Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w15 1/4 s. 4—7
  • Hamı üçün Müqəddəs Kitab dərsləri

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Hamı üçün Müqəddəs Kitab dərsləri
  • Gözətçi qülləsi 2015
  • Başlıqlar
  • Oxşar material
  • MÜQƏDDƏS KİTAB DƏRSLƏRİ HAQDA TEZ-TEZ VERİLƏN SUALLARA CAVAB
  • Yehovanın Şahidlərinin təklif etdiyi Müqəddəs Kitab dərsləri nədir?
    Tez-tez verilən suallar
  • Həyati vacib suallara kim cavab verə bilər?
    Həyati vacib suallara kim cavab verə bilər?
  • Öyrəndikləriniz xoşunuza gəldi?
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsinə giriş
  • Müqəddəs Kitabı nəyə görə oxumaq lazımdır?
    Müqəddəs Kitabı nəyə görə oxumaq lazımdır?
Əlavə
Gözətçi qülləsi 2015
w15 1/4 s. 4—7
Müqəddəs Kitab dərsi

ÜZ QABIĞINDAKI MÖVZU | TÖVRAT, ZƏBUR, İNCILI OXUMAĞA DƏYƏR?

Hamı üçün Müqəddəs Kitab dərsləri

Hamı bilir ki, Yehovanın Şahidləri müjdəçilik işi ilə məşğuldurlar. Biz həmçinin dünyanın hər yerində insanlarla Müqəddəs Kitab dərsləri keçirik.

Bir kişiyə iş yerində Müqəddəs Kitab dərsi keçirilir

2014-cü ildə 8 000 000-dan Yehovanın Şahidi 240 ölkə və ərazidə hər ay 9 500 000-ə yaxın insanla Müqəddəs Kitab dərsləri keçiriba. Müqəddəs Kitab dərsləri keçirdiyimiz insanların sayı təxminən 140 ölkənin əhalisinin sayından çoxdur.

Bu dərslərin keçirilməsi üçün Yehovanın Şahidləri hər il təxminən 700 dildə milyard yarıma yaxın Müqəddəs Kitab, jurnallar, müxtəlif kitablar və digər nəşrlər dərc edirlər! Bu misilsiz işin sayəsində hər kəs Allahın Kəlamını öz doğma dilində öyrənir.

«Məktəbdə oxumağı heç xoşlamırdım, amma bu dərslər çox maraqlı keçirdi. Üstəlik, öyrəndiklərim qəlbimi oxşayırdı» (Katleqo, Cənubi Afrika).

«Bu dərslərdə bütün suallarıma artıqlaması ilə cavab tapdım» (Berta, Meksika).

«Dərslər evimdə keçirilirdi. Nə vaxt gələcəklərini özüm təyin edirdim. Adama bundan artıq nə lazımdır?!» (Yezekiel, Braziliya).

«Dərslər 15—30 dəqiqə, hərdən isə daha çox çəkirdi. Bir sözlə, mənim istəyimdən asılı idi» (Vineana, Avstraliya).

«Dərslər pulsuz keçirilirdi. Bu, əla idi!» (Emi, Benin).

«Mənimlə dərs keçən bacı çox səbirli və xeyirxah idi. Biz hətta dostlaşdıq da» (Karen, Şimali İrlandiya).

«Müqəddəs Kitabı çoxları öyrənir. Amma şərt deyil ki, onlar Yehovanın Şahidi olsunlar» (Denton, İngiltərə).

MÜQƏDDƏS KİTAB DƏRSLƏRİ HAQDA TEZ-TEZ VERİLƏN SUALLARA CAVAB

Dərslərın keçırılmə tərzı

Biz müxtəlif mövzuları götürüb onlara dair ayələri nəzərdən keçiririk. Misal üçün, Allahın Kəlamı bu kimi sualları cavablandırır: Ölən insanla nə baş verir? Ölülər bizimlə danışa bilərmi? Ölülər üçün hansı ümid var? Əsas məsələ hansı ayələrin bu sualları cavablandırdığını bilməkdir.

Bu sualların cavabını tapmaq üçün biz adətən, 32 səhifəlik «İlahi müjdə» kitabçasından istifadə edirik. Bu köməkçi vəsait xüsusi olaraq insanlara Allahın Kəlamını başa düşməyə yardım etmək üçün tərtib olunub. Bu kitabçada Allahı daha yaxşı tanımaq, ailə səadəti, insanların çəkdiyi əzab-əziyyətlərin səbəbləri, Allaha necə dua etməli olduğumuz və digər mövzular barədə dərslər var.

Dərslər harada və nə vaxt keçirilir?

Dərslər istədiyiniz vaxt, istədiyiniz yerdə keçirilir.

Dərslər nə qədər çəkir?

Dərslərə kimisi həftədə bir saat, kimisi isə cəmi-cümlətanı 10—15 dəqiqə ayırır. Yəni dərsin nə qədər çəkəcəyi sizdən asılıdır.

Dərslərin qiyməti neçəyədir?

Dərs və dərsliklər pulsuzdur. Çünki Allahın Kəlamında deyilir ki, «təmənnasız almısınız, təmənnasız da verin» (Mətta 10:8).

Dərslərin müddəti nə qədərdir?

Kurs nə qədər istəsəniz, o qədər də davam edəcək. «İlahi müjdə» kitabçası 14 dərsdən ibarətdir. Orada olan mövzuların ya bəzisini, ya da hamısını keçə bilərsiniz. Eləcə də bir dəfəyə nə qədər material keçəcəyinizi siz özünüz qərarlaşdırırsınız.

Yehovanın Şahidi olmağım mütləqdir?

Xeyr. Bu, hər kəsin öz işidir. Biz hamının seçiminə hörmətlə yanaşırıq. Amma onu da deyə bilərik ki, əsaslı qərar qəbul etmək üçün insan gərək Müqəddəs Kitabdan müəyyən bilik alsın.

Ətraflı məlumatı haradan ala bilərəm?

Yehovanın Şahidlərinin fəaliyyəti və dini etiqadları barədə dəqiq məlumatı jw.org saytından öyrənmək olar.

Müqəddəs Kitabı öyrənmək üçün hara müraciət edə bilərəm?

  • İnsanlar müxtəlif üsullarla Müqəddəs Kitab dərslərinə necə yazılmaq olar. Məsələn, İnternet, məktub vasitəsilə, ya da ərazilərindəki Yehovanın Şahidlərinə müraciət edərək.

    Müraciətinizi www.jw.org/az-latn saytı vasitəsilə bizə göndərin.

  • Bu jurnalın 2-ci səhifəsindəki ünvanların birinə yazın.

  • Ərazinizdə yaşayan Yehovanın Şahidlərinin birinə müraciət edin.

a Müqəddəs Kitab dərsləri fərdi və ya qrup şəklində keçirilir.

AİLƏLƏRƏ KÖMƏK

Yezekiel

«Arvadım Yehovanın Şahidləri ilə Müqəddəs Kitab dərslərinə başlayandan bəri çox dəyişib. Ailəmiz mehriban olub. Buna görə də mənə maraqlı idi, görəsən, o, nə öyrənir belə? Beləcə, mən də öyrənməyə başladım. Bu dərslər mənə yaxşı insan olmağı öyrətdi. Müqəddəs Kitabı öyrənmək ailə bağlarımızı xeyli möhkəmləndirdi» (Yezekiel).

Karen

«Müqəddəs Kitabı öyrənməyə başlayanda içkinin və narkotikin daşını atdım, hirsimi cilovlamağı öyrəndim. İndi evimi tər-təmiz, gül kimi saxlayıram. Ailəmin də qədrini bilməyə başlamışam. Onları xoşbəxt etmək məni də xoşbəxt edir» (Karen).

Vineana

«Müqəddəs Kitabı öyrəndiyim üçün bəziləri məni gözümçıxdıya salmağa başladı. Amma ərim mənim tərəfimi tuturdu. O deyirdi: “Başqalarının fikri məni maraqlandırmır. Yaxşılığa doğru dəyişdiyin göz qabağındadır. Mənə də əsas bu lazımdır! İşində ol!” İndiyə kimi ailəmiz bu qədər xoşbəxt olmamışdı!» (Vineana).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş