Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 15/10 s. 27—31
  • Əzab çəkənlərə təsəlli verin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Əzab çəkənlərə təsəlli verin
  • Gözətçi qülləsi 2011
  • Başlıqlar
  • Oxşar material
  • Xoş xəbər bütün dünyada təbliğ olunur
  • Həmimanlılarımız bizə təsəlli verə bilər
  • Allahın Kəlamı bizə təsəlli verir
  • Başqalarına təsəlli verməyin digər üsulları
  • Allah təsəllini necə verir?
    Gözətçi qülləsi (kütləvi) 2016
  • «Hər cür təsəlli» verən Yehovaya güvən!
    Gözətçi qülləsi 2011
  • Kədərli olanlara təsəlli verin
    Gözətçi qülləsi 2003
  • Həqiqi təsəllini haradan tapmaq olar?
    Gözətçi qülləsi 2003
Əlavə
Gözətçi qülləsi 2011
w11 15/10 s. 27—31

Əzab çəkənlərə təsəlli verin

«[Yehova] məni məsh etdi... yaslılarına hamısına təsəlli vermək üçün» (YEŞAYA 61:1, 2).

1. İsa əzab-əziyyət çəkənlər üçün nə edirdi və nəyə görə?

İSA MƏSİH demişdi: «Mənim yeməyim məni göndərənin iradəsini yerinə yetirmək və Onun işini tamamlamaqdır» (Yəh. 4:34). İsa Allahdan aldığı tapşırığı yerinə yetirərkən Onun ecazkar xüsusiyyətlərini əks etdirirdi. Bu xüsusiyyətlərdən biri Yehovanın insanlara bəslədiyi böyük məhəbbətdir (1 Yəh. 4:7—10). Yehova bu məhəbbəti həm də insanlara təsəlli verməklə göstərir. Buna görə həvari Pavel Yehovanı «hər cür təsəlli Allahı» adlandırdı (2 Kor. 1:3). İsa Yeşayanın peyğəmbərliyini yerinə yetirməklə bu məhəbbəti təzahür etdirdi. (Yeşaya 61:1, 2 ayələrini oxu.) O, bu peyğəmbərliyi Nazaret şəhərindəki sinaqoqda oxuyub özünə aid etdi (Luka 4:16—21). Bütün xidməti boyu İsa əzab-əziyyət çəkənlərə məhəbbətlə təsəlli verib onları ruhlandırır və qəlblərini rahatlıqla doldururdu.

2, 3. Nəyə görə Məsihin davamçıları başqalarına təsəlli verməkdə ondan nümunə götürməlidirlər?

2 İsanın bütün davamçıları ondan nümunə götürərək əzab-əziyyət çəkənlərə təsəlli verməlidirlər (1 Kor. 11:1). Pavel demişdi: «Bir-birinizə təsəlli verin və bir-birinizi möhkəmləndirin» (1 Salon. 5:11). Xüsusilə də biz başqalarına təsəlli verməliyik, çünki bu dərəcədə «ağır bir zəmanə» bəşər tarixində hələ olmayıb (2 Tim. 3:1). Pis insanların sayı getdikcə artdığı üçün yaxşı insanlar öz sözləri və hərəkətləri ilə başqalarına əzab və ürəkağrısı verən insanların içində yaşamaq məcburiyyətindədirlər.

3 Müqəddəs Kitabda peyğəmbərlik edilmişdi ki, bu pis sistemin son günlərində «insanlar xudbin, pulpərəst, özünü öyən, özündən razı, küfr danışan, valideynlərinə itaət etməyən, nankor, vəfasız, doğmalarını sevməyən, tərs, böhtançı, təmkinsiz, zalım, yaxşılığın düşməni, xain, öz bildiyini edən, lovğa olacaqlar, Allahdan çox eyş-işrəti sevəcəklər». İnsanların əməlləri və düşüncələri indiki qədər pozulmamışdı. Çünki həmin peyğəmbərlikdə qeyd olunur ki, insanlar «daha da pis işlər görəcəklər» (2 Tim. 3:2—4, 13).

4. Dünyanın vəziyyəti nə yerdədir?

4 Allahın Kəlamında aydın deyilir ki, «bütün dünya... Şəririn əlindədir», buna görə də hal-hazırkı vəziyyət bizi heç təəccübləndirmir (1 Yəh. 5:19). «Bütün dünya» deyildikdə, onun siyasi, dini, ticari sistemləri, həmçinin təbliğat vasitələri nəzərdə tutulur. Şübhə yoxdur ki, «bu dünyanın hökmdarı» və «bu dövrün allahı» Şeytan İblisdir (Yəh. 14:30; 2 Kor. 4:4). Bütün yer üzündə vəziyyət getdikcə daha betər olur, çünki Şeytan vaxtının qurtarmaq üzrə olduğunu və tezliklə Yehovanın onu Öz yolundan götürəcəyini bildiyi üçün çox qəzəblidir (Vəhy 12:12). Allahın Şeytana və onun pis sisteminə göstərdiyi səbrin tezliklə sona çatacağını və Şeytanın Yehovanın ali hökmranlığı ilə bağlı qaldırdığı məsələnin öz həllini tapacağını bilmək necə də təsəllivericidir! (Yar., fəs. 3; Əyy., fəs. 2).

Xoş xəbər bütün dünyada təbliğ olunur

5. Təbliğ işi ilə bağlı peyğəmbərlik son günlərdə necə yerinə yetir?

5 Bəşər tarixinin bu çətin dövrü ərzində İsanın söylədiyi peyğəmbərlik yerinə yetir. O demişdi: «Padşahlıq haqqındakı bu xoş xəbər millətlərin hamısına şəhadət olsun deyə, bütün yer üzündə təbliğ ediləcək və son o vaxt gələcək» (Mat. 24:14). Allahın Padşahlığı haqqında dünya miqyasında aparılan şahidlik işi getdikcə daha böyük vüsət alır. Bu gün bütün dünyada 107 000-dən çox yığıncaq və 7 500 000-dən çox Yehovanın Şahidi var. İsa Allahın Padşahlığı haqda təbliğ etdiyi və öyrətdiyi kimi, onlar da həmin işi icra edirlər (Mat. 4:17). Bunun sayəsində əzab-əziyyət çəkənlər böyük təsəlli tapırlar. Son iki il ərzində 570 601 adam Yehovanın Şahidi kimi vəftiz olunub!

6. Təbliğ fəaliyyətinin bu qədər geniş vüsət alması barədə nə düşünürsən?

6 Yehovanın Şahidlərinin Müqəddəs Kitaba əsaslanan ədəbiyyatlarını 500-dən artıq dilə tərcümə etmələri və paylamaları bu işin nə dərəcədə geniş miqyasda yerinə yetirildiyini görməyə kömək edir. Bəşər tarixində hələ belə bir şey olmayıb! Yehovanın təşkilatının yer üzündəki hissəsinin mövcud olması, fəaliyyəti və inkişafı, həqiqətən də, heyrətamizdir. Allahın qüdrətli müqəddəs ruhunun rəhbərliyi və köməkliyi olmasaydı, Şeytanın idarəsi altında olan bu dünyada Allahın işini həyata keçirmək qeyri-mümkün olacaqdı. Xoş xəbər dünyanın hər yerində olan insanlara təbliğ olunduğu üçün Müqəddəs Kitab yalnız həmimanlılarımıza yox, həmçinin Padşahlıq haqda xəbərə hay verən hər bir insana təsəlli verir.

Həmimanlılarımız bizə təsəlli verə bilər

7. a) Nəyə görə biz gözləməməliyik ki, Yehova bizə əzab verən bütün vəziyyətləri aradan qaldıracaq? b) Haradan bilirik ki, sınaqlara və təqiblərə tab gətirmək mümkündür?

7 Pislik və əzab-əziyyətlə dolu olan bu dünyada narahatçılığa səbəb olan vəziyyətlərlə üzləşməyimiz labüddür. Nə qədər ki Allah bu sistemi məhv etməyib, biz gözləməməliyik ki, O, bizə dərd-qəm və bədbəxtlik gətirən hər şeyi həyatımızdan silib atacaq. O günü gözlədiyimiz ərəfədə bizim Yehovaya və Onun ali hakimiyyətinə sadiqliyimiz, qabaqcadan deyildiyi kimi, sınağa çəkiləcək (2 Tim. 3:12). Lakin səmavi Atamızın köməyi və bizə verdiyi təsəlli sayəsində biz də, qədim Salonikidə yaşayan məsh olunmuş məsihçilər kimi, çətinliklər və təqiblər zamanı «dözüm və inam» təzahür etdirə bilərik. (2 Salonikililərə 1:3—5 ayələrini oxu.)

8. Yehovanın Öz xidmətçilərinə təsəlli verdiyini Müqəddəs Kitab necə göstərir?

8 Yehovanın xidmətçilərinə lazımi təsəllini verdiyinə heç bir şübhə yoxdur. Məsələn, mələkə İzebel İlyas peyğəmbəri ölümlə hədələyəndə o qorxub qaçdı və ölmək istədiyini dedi. Ancaq Yehova İlyası məzəmmət etmədi, əksinə, peyğəmbər kimi işini davam etdirməsi üçün ona təsəlli və ürək-dirək verdi (1 Pad. 19:1—21). Yehovanın Öz xalqına təsəlli verməsini birinci əsrdəki məsihçi yığıncağının nümunəsindən də görmək olar. Misal üçün, biz oxuyuruq: «Bütün Yəhudeya, Qalileya və Samariyadakı yığıncaq üçün əmin-amanlıq dövrü başlandı». Üstəlik, yığıncaq «Yehova Allahın qorxusu və müqəddəs ruhun təsəllisi ilə yaşayaraq böyüyürdü» (Həv. iş. 9:31). Biz də «müqəddəs ruhun təsəllisi»nə görə Yehovaya ürəkdən minnətdarıq!

9. İsa barədə öyrənmək nəyə görə bizə təsəlli verir?

9 İsa Məsih barədə öyrənmək və onun izləri ilə yerimək biz məsihçilərə təsəlli verir. İsa demişdi: «Ey bütün zəhmətkeşlər və yükü ağır olanlar, yanıma gəlin, mən sizə təravət verəcəyəm. Boyunduruğumu üzərinizə götürün və mənə baxıb öyrənin, çünki mən həlim və qəlbən təvazökaram. Onda canınız təravətlənər. Çünki boyunduruğum rahat, yüküm yüngüldür» (Mat. 11:28—30). İsanın insanlarla xeyirxahcasına və məhəbbətlə davranması barədə öyrənmək və onun bu müsbət nümunəsini təqlid etmək narahatçılığın öhdəsindən gəlməkdə artıq özü-özlüyündə böyük köməkdir.

10, 11. Yığıncaqda təsəllini kimdən ala bilərik?

10 Həmimanlılarımız da bizə təsəlli verə bilərlər. Məsələn, görək yığıncaq ağsaqqalları imanları zəifləyən bacı-qardaşlara necə kömək edirlər. Şagird Yaqub yazmışdı: «Aranızda [ruhani cəhətdən] xəstə olan varmı? Qoy yığıncağın ağsaqqallarını çağırsın. Onlar Yehovanın adı ilə onun başına yağ sürtüb onun üçün dua edərlər». Bu, hansı bəhrələri gətirir? «İmanla edilən dua xəstəni sağaldacaq və Yehova onu ayağa qaldıracaq. Əgər günah işləyibsə, təqsiri bağışlanacaq» (Yaq. 5:14, 15). Yığıncağın digər üzvləri də bizim üçün əsil təsəlli ola bilərlər.

11 Qadınlara öz problemləri barədə digər qadınlarla söhbət etmək, adətən, daha asan olur. Xüsusilə də yaşlı və zəngin həyat təcrübələri olan bacılar cavan bacılara yaxşı məsləhətlər verə bilərlər. Bu yaşlı yetkin bacılar, ola bilsin, nə vaxtsa həyatlarında həmin problemlərlə üzləşiblər. Onların şəfqətli olmalarının və qadınlara xas olan digər xüsusiyyətlərinin cavan bacılara köməyi dəyə bilər. (Titus 2:3—5 ayələrini oxu.) Əlbəttə, ağsaqqallar və digər məsihçilər əzab-əziyyət çəkən bacı-qardaşlara təsəlli verə bilərlər və hətta bu, onların borcudur (1 Salon. 5:14, 15). Biz yadımızda saxlamalıyıq ki, Allah «hər dərdimizdə bizə təsəlli verir. Biz də Ondan aldığımız təsəlli vasitəsilə müxtəlif cür dərdi olanlara təskinlik gətirə bilirik» (2 Kor. 1:4).

12. Məsihçi görüşlərində iştirak etmək nəyə görə olduqca vacibdir?

12 Təsəlli tapmaq üçün məsihçi yığıncaqlarında iştirak etmək olduqca vacibdir, çünki burada Müqəddəs Kitab əsasında aparılan müzakirələr bizi ruhlandırır. Allahın Kəlamında deyilir ki, Yəhuda və Sila «qardaşları bir çox sözlərlə dönə-dönə ruhlandırıb möhkəmləndirdilər» (Həv. iş. 15:32). Görüşdən əvvəl və sonra bacı və qardaşlar bir-birlərilə ünsiyyət edirlər və ruhlanırlar. Buna görə də həyatda problemlərlə üzləşəndə gəlin özümüzü başqalarından təcrid etməyək, çünki bununla vəziyyət düzəlməyəcək (Sül. məs. 18:1). Əksinə, həvari Pavelin Allahdan ilham alaraq yazdığı məsləhətə əməl edək: «Gəlin bir-birimizə qarşı diqqətcil olub bir-birimizi məhəbbətə və xeyirxah işlərə təşviq edək, bəzilərinin vərdiş etdiyi kimi, yığıncaqlarımızdan qalmayaq, əksinə, o günün yaxınlaşdığını gördükcə bir-birimizi daha çox ruhlandıraq» (İbr. 10:24, 25).

Allahın Kəlamı bizə təsəlli verir

13, 14. Müqəddəs Kitab bizə necə təsəlli verə bilər?

13 İstər vəftiz olunmuş məsihçi olaq, istərsə də Allah və Onun niyyətləri barədə yenicə öyrənməyə başlayaq biz Allahın Kəlamından böyük təsəlli tapa bilərik. Pavel yazmışdı: «Əvvəlcədən yazılanların hamısı isə bizə nəsihət olaraq yazılıb ki, dözüm və Müqəddəs Yazılardan aldığımız təsəlli sayəsində ümidimiz olsun» (Rom. 15:4). Müqəddəs Kitab bizə təsəlli verməklə yanaşı, «tam səriştəli, hər cür yaxşı işə tamamilə hazır» olmağa kömək edə bilər (2 Tim. 3:16, 17). Allahın niyyəti barədə həqiqəti bilməyimiz və gələcəyə dair əsil ümidimizin olması bizim üçün böyük təsəllidir. Buna görə də gəlin bizə təsəlli verən və bir çox faydalar gətirən Allahın Kəlamından və ona əsaslanan nəşrlərdən tam şəkildə yararlanmaq.

14 İsa insanlara təlim və təsəlli vermək üçün Müqəddəs Kitabdan istifadə edərək bizə gözəl nümunə qoyub. Məsələn, dirildikdən sonra İsa iki şagirdinə görünərək Müqəddəs Yazıları onlara izah etdi. İsanın dediyi sözlər onların ürəyinə güclü təsir etmişdi (Luka 24:32). Onun mükəmməl nümunəsini izləyən həvari Pavel də «Müqəddəs Yazılara əsaslanaraq» insanlarla söhbət edirdi. O, Veriyada olanda onun dinləyiciləri «Allahın sözünü böyük həvəslə qəbul etdilər. Onlar eşitdiklərinin doğru olub-olmadığını yoxlamaq üçün Müqəddəs Yazıları hər gün diqqətlə araşdırırdılar» (Həv. iş. 17:2, 10, 11). Buna görə də Müqəddəs Kitabı hər gün oxumaq və ona əsaslanan nəşrləri araşdırmaq çox vacibdir. Bu, yaşadığımız narahat dövrdə bizə təsəlli və ümid verə bilər!

Başqalarına təsəlli verməyin digər üsulları

15, 16. Həmimanlılarımızı ruhlandırmaq və onlara təsəlli vermək üçün hansı üsullar var?

15 Biz həmimanlılarımıza kömək əlimizi uzadaraq onlara təsəlli verə bilərik. Bunu etməyin müxtəlif üsulları mövcuddur. Məsələn, yaşlı və xəstə bacı-qardaşlar üçün bazarlıq etmək və ya kiməsə ev işlərində kömək edərək onlara şəxsi maraq göstərmək olar (Filip. 2:4). Ola bilsin, biz məhəbbət, zirəklik, cəsarət və iman kimi gözəl xüsusiyyətlərinə görə həmimanlılarımızı tərifləyə bilərik.

16 Yaşlılara təsəlli vermək üçün biz onlara baş çəkməli və keçmiş həyatlarından və Yehovaya xidmətdə aldıqları xeyir-dualardan danışanda diqqətlə qulaq asmalıyıq. Bu söhbətlərdən sonra özümüz də ruhlanır və təsəlli tapırıq! Biz baş çəkdiyimiz həmimanlılarımızla birgə Müqəddəs Kitabı və ona əsaslanan nəşrləri oxuya bilərik. Yaxud da «Gözətçi Qülləsi»ndə və ya Yığıncağın Müqəddəs Kitab öyrənməsində həmin həftə müzakirə olunacaq materialı araşdırmaq, eləcə də təşkilatın filmlərinə baxmaq olar. Həmçinin nəşrlərimizdən tapdığımız ruhlandırıcı nümunələri oxuya ya da danışa bilərik.

17, 18. Nəyə görə biz əmin ola bilərik ki, Yehova sadiq xidmətçilərinə təsəlli verəcək və onlara dayaq olacaq?

17 Əgər biz hansısa həmimanlımızın təsəlliyə ehtiyac duyduğunu görürüksə, onun barəsində Yehovaya dua edə bilərik (Rom. 15:30; Kolos. 4:12). Özümüz həyatda problemlərlə üzləşəndə, eləcə də başqalarına təsəlli verməyə çalışanda, növbəti sözləri deyən məzmurçu kimi, bizdə də möhkəm iman və əminlik olmalıdır: «Sən qayğı yükünü Rəbbə ver, qoy sənə dayaq olsun. O heç vaxt salehə sarsıntı verməz» (Məz. 55:22). Yehova hər zaman bizə təsəlli verəcək və kömək edəcək. O, sadiq xidmətçilərini heç vaxt tərk etməyəcək.

18 Allah qədimdəki xidmətçilərinə demişdi: «Sizə təsəlli verən Mənəm, Mən» (Yeşaya 51:12). Yehova eyni şeyi bizim üçün də edəcək və əziyyət çəkənlərə xeyir-dua verərkən sözlərimizi və yaxşı əməllərimizi xeyir-dualandıracaq. Göylər və ya yerüzü ümidinə malik olmağımızdan asılı olmayaraq, Pavelin məsh olunmuş məsihçilərə dediyi sözlər hər birimiz üçün təsəllidir: «Qoy Ağamız İsa Məsih və bizi sevib lütfü sayəsində bizə sonsuz təskinlik ilə misilsiz bir ümid bəxş etmiş Atamız Allah ürəyinizə təsəlli versin, hər cür xeyirxah sözdə və əməldə dilinizə təpər, qolunuza qüvvət versin» (2 Salon. 2:16, 17).

[Haşiyə]

a «Yaslılar» kimi tərcümə olunan söz ibrani dilində daha geniş məna daşıyır və yalnız əzizlərini itirdiklərinə görə yox, müxtəlif səbəblərdən kədər hissi keçirən insanlara aid işlənir.

Yadınızdadırmı?

• Əziyyət çəkənlərə təsəlli vermək işimiz hansı miqyasda yerinə yetirilir?

• Başqalarına təsəlli verməyin hansı üsulları var?

• Müqəddəs Kitab Yehovanın Öz xalqına təsəlli verdiyini necə göstərir?

[28 səhifədəki şəkil]

Əziyyət çəkənlərə təsəlli verirsənmi?

[30 səhifədəki şəkil]

Həm gənclər, həm də yaşlılar başqalarını ruhlandıra bilərlər

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş