günahlı ikən» ifadəsinə diqqət yetirək. Hamı bəşəriyyətin günaha necə batdığını bilməlidir.

5 Pavel bunu belə izah edir: «Günah bir adam vasitəsilə, ölüm də günah vasitəsilə dünyaya girdiyi kimi, ölüm bütün adamlara keçdi, çünki hamı günah işləyib» (Rom. 5:12). Bunu başa düşmək çətin deyil, çünki Allah Müqəddəs Kitab vasitəsilə həyatın necə yarandığını açıqlayır. Oradan biz bilirik ki, Allah iki insanı, Adəmlə Həvvanı yaratmışdı. Yaradan kamil olduğu üçün bizim ulu valideynlərimiz də kamil idi. Allah onlara yalnız bir şeyi qadağan etmişdi və qabaqcadan demişdi ki, həmin qanunu pozsalar, öləcəklər (Yar. 2:17). Ancaq onlar fəlakətlə nəticələnən seçim etməklə Allahın ədalətli əmrindən çıxdılar və bununla Yehovanı Ali Hökmdar və qanunlar təsis edən bir Şəxs kimi rədd etdilər (Qanun. t. 32:4, 5).

6. a) Nəyə görə Adəmin nəsli Musaya Qanun verilməzdən əvvəl də ölürdü, sonra da ölür? b) Hemofiliya kimi xəstəliklərin nümunəsi əsasında nəyi izah etmək olar?

6 Adəmin övladları o günah etdikdən sonra dünyaya gəldi. Buna görə də günah və onun nəticələri onların hamısına keçdi. Əlbəttə, onlar Adəm kimi bilərəkdən Allahın qanunu pozmamışdılar, buna görə də Allah onları Adəmin etdiyi günaha görə ittiham etmirdi. Üstəlik, o vaxt Allah hələ Öz qanunlarını verməmişdi (Yar. 2:17). Bununla belə, Adəmin nəsli günahı miras aldı. Beləliklə, günah və ölüm Allahın israillilərə qanunlar verən vaxtadək ağalıq edirdi. Qanun veriləndə isə bu, Adəmin nəslinin günahlı olduğunu açıq-aydın göstərdi. (Romalılara 5:13, 14 ayələrini oxu.) Miras aldığımız günahın bizə necə təsir etdiyini talassemiya, yaxud da hemofiliya kimi irsi xəstəliklərin, yəni qüsurların nümunəsi əsasında göstərmək olar. Ola bilsin, siz eşitmisiniz ki, rus çarı II Nikolay və onun yoldaşı Aleksandra Fyodorovnanın oğlu Aleksey qan xəstəliyi olan hemofiliyanı miras almışdı. Belə ailələrdə doğulan uşaqların hamısı bu xəstəliklərdən əziyyət çəkməsə də, onların daşıyıcısı ola bilərlər. Lakin günahın nəticəsi tamamilə fərqlidir. Bu qüsurun Adəmdən bizə keçməsi qaçılmaz idi. Onu öz üzərində hamı hiss edir və o, həmişə ölümlə nəticələnir. Günah dünyaya gələn hər uşağa keçir. Bəs ondan nə vaxtsa yaxa qurtarmaq mümkün olacaq?

Allah Məsih vasitəsilə nə etdi?

7, 8. İki kamil insanın tutduğu yollar hansı fərqli nəticələrə gətirib çıxartdı?

7 İnsanların miras aldıqları günahdan azad olmaları üçün Yehova məhəbbətdən irəli gələrək bir tədbir görüb. Pavel izah etmişdi ki, bu, mahiyyət etibarilə, ikinci Adəm olan digər kamil insan vasitəsilə mümkün olub (1 Kor. 15:45). Bu iki kamil insanın tutduğu yol tamamilə fərqli nəticələr verdi. Hansı nəticələri? (Romalılara 5:15, 16 ayələrini oxu.)

8 Pavel deyir: «Ənamın nəticəsi günahın nəticəsindən tam fərqlidir». Adəm Allahın qanununu pozduğuna görə günahkar idi, buna görə də layiq olduğu cəzanı — ölüm hökmünü aldı. Lakin ölən yalnız o deyildi. Biz oxuyuruq: «Bir nəfərin günahı ucbatından çoxlu adam [öldü]». Adəmə kəsilən ədalətli hökm tələb edirdi ki, biz də daxil olmaqla, onun bütün qeyri-kamil nəsli eyni cəzanı alsın. Buna baxmayaraq, ondan sonra dünyaya gələn kamil insan olan İsanın tamamilə başqa nəticəyə nail olduğunu bilmək bizə təsəlli verir. Söhbət hansı nəticədən gedir? Bu sualın cavabını Pavelin yazdığı sözlərdən görmək olar: «Hər cür insan yaşamaq üçün saleh elan edilir» (Rom. 5:18).

9. Romalılara 5:16, 18 ayələrinə əsasən, Allah insanların saleh elan olunmaları üçün nə edib?

9 «Saleh elan edilmək» kimi tərcümə olunan yunan ifadəsinin mənası nədir? Bir Müqəddəs Kitab tərcüməçisi bu barədə yazıb: «Bu, hüquqi çalarları olan bir metaforadır. Bu ifadə altında insanın daxilində baş verən dəyişiklik yox, onun Allah qarşısındakı mövqeyinin dəyişilməsi nəzərdə tutulur... Bu metafora Allahı qarşısına gətirilən və qeyri-salehlikdə ittiham olunan müttəhimin xeyrinə qərar çıxaran, başqa sözlə, ona bəraət qazandıran bir hakim kimi təsvir edir».

10. İsanın gördüyü hansı iş insanların saleh elan olunmaları üçün əsas verir?

10 «Bütün dünyanın Hakimi» olan Yehova qeyri-saleh insanlara nəyin əsasında bəraət qazandıra bilərdi? (Yar. 18:25). Belə bir əsasın olması üçün Allah məhəbbətdən irəli gələrək yeganə Oğlunu yer üzünə göndərdi. İsa sınaqlarla, istehza və təhqirlərlə üzləşsə də, Atasının iradəsini mükəmməl surətdə yerinə yetirdi. O, işgəncə dirəyində son nəfəsinədək Allah qarşısında nöqsansızlığını qorudu (İbr. 2:10). Kamil həyatını qurban verməklə İsa Adəmin nəslini ölüm və günahdan azad edə bilən fidyə təqdim etdi (Mat. 20:28; Rom. 5:6—8).

11. «Müvafiq... fidyə» deyiləndə nə nəzərdə tutulur?

11 Müqəddəs Kitabın başqa yerində Pavel İsanın qurbanını «müvafiq... fidyə» adlandırır (1 Tim. 2:6). Nə nəyə müvafiq idi? Adəm qeyri-kamilliyi və ölümü milyardlarla insana, yəni bütün nəslinə ötürdü. Düzdür, kamil insan olan İsadan milyardlarla kamil insanlar törəyə bilərdia. Buna görə biz elə başa düşürdük ki, İsanın, üstəgəl ondan törəyə biləcək kamil nəslinin həyatı Adəmin və onun qeyri-kamil nəslinin itirdiyi həyata bərabər olan qurbanı təşkil edir. Amma Müqəddəs Kitabın heç bir yerində İsadan törəyə biləcək nəslin fidyənin hissəsi olduğu deyilmir. Romalılara 5:15—19 ayələrində yazılıb ki, qurtuluşumuzu «tək bir insan»ın ölümü təmin edir. Bəli, İsanın kamil həyatı Adəminkinə müvafiq idi. Diqqət yalnız İsa Məsihə yönəldilib və bu, belə də olmalıdır. İsanın «bir saleh [əməli]», yəni itaətkarlığı və ölümədək sadiq qalması sayəsində hər cür insanın qarşısında Allahın ənamını almaq, yəni saleh elan olunmaq və yaşamaq imkanı açılıb (2 Kor. 5:14, 15; 1 Pet. 3:18). Allah günahlı insanlara necə bəraət qazandırır?

Fidyə sayəsində bəraət

12, 13. Nəyə görə saleh elan olunanlar Allahın məhəbbətinə və mərhəmətinə ehtiyac duyurlar?

12 Yehova Allah Oğlunun təqdim etdiyi fidyə qurbanlığını qəbul etdi (İbr. 9:24; 10:10, 12). Buna baxmayaraq, İsanın yer üzündə olan sadiq həvariləri də daxil olmaqla, bütün şagirdləri hələ də qeyri-kamil idilər. Onlar pis əməllərdən qaçmağa çalışsalar da, bu, onlarda həmişə alınmırdı. Nəyə görə? Çünki miras aldıqları günah hələ də onların daxilində idi (Rom. 7:18—20). Lakin onların vəziyyəti artıq acınacaqlı deyildi, çünki Allah İsanın «müvafiq» fidyə qurbanlığını qəbul etmişdi və xidmətçilərinin rifahı naminə onu tətbiq etməyə hazır idi.

13 Ancaq bu o demək deyil ki, hansısa yaxşı işlər gördüklərinə görə Allah fidyə qurbanlığının dəyərini həvarilərə və digərlərinə tətbiq etməyə borclu idi. Əksinə, Allah bunu mərhəmətindən və böyük məhəbbətindən irəli gələrək etdi. O, həvarilərə və başqalarına bəraət qazandırmaq qərarına gəldi və artıq onları miras aldıqları günahdan azad olunmuş hesab edirdi. Pavel bunu belə izah edir: «Doğrudan da, siz bu lütf sayəsində iman vasitəsilə xilas oldunuz, amma buna özünüz nail olmadınız, bu, Allahın ənamıdır» (Efes. 2:8).

14, 15. Allahın saleh elan etdiyi insanları hansı mükafat gözləyir? Lakin onlar nə etməlidirlər?

14 Külli-İxtiyar Allahın miras aldığımız günahı və etdiyimiz səhvləri bağışlaması, həqiqətən də, çox dəyərli ənamdır! Biz bilmirik, insanlar məsihçi olmazdan öncə nə qədər günah ediblər, ancaq Allah fidyə qurbanlığının sayəsində bütün bu günahları bağışlayıb. Pavel yazır: «Çoxlu günahdan sonra verilən ənamın nəticəsində... insanlar saleh elan edildilər» (Rom. 5:16). Bu gözəl ənamı alan, yəni saleh elan olunan həvarilər və digər insanlar həqiqi Allaha imanla xidmət etməyi davam etdirməli idilər. Bəs Allaha bu cür xidmət edənləri qarşıda hansı mükafat gözləyirdi? «Bol lütf və salehlik ənamı alanlar... tək bir şəxs — İsa Məsih vasitəsilə yaşayıb padşahlıq edəcəklər». Gördüyümüz kimi, Adəmdən miras aldığımız günahdan fərqli olaraq, salehlik ənamının nəticəsi həyatdır. (Rom. 5:17; Luka 22:28—30 ayələrini oxu.)

15 Həmin ənamı alanlar saleh elan olunub Allahın ruhani oğulları olurlar. Məsihin həmvarisləri olan bu məsihçilərin Allahın ruhani oğulları kimi göylər həyatı üçün dirildilib onunla birgə padşahlıq etmək ümidləri var. (Romalılara 8:15—17, 23 ayələrini oxu.)

Allah məhəbbətini başqalarına göstərir

16. Cənnətə çevriləcək yer üzündə yaşamağa ümid edənlər Allahın ənamını necə ala bilərlər?

16 İman təzahür etdirən və sədaqətlə Allaha xidmət edən məsihçilərin hamısı Məsihlə birgə göylərdə padşahlıq etməyəcək. Məsihçilikdən öncə yaşayan insanlar kimi, çoxları Cənnətə çevriləcək yer üzündə yaşamaq ümidinə malikdir. Bəs onlar artıq indi Allahın gözəl ənamını almağa, yəni yer üzündə yaşamaq üçün saleh elan edilməyə ümid edə bilərlərmi? Pavelin Romadakı məsihçilərə yazdığı məktuba əsasən, ümid edə bilərlər!

17, 18. a) İbrahim iman etdiyi üçün Allah onu necə insan hesab edirdi? b) Nəyə əsasən Yehova İbrahimi saleh hesab edirdi?

17 Pavel bunu böyük iman sahibi olan İbrahimin nümunəsi əsasında izah etdi. Onun dövründə nə İsrail xalqına verilən Qanun var idi, nə də ki Məsih yer üzünə gəlib göylər həyatı üçün yol açmışdı (İbr. 10:19, 20). Biz oxuyuruq: «Dünyanın varisi olmaq vədi İbrahimə və onun nəslinə qanun vasitəsilə yox, imandan doğan salehlik vasitəsilə vəd edilmişdi» (Rom. 4:13; Yaq. 2:23, 24). Buna görə də Yehova Ona sadiq olan İbrahimi saleh hesab edirdi. (Romalılara 4:20—22 ayələrini oxu.)

18 Amma bu o demək deyil ki, Yehovaya xidmət etdiyi uzun müddət ərzində İbrahim heç bir günah etməmişdi. O, bu mənada saleh deyildi (Rom. 3:10, 23). Bununla belə, misilsiz müdrikliyə sahib olan Yehova İbrahimin qeyri-adi imanını və bundan irəli gələrək etdiyi işləri nəzərə almışdı. Xüsusilə də İbrahim onun nəslindən gələcək Övlada iman bəsləyirdi. Bu övlad Məsih oldu (Qal. 3:6; Həv. iş. 3:25). Buna görə də səmavi Hakim olan Yehova «Məsih İsanın ödədiyi fidyə» sayəsində keçmişdə edilən günahları bağışlaya bilir. Deməli, İbrahim və məsihçilikdən öncə yaşayan Allahın digər sadiq xidmətçiləri diriləcəklər. (Romalılara 3:24, 25 ayələrini oxu; Məz. 32:1, 2.)

Allah qarşısında saleh ada malik olduğunu qiymətləndir

19. Yehovanın İbrahimi saleh elan etməsi nəyə görə çoxlarının qəlbini isindirməlidir?

19 Yehovanın İbrahimi saleh hesab etməsi bütün həqiqi məsihçilərin qəlbini isindirməlidir. Məsihlə padşahlıq edəcək ruhla məsh olunmuş məsihçilərdən fərqli olaraq, İbrahim başqa mənada saleh elan olunmuşdu. Allahın seçdiyi o insanlar «müqəddəs olmaq üçün» çağırılırlar və Allah onları Öz oğulları kimi qəbul edir (Rom. 1:7; 8:14, 17, 33). İbrahim isə «Yehovanın dostu» oldu, bu zaman fidyə qurbanlığı hələ təqdim olunmamışdı (Yaq. 2:23; Yeşaya 41:8). Bəs bərpa edilmiş Cənnətdə yaşamağa ümid edən həqiqi məsihçilər barədə nə demək olar?

20. Yehova İbrahim kimi saleh hesab etdiyi insanlardan nə gözləyir?

20 Məsh olunmuş məsihçilərdən fərqli olaraq, bu adamlar «Allahın ənamı, yəni Onun lütfü sayəsində Məsih İsanın ödədiyi fidyə vasitəsilə qurtulub» səmavi həyat üçün saleh elan edilmirlər (Rom. 3:24; 5:15, 17). Buna baxmayaraq, onlar Allaha və Onun təqdim etdiyi fidyə qurbanlığına iman gətirir və bunu xeyirxah əməlləri ilə göstərirlər. Onların xeyirxah əməllərindən biri «Allahın padşahlığı... [və] Ağamız İsa Məsih haqqında» təbliğ etmələridir (Həv. iş. 28:31). Buna görə Yehova İbrahimi saleh hesab etdiyi kimi, onları da saleh hesab edə bilər. Onların aldığı ənam — Yehova ilə dostluq — məsh olunmuşların aldığı ənamdan fərqlənir. Bununla belə, onlar bu ənamı yüksək qiymətləndirirlər.

21. Yehovanın məhəbbəti və ədaləti sayəsində qarşımızda hansı imkan açılıb?

21 Əgər sən yer üzündə yaşamağa ümid edənlərdən birisənsə, onda yadda saxlamalısan ki, bu imkan hansısa insan hökmdarının düşünülməmiş şəkildə verdiyi vəd sayəsində yaranmayıb. Əksinə, bu, Kainatın Ali Hökmdarının hikmət dolu niyyətinin bəhrəsidir. Yehova Öz niyyətini mərhələ-mərhələ həyata keçirir. Onun atdığı bu addımlar ədalət prinsiplərinə müvafiqdir, üstəlik, bizə olan böyük məhəbbətinin təzahürüdür. Buna görə də həvari Pavel əsaslı olaraq demişdi: «Allah... Öz məhəbbətini bizə onunla göstərir ki, biz hələ günahlı ikən Məsih uğrumuzda öldü» (Rom. 5:8).

[Haşiyə]

a İsanın təqdim etdiyi fidyə qurbanlığına ondan törəyə biləcək nəslin də daxil olması barədə məlumat «Müqəddəs Yazıların dərk edilməsi» (ing.) ensiklopediyasının 2-ci cildinin 736-cı səhifəsinin 4 və 5-ci abzaslarında, o cümlədən «Gözətçi Qülləsi»nin 2000-ci il 15 mart sayının 4-cü səhifəsinin 4-cü abzasında (rus.) yazılıb.

Yadınızdadırmı?

• Adəmin nəsli nəyi miras alıb və onun nəticəsi nədir?

• Müvafiq fidyə necə ödənildi və o, nəyə müvafiq idi?

• Saleh elan olunmaq ənamı qarşında hansı imkanı açır?

[13 səhifədəki şəkil]

Kamil insan olan Adəm günah işlətdi, digər kamil insan olan İsa isə «müvafiq... fidyə» qurbanlığını təqdim etdi

[15 səhifədəki şəkil]

İsanın sayəsində biz saleh elan oluna bilərik. Məgər bu, xoş xəbər deyil?!

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş