Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w14 15/6 s. 8—11
  • Boşanmış həmimanlımıza necə kömək edə bilərik?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Boşanmış həmimanlımıza necə kömək edə bilərik?
  • Gözətçi qülləsi 2014
  • Başlıqlar
  • Oxşar material
  • HİSSLƏR BİR-BİRİNƏ QARIŞIR
  • AYAĞA QALXMAQ ÜÇÜN MÜBARİZƏ
  • ÖZÜNÜ TƏNHA VƏ RƏDD EDİLMİŞ HİSS EDƏNDƏ
  • Boşanma həyatın sonu deyil
    Gözətçi qülləsi 2013
  • Boşanmanın uşaqlara təsiri
    Ailələrə komək
  • Müqəddəs Kitabın boşanmağa yol verdiyi yeganə səbəb
    Gözətçi qülləsi 2003
  • Valideynlərim boşanır. Bu vəziyyətə necə uyğunlaşım?
    Gənclərin sualları
Gözətçi qülləsi 2014
w14 15/6 s. 8—11

Boşanmış həmimanlımıza necə kömək edə bilərik?

Bacı boşanmış həmimanlısına təsəlli verir

Yəqin, tanıdığın insanlar arasında boşanmış kəslər də var. Bu normaldır, çünki bugünkü dünyada boşanma adi hal alıb. Məsələn, Polşadakı tədqiqatlar göstərir ki, üç-altı il arası evli olan 30 yaşlarında şəxslərin əksəriyyəti boşanırlar və boşanma halları yalnız bu yaşlarda olan insanlar arasında müşahidə olunmur.

İspaniya Ailə Siyasəti İnstitutunun verdiyi məlumata əsasən «statistika göstərir ki, [Avropada] qurulan ailələrin yarısı dağılır». İnkişaf etmiş digər ölkələrdə də vəziyyət eynidir.

HİSSLƏR BİR-BİRİNƏ QARIŞIR

Boşanmanın bir çox fəsadları var. Şərqi Avropada bir təcrübəli ailə məsləhətçisi bölüşür: «Boşanma artıq baş vermiş şeylərin, korlanmış münasibətlərin və emosional cəhətdən ağrı verən ayrılığın rəsmi adıdır». O əlavə edir ki, boşandıqdan sonra insan «qəzəb, təəssüf, peşmançılıq, məyusluq və xəcalət kimi dəhşətli hisslər keçirir». Bəzən bu intihara təşəbbüsə gətirib çıxarır. «Boşanma məhkəmə ilə bitdikdən sonra növbəti mərhələ başlayır. Boşanmış insan boşluq, özünə qarşı soyuqluq hiss edə və öz-özünə düşünə bilər: “İndi mən kiməm? Nə üçün yaşayıram?”»

Əvvəllər keçirdiyi hissləri nəzərə alaraq Eva deyir: «Boşandıqdan sonra xəcalət çəkirdim ki, indi qonşularım, dostlarım mənə “boşanmış” damğası vuracaqlar. İçim içimi yeyirdi. İki körpə ilə qalan mən onlara həm ana, həm ata olmalı idima». 12 il ağsaqqal kimi xidmət etmiş Edam bölüşür: «Özünəhörmət hissini o qədər itirmişdim ki, vaxtaşırı qəzəblənir və hamıdan qaçırdım».

AYAĞA QALXMAQ ÜÇÜN MÜBARİZƏ

Özlərini bəxtiqara hesab edən bəziləri boşanandan uzun illər sonra da ayağa qalxmaq üçün mübarizə aparırlar. Onlara elə gələ bilər ki, heç kimin vecinə deyillər. Bundan əlavə, bir jurnalistin sözlərinə əsasən, onlar «vərdişlərini dəyişir və problemləri ilə özləri çarpışmağı öyrənirlər».

Stanislav xatırlayır: «Biz ayrılanda keçmiş həyat yoldaşım iki balaca qızımı görməkdən məni məhrum etdi. Onda mənə elə gəldi ki, daha heç kimə lazım deyiləm, hətta Yehova da məni atıb. Yaşamaq istəmirdim. Amma vaxt ötdükcə anladım ki, mən necə də səhv düşünürmüşəm». Həmçinin Vanda adlı boşanmış bir bacı da öz gələcəyi barədə narahat idi: «Mənə elə gəlirdi ki, nə mən, nə də qızlarım, məsihçilər də daxil olmaqla, heç kimin vecinə deyilik. İndi isə bacı-qardaşların başımıza fırfıra kimi fırlandığını və uşaqlarımı Yehovanın yolunda böyütmək üçün mənə necə kömək etdiklərini görə bilirəm».

Bu kimi sözlərdən görürük ki, boşandıqdan sonra bəziləri mənfi hisslərin girdabında boğulurlar. Onlar yararsız olduqlarını və heç bir diqqətə layiq olmadıqlarını düşündükləri üçün günü-gündən özlərinə olan ləyaqət hissini itirə bilərlər. Eyni zamanda, onlar ətraflarındakı insanlara tənqidi yanaşa bilərlər. Beləcə, onlar yığıncaqdakıların soyuq və etinasız davrandığını düşünə bilərlər. Lakin Stanislav və Vanda kimilərinin nümunəsi göstərir ki, boşanan kəslər əvvəl-axır həmimanlılarının qayğıkeş olduqlarını dərk edirlər. Doğrudan da, göstərdikləri köməyi qarşı tərəf əvvəl-əvvəl görməsə də, həmimanlılar can yandırmaqdan usanmırlar.

ÖZÜNÜ TƏNHA VƏ RƏDD EDİLMİŞ HİSS EDƏNDƏ

Unutma ki, biz nə qədər kömək etməyə çalışsaq da, boşanmış həmimanlımızı vaxtaşırı olaraq tənhalıq hissi bürüyə bilər. Ələlxüsus da boşanmış bacılar onlarla az adamın maraqlandığını görəndə məyusluğa qapıla bilərlər. Alisya etiraf edir: «Səkkiz ildir ki, boşanmışam. Lakin hələ də hərdənbir özümü gözükölgəli hiss edirəm. Belə anlarda hamıdan qaçıb günümə ağlayıram».

Boşanmış insanların bu cür hisslər keçirməsi normal sayılsa da, Müqəddəs Kitab özünü başqalarından təcrid etməyi məsləhət görmür. Bu məsləhətə məhəl qoymamaq insanı «sağlam şüura» zidd hərəkətlərə sövq edə bilər (Sül. məs. 18:1). Yaxşı olar ki, tənhalıq hissi keçirən insan «sağlam şüura» bağlı qalıb əks cinsin nümayəndəsindən tez-tez məsləhət və ya təsəlli almaqdan çəkinsin. Çünki bu, yolverilməz romantik hisslərə gətirib çıxara bilər.

Ola bilsin, boşanmış həmimanlılarımız mənfi hisslərə qapılır, gələcəklərinə görə narahat olur, özlərini tənha və rədd edilmiş hiss edirlər. Bu cür hisslərin normal, eyni zamanda onlardan yaxa qurtarmağın çətin olduğunu anladığımız üçün, Yehova kimi, biz də belə vəziyyətdə olan bacı-qardaşlara həmişə dəstək olmalıyıq (Məz. 55:22; 1 Pet. 5:6, 7). Əmin ola bilərik ki, onlara göstərdiyimiz istənilən kömək çox qiymətləndiriləcək. Həqiqətən də, onlar yığıncaqdan əsil dost köməyi görəcəklər (Sül. məs. 17:17; 18:24).

a Bəzi adlar dəyişdirilib.

Boşanmaya tarazlı münasibət

Yehovanın xidmətçiləri nikaha çox ciddi yanaşırlar. Çünki onlar öz mövqelərini Müqəddəs Yazılara əsasən formalaşdırırlar. Məsələn, Malaki 2:16 ayəsində Allah aydın şəkildə deyir: «Mən nikahını [pozan]... adama nifrət edirəm». Müqəddəs Kitab boşanmaya yalnız xəyanətə görə icazə verir. Buna görə də başqası ilə ailə qurmaqdan ötrü Müqəddəs Yazılara zidd olaraq boşanmaq fikrinə düşmək olduqca yanlış hərəkət olardı (Yar. 2:22—24; Qanun. t. 5:21; Mat. 19:4—6, 9).

Lakin məsihçi həyat yoldaşının sədaqətsizliyi ucbatından boşananda yığıncaqdakı bacı-qardaşlar ona dəstək olur. Onlar Yehovanı təqlid edərək «ruhən [əzilmiş]» salehlərə kömək etmək üçün əllərindən gələni edəcəklər (Məz. 34:15, 18; Yeşaya 41:10).

NECƏ KÖMƏK EDƏ BİLƏRİK?

Köməyə ehtiyac duyan insanın hər zaman yanında ola bilirsən? Məqalənin əvvəlində haqqında bəhs olunan insanların vəziyyətində olan kəslərə necə kömək edə bilərsən? Müqəddəs Kitabda bu haqda nə deyildiyini və vəfalı məsihçilərin necə köməklik göstərdiyini nəzərdən keçir.

Diqqətlə dinləməyi bacar (Sül. məs. 16:20, 23).

Başa düşməyə çalış ki, boşanan insan nələrin boşanmaya gətirib çıxardığı haqda söhbət etmək istəməyə bilər. Yadda saxla ki, kiminsə dərdini yüngülləşdirmək üçün göstərdiyimiz cəhd əks nəticə verə və qaş düzəldən yerdə göz çıxara bilərik (Sül. məs. 12:25; Rom. 12:15). Məqalədə haqqında bəhs olunan Edama kömək etməyə çalışan Mikal qardaş razılaşır ki, hər şeyin içinə yetmədən də insanın dərdinə şərik olub diqqətli dinləyici olmaq mümkündür. O deyir: «Edam mənfi hisslərin təsiri altında əzilən vaxtlarda mən ona kömək etməyə çalışırdım. Bəzən o, mənə ayıq başla deməyəcəyi şeylər haqda danışırdı». Buna görə də Mikal açıq bildirdi ki, ona bütün təfsilatları deməyə ehtiyac yoxdur. Lakin yenə də o, əsil dost kimi onu dinləyirdi. Biz də yığıncaqdan əvvəl və ya sonra sadəcə: «Özünü necə hiss edirsən? Bilirəm, bu aralar sənin üçün çox çətindir. Həmişə köməyinə çatmağa hazıram», — kimi sözlər deməklə belə vəziyyətdə olan həmimanlımıza tək olmadığını göstərə bilərik.

Maraq göstər(Filip. 2:4).

Miroslav xatırlayır: «Həyat yoldaşımla mən boşanmış bir bacıya kömək etməyi qrafikimizə salmışdıq. Məsələn, biz onun qapısının qıfılını düzəltmişdik. Həmçinin onu həkimə aparmışdıq». Bunlar adi şeylər kimi görünsə də, xeyri var. Bu cütlüyün kömək etdiyi bacı yavaş-yavaş özünə gəldi. Üstəlik, daha sonra pioner xidmətinə başladı və onun 11 yaşlı qızı vəftiz oldu.

Bir ər-arvad boşanmış bacıya kömək edir

Boşanmış insanı əmin et ki, Yehova onun vəziyyətini başa düşür.

Əgər kimsə özünü dəyərsiz hiss edirsə, sən onu əmin edə bilərsən ki, Allah hər bir xidmətçisini qiymətləndirir. Əlbəttə, biz «sərçələrdən qat-qat [qiymətliyik]»; biz Onun gözündə xüsusi və dəyərliyik (Mat. 10:29—31). Yehova «ürəyi araşdırar», buna görə də O, boşanan kəslərin keçirdiyi hissləri yaxşı başa düşür. O, sadiq xidmətçilərini heç vaxt tərk etmir (Sül. məs. 17:3; Məz. 145:18; İbr. 13:5). Beləcə, qayğı göstərdiyin vaxt həmin insanı əmin et ki, Allah onun həqiqətə olan məhəbbətini və həqiqi ibadət uğrunda etdiklərini qiymətləndirir (Filip. 2:29).

Boşanmış insanı yığıncaqdan möhkəm yapışmağa təşviq et.

Bəziləri emosional gərginlik keçirəndə yığıncağa getmək onlara çətin gələ bilər. Amma yığıncaq görüşləri onlara güc verə, ruhlandıra — ümumilikdə, «ruhən möhkəmlənməsinə» xidmət edə bilər (1 Kor. 14:26; Məz. 122:1). Bu məsələdə ağsaqqallar təşəbbüsü öz üzərlərinə götürməlidirlər. Yuxarıda adı çəkilən Vanda əvvəlki illəri xatırlayaraq deyir: «Onların göstərdiyi qayğını hələ də xatırlayırıq».

Boşanmış insanı dua, mütaliə etmək və öyrəndikləri üzərində düşünməklə Allahla münasibətlərini möhkəmləndirməyə təşviq et (Yaq. 4:8).

Boşanmış insanı əmin et ki, Yehova Külli-İxtiyar və məskəni göylərdə olmasına baxmayaraq, O, «ruhu əzilmiş insana, [Sözünün] önündə titrəyənə» nəzər salır. Eləcə də dua və mütaliənin Allaha yaxınlaşmağa necə kömək etdiyini vurğula (Yeşaya 66:2).

Xidmətdə əməkdaşlıq etməyi və yığıncağa birlikdə hazırlaşmağı təklif et.

İki məsihçi qardaş xidmətdə əməkdaşlıq edir

Bu, boşanmış məsihçiyə həyatını davam etməyə güc verəcək. Boşandıqdan sonra özünü əzilmiş hiss edən bir bacıya kömək edən Marta deyir: «Biz tez-tez xidmətə çıxırıq. Qarşımıza qoyduğumuz məqsədlərə çatmağımız bizə sevinc gətirir. Bəzən birlikdə yığıncağa hazırlaşır və sonra yemək üçün dadlı bir şey hazırlayırıq».

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş