Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 15/3 s. 15—19
  • Unutma, vaxt gözləmir!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Unutma, vaxt gözləmir!
  • Gözətçi qülləsi 2012
  • Başlıqlar
  • Oxşar material
  • NƏYƏ GÖRƏ TƏBLİĞ İŞİ BU QƏDƏR TƏCİLİDİR?
  • YUBANMADAN TƏBLİĞ ETMƏK NƏ DEMƏKDİR?
  • XİDMƏTİN TƏXİRƏSALINMAZ OLDUĞUNU HEÇ VAXT UNUTMA
  • BİZ ÇOX MÜHÜM BİR ZƏMANƏDƏ YAŞAYIRIQ
  • HƏRƏKƏTƏ KEÇƏNLƏR
  • Özündə yubanmadan təbliğ etmək əhval-ruhiyyəsini necə yarada bilərsən?
    Müqəddəs ibadətimiz 2014
  • Təbliğ etməyə daim hazır ol!
    Müqəddəs ibadətimiz 2009
  • «Yehovanın möhtəşəm günü yaxındır»
    Gözətçi qülləsi 2007
  • Həqiqi ibadətin qeyrətini çək
    Gözətçi qülləsi 2010
Əlavə
Gözətçi qülləsi 2012
w12 15/3 s. 15—19

Unutma, vaxt gözləmir!

«Allahın sözünü təbliğ et, bu işi yubanmadan... gör» (2 TİM. 4:2).

İZAH EDƏ BİLƏRSƏNMİ?

Erkən məsihçilərin yubanmadan təbliğ etmələrinin səbəbi nə idi?

Xidmətimizin təxirəsalınmaz olduğunu unutmamaq üçün nə etməliyik?

Nəyə görə Padşahlıq haqqında təbliğ etmək indi həmişəkindən daha təcilidir?

1, 2. «Yubanmadan» təbliğ etmək barədə hansı suallar ortaya çıxır?

PEŞƏLƏRİ həyatları xilas etməklə bağlı olan adamlar öz işlərini, adətən, təxirə salmadan icra edirlər. Məsələn, yanğınsöndürənlər zəng gələn kimi, özlərini yubanmadan hadisə yerinə çatdırırlar; onlar başa düşürlər ki, bu, ölüm-dirim məsələsidir.

2 Biz, Yehovanın Şahidləri, insanların xilas olmalarını istəyirik. Buna görə də Padşahlıq haqda xoş xəbəri bəyan etmək tapşırığına ciddi yanaşırıq. Düzdür, bizə, yanğınsöndürənlər kimi, yerimizdən dərhal sıçrayıb harasa qaçmaq lazım gəlmir. Bəs onda Pavel: «Allahın sözünü təbliğ et, bu işi yubanmadan... gör», — nəsihəti verəndə nəyi nəzərdə tuturdu? (2 Tim. 4:2). Biz yubanmadan necə təbliğ edə bilərik? Nəyə görə bizim işimiz bu qədər təcilidir?

NƏYƏ GÖRƏ TƏBLİĞ İŞİ BU QƏDƏR TƏCİLİDİR?

3. İnsanların xoş xəbərə hay vermələri və ya onu rədd etmələri nə ilə nəticələnə bilər?

3 Təbliğ işinin insanların həyatını necə xilas etdiyi barədə düşünəndə, yəqin ki, xoş xəbəri onlara çatdırmağın vacib olduğunu dərk edirsən (Rom. 10:13, 14). Allahın Kəlamında deyilir: «Pis adama “əlbəttə, öləcəksən” dediyim zaman günahından dönüb ədalətli və saleh işlər görərsə... əlbəttə, ölməyib yaşayacaq. Bu adamın etdiyi günahlardan heç biri onun əleyhinə yada salınmayacaq» (Yez. 33:14—16). Müqəddəs Kitab xoş xəbəri təbliğ edənlərə müraciət edir: «Həm özünü, həm də sənə qulaq asanları xilas edəcəksən» (1 Tim. 4:16; Yez. 3:17—21).

4. Nəyə görə birinci əsrdə dönüklük baş qaldırmamışdan öncə təbliğ etmək olduqca vacib idi?

4 Pavelin nəyə görə Timoteyi yubanmadan təbliğ etməyə təşviq etdiyini başa düşmək üçün biz bu məqalənin əsas ayəsinin kontekstinə nəzər salmalıyıq. Biz oxuyuruq: «Allahın sözünü təbliğ et, bu işi yubanmadan, həm sabit, həm də gərgin vaxtda gör, bütün səbrini və təlim vermək qabiliyyətini toplayaraq tənbeh et, məzəmmət et, ürəkləndir. Çünki elə bir zəmanə gələcək ki, insanlar sağlam təlimdən imtina edəcək, qulaqlarına xoş gələni eşitmək üçün öz istəklərinə uyğun müəllim seçəcəklər. Onlar həqiqətə qulaq asmayacaq[lar]» (2 Tim. 4:2—4). İsa qabaqcadan demişdi ki, dönüklük baş qaldıracaq (Mat. 13:24, 25, 38). Bu səbəbdən həmin vaxt gəlib çatmamış Timotey «Allahın sözünü» hətta yığıncağın içində təbliğ etməli idi ki, məsihçilər cəlbedici yalan təlimlərə aldanaraq yollarını azmasınlar. Çünki söhbət insanların həyatından gedirdi. Bəs bizim günlər barədə nə demək olar?

5, 6. Sizin ərazinizdə geniş yayılan fikir və ya təlimlər hansılardır?

5 Bizim günlərdə dönüklük daha çox yayılıb (2 Salon. 2:3, 8). Bu gün insanların qulaqlarına xoş gələn təlimlər hansılardır? Məsələn, bu, bir çox yerlərdə dini çalarlarla təbliğ edilən təkamül nəzəriyyəsidir. Bu nəzəriyyə, adətən, elmi dildə təqdim olunsa da, demək olar ki, dünyəvi dinə çevrilib və insanların Allaha və bir-birlərinə olan münasibətlərinə təsir edir. Digər məşhur təlim isə odur ki, guya Allah insanlarla maraqlanmır və buna görə bizim Onunla maraqlanmağımıza heç bir səbəb yoxdur. Nəyə görə milyonlarla insanları ruhani yuxuya qərq edən bu təlimlər olduqca cəlbedicidir? Çünki onların əsasında bu fikir durur: «Ürəyin istədiyini et, onsuz da heç kəs səni məsuliyyətə cəlb etməyəcək». Həqiqətən də, bunlar çoxlarının eşitmək və inanmaq istədiyi təlimlərdir. (Məzmur 10:4 ayəsini oxu.)

6 nsanların qulaqlarına xoş olan təlimlər yalnız bunlar deyil. Bu gün hələ də kilsəyə gedənlərin bəziləri istəyirlər ki, onların: «Nə edirsən et, Allah onsuz da səni sevir», — deyən müəllimləri olsun. Keşişlər və digər din xadimləri insanları inandırıblar ki, dini ayinlər, messalar, oruc və dini rəmzlərə ibadət onlara Allahın xeyir-duasını qazandırır. Bununla onlar insanların qulaqlarına xoş gələn şeyləri söyləyirlər. Onlara qulaq asanlar nə qədər təhlükəli vəziyyətdə olduqlarını heç ağıllarına belə gətirmirlər (Məz. 115:4—8). Əgər biz onları ruhani yuxudan oyadıb əsil Müqəddəs Kitab həqiqətlərini başa düşməyə kömək etsək, onlar da Allahın Padşahlığının gətirəcəyi xeyir-duaları dadacaqlar.

YUBANMADAN TƏBLİĞ ETMƏK NƏ DEMƏKDİR?

7. Xidmətin təxirəsalınmaz olduğunu dərk etdiyimizi necə göstərə bilərik?

7 Vicdanlı cərrah bütün diqqətini işinə cəmləməlidir. Axı xəstənin həyatı onun əlindədir. Biz məsihçilərin aldığımız tapşırığın təxirəsalınmaz olduğunu dərk etməsi diqqətimizi ona cəmləməkdə, yəni qarşılaşdığımız insanlara hansı mövzuların, sualların və məlumatların maraqlı olacağı barədə düşünməkdə özünü büruzə verir. Xidmətimizin təxirəsalınmaz olduğunu dərk etməyimiz həmçinin bizi təşviq edəcək ki, cədvəlimizdə dəyişikliklər edək və insanlara onların bizə daha çox qulaq asmağa meyilli olduqları vaxtda baş çəkək (Rom. 1:15, 16; 1 Tim. 4:16).

8. Yubanmadan hərəkətə keçmək, adətən, özünə nəyi daxil edir?

8 Xidmətin təxirəsalınmaz olduğunu dərk etmək həm də işləri vacibliyinə görə sıralamaq deməkdir. (Yaradılış 19:15 ayəsini oxu.) Belə bir vəziyyəti təsəvvür et: analizin cavabını alandan sonra həkim səni öz otağına dəvət edib ciddi şəkildə deyir: «Vəziyyətin çox ağırdır. Hökmən bir ay ərzində xəstəliyinə çarə qılmalısan». Yəqin ki, sən həyəcan siqnalı gələn kimi hadisə yerinə tələsən yanğınsöndürəndən fərqli olaraq, dərhal yerindən sıçrayıb otağı tərk etməzdin. Əksinə, həkimin məsləhətlərinə diqqətlə qulaq asandan sonra evə gedib ciddi şəkildə hansı işin sənin üçün daha vacib olduğunu götür-qoy edərdin.

9. Nəyə görə demək olar ki, Pavel Efesdə olarkən təbliğ işini heç vaxt təxirə salmırdı?

9 Pavelin xidmətin təxirəsalınmaz olduğunu dərk etdiyi onun Efes ağsaqqallarına Asiya əyalətində xoş xəbəri təbliğ etməsi barədə dediyi sözlərdən görünür. Biz bundan özümüzə ibrət dərsi götürə bilərik. (Həvarilərin işləri 20:18—21 ayələrini oxu.) O, şəhərə ayaq basdığı ilk gündən etibarən evdən-evə təbliğ edərək insanlara xoş xəbəri çatdırırdı. Üstəlik, o, iki il ərzində «hər gün Tirannın məktəbində məruzələrlə çıxış [edirdi]» (Həv. iş. 19:1, 8—10). Diqqət yetirdiyimiz kimi, Pavelin xidmətin təcili olduğunu dərk etdiyi onun cədvəlindən görünürdü. «Bu işi yubanmadan... gör» çağırışı heç də bizi həddən artıq yükləmək məqsədilə deyilməmişdi. Bununla belə, təbliğ xidməti həyatımızda birinci yerdə durmalıdır.

10. Nəyə görə biz sevinməliyik ki, təxminən 100 il bundan əvvəl Müqəddəs Kitab Tədqiqatçıları xoş xəbəri təxirə salmadan təbliğ ediblər?

10 1914-cü ildən əvvəl kiçik qrup olan və təbliğ fəaliyyətinə başlayan Müqəddəs Kitab Tədqiqatçılarının nümunəsindən görürük ki, xidmətin təxirəsalınmaz olduğunu dərk etmək nə deməkdir. Qardaşların sayı bir neçə min olsa da, onlar hansı vaxtda yaşadıqlarını anlayırdılar və canla-başla Allahın Padşahlığı barədə təbliğ edirdilər. Bu qardaşlar yüzlərlə qəzetlərdə moizələr çap etməklə yanaşı, rəngli slayd və kinokadrlardan ibarət «Yaradılış fotodramı»nı nümayiş etdirirdilər. Bu üsulların sayəsində milyonlarla insanlar xoş xəbəri eşitdilər. Əgər onlar öz işlərini təxirə salmadan görməsəydilər, biz də daxil olmaqla, bu gün xoş xəbəri nə qədər insan eşidərdi? (Məzmur 119:60 ayəsini oxu.)

XİDMƏTİN TƏXİRƏSALINMAZ OLDUĞUNU HEÇ VAXT UNUTMA

11. Bəzi məsihçilərin xidmətin təxirəsalınmaz olduğunu unutmalarına nə səbəb olmuşdu?

11 Diqqəti yayındıran şeylər insana təbliğ fəaliyyətinin vacib olduğunu unutdura bilər. Şeytan öz sistemini elə qurub ki, başımız tamamilə şəxsi məqsədlərimizə və vacib olmayan işlərə qarışsın (1 Pet. 5:8; 1 Yəh. 2:15—17). Yehovaya xidməti vaxtilə həyatlarında birinci yerə qoyanlar indi onun nə qədər vacib olduğunu unudublar. Məsələn, birinci əsrdə yaşayan Dimas adında məsihçi vaxtilə Pavelin əməkdaşlarından biri idi. Lakin sonra allahsız dünya onun diqqətini yayındırdı. Ruhani qardaşı olan Paveli dar günündə möhkəmləndirməyə davam etmək əvəzinə, Dimas onu tərk edib öz işinin dalınca getdi (Filim. 23, 24; 2 Tim. 4:10).

12. İndi hansı imkanımız var və gələcəkdə bizim əbədi olaraq hansı imkanlarımız olacaq?

12 Bu dünya onun təklif etdiyi imkanlardan bizim daha çox yararlanmağımızı istəyir. Lakin tapşırığımızın təxirəsalınmaz olduğunu unutmamaq üçün Şeytanın təbliğatına uymamalıyıq. Biz var gücümüzlə «əsil həyatdan bərk-bərk [yapışmağa]» çalışmalıyıq (1 Tim. 6:18, 19). Yəqin sən, şübhə etmirsən ki, Allahın Padşahlığı yeri idarə edəndə sevimli məşğuliyyətlərimizə istədiyimiz qədər vaxt ayıra biləcəyik. Ancaq insanlara Har-Magedondan sağ çıxmağa kömək etmək imkanı bir daha olmayacaq.

13. Məsihçi olandan sonra biz tapşırığımızın təxirəsalınmaz olduğunu unutmamaq üçün nə etməliyik?

13 Dünyadakı əksər insanların ağılsızcasına ruhani mənada yatdığını nəzərə alsaq, biz tapşırılan işin təcili olduğunu unutmamaq üçün nə etməliyik? Bir vaxtlar özümüzün də ruhani zülmətdə yatdığımızı yada salmalıyıq. Lakin bizi oyatdılar və Pavelin yazdığı kimi, Məsih üzərimizə nur saçdı. İndi biz nur daşıyıcıları olmaq şərəfinə layiq görülmüşük. (Efeslilərə 5:14 ayəsini oxu.) Pavel bunu qeyd etdikdən sonra belə bir məsləhət verdi: «Diqqətli olun, düşüncəsizlər kimi yox, müdriklər kimi hərəkət edin və pis zəmanədə yaşadığımızı nəzərə alaraq, vaxtınızın qədrini bilin» (Efes. 5:15, 16). Bu qədər pisliklərin arasında gəlin bizə ruhən oyaq qalmağa kömək edən işlər üçün vaxt ayıraq.

BİZ ÇOX MÜHÜM BİR ZƏMANƏDƏ YAŞAYIRIQ

14-16. İndi Padşahlıq haqda təbliğ etməyi daha da təcili edən nədir?

14 Hər zaman təxirəsalınmaz olan məsihçi xidməti bu gün həmişəkindən daha vacibdir. Allahın Kəlamında təsvir olunan axır günlərin əlaməti 1914-cü ildən bəri daha aydın nəzərə çarpır (Mat. 24:3—51). Bəşəriyyətin mövcudluğu hələ heç vaxt bu dərəcədə təhlükə altında olmamışdı. Bu yaxınlarda əldə edilən razılaşmalara baxmayaraq, hələ də dünyanın aparıcı dövlətlərinin arsenalında döyüşə hazır vəziyyətdə saxlanılan 2000-ə yaxın nüvə başlığı var. Nüvə silahlarının «itməsi» barədə hökumət nümayəndələri tərəfindən yüzlərlə məlumatın daxil olduğu bildirilir. Görəsən, bu silahların bəziləri terroristlərin əlinə keçməyib ki? Müşahidəçilər qeyd edirlər ki, terroristlərin başladığı müharibə nəticəsində insan nəsli asanlıqla kəsilə bilər. Lakin müharibə bəşəriyyətin mövcudluğunu təhlükəyə atan yeganə amil deyil.

15 «İqlim dəyişikliyi 21-ci əsrdə bəşəriyyətin sağlamlığı üçün təhlükə yaradan ən böyük problemdir», — deyə 2009-cu ildə «Lanset» jurnalı və London Universitet Kolleci bəyan etmişdir. Həmin hesabatda deyilirdi: «İqlim dəyişikliyinin fəsadları növbəti onilliklərdə yer üzünün əksər sakinlərinin səhhətinə öz təsirini göstərəcək və milyardlarla insanların həyatı və firavanlığını təhlükəyə atacaq». İqlim dəyişikliyinin fəsadı deyildikdə okeanda suyun səviyyəsinin qalxması, quraqlıq, daşqınlar, epidemiyalar, qasırğalar və tükənmək üzrə olan təbii resurslar üzərində gedən müharibələr nəticəsində bütün dünyada baş verə biləcək dağıntılar nəzərdə tutulur. Bəli, müharibə və təbii fəlakətlər sivilizasiyanı təhlükə altına atır.

16 Bəzi insanlar düşünürlər ki, nüvə müharibəsi təhlükəsi «əlaməti»n yerinə yetməsinə təkan verəcək hadisələrə gətirib çıxardacaq. Lakin əksər insanlar bu əlamətin əsil mənasını başa düşmür. Əslində, uzun müddətdir ki, aydın görünən bu əlamət Məsihin iştirakının real olduğuna və bu sistemin öz sonuna sürətlə yaxınlaşdığına işarə edir (Mat. 24:3). Əlaməti təşkil edən hadisələr hələ bu dərəcədə qabarıq şəkildə özünü büruzə verməmişdi. İnsanların ruhani yuxudan oyanmalarının vaxtı gəlib çatıb. Bizim xidmətimiz onlara oyanmağa kömək edə bilər.

17, 18. a) Son günlərdə yaşamağımız bizə necə təsir edir? b) İnsanları Padşahlıq haqda xoş xəbərə münasibətini dəyişməyə nə təşviq edə bilər?

17 Yehovaya olan məhəbbətimizi sübut etməyə və son günlər üçün nəzərdə tutulan təbliğ işini yekunlaşdırmağa az vaxt qalıb. Pavelin birinci əsrdə Romadakı məsihçilərə dediyi sözlər bizim üçün daha aktualdır: «Hansı zəmanədə yaşadığımızı və artıq yuxudan oyanmağın vaxtı gəldiyini bilirsiniz. Hal-hazırda xilasımız, imana gəldiyimiz vaxtda olduğundan daha yaxındır» (Rom. 13:11).

18 Bu son günlərdə baş verən hadisələr bəzilərini ruhani tələbatları barədə düşünməyə vadar edir. Digərləri insan hökumətlərinin iqtisadi çətinliklərin, nüvə təhlükəsinin, cinayətkarlığın və ətraf mühitin çirklənməsinin qarşısını ala bilmədikləri haqda düşünəndə bəşəriyyətin köməyə ehtiyacı olduğu qənaətinə gəlirlər. Başqalarını isə ruhani tələbatları barədə düşünməyə təşviq edən ailələrindəki hadisələr, məsələn, xəstəlik, boşanma və ya əziz adamlarından kiminsə ölümü ola bilər. Biz xidmətdə iştirak etdiyimiz təqdirdə belə insanlara kömək edə bilərik.

HƏRƏKƏTƏ KEÇƏNLƏR

19, 20. Xidmətin təxirəsalınmaz olması bir çox məsihçiləri həyatlarında hansı dəyişiklikləri etməyə təşviq edib?

19 Bir çox məsihçilər xidmətin təxirəsalınmaz olduğunu dərk edib təbliğdə daha çox iştirak etməyə başlayırlar. Məsələn, Ekvadordan olan bir gənc cütlük 2006-cı ildə keçirilən «Gözünüzü sağlam saxlayın» adlı birgünlük konqresdən sonra həyatını sadələşdirmək qərarına gəldi. Onlar lazımsız əşyalardan ibarət olan siyahı tərtib etdilər və üç ayın içində böyük mənzildən kiçik mənzilə köçdülər, əşyalarının bəzilərini satdılar və borclarını ödədilər. Tezliklə onlar köməkçi pioner kimi xidmət etməyə başladılar və rayon nəzarətçisinin təklifi ilə tələbat olan yığıncağa keçdilər.

20 Şimali Amerikadan olan qardaş isə yazır: «Mən və həyat yoldaşım 2006-cı ildə keçirilən rayon konqresində iştirak edəndə vəftiz olmağımızdan 30 il keçmişdi. Konqresdən maşınla evə qayıdanda həyatı sadələşdirmək barədə verilən məsləhətləri necə tətbiq edə biləcəyimizi yol boyu müzakirə etdik (Mat. 6:19—22). Bizim üç evimiz, torpaq sahəmiz, bahalı maşınlarımız, qayığımız və furqon evimiz var idi. Özümüzü lap ağılsız məsihçilər kimi hiss edirdik. Biz qərara gəldik ki, tammüddətli xidmətə can ataq. 2008-ci ildə biz də, qızımız kimi, daimi pioner olduq. Həmimanlılarımızla sıx əməkdaşlıq etmək necə də sevindiricidir! Biz tələbat olan ərazilərdə xidmət edirdik. Bundan əlavə, Yehovaya daha çox xidmət etmək bizi Ona daha da yaxınlaşdırır. Xüsusilə də insanlar Allahın Kəlamındakı həqiqəti eşidib onu başa düşəndə gözlərində yaranan o işıltını görmək bizə sevinc verir».

21. Bizi hərəkətə təşviq edən bilik hansıdır?

21 Biz bilirik ki, tezliklə «allahsızların məhv ediləcəyi Hökm [günü]» bu pis sistemə son qoyacaq (2 Pet. 3:7). Allahın Kəlamından əldə etdiyimiz biliklər bizi böyük müsibətin və yeni dünyanın gəlişi barədə səylə car çəkməyə təşviq edir. Biz bu gün də gələcəyə olan əsil ümid barədə insanlara danışmağın nə qədər təcili olduğunu dərk edirik. Tam şəkildə bu təcili işdə iştirak etməklə biz Allaha və insanlara əsil məhəbbət təzahür etdirmiş oluruq.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş