Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w15 1/4 s. 3—4
  • Tövrat, Zəbur, İncili nə üçün oxumağa dəyər?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Tövrat, Zəbur, İncili nə üçün oxumağa dəyər?
  • Gözətçi qülləsi 2015
  • Oxşar material
  • Nəyə görə Allahın Kəlamı ilə maraqlanmağa dəyər?
    Gözətçi qülləsi 2013
  • Hamı üçün Müqəddəs Kitab dərsləri
    Gözətçi qülləsi 2015
  • Müqəddəs Kitab nədir?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Bu kitabın məzmunu
    Hamı üçün olan kitab
Əlavə
Gözətçi qülləsi 2015
w15 1/4 s. 3—4
Bir kişi kitabxanada Müqəddəs Kitabı oxuyur

ÜZ QABIĞINDAKI MÖVZU | TÖVRAT, ZƏBUR, İNCİLİ OXUMAĞA DƏYƏR?

Tövrat, Zəbur, İncili nə üçün oxumağa dəyər?

  • Həyatda məna varmı?

  • Nəyə görə insanlar əzab çəkir və ölür?

  • Gələcək nə gətirəcək?

  • Allahın gözündə nə dərəcədə dəyərliyik?

Nə vaxtsa bu kimi suallar sizi də düşündürüb? Əgər belədirsə, siz tək deyilsiniz. Bu kimi suallar çoxlarını maraqlandırır. Bəs onlara cavab tapmaq mümkündür?

Milyonlarla insan bunun mümkün olduğunu düşünür. Çünki onlar Müqəddəs Kitabdan (Tövrat, Zəbur və İncil) qaneedici cavablar tapıblar. Bəs siz bilmək istəyərdiniz Müqəddəs Kitab bu sualları necə cavablandırır? Onda Yehovanına Şahidlərinə müraciət edin ki, sizinlə pulsuz Müqəddəs Kitab dərsləri keçsinlər.

Yehovanın Şahidləri Müqəddəs Kitabı birgə öyrənməyi təklif edəndə bəziləri deyir ki, «vaxtım yoxdur», «çox qəlizdir», «mənlik deyil». Amma bu təklifi qəbul edənlər də var. Onlar Tövrat, Zəbur, İncildə nə yazıldığını öyrənmək üçün yaranan imkanı əldən vermirlər. Gəlin bəzi insanların rəyinə baxaq.

  • «Mən katoliklərin və protestantların kilsəsinə, siqh məbədinə, habelə buddistlərin monastırına getmişəm. Həmçinin universitetdə mənə ilahiyyat dərsi keçiblər. Bununla belə, Allahla bağlı suallarım cavabsız qalmışdı. Günlərin bir günü Yehovanın Şahidləri qapıma gəldilər. Onlar Müqəddəs Kitabı açıb suallarımı cavablandırdılar. Mən Müqəddəs Kitabı öyrənməyə razılıq verdim» (Cill, İngiltərə).

  • «Həyata dair çoxlu suallarım var idi, ancaq bizim kilsədəki keşişin bu suallara verdiyi cavablar məni qane etmirdi. Lakin bir Yehovanın Şahidi suallarıma cavab vermək üçün yalnız Müqəddəs Kitabdan istifadə etdi. O, məndən bu barədə daha çox öyrənmək istəyib-istəmədiyimi soruşanda böyük məmnuniyyətlə qəbul etdim» (Keffi, Benin).

  • «Öləndən sonra insanla nə baş verdiyi məni narahat edirdi. Elə bilirdim ki, ölülər dirilərə pislik edə bilirlər. Amma yenə də bu barədə Müqəddəs Kitabda nə yazıldığını bilmək istəyirdim. Buna görə də Yehovanın Şahidi olan bir dostumla Müqəddəs Kitabı araşdırmağa başladım» (Jüze, Braziliya).

  • «Mən Müqəddəs Kitabı oxuyurdum, amma oxuduğumu başa düşmürdüm. Bir gün Yehovanın Şahidləri mənə bəzi Müqəddəs Kitab peyğəmbərliklərini aydın şəkildə izah etdilər. Mənim üçün çox maraqlı idi, görəsən, onlardan daha nə öyrənə bilərəm» (Deniz, Meksika).

  • «Allahın gözündə dəyərli olub-olmadığım məni çox narahat edirdi. Qərara gəldim ki, Müqəddəs Kitabda adı çəkilən Allaha dua edim. Səhərisi gün Yehovanın Şahidləri qapımı döydülər və mən Müqəddəs Kitabı öyrənməyə razı oldum» (Anju, Nepal).

Bu nümunələr bizə İsa peyğəmbərin sözlərini xatırladır: «Allaha ehtiyacı olduğunu dərk edənlər xoşbəxtdir» (Mətta 5:3). Bəli, insanların Allah haqda öyrənməyə tələbatları var. Bu tələbatı yalnız Allah ödəyə bilər və O, bunu Öz Kəlamı vasitəsilə edir.

Bəs Müqəddəs Kitabı öyrənməyə nə daxildir? Bunun sizə hansı xeyri dəyə bilər? Növbəti məqalə bu sualları aydın şəkildə cavablandırır.

a Müqəddəs Kitaba əsasən, Yehova Allahın adıdır.

TÖVRAT, ZƏBUR, İNCİL BARƏDƏ QISA MƏLUMAT

Açıq Müqəddəs Kitab
  • ADI: Tövrat, Zəbur və İncil «Bibliya» kimi də tanınır. «Bibliya» sözü yunanca biblia sözündən götürülüb və mənası «kiçik kitablar» deməkdir

  • TƏRKİBİ: ibri (bəzi hissələri arami) dilində yazılan 39 kitabdan və yunan dilində yazılan 27 kitabdan ibarətdir

  • YAZILIB: b. e. ə.b 1513-cü ildən b. e. 98-ci ilinə qədər təxminən 1600 il ərzində haradasa 40 nəfər tərəfindən yazılıb

  • TƏRCÜMƏ OLUNUB: tam və ya qismən təxminən 2500 dilə tərcümə olunub

  • YAYILIB: Müqəddəs Kitabın təqribən dörd milyard nüsxəsi mövcuddur və buna görə də o, dünyanın ən çox yayılmış kitabı hesab olunur

b B. e. ə. — bizim eradan əvvəl, b. e. — bizim era deməkdir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş